Главная » 2012 » Апрель » 14 » "Tolışon Sədo” qəzetinin növbəti, 14 aprel 2012-ci il tarixli 13 (25)-ci sayı işıq üzü görüb
13:09
"Tolışon Sədo” qəzetinin növbəti, 14 aprel 2012-ci il tarixli 13 (25)-ci sayı işıq üzü görüb
Qəzetdə bir sıra maraqlı məqalələr, hekayələr və şerlər öz əksini tapmışdır.
Belə ki, qəzetin bu sayında Camal Lələzoənın Talış dilində qələmə aldığı "Həxtu” adlı yeni novellası, Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən böyük bir hissə, baş redaktor R.Cəlilovun "Ana dilim?!” adlı müəllif yazısı, İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından bir hissə, şair Rza Musayevin Talış dilində yazdığı şerləri, Allahverdi Bayraminin Talış dilində qələmə aldığı "XX əsri 20-30-nə soronədə Tolışi ədəbiyot” elmi-araşdırıcı məqaləsinin davamı, şair Mirheydər Bəşərunun "Tolışə bandon” etnoqrafik poemasının II hissəsi və Talış dilində qələmə aldığı digər şeirləri, bu günkü Talış ictimai həyatını əkz edən bəzi materiallar dərc olunub.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.