Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 13 » Talış dilim
12:57
Talış dilim
Zaman dövr etdikcə biz kəmiyyətdə çoxalmışıq, nəyi ki, bizim keyfiyyətimiz barədə demək olmaz. Bu gün internetdə "Lənkəran da, Masallı da türk şəhərləri olublar, talışlar bu şəhərlərə kiçik dəstələrlə (?) gəlib, assimilə olublar” yazanların sayı gün-bə-gün, saat-ba-saat artır. Düzdür, onlar adi bir suala, "əgər hər iki şəhər türk şəhəridirsə, adları niyə talışcadır” sualına cavab verə bilmirlər, daha doğrusu bu sualdan yayınırlar. Amma get-gedə bu deyim həqiqətə dönür. Nəinki Lənkəran və Masallı, hətta Astara və Lerik də türk şəhərinə dönüblər.

Türkləşmənin səbəbləri...


1930-cu iləcən Talış zonası haqqında yazanlar birmənalı yazırdılar ki, bu zonada qeyri-talış dilində çox az adam, əsasən oxumuş insanlar danışır. Sonra talışca danışanların və danışmayanların nisbəti ikincilərin xeyrinə dəyişdi, yəni artıq bu zonada (daha bu zonanın adı Talış zonası deyil) talışca danışanları barmaqla saymaq olar. Və əminəm ki, iş belə getsə, bir neçə onillikdən sonra bu zonada talışca danışan tapmaq üçün günün günorta çağı əldə fənərlə gəzmək lazım olacaq. Tapılacaqmı? Məncə yox, çünki biz kəmiyyətlə çoxalırıq, keyfiyyətimiz isə daima mənfi istiqamətə doğru hərəkət edir. Bəs bizim bir millət olaraq türkləşməyimizin səbəbi nədədir? İlk səbəb biz özümüzük, daha doğrusu yaşadığımız evdir. Biz evdə uşaqlarımızla talışca danışmadığımız üçün evlərimizdə talışca bilənlərlə bilməyənlərin nisbəti ikincilərə doğru artır, sonra övladlarımızı evləndiririk, nəvələr olur, artıq evimizdə yaşayanların hamısı talış olsa da, əksəriyyət talışca bilmir, yəni artıq ailə türkləşib. Və bu minval ilə kökü talış olan ailələrin yeni üzvləri, analarının "sayalərində” öz ana dillərini bilmədikləri üçün, onlara hansı ad ilə müraciət edilməsinin fərqi olmur, artıq ailə talışlıqdan çıxmış sayılır. Bu türkləşmənin birinci və ən əsas səbəbidir. Daha sonra köməkçi səbəblər gəlir ki, bu səbəblər arasında talış dilinə yer verməyən TV-nin, radionun, mətbuatın böyük rolu var. Və ən əsas səbəblərdən birini indi yazacam.

Dövlətçilik və türkçülük əleyhinə olan... qəzet!


İnternetdəki "gündəminfo” portalı bizim qəzetdə Babək haqqında getmiş yazını kopyalayaraq, öz səhifəsində yerləşdirib. Təbii prossesdir, olsun, qəzetimizə də istinad ediblər, yəni ki, müəllif hüququmuzu tanıyıblar. Amma... Amması odur ki, göstərilən portal bizim qəzet haqqında "giriş” şərhində çox böyük bir qərəz nümayiş etdirib. Qəzetimizin Bakıda dərc olunmasına baxmayaraq portal qəzetin Rusiyada dərc olunduğunu iddia edir və iddiaları bununla bitsəydi mən heç bu mövzuya toxunmazdım. Portal iddia edir ki, qəzet anti-türk və anti-dövlətçilik mövqeyindədir! Təbii ki, biz portal rəhbərliyi ilə əlaqə saxlayacağıq, görüşəcəyik, təkzib vermələrini istəyəcəyik, ümüdüm var ki, buna nail olacağıq da, amma artıq bizə tərəf "yoxlama” gülləsi atılıb. Artıq ətrafımızda bizə qarşı bir piara start verilib: anti-dövlət və anti-türk qəzeti! Bu piarın nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək, hesab edirəm ki, əgər belə bir piara start veriblərsə, demək bizdən çəkinirlər, bizim çıxmağımızı istəmirlər. Bizə başqa yerdən ilişə bilmirlər, çünki biz heç vaxt nə dövlətçiliyin əleyhinə, nə də hər hansı bir etnosun əleyhinə heç nə yazmamışıq, demək bizim çapımızı əngəlləmək üçün dövrü mətbuatı bizə tərəf yönəltmək lazımdır. Bax bizim türkləşməyimizin bir səbəbi də budur. Bizim qəzet çıxartmağımızı əngəlləmək istəyirlər, ümüd edirlər ki, qəzet olmasa talışca yazıb-oxuyanlar da olmaz və bizim türkləşməyimiz daha tez baş verəcək. Nə dərəcədə uğurlu gedişdir, bilmirəm, amma onu bilirəm ki, nə qədər ki, nəfəsim gedir-gəlir, bu qəzet çıxacaq! Amma yenədə bir şeyi dəqiq bilirəm, əgər bu dümbələm-mümbələm portalları üstümüzə qısqırdıblarsa, demək məqsədləri saf deyil, demək Talışın özünüdərkindən qorxurlar, demək özlərinin səhf milli siyasətlərinin faş olmasından qorxurlar, demək aparılan anti-milli dövlətçilik idarəetməsinin zibilinin ortaya tökülməsindən qorxurlar. Yenə də yazımmı? Yoxsa bəsdir?....

Qələbə bayramı....


May ayı gözəl aydır, artıq yayın yaxınlaşdığını hiss edirsən. Mayın əvvəlində böyük bir bayram var-Qələbə bayramı! Düzdür, bu gün özlərini "ADR-in varisləri” hesab edən bəzi kəslər bu bayramı qeyd etmirlər, hətta deyərdim ki, bu günü evlərində yas qururlar. Azərbaycana şərəf gətirmiş bütün Sovet İttifaqı qəhramanlarını "Vətən xaini” sayırlar, amma Alman faşistləri tərəfində SSRİ-yə, dolayısı ilə öz vətənləri Azərbaycana qarşı vuruşanları isə "milli qəhraman” səviyyəsinə qaldırırlar. Məni daima bir sual düşündürür: Azərbaycanda elə bir ailə yoxdur ki, faşizmin ziyanını çəkməsin, elə bir ailə yoxdur ki, özlərinin doğmalarını bu müharibədə itirməsin. Necə ola bilər ki, öz vətənini qoruyanı "vətən xaini” gözündə görəsən, vətəninə qarşı vuruşanı "milli qəhraman” səviyyəsinə yüksəldəsən?” Məncə bunu ancaq psevdo-patriotlar, hansılar ki, dar ayaqda vətənini qoyub qaçmağa hazırdılar, onlar edə bilərlər. Bir suala cavab tapa bilmirəm, amma tapmaq istəyirəm: bu gün "babalarının” alman vəsiqələrini internetə qoyub fəxr edənlər, sabah erməniyə yenidən "dayı” deməyəcəklərmi?

Mənə TV verin...


Demişəm, hər nömrə bunu yazacam, çünki TV-miz olsa, biz bu sürətlə əriyib türk olmarıq. Mənə öz dilimdə TV verin, mən öz dilimdə də TV-yə baxmaq istəyirəm.

İ.S. Gül bayramında yenə də milyonlar küçələrə səpildi, o küçələrə ki, həmin küçələrdə minlərlə insan evsiz-eşiksiz sərgərdan gəzir. Həmən milyonlara evsiz insanlar üçün ev tikib, mayın 10-da onları o evlərə köçürdüb, H.Əliyevin ruhuna dualar etdirmək olmazdımı? Olardı, amma...

İ.S.S. Bir dostuma söz vermişdim ki, daha bu iqtidarın apardığı yanlış ideologiya ilə, səhf idarəetmə üsulu ilə işim olmayacaq, sırf mənsub olduğum millətin problemlərinə toxunacam, dilimizin gözəlliyini, mədəniyyətimizin incəliyini, böyüklüyünü təcəssüm edib, təbliğini aparacam, bir neçə nömrə idi ki, sözümü tuturdum da. Amma imkan vermirlər, üstümüzə gəlirlər, məni vadar edirlər ki, mən də cavab "gülləsi” atım, sanki mən bu ixtidarın yanlışlıqlarını yazmasam, bunlar da onu oxuyub, həzz almasalar, işləyə (yəni işləyirlər?) bilməzlər... 

Rafiq Cəlilov,
celilovrafiq@mail.ru
"Tolışon Sədo” nöm 17 (29), 11 may 2012-ci il
 

Категория: Талыш xəbərləri | Просмотров: 1774 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus