Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июль » 19 » Təxribatçının milləti olmaz
15:06
Təxribatçının milləti olmaz
Peşəkar təxribatçı Hacıbaba Əzimov yenə milli ədavəti qızışdırmağa cəlb olundu!

Antidemokratik rejim özünü xilas etmək üçün köhnə agentlərə möhtacdı

Azərbaycanın əsasən xırda tirajlı qəzetlərin qəhrəmanı, keçmiş deputat, alovlu bolşevik Stepan Şaumyanın həyat yolunu və inqilabçılığı haqqında dissertasiyalar müdafiə edib, professor səviyyəsinə qalxan, həm də mikroqurum olsa da, Vahid Azərbaycan Milli Birlik Partiyasının təsiçisi və daimi sədri kimi tanınan Hacıbaba Əzimov son günlərdə çox mübahisəli, şübhə doğuran və ilk baxımdan maraqlı görünən müsahibələr verir.

"Gündəlik teleqraf" qəzetinə bu əqidəsini tez-tez dəyişən siyasətbaz deyib ki, həmişə separatçılara qarşı çıxıb. Tutaq ki, belədir, amma biz kiminsə boş deyilən sözə inanmağı artıq yaxşı iş bilməyib, dediklərini yoxlamağa qərara gəldik və təhlildən keçirtdik. Aydın oldu ki, Hacıbaba Əzimov bu cümləni boğazından yuxarı deyib. O, heç vaxt heç bir separatçılara qarşı çıxmamışdır və sadəcə oxucuları aldatmağa çalışdı.

Təxribatçının milləti olmaz

Bildiyimiz kimi, erməni separatizmini nəzərə almasaq Azərbaycanda ən güclü separatçılıq hərəkatı Heyder Əliyev Naxçıvan Muxtar Respublikanın Məclisinin sədri olarkan baş verib. Məlumdur ki, Heydər Əliyev o vaxtlar Bakını saymırdı, özünü müstəqil dövlətin rəhbəri kimi aparırdı və separatçılıq hərəkətlərilə Bakıya meydan oxuyurdu. Bu barədə bir kitb yazı belə bəs etməz. Həmin vaxtlar Haçıbaba Əzimov Lənkəran Dövlət Universitetin rektoru vəzifəsində çalışırdı və rektor olmaqla bərabər təsis etdiyi partiyanın sədri idi. Həm də parlamentin deputatı kimi fəaliyyt göstərirdi. Partiyanın qərargahı LDU-da yerləşdiyindən, onun vaxtı yalnız partiyasına və deputatlığına çatırdı, arada rektorluğunu da yada salırdı. Sual olunur, bəs o, nə zaman Naxçıvana gedib separatçılarla mübarizə aparırdı? İnsan eyni zamanda həm Lənkəranda, həm Bakıda, həm Naxçıvanda ola bilərdimi? Xeyr, insanın cəmi bir canı var və sutkada 24 saatdan artıq vaxt yoxdur. Deməli Hacıbaba Əzimovun dedikləri ağ yalandır. 

Ümumiyyətlə, yalançı adamın gərək dahiyanə yaddaşı ola ki, bütün söylədikləri yalanları xırdalıqlarına qədər yadda saxlamaq zorunda olsun. Bu isə mümkün deyil, heç kim o qədər məlumatı yadda saxlaya bilmədiyndən, xalq zərbül-məsəllər yaratdı: yalan ayaq tutar yeriməz, yalan qırx gündən artıq yaşamaz, iynəni çuvalda gizlətmək olmaz. Bu məsəllərin hamısı həqiqətdir.

Mənsəbdən dolayı irsi dəyişkənlik

Deməli, Hacıbaba Əzimov partiyasını separatçılıqla mübarizə üçün yaratmamışdı, başqa məqsədləri var imiş ki, onları qəzetə açıqlamadı. Vəzifə, məqam düşkünü olduğundan deputatlıqda uzun müddət qalmaq istəyirmiş, partiya da bu məqsədlə yaradılmışdı, yoxsa rektorun nəyinə lazımdır siyasi qurum?

Bundan başqa da yalanı var. Əzimov lənkəranlıdır, boynuna almasa da, tez-tez özünü türk kimi qələmə vesə də, talışdır, çünki insanlar heç nədən, kosmik fəzadan Yer üzünə peyda olmurlar. Onların qohum-qəbilələri olur. Talışların içindən çıxıb türkə çevrilmək olmur, necə ki ananı danmaq olmur. Demək olmur ki, səni başqa qadın dünyaya gətirib. Milliyəti yaddan çıxarmaq olur, milliyəti satmaq olur, hətta qovulmaq da olur, amma dəyişmək olmur. Dəyişmək üçün gərək çoxlu insanların milliliyini də dəyişəsən, bu isə mümkün olan iş deyil, buna cəhd edən adam axmaqdı.

Hacıbaba Əzimovun yeganə çıxış yoly varsa, o da millətdən qovulmaqdır. Gərək millət onu öz sıralarından qova, daha geriyə buraxmaya. İstəyirsə, biz bu işdə yardımçı ola bilərik, beş il ərzində hər gün bütün talış xalqına müraciətlər çap edə bilərik ki, onu talış yox, qvineyalı hesab etsinlər, bəlkə gvineyalılar günahımızdan keçər, onu qvineyalı kimi qəbul edərlər.

Şaumyançının adlarla jonglyorluğu

Keçmiş deputat, AXBP (Azərbaycan Xalqları Bərabərlik Partiyası) partuyasını Talış Xalq Partiyası kimi adlandırmağından da öz əsl milli mənsubiyyətinə işarə etdi. Başa salım niyə bu qənaətə gəldim. Bu işlə əlaqədar həmən partiyanın keçmiş fəalından bu məsələni araşdıranda, aydın oldu ki, partiyanın talış millətindən olan bəzi üzvləri onu belə adlandırmağa çalışıblar, lakin qurultayda bu təşəbbüs partiyanın artıq Talış regionun miqyasından çox genişləndiyi səbəbindən keçmədi. Bu da aydın oldu ki, partiya heç də milli zəminində yaranmamışdı, sadəcə bölgə partiyası kimi bölgənin adını qeyri-rəsmi daşıyırmış. Bəs Hacıbaba müəllim bizə bu faktı niyə baş-ayaq təqdim etməyə çalışırdı? Ola bilər, o, Talış sözünün bir neçə mənaya malik olmasından xəbərsizdir və ya qəsdən özünü və bizi çaşdırır və bilərəkdən faktları saxtalaşdırır. Bildiyimiz kimi "Talış" bölgə (region), dağ sırasının, ovalığın və xalqın adıdır. Bundan başqa İrandakı cənubi Talışın bir şəhərinə də Talış adı verildi. Tarixdən isə bilirik ki, bu ərazıdə mövcüd olan xanlığın adı da Talış olub. Azərbaycan və Ermənistan ərazilərində bir sıra kəndlərin də adı Talışdır. Hər necə olsa, Hacıbaba Əzimov yalnız millət adı kimi bu sözü tanıyır, buna görə də onu yalnız və yalnız etnonim bilir, amma qatı millətçilik siyasəti dövründən, konyunkturaya uyğun hərəkət etmək istədiyindən qeyri-türkləri türkləşdirmək və assimilyasiya tərəfdarı olduğunu qələmə vermək istəyir. Bütün söylədikləri də bu səbəbdən qəribə və əcaib bir forma alıb.

Təxribatçıların əlbirliyi

Digər tərəfdən baxanda 74 yaşlı Əzimov qatı ksenofob və təxribatçıdır və buna görə onu cəmiyyətdən, nə qədər gec deyil, mütləq təcrid etmək lazımdır. Fikir verin onun dediyi sözlərə: "O vaxt həqiqətən də, Azərbaycan Respublikasını parça-parça doğramaq, dövlətciklərə bölmək istəyirdilər". Bu sözləri tamamilə həqiqətə uyğun deyil, çınki respublikada yaşayan etnoslar qədim zamandan biri-biriylə əlaqəli və anlaşıqlı yaşamaq tərzinə malikdilər. Bunu danan ya təxribat törətmək, ya da bu xalqlara qara yaxmaq fikrindədir. Bundan nəticə çıxır ki, Hacıbaba Əzimov qaşınmayan yerdən qan çıxarmaq arzusundadı və vicdansızcasına şər atıb düşmənçilik toxumlarını qəzet vasitəsilə səpir. Təssüf ki, "Gündəlik teleqraf" ona bu işdə dəstək verir. 

Professorun məntqdən çox uzaq olmağın misalı bu iki cümlədən sezilir: "Bunun (parçalamanın -red.) qarşısını almaq üçün çağırış etdim, sağ olsunlar, müxtəlif millətlərdən gələnlər oldu və o dövr üçün çox güclü bir partiya yaratdıq. Biz bu partiyanı yaratdıqdan bir il sonra Əlikram Hümmətov qondarma Talış-Muğan Respublikasını elan etdi." Çox qəribə ifadələrdir, çünki güclü partiya yaradan və hər nəyin qarşısını alan bir il keçməmiş tamam əks nəticəni bildirir. Onda Əzimovun partiyası ya çox zəif, ya da heç də deyilən məqsəd üçün yaradılmamışdı. O vaxtlar heç bir separatçılıq da mövcud olmayıb. Onda professor nədən bu cür çəfəngiyatlar danışır? Kimi axmaq yerinə qoymaq istəyir? Bu suallar çox vacibdir, onlara cavab tapan nəinki provokator Əzimovu, bir sıra digər provokatorları da ifşa edə bilər.

"Biz hükümətyönümlü partiyayıq! İqtidar bizi başqa cür anlaya bilər və mənə ev verməyəcək!"

Füzuli küçəsinin sökülən evləri arasında keçmiş deputat, keşmiş müxalifətçi, keçmiş rektor, indi isə hökümətyönümlü VAMB partiyasının sədri H.Əzimovun da mənzili var idi. Hökümətin ev yıxması hamıya məlumdur. H.Əzimov da bumumla bağlı "dəyirmi masa" keçirib. Sökülən evlərin sakinləri haqqlarının müdafiə olunacağına ümid edib H.Əzimovun Füzuli küç., 26 ünvanda keçirilən "dəyirmi masasına" gəldilər. Lakin keçmiş deputat əsəbi halda vətəndaşlara qışqırıb, onları tədbirdən qovdu. Onlar səbəbini soruşanda, boz-boz dedi: "Bilsələr ki, tədbirdə narazı vətəndaşlar iştirak edib, bizi hökümətdə başqa cürə anlaya bilərlər və mənə mənzil verməzlər..."

Əzimov aktual problemlərlə maraqlanmır

Bizim binəva keşmiş deputatımızın daha deməyə heç nəyi yoxdursa, biz ona mövzular verək. Desin ki, niyə onun Lənkəranını ötən on ildə heç bir yerli vətəndaş idarə etməyib. Qoy onun vaxıla başçılıq etdiyi LDU-da rüşvətxorluğun kəlləçarxa qalxdığından desin. Qoy Lənkəranın mərkəzi meydanın hər təzə başçının əmrilə daşların sökülüb yenilərilə əvəzlənməsindən və onillərlə ətraf palçıqlı kücələrin asfalt görməməsindən yazsın. Qoy vaxtıla daşıdığı deputat mandatının bir milyon qiymətinə satılmasından danışsın. Qoy respublikanın əhalisinin yarısının nədən tərkivətən olmasını araşdırsın.

Etnik ədavət salmaqdansa, əgər bacarırsa, talışların dövlət tərəfindən doğma dillərində məktəbləri olmadığından desin. Hünəri çatırsa, regional CTV televiziyasının talışca verilişləri hazırlamamasından, total işsizlikdən və kütləvi narkomaniyadan danışsın. Danışsın cəmiyyəti bürüyən əxlaqsızlıqdan. Desin respublikada söz azadlığının olmamasından. Danışsın dilənçi payı qədər olmayan təqaüdlərdən. Danışsın soyuq məktəblərdə xəstələnən uşaqlardan.

Bu yaxınlarda eşitdik ki, H.Əzimov Milli Şuraya da soxula bilib. Bu soxulmağa görə hüç təəccüblənmədik, çünki onun bu istedadına çoxdan bələdik. Bizim sualımız Milli Şuranın digər üzvlərinədi: Necə olur ki, Siz belə bir insanla bir qurumda birləşmisiniz? Yəni onu tanımırsız? Tanımırsızsa, nə işiniz var siyasətdə? Sizdən xalqa həyan verən olarmı, əgər siz H.Əzimov kimi insanların toplumusunuz? Belə deyilsə, hörmətli Şura üzvləri, Siz işinizi bilməlisiniz və qurumunuzun adına kölgə salan və onu hörmətdən endirən insanları yanınızdan uzaqlaşdırmalısınız. 

Stepan Şaumyan hara, etnologiya hara?

Köhnə şaumyanşunas bu gün özünü etnoqraf kimi gözə soxur, etnologiyadan danışır. O, özünü gic yerinə qoyaraq "Lənkəran əhalisi türk əsillidir, ətraf kəndlərin yarısı türk-yarısı talışdır" deyir. Onun yalanlarını bu gün hətta məktəbli şagird də ifşa edə bilər. Deyəsən internetdən xəbəri yoxdur bu zavallının. Görünür xəbəri yoxdur ki, müasir texnaloqiya şəraitində hətta Uzaq Şərq, Kamşatka sakinləri Lənkəranın əhalisinin kim olduğunu iki dəqiqəyə nəinki  öyrənə bilər, hətta şaumyanşunasın "yarıbayarı" hesab etdiyi kəndlərin əhalisilə təmas da qura bilərlər. 

Yaxşı olar ki, bu xamilyon "professor" cəfəng çərənləmələrini saxlasın özü üçün və nə talışların, nə türklərin, nə də heç bir başqa Azərbaycan xalqını aldatmasın, başlarını xarab eləməsin. Onu daha bir dəfə də deputat təyin edən deyillər, seçilməkdənsə heç söhbət də gedə bilməz. Şaumyancı alimlərin zamanı keçdi və müasir Azərbaycana belələri daha gərək deyil.

"Gündəlik teleqraf"ın kollektivinə isə gələcəkdə belələrini tapmaq və hədər yerə yalanları ilə səhifələri doldurmağı məsləhət görmürük.

Hafiz Səlimi, 
TALISH.ORG 

Категория: Azərbaycan | Просмотров: 1965 | Добавил: admin | Теги: гаджыбаба азимов, azərbaycan, Hacıbaba Əzimov, talış, təxribatçı | Рейтинг: 5.0/4
Всего комментариев: 1
1 Talysh-Lankon  
1
"İT HÜRƏR,KARVAN KEÇƏR"

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus