Главная » 2012»Ноябрь»19 » Talış Ağsaqqallar Şurasının Azərbaycan xalqına və Beynəlxalq İctimaiyyətə Müraciəti
21:49
Talış Ağsaqqallar Şurasının Azərbaycan xalqına və Beynəlxalq İctimaiyyətə Müraciəti
"Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır” tezisi Azərbaycan Respublikasının Konustitusiyasının əsas müddəalarından biridir. Azərbaycan Respublikası müstəqilliyini elan edəndən sonra, ilk qəbul edilən sənədlərdə təmtaraqlı şəkildə elan edilmişdir ki, hakimiyyətin formalaşdırılmasında və digər sahələrdə beynəlxalq səviyyədə artıq formalaşmış demokratik dəyərlərə hörmətlə yanaşılacaq və bu prinsiplərə əməl ediləcəkdir. 1995-ci ildən, Azərbaycan Respublikasının Konstitusiyasının və digər vacib qanunların qəbul edildiyi gündən hazırkı zamana qədər ölkədə qanunlar elə dəyişdirilmişdir ki, hakimiyyətə sahib olmuş iqtidarın hakimiyyətə bilavasitə nəzarəti dəyişilməz qalsın. Digər tərəfdən, rejim təmsilçilərinin maraqlarına xidmət naminə mövcud qanunlara hörmətsizlik adi hal almışdir.
Azərbaycan Respublikasının parlamenti-Milli Məclis haqqında Konstitusiya müddəaları, Qanun və əsasnamələr, Seçki Məcəlləsi və digər sənədlər elə tərtib edilmişdir ki, hakimiyyətin digər iki qolu - qanunverici və məhkəmə hakimiyyətləri İcraedici hakimiyyətin nəzarətində fəaliyyət göstərsin. Bu səbəbdəndir ki, Milli Məclisdə heç bir müxalif fraksiya, yaxud ideya birlikləri yoxdur. İcra hakimiyyətinin formalaşdırdığı seçki komissiyalarında mandatla təmin olunan və iqtidara sadiqliyi ilə seçilən "bitərəflər”in – həmin komissiyalarda təmsilçiliyi sayəsində bütün seçki və referendiumların nəticələrini saxtalaşdırmaq imkanları yaradılmışdır. Bunun sayəsində bütün səviyyələrdə seçki komissiyalarına nümayəndələrin təyinatının icra mexanizmi yaradılmış, Azərbaycan Respublikasında demokratik seçkilərin keçirilməsi, hakimiyyətin formalaşmasında Xalq iradəsinin rolu barədə fikir və inam heçə endirilmişdir. Hazırda, vaxtı ilə bu iqtidara sədaqəti ilə seçilən, sonradan şəxsi maraq və imtiyazlarına toxunularaq kənarlaşdırılan bir insanın video halında ictimaiyyətə təqdim etdiyi seçki alveri barədə təkzibedilməz faktlar bütün Azərbaycan xalqının bildiyi, Avropa İnsan Haqları Məhkəməsinin dəfələrlə Qərarları ilə təsdiq etdiyi biyabırçılığın bir daha təsdiqidir.
Talış Ağsaqqallar Şurası bu cur saxtakarlıqla, Azərbaycan xalqının iradəsinə zidd formalaşdırılmış parlamentin – Milli Məclisin buraxılmasını tələb edir!
Talış Ağsaqqallar Şurasi iki palatalı parlamentin yaradılmasını, parlamentli respublika quruculuğu naminə yeni Konstitusiyanın, Seçki Qanununun hazırlanaraq beynəlxalq nəzarətin təminatı ilə ümumxalq referendiumuna verilməsini, bütün siyasi qüvvələrin, millətlərin nümayəndələrinin təmsil olunduğu seçki komissiyalarının yaradılmasını və digər islahatların keçirilməsini təklif edir. Müraciət Şuranın 18 noyabr 2012-ci il tarixli iclasında qəbul edilmişdir. Talış Ağsaqqallar Şurasının katibi: Zabil Mədoj