ƏLİ NASİR - 60
15 may 2015-ci il tarixdə Moskva ş. Millətlər Evində Talış Gənclər Ittifaqı tərəfindən böyük talış şairi Əli Nasirin yubiley (60 illiyi) tədbiri keçirilmişdir.
Aparıcılar: Sevana Kişiyeva və Aidə Nəsirova tərəfindən tədbirin açılışi elan onundu. Təbrik sözləri ilə Talış Gənclər Ittifaqının rəhbəri Vuqar Salaev, Moskva ş. Talış milli-mədəni muxtariyyatının rəhbəri Adil Nasirov, “Sirli Iran” social şəbəkəsinin nümayəndəsi Hadi Riza, “Talış diasporası” ictimai təşkilatın sədri İsmayıl Şabanov və başqaları çıxış etdiler.
Tədbir olduqca isti ve mehriban şəraitdə keçirildi. Tamaşaçılar yubilyarın şerefli heyatına həsr olunmuş slaydları izledilər, Onun ifasında şeir və “Gilavo” mahnısına qulaq asdılar. Gənclerin nümayendeleri: Sayla Novruzova (Voronej şəhərində yaşayan gənc şair Cəbrayıl Yəhyavev tərəfindən yazilan şer) ve Fuad Əlizadə tərəfindən böyük şairin şerefinə yazılmış şeirləri səsləndirdilər. Tədbir iştirakçıları gözəl müsiqi müşaiyəti ilə müğənni Kamran Bağırovun ifasında olan mahnılardan zövq aldılar.
Sonra Ukrayna, Belorusiya ve Qazaxistanda yaşayan talış gəncləri tərəfindən yubilyara unvanlanan təbriklər oxundu. Həmcinin, informasiya dəstəyinə gorə social şəbəkələrdə olan talış qruplarına minnətdarlıg bildirildi. Reper Amid TT şairin sözlerine bəstələnmiş təbriki ilə tamaşaçıları sevindirdi. Əli Nasirin özu ilə skayp vasitesi ilə birbaşa canli görüş, onun minnətdarlığının “canlı” eşidilməsi tədbirin kulminasiyası oldu.
Tədbirdə olan atmosferanı qisaca təsfir etmek üçün vətənindən uzaqda doğulub boya-başa çatan və bu cür milli tədbirlərdə ilk dəfə iştırak edən gənclərdən birinin sözlerini nümünə kimi gətirə bilərik: ”Özünkünün özünkülər tərəfindən dəstəklənməsini hiss etmək nə qədərdə xoşdur. Birlikdə biz qüvvəyik.”
Xatirladaq ki, 1 may 2015-ci il tarixində Azərbaycan Respublikası hakimiyyəti, məlum olmayan səbəblər üzündən, böyük talış və eyni zamanda Azərbaycan (şairin azerbaycan türkcəsində kifayet qədər əsərləri var) şairi Əli Nasirə öz şəxsi vasaiti hesabina yubileyinin keçirilməsinə qadağan etmişdir. Bu incident talış ictimai-siyasi dairələrində böyük narazilığa səbəb olmuşdu.
TALISH.ORG
Moskva