Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Апрель » 29 » TALIŞLAR və talışlar
14:01
TALIŞLAR və talışlar
Mənim Talışlar haqqında fikrim həmişə müsbət olub, indidə müsbətdir. Başqa cür olada bilməz, çünkü mən də bu etnosun bir üzvüyəm, bu xalqın sevinci sevincim, kədəri kədərim olub. Sevincli və ya kədərli anları yada salmaq fikrindən uzağam, amma zaman keçdikcə Talışların "TALIŞLARA” və "talışlara” ayrıldığını özüm üçün yəqin etdim.

Böyük TALIŞLAR və manqurt talışlar...

Həmişə belə olub, BABƏK TALIŞ olsada bütün Talışlar BABƏK ola bilmədilər, necə ki, biz Zülfüqar Əhmədzadə, Novruzəli Məmmədov ola bilmirik! Olmaq istəyirik, amma ola bilmirik. Çünkü bizi məsuliyyətli, vətənpərvər, ğıyatmand TALIŞLARLA yanaşı məsuliyyətsiz, öz milli kökünə, milli mənsubiyyətinə, ANA DİLİNƏ həqarətlə yanaşan talışlarda əhatə edir və görünəni də odur ki, belələrinin sayı "bədxassəli şiş” kimi gündən-günə artmaqdadır. Mən ad çəkmək fikrindən uzağam, amma belələrinin min bir əzabla ərsəyə gətirdiyimiz qəzetimizə, dolayısı ilə qəzeti çıxaranlara, yuxarıdan aşağı baxmaları, "mən talışi oxumuram” demələri adamı nəinki cin atına mindirir, lap həmən atı çapmağa vadar edir. Belələrinə dəfələrlə "salamat da oxuma” demək istəmişəm, amma deməmişəm. Ona görə deməmişəm ki, belə manqurtlara onsuzda SÖZ təsir eləmir, eləməz də. Amma içimnən

Çiç, Tolışi handənişon?
Şımə boçi mardənişon!

Pül ve bedə, kə bedəşon,
Har vırədə sə bedəşon
Co milləti hə bedəşon
Çəvon vədə çardanişon?
Şımə boçi mardanişon!

- şeirini yazmaq keçib, şairlərimiz bu şeirin dalını yazmasalar, yəqin özüm yazaram da. Indi bu özündən razı zatlar haqqında nə isə yazıb, onları, mənim üçün ölmüş olsalar belə, "ŞƏRƏFƏ” mindirmək istəyirəm. Əvvəlcə xüsusi qeyd edim ki, bu zatlar heç vaxt Talış öncülləri olmasalarda, onlarda bir KQB-MTN xofu var və bu xofu onlarla söhbət edərkən gizli və ya açıq biruzə veriblər, hətta "səni güdürlür,(?) sənə görə bizdə çörəkvay olarıq” deyənlər də tapılır. "MTN”dən qorxanların nəzərinə; qəzetimiz Talış Mədəniyyəti Mərkəzinin rəsmi qeydiyyatdan keçən mətbu orqanıdır, nə dövlətçilik əleyhinə, nə də separat meyilli deyil, ola da bilməz! Belə olan təqdirdə bizi "MTN” nəyə görə güdüb, təqib etməlidir ki? Yox, əgər bizim Talış olmağımız cinayətdirsə, onda bizi Talış yaradana qarşı cinayət işi açılmalıdır! Qardaşlar, bacılar, boş və cəfəng şeylərlə beyninizi yükləməyin, hamı, hətta faşist düşüncəli şəxslərdə öz millətini sevənlərə sayqı ilə yanaşırlar, çünkü millətini sevməyən başqa millətlərə hörmətlə yanaşa bilməz! Əgər hər hansı bir fərd "alman,ingilis mənim millətimdən yaxşıdır” deyirsə, demək o, vəzifədə olub-olmamasından asılı olmayaraq, nanəcib və saxtakardır.

Bayaq qeyd etdim ki, ad çəkməyəcəm, amma bəzi olayları yazacam, çünkü yazmasam bunu özümə heç vaxt bağışlamaram.

HACILAR, HACILAR, HACILAR....

Bir "hacı” var, mənimçün onu xeyli təriflədilər, usanmadım, zəng etdim, ayağına getdim, bir xeyli söhbətləşdik də, qəzetin ağır durumundan bu "hacı”nıda agah etdim, qərara gəldik ki, qəzetin hər yeni nüsxəsindən ona gətirim. Qəzet çıxdı və ...bu "hacı” "mən rus dili müəllimi olmuşam, latınca (latın qrafikası ilə yox a, latınca) oxuya bilmirəm, ona görədə zəhmət çəkib mənimçün qəzet gətirmə” dedi və mən ona "heç məndə latınca oxuya bilmirəm” dedim və bu "hacını” özümçün "öldürdüm”. Bu minvalla 7-8 "hacı”da "diriykən ölülər” siyahısına düşdülər. Öz millətinin qəzetini oxumayan, ona yardım etməyən "hacılar”, ”kəbleyilər”, "məşədilər” elə ölü kimi bir şeydilər. Allahın onlara verdiyi sərvətdən millətinin maariflənməsi üçün xərcləyə bilməyənlər 50 dəfə də Kəbəni ziyarət edib, öz paralarını "zıplama yeyib ərəbistan səhralarını kübrələyən” ərəblərə yedizdirib "50 qat hacı” olsalarda, rəhmətlik HACI ZEYNALABDİN ola bilməzlər, çünkü rəhmətlik Hacı Zeynalabdin suya həsrət Bakılıları, öz şəxsi hesabına su ilə, məktəbə həsrətləri məktəb tikməklə elmlə doyurdu, bizim bu "hacıcığazlar” isə öz xalqlarının (əgər onlarda bu xalqın nümayəndəsidilərsə) mətbu "aclıqlarını” nəinki təmin etmirlər, əksinə, bu millətin mətbu aclığını doydurmaq istəyənləri, qəzeti çıxaranları "boş-bekar adamlardıda, işləri yox, gücləri yox, boş-boş işlərlə məşğuldular” deməklə aşağılamaq istəyirlər, amma başa düşmürlər ki. özləri aşağılanırlar , özləri aşağılandıqca qəzeti çıxmayan millət aşağılanır, assimilə olur, məhvə sürüklənir ...

Yaşasın kommunizm...

...Bizim qəzetin aktiv oxucularından biri mənim yanımda qəzetimizin bir nüsxəsini öz yaxın qohumuna uzadıb "40 qəpik ver” deyəndə "qohum”, "mənə kommunist qəzeti verin, oxuyum, kommunist qəzetinə lap 10 manat da verərəm” cavabını verdi. Etika xatrinə susdum, öz-özlüyümdə "Talışlar, onları Talış dağlarından deportasiya edənləri niyə bu qədər sevirlər?” sualının cavabın axtarırdım ki, "qılınc müsəlmanı” zərb-məsəli yadıma düşdü. Heyif, heyif ki, Talışlar hələdə nostalji hislərlə yaşayırlar və yeni deportasiyaya təşnədilər..

Gələcəyin hacıları.....

....Bu yazımda gələcəyin potensial hacılarından yazmayacam- Allah onları QÜVVƏTLİ, EHTİRAMLI yaradıb, onlara xüsusi missiya verıb kı, özlərindən "böyüklərlə” yeyib-içdikləri məclislərdə, saunalarda, rus-türk hamamlarında "kişi” kimi, yaltaqcasına, bir neçə min "şot”verməyi özlərinə fəxr bilsinlər, baxmayaraq ki, qəzetə 10 manat yardım etməyə canları çıxır. Bəlkə onlarında nə vaxtsa missiyaları bitdi, başları axmaq yerlərə pul xərcləməkdən ayıldı və...inanmağım gəlməsə belə, ”hacı” olmamışdan əvvəl cılız və manqurt talışlıqdan çıxıb əsl TALIŞ ola bildilər...

Ustad və onun sonbeşiyi....

Moskvadan faciəli bir xəbər aldıq; Talış dili və mədəniyyəti yolunda şəhid olmuş ustad Novruzəli müəllimin sonbeşiyi, ailənin 3-cü və sonuncu başıpapaqlısı Emil ürək çatışmamazlığından vəfat edib! Moskvadakı Talışlar Emilin nəşini Bakıya göndərdilər, biz nəşi Astaraya aparıb şəhid ustadımızın uyuduğu torpaqda, elə şəhid ustadımızın yanındaca torpağa tapşırdıq və... məni şəhid ustadımızın qardaşının "qardaşımın sonuncu övladı da öldü” yanqılı ağısı tutdu və üzümü ağsaqqala tutub "əmi, helə demə, bəs bura toplaşanlar Novruzəli müəllimin övladları deyillərmi?” dedim və .... fikrə getdim. "Görəsən ailəyə qarşı genosid bitdimi? Davam edir 37-i???”


Rafiq CƏLİLOV


Категория: Талыш xəbərləri | Просмотров: 2317 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus