Respublika Talış Mədəniyyət Mərkəzinin (RTMM) sədri Rafiq Cəlilov Lənkəranda RTMM-nin digər üzvlərilə birgə polis təziqi ilə üzləşib. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Rafiq Cəlilovun məsələ ilə bağlı özünün facebook səhifəsində yazdıqlarını olduğu kimi oxuculartımıza təqdim edirik:
"Axır ki, "Mənim polisim məni qoruyur" ifadəsinin canlı şahidi oldum. Dünən, 21 mayda şəhri-Lankona getmişdim, məlumat var idi ki, Lənkəran poliş söbəsinin (LRŞ) rəisi Talış Mədəniyyət Mərkəzinin üzvlərinə, həbs etmək hədəsi ilə təzyiqlər edir. Şəhərə çatan kimi bir çayçıda oturub, Mədəniyyət Mərkəzinin üzvləri ilə çay içirdik ki, LPŞ-nin kiçik ranqlı əməkdaşlarının çayçını "kəşfiyat xarakterli ziyarət" etdiklərinin şahidi olduq. Olsun, burda qeyri-adi nə var ki? Polis də insandır və çayçılara da gedə bilərlər. Bir-iki belə "kəşfiyat" xarakterli gəliş-gedişdən sonra özümüz: mən və bir ağsaqqal, üz tutduq polis şöbəsinə, rəislə görüşdük, rəis mənim yanımda Mədəniyyət Mərkəzinin Lankon təşkilatının ağsaqqal üzvünə yenə də hədə-qorxu gəllməyə başladı, sözünün əvvəli də, axırı da "dövlət içində dövlət qurmaq istəyirsiz" cümləsi idi.
Prezidentin fərmanlarını, Konstitusiyanın müvafiq bəndlərini sadalasaq da alınmadı ki, alınmadı. Dediyini dedi, rəislə söhbətin mənasız olduğunu görüb, otağını tərk edib, əvvəliki "dislokasiya" yerimizə qayıtdıq. Yenə də polislər həmən çayçıya bir neçə kəşfiyyat yürüşü etdilər və ... kulminasiya nöqtəsi: Bizi ziyarətə rəisin müavini gəlldi! 3 nəfərdən ibarət "hərbbi birləşməmizə" ilk sualı bu oldu:
- Burda neyləyirsiz (sanki çay içdiyimizi göörmürdü)?
Mən konkret suala, lağ-lağı mənasında olsa da, konkret də cavab verdim:
- Talış--Muğan Respublikası yaradırıq.
Rəis müavininin sonrakı sualı lap ajiotaj doğurdu: Növbədən kənar?
Bir anlıq düşündüm: Görəsən biz kimdən sonra növbədəyik ki, növbədən kənar "soxuluruq"...
Nə isə, polislərin bizi daima nəzarətdə saxlamaları məndə bir ümüd yaratdı: Kişilər bizim təhlükəsizliyimiz üçün narahatdılar, axı "mənim polisim məni qoruyur"...
P.S. Rəisin özbaşınalıqları haqqında müvafiq qurumlara müraciət edəcəm, ancaq bu müraciət ilə nəyə isə nail olacağımıza ümüdüm azdır, çünki o rəisə, çox guman ki, bu göstərişi elə Bakıdakı böyükləri verib..."
TALISH.ORG