Главная » 2011 » Апрель » 6 » “Tolışi-Sədo” qəzetinin baş redaktorunun ölümü ilə bağlı verilən apelyasiya şikayətin baxılması təxirə salınıb
23:53
“Tolışi-Sədo” qəzetinin baş redaktorunun ölümü ilə bağlı verilən apelyasiya şikayətin baxılması təxirə salınıb
Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, "Tolışi-Sədo” ("Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Mərhum jurnalistin vəkili Ramiz Məmmədovun bildirdiyinə görə, prosesin təxirə salınmağına səbəb qarşı tərəfin prosesə qatılmaması olub və hakim Dəmirov prosesi 13 aprel saat 12:30-a təyin edib.
Xatırladaq ki, N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü ("Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun xəstəlik nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməsi və düzgün müalicə olunmaması nəticəsində öldüyünü bildirirlər.
Badirin da...Yena da manasiz mahkama! Hokumat deyacak ki, bas biz bila-bila onu oldurduk? Yena da bu HUQUQA inanirsiz? Tupurum o huquqa ki, qabirda olandan sonra onu muhakima edacaklar! Bela mahkamalar rejimin mahiyyatini tasdiq etmaya xidmat edir...Mahkama qarar versa ki, TABII OLUM BASH VERIB...Bunun bela olmadigini biz artiq bilirik...Yox desa ki, ONA TIBBI YARDIM OLUNMAYIB onda hakimiyyat gunahi 1-2 mamurun boynuna atmaq cahdinda bulubur demakdir...Guya yuxaridakilarin xabari yox imish! Bu mahkama Noruzali muallimin ruhuna hormatsizlikdir...Onu hokumat bila-bila oldurub vassalam...Ona gora ki, o yashda adami nahaxdan garak tutmayaydilar...Ikincisi onun mulki xastaxanaya kochurmak xahishini garak qabul edaydilar...Uchuncusu hech olmazsa garak o shikayat edan kimi xastaxanaya kochuraydilar...Bunu da vakil har yerda deyib..Ombusmana da, prezidenta da ailasi xahish edib...Yena da mahkama istayan var?
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]