Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2021 » Февраль » 8 » Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
14:16
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır

"Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır". Bu sözləri Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) həmsədri, hüquqşünas Ataxan Əbilov Milli azlıqlarla bağlı Avropa Şurasının Nazirlər Komitəsinin fevralın 3-də Azərbaycana verdiyi tövsiyələri Meydan TV-yə şərh edərkən deyib.

ATİŞ həmsədri deyib ki, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasındakı müddəalar Azərbaycanda gerçəkləşməyib: “Məsələ belə qoyulur ki, milli azlıqlarla bağlı hansı problemlər var? Əslində "hansı problemləri yoxdur" deyilməlidir. "Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını açın baxın. Həmin sənəddə yazılanların heç biri məsələn, talışlara münasibətdə həyata keçirilməyib. Siz deyə bilərsiniz ki, dərslər keçirilib. Yalandan keçirilir bu dərslər. Dərslərin keçirilməsi ilə bağlı problem odur ki, birincisi dərsliklər çap olunmur, ikincisi müəllim kadrlar heç yerdə hazırlanmır. Avropa Şurası qarşısında “quş qoymaq” üçün o dərsləri saxlayıblar ki, guya öhdəliyi icra edirlər. Dərslər əvvəl həftədə 2 saat keçirilirdi, indi da ediblər 1 saat, o da fakültativdir. Fakültativ də könüllü deməkdir, yəni şagird istəsə, keçirilə bilər, istəməsə, keçirilməz. Sinifdən-sinifə keçmək üçün o dərsin şagirdin qiymət cədvəlində heç bir rolu yoxdur”.

A.Əbilovun sözlərinə görə talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır: “Xüsusən talışlarla bağlı Azərbaycanda ciddi problemlər var. Mən şəxsən deyirəm: talış xalqı Azərbaycanda yarımkölə halında yaşayır. Bilirəm, reaksiya pis olacaq və ay "separtizm belə gəldi, belə getdi" deyəcəklər. Talışlar Azərbaycanı öz dövləti, vətəni hesab edirlər, amma milli özünüifadə ilə bağlı dövlətdən heç bir qayğı görmürlər. Bu, dəhşətli bir şeydir. Dövlət öz xalqını tanımaqdan imtina edir, yəni Azərbaycan dövləti bu gün talış xalqını tanımır. Bu, biabırçılıqdır. Dövlət öz xalqını tanımamaq xəttini aparır.

İkinci, talış sözünü utancverici, aşağılayıcı adlar siyahısına salıblar. Yəni “sovet”, “kombayn”, “traktor” kimi talış adını da uşaqlara qoymaq olmaz. Əvvəla, sən etnik xalqın adını uşağa qoymağı öz siyasətinə zidd hesab edirsənsə, xalqlar arasına bu cür ayrı-seçkilik salmaq lazım deyil. Sən yaza bilərsən ki, Azərbaycanda yaşayan etnik xalqların adını uşaqlara qoymaq olmaz. O zaman heç kəs bu qərara etiraz edə bilməz ki, burada diskriminasiya var. Azərbaycanda nə qədər xalq yaşayır, yalnız talış adı eybəcər adlar siyahısına salınıb. Dövlət öz vətəndaşına, insan da insana hörmətlə, qayğı ilə yanaşar. Bu nə biabırçılıqdır? Əgər dövlət məni tanımırsa, hansı hüququ verər? Bir sözlə, talışların ictimai-siyasi və hüquqi vəziyyəti faciəvidir”.

ATİŞ həmsədri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Talışlarının İctimai Şurasını qeydiyyata almaqdan imtina etdiyini söyləyib: “Azərbaycan Talışlarının İctimai Şurası bir ildən çoxdur fəaliyyət göstərir. Ancaq dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edilsə də, nazirlik bizi qeydə almır, bizmimlə nöqtə, vergül davası aparırlar, bizi süründürürlər. Azərbaycan Talışlarının İctimai Şurası vətəndaş cəmiyyəti strukturudur da. Prezident deyir ki, vətəndaş cəmiyyəti inkişaf etsin, digər tərəfdən də vətəndaş cəmiyyətini boğur. Yəni mən vətəndaş cəmiyyəti ola bilərəm, amma orada talış adı olmamalıdır. Bu, nə yanaşmadır?"

Hüquqşünas daha sonra bildirib: "Bir sözlə Azərbaycan hökumət talışları assimilyasiya etmək siyasəti aparır. Konkret vəziyyət belədir. Əlbəttə, bunu rəsmi edə bilməz, çünki assimliyasiya qeyri-sivil xarakterli siyasətdir. Bunu gizli həyata keçirir. Onun əməlləri və fəaliyyəti bunu sübut edir. Talışa qayğı, münasibət bunu göstərir. Talışların dili, mentaliteti, adı, statsitikası, tarixi, toponimikası məhv edilir. Bununla bağlı həyəcan siqnalı çalınmalıdır”. 

TALISH.ORG
 
Просмотров: 12289 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus