Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 2 » Taleh Bağırov: “Bil ki, bu həbslər sənin axırına çıxacaq”
23:44
Taleh Bağırov: “Bil ki, bu həbslər sənin axırına çıxacaq”
"Azadlıq” qəzeti martın 31-də narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı Taleh Bağırovun martın 24-də məscidlərin birində söylədiyi xütbənin mətnini yayıb: 

- ...Hansısa bir nazirə söykənib aləmi bir-birinə qatır. Nə gəldi – danışır, hara gəldi – gedir, kimi istədi – öldürür. Qanunsuzluq baş alıb gedir. Soruşanda niyə belə edirsən, deyir mənim adamım filankəsdir. Filan nazirdir, baş nazirdir, yaxud ölkənin başçısıdır.

Sənin arxanda kim dayanıb? Sənin arxanda Allah dayanıb. Bəs sən niyə qorxursan? Niyə çəkinirsən? Onun adamı heç kimdir. Sənin söykəndiyin isə yerin-göyün xaliqidir. İndiki zalımlar, zalım hakimlər kimdir ki, fironların qarşısında. Bunlar dünən çıxıb ortalığa. Tarixin fironları olub, zalımları olub. Bunlar kimdirlər ki? Bunların yüzünü bir tərəziyə qoysan, bir firon ola bilməz.

Bu gün biz fironların, zalımların qarşısında dayana bilmiriksə, özümüzdə problem var. Əgər bir insanın qəlbi geniş olsa, bir insan həqiqətən əqidə sahibi olsa, inansa ki, yerin, göyün sahibidir Allah və bilsə ki, Allah-təala bizi bu dünyada imtahan üçün yaradıb, bu zalımların qarşısında dayanmaq lazımdır, o insan heç kimdən qorxmaz.

Nə qədər torpaqlarımızı Azərbaycanda işğal ediblər. Nə qədər yerləri alıblar. Haram-haram pullarla, xalqın pullarıyla. Hələ onların haqq-hesabını danışmırıq. Xalqın torpağın əlindən almısan, neftini yemisən, pulunu yemisən, sot-sot torpaqlarla yer almısan, sənə söz deyən yoxdur. Gör nə qədər həddini aşmısan, indi gəlib məscidin içində hökmranlıq etmək istəyirsən? Bu həddi aşmaq deyil, nədir? Bu yer Allahın yeridir. Məscid Allahın evidir. Hansısa boynuyoğun məmur olsun, kim olur-olsun, gəlib məscidin içində hökm edə bilməz.

Biz sakit dayanırıq, biz səbr edirik, hədlərini aşırlar. Bu nə deməkdir: məscidə gəlmək olmaz. Qorxurlar. Yığdıqları pullar, mülklər, var-dövlət əllərindən çıxar. Bundan qorxursunuz. Biz canımızı verəcəyik, malımızı verəcəyik, qorxmayacağıq, ancaq sizi də qoymayacağıq rahat yaşayasınız. Artıq vaxt keçib. Bu qədər xalqa zülm edəsən, bu qədər cinayətləri edəsən, özünü məsum aparasan. Bizlər deməliyik ki, xalqın torpağını işğal eləmisən, çıxın. Bu sözlər ki, burada danışılır, kim bunları danışmalıdır? Cinayətkarlar danışmalıdır, yoxsa xalqın dinini, namusunu qoruyanlar? Erməni 20 faiz torpaqlarımızı işğal eləyib. Bir dərdimiz bu. Bəziləri də gəlib öz məmləkətimizdə torpaqlarımızı işğal ediblər. Xalqın malını, mülkünü öz haqq-hesablarına keçiriblər. Pulunu, malını, neftini, qazını – hər bir şeyini alıb mənimsəyiblər. Bununla kifayətlənməyib dindarların, cavanların da üstünə də gəlirlər.

Əgər Allaha bir insanın etiqadı olar, bu məsələdə dönüklük göstərməz. Bu məsələdə kim geriyə addım atdı, bilsin ki, Allaha imanı yoxdur. O şeytan ordusu, şeytanın adamı gör nə qədər cürət tapıb, bizim üstümüzə gəlmək istəyir. Əgər sən həqiqətən Allah istəyən dinə, əqidəyə sahibsənsə, Allaha inanırsansa, güc səndədir. Güc möminlərdədir. Onların rəbbi Allahdır. Sənin o tüfəngin, topun, qara maskalın, göy maskalın, ağ maskalından bizə bu dünyada bir şey edə bilərsən. Biz demirik ki, heç nə edə bilməzsən, ancaq bu dünyada edə bilərsən. Bizi bu dünyada öldürə bilərsən, ancaq onu bil ki, özün də öləcəksən. Onu bil ki, bu şəhadətlər, bu həbslər sənin axırına çıxacaq. Necə ki, Yezidin axırına çıxdı, İmam Hüseyni şəhid elədi, Əməvi xilafəti silkələndi, vallahi artıq bu şeylər görünməkdədir. Bu günün Əməvi xilafəti silkələnir artıq. 





TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 2429 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus