Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Март » 7 » Uzunömürlüyün sirləri
11:20
Uzunömürlüyün sirləri
Allahverdi BAYRAMİ
bayrami@box.az

XX əsrin 80-ci illərin axırlarında "Nauka i jizn” jurnalında bir məqalə dərc edilmişdi, genealogiya (nəsil artımı, qan qohumluğu) və qenetika (irsiyyət) məsələlərinə aid tədqiqatlara həsr olunmuşdu. Tədqiqat üç yerdə aparılmışdı: Moskva şəhəri ətrafında, Orta Asiyada və Azərbaycanın Talış bölgəsində. Burada həmin sahələrə aid tədqiqatların nəticələri sadalanmışdı.

Yazılmışdı ki, Moskva və Orta Asiyaya nisbətdə, Talış mahalında yaxın qohumların izdivacı çox nadir hallarda genetik fəsadla nəticələnir, yəni bu halda təsadüfdən-təsadüfə xəstə uşaqlar dünyaya gəlir, əsasən sağlam uşaqlar doğulur və uzun ömürlü olur. Çünki yerli xalq, yəni talışlar nəsil artımında çox aktiv olurlar, çoxuşaqlılığa meyl edirlər, yaxın qohumlar evləndikdə bir-birinə sağlam gen ötürürlər. Bu da havasatın, şəraitin, qidalanmağın təbiiliyindən irəli gəlir, sağlamlığa, uzunömürlülüyə səbəb olur. Məqalə müəllifləri belə bir faktı ortaya qoyurlar: Genetik cəhətdən Moskvalı 15 yaşlı oğlan Talışda yaşayan 50 yaşlı kişiyə bərabərdir.

Məlumdur ki, Talış mahalı uzunömürlülüyün məskəni kimi dünyada məşhurdur. Məsələn, genetik biçiminə görə insan ən azı 120 il yaşamalıdır. ( Ruhani alimlərin buyurduğuna görə ən azı 150 il) Ancaq neçə səbəbə görə biz çox az yaşayırıq: orta hesabla yaponlar 79 il, amerikalılar 78 il, türklər 67 il, nigeriyalılar və somalilər 47 il ömür sürürlər. Amma talışlar...

Alimlərin apardıqları tədqiqatlar, Talışa gələn turistlərin, səyyahların müşahidələri, əsrlərin statistik məlumatları göstərir ki, Talış mahalı uzunömürlülərin məkanıdır, çoxuşaqlı ailələrin məskənidir. Bu barədə Talışdan nə qədər istəsən, köklü misallar, danılmaz faktlar, uzunömürlü insanlar, ən azı 10-15 uşaqlı ailələr saymaq olar, ortaya qoymaq olar.

Belələrindən biri də Masallı rayonunun Böyük Kolatan kəndində yaşayan yüzyaşlı Mir Həzər kişi və onun çoxuşaqlı ailəsidir...

*

Bağırov Mir Həzər Məşhədi Mİrtəği oğlu 1910-cu ildə iyun ayının 10-da dünyaya göz açıb. 1920-ci ildə Axund Molla Calaldan ibtidai təhsilini alıb, Quran oxumağı öyrənib. 1935-ci ildə "Kolxoz məktəbi” adlanan peşəyönümlü məktəbi bitirib. 25 il kənddə briqadir, ferma müdiri, 7 il Boradigah MTS-də o dövrün tanınmış məsul kadrları olan Həsənov Səfər və Rəhim Tağıyevlə birlikdə çalışmışdır.

Mir Həzər kişi 25 yaşında-1935-ci ildə evlənib. Onda Hökumə xanımın 21 yaşı vardı ( O, 1914-cü ildə anadan olub) İlk uçağı ( Mir Bağır) 1937-ci ildə, sonbeşiyi Bəxtiyar ekiz qardaşı ilə 1958-ci ildə anadan olub. ( Ekiz qardaş 2 yaşında vəfat edib)

Hazırda onların 7 oğlu, 1 qızı var: Bağır, Yusif, Urşan, Ulduz, Yaşar, Nadirşah, Bəxtiyar və Zəhra bacı. Mir Həzər kişi övladlarının hamısını oxutmuş, oğullarına ali təhsil vermiş, sənət sahibi etmişdir:

Böyük oğlu Bağır Coşqun Azərbaycan (Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

İkinci oğlu Yusif Azərbaycan Dillər İnstitutunda rus dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.

Üçüncü oğlu Urşan Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat faküttəsində ali təhsilini başa vurub.

Dördüncü oğlu Ulduz Azərbaycan Politexnik İnstitutunda oxuyub. Hazırda bu dörd oğul ixtisasları üzrə doğma kəndlərində, Böyük Kolatan orta məktəbində müəllim işləyirlər.( Söz düşmüşkən, Həzər kişinin daha bir nəvəsi Tağıyev Mircavid Ulduz oğlu da həmin məktəbdə müəllim kimi çalışır. O, BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib, məktəbdə informatika rəhbəridir.)

Beşinci oğlu Yaşar Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsilini başa vurub, doğma rayonuna təyinat alıb, göz həkimidir, Masallı rayon mərkəzi xəstəxanasında çalışır, böyük nüfuza malik həkimlərdəndir.

Altıncı oğlu Nadirşah da Azərbaycan Politexnik İnstitunu qurtarıb. Voloqda Daxili İşlər şöbəsində işləyib, məşhur hüquqşünas kimi tanınıb. Podpolkovnik rütbəsində təqaüdə çıxıb. Hazırda Rusiyanın Voloqda şəhərində bizneslə məşğul olur.

Yeddinci oğlu Bəxtiyar Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun məzunudur. Hazırda Nijni Novqorod şəhərində işləyir və ailəsi ilə birlikdə orada yaşayır.

*

Mir Həzər kişinin övladları ailədə çoxuşaqlı olmaqda atalarına oxşayıblar: Bağırın 30, Yusifin 35, Urşanın 15, Ulduzun 11, Yaşarın 7, Nadirşahın 5, Bəxtiyarın 8 uşağı və nəvəsi var.

Söhbət düşəndə, Mir Həzər kişi çoxuşaqlı ailəsindən fəxrlə danışır:

- Ailədə nə qədər uşaq çox olsa, bir o qədər Allaha xoş gedər. Heç fikirləşmədik, ailədə neçə uşağımız olsun, uşaqların qabağını almağa heç şəkimiz getməzdi. Allah verən paydır- deyərdik. O qədər uşaqsız- sonsuz ailələr var. Uşaq istəyən, uşaq olmayan, uşaqdan ötrü burnunun ucu göynəyən nə qədər ailələr var. Xoşbəxtik ki, Allah-taala bizə bir belə uşaq verib. Çoxuşaqlılıq avamlıq deyil, bəlkə Allahın bizə bəxş etdiyi böyük töhfədir, əvəzsiz nemətdir. Uşağı Allah verir, ruzisini qabaqcadan göndərir.

- Həm də çoxuşaqlı ailələrə dövlət qayğısı, dövlət dəstəyi vardı...

- Bəli, dövlət də hər uşağa müavinət, uşaqpulu, analara uşaqların sayından asılı olaraq medal, nişan, orden, mükafatlar verərdi. Hətta gümüş medal, qızıl medal təsis etmişdi. "Qəhrəman ana” ordeni vardı( 2 gəlinim- Həşimova Şahxanım Rəzibəy qızı və Səfərova Vəskinə İsmət qızı 78 –ci ildə "Qəhrəman ana” fəxri adına layiq görülmüşlər) Uşaqlar məktəbdə pulsuz-parasız, təmənnasız oxuyardı. Təhsili başa vurduqdan sonra iş yeri ilə, ixtisası üzrə işlə, vəzifə ilə təmin edərdi. Ona görə çoxuşaqlığa maraq çox idi, güclü zəmin, şərait yaradılırdı. Əsas o idi ki, dövlətin verdiyi maaş vətəndaşları təmin edirdi. İndi işlər çox çətinləşib, mənim balam...

*

2010-cu ilin iyunun 10-da Mir Həzər kişinin ailəsində böyük şənlik məclisi qurulmuşdu. Övladları Mir Həzər lələnin başına yığışmışdılar ki, bu qoca seyidin yüz illik yubileyini qeyd etsinlər. Maşallah- deyək, qoy Həzər kişiyə bədnəzər dəyməsin, qoy iki yüz il yaşasın! Mir Həzər kişi yaxşı qalıb, qıvraqdır, canı suludur. Götür-qoyunu özü eləyir.

Onun bu yaşda beləcə sapsağlam olmasının sirri nədədir? Bu ağsaqqalın rəftarı, hərəkəti, davranışı, məişəti, məşğuliyyəti, təsərrüfatı, bir sözlə, həyatını müşahidə edəndə, adam heyrətə gəlir: o, nə qədər də sadə, səmimi, səliqəli bir insandır! Hər şeydən öncə Mir Həzər kişi əsl müsəlmandır: dini qayda-qanunlara vaxtında əməl edir, namaz qılır, oruc tutur. Uzunömürlülüyü, sağlamlığı barədə söz düşəndə deyir:

- Cəmi ömrümdə iki şeyi heç yaxına buraxmamışam: içməyi və çəkməyi. Yeyib-içməyi, çəkməyi Allahım, cəddim- peyğəmbərim haram buyurubsa, mən qurban olduqlarıma necə əks çıxa bilərəm?

-Ağa, cəddinə qurban olum, beynəlxalq aləmdə tanınmış doktorlar, həkimlər, psixoloqlar, dietoloqlar uzunömürlülüyün sirlərini belə açıqlayıblar:

- Çox yeməmək;

-Yaşa görə menyu seçmək;

-Ürəyəyatan bir işlə, sənətlə, bizneslə məşğul olmaq, zəhmətlə dolanmaq;

- Özünə tay həyat yoldaşı ilə yaşamaq;

- Hər şeydə müstəqil rəy yurutmək, öz fikrini bildirmək;

- Çox hərəkət etmək;

-Sərin yerdə yatmaq;

- Hərdən rejimi dəyişmək, qaydalarda yenilik etmək;

- Qəhri-qəzəbi udmamaq, özündən uzaqlaşdırmaq;

-Beynini mütəmadi məşq etdirmək, riyazi hesablamalar, mütaliələr etmək və s. Bəs siz buna necə nail oldunuz?

- Mənim balam, o alimlərin dedikləri yüz illərdir ki, Quran, islam dini, şəriət hökmləri vasitəsi ilə bizim qanımıza, genimizə keçib. Bizim məişətimizdə, həyatımızda qərarlaşıb, adət-ənənələrimizə oturub. Hər kim bu dədə-baba vərdişlərinə doğru-düzgün riayət edir, canı sapsağlam olur, xəstəlik görmür, uzunömürlü olur. Hər kəs belə etmirsə, babalı öz boynuna. Şair demişkən:

-Səadət hər kəsin öz əlindədir,

İşində, gücündə, əməlindədir.

*

Həzər kişinin sağlam bədəninə, sağlam düşüncəsinə baxıram, düşünürəm: Bəlkə onun belə cavan qalmasının başlıca səbəbi qayğıkeş insanlar əhatəsində olmasıdır? Mehriban rəftar, şirin söz-söhbət, diqqətli münasibət, böyük-kiçik bilmək, ədəb-ərkan gözləmək, ağsaqqala-ağbirçəyə hörmət etmək, insanı dəyərləndirmək... neçə belə əxlaqi sifətlərin daşıyıcıları ilə bir yerdə yaşamaq nə böyük səadətdir. Bax, Mir Həzər kişi belə bir mühitdə ömür sürür. Baxmayaraq ki, 20 ildir uşaqlarının anası Hökümə xanım dünyasını dəyişib, Həzər kişi tək yasdığa baş qoyur.

Hökumə xanım Axund Molla Calalın bacısı Humeyranın qızıdır. Bu həmin Calaldır ki, Tehran Universitetinin fəlsəfə fakultəsini bitirmişdi, keçən əsrin 18-20-ci illərində ilk müstəqil dövlətimizin- Azərbaycan Xalq Cumhuriyyəti vaxtında Masallı rayonu üzrə Musavat partiyasının katibi idi. Şura gələndə onu əvvəl Arxangelskiyə, sonra Qazaxstana sürgün etdilər. 70 il sonra 1992-ci ildə Yeni Musavat partiyasının sədri İsa Qənbər öz yoldaşları ilə Böyük Kolatan qəbiristanlığına gəldi. Axund Molla Calalın qəbrini ziyarət etdilər, nitqlər söylədilər, qəbrinin üstündə məqbərə tikdirdilər. O vaxtlar bu barədə çox yazmışdılar.

Xülasə, Mirtəği Mir Həzər 1990-ci ildən bəri duldur, bu onun həyatında köklü dəyişikliyə səbəb olmadı, çünki bayaq vurğuladığım kimi, qayğıkeş yaxınlarının səyi nəticəsində həyatı yeni məcraya yönəldi. Əlbəttə, bu hadisə ona təsirsiz də qalmadı, tək-tənhalıq ona güc gələndə ibadətlə, işlə, dost-tanışlarla birgə keçirdiyi görüşlərlə, gəzintilərlə, ziyarətlərlə özünü məşğul etdi. Arada böyük oğlu Mir Bağır ona yenidən evlənməyi təklif etdisə, razılıq vermədi, dedi:

- Mənim balam, Allah qəni-qəni rəhmət eləsin ananızı, böyük nəsildəndi, böyük də ürəyi vardı. Nazımı yaxşı çəkərdi, sədaqətli ömür yoldaşı idi. Özü haqq dünyasına qovuşub, amma ruhu mənimlədir. Hər vaxt onu yanımda hiss edirəm. Hər necə olsa, mənim evlənməyim ona əyan olar. Onun ruhunu incidə bilmərəm, evlənə bilmərəm.

İnsafən, övladları ona yaxşı baxır, hər işini yoluna qoyurlar. Hələ Hökumə xanım sağ olanda ər-arvad kişik oğulları Bəxtiyarın ailəsi ilə bir yerdə qalırdılar. Sonbeşik Bəxtiyarın həyat yoldaşı Nəzakət xanım Sığdaşlı Hacı Höccətin qızından Hökumə xanım son nəfəsinəcən razılıq etdi. Mir Həzər də həyat yoldaşı vəfat edəndən sonra 10 il Nəzakətin xidmətində qaldı. Bəxtiyargil Rusiyaya köçəndən sonra bir müddət Urşanın yanında yaşadı. Allah Urşanın həyat yoldaşı Gülzadə xanımı xoşbəxt eləsin, lələnin xidmətində yaxşı qalırdı. İndi də Ulduzun evindədir. Ulduzun ömür-gün yoldaşı Əntiğə xanım lələni babasıtək sevir, Allah ona cansağlığı versin.


Mir Həzər kişinin ailəsi qeneoloji ( qan qohumluğu) baxımından da nümunəvi bir ailədir. Belə ki burada əmioğlu ilə əmiqızı, əminəvələri bir-birilə izdivac etmiş, dünyaya çox sağlam uşaqlar gətirmiş, bircə dəfə də olsun, xəstə uşaqları olmamış, qan qohumluğu fəsad verməmişdir:

1) Urşan MirHəzər oğlu+ Gülzadə Mirmusa qızı ( əmioğlu+əmiqızı)

2) Hacı Mirhüseyn Mir Musa oğlu+ Kərbəlayı Ağanaz Mir Talıb qızı ( əmioğlu+əmiqızı)

3) Salman Mir Fərman oğlu+ Zəhra Mir Həzər qızı ( əmioğlu+əmiqızı)

4) Mir Hafiz Bağır oğlu+ Nəzakət Mir Ulduz qızı ( əmioğlu+ əmiqızı)

5) Ramiz Mir Təyyar oğlu+ Rəsmiyyə Mir Bağır oğlu( əminəvələri)

6) Rasim Məşhədi Yusif oğlu+ Gülnar Mir Ulduz qızı ( əmioğlu+ əmiqızı)

7) Mircavad Mir Ulduz oğlu + Şeyda Bəxtiyar qızı ( əmioğlu+ əmiqızı )

8) Məhəbbət Mir Kərim oğlu + Əfsanə Əlirza qızı ( əminəvələri)

9) Şamo Mir Kərim oğlu + Sevda Nadirşah qızı ( əminəvələri)

10) Mir Bağır Mir Həzər oğlu + Şahxanım Rəzibəy qızı ( dayınəvəsi+ bibinəvəsi)

11) Şəhriyar Məşhədi Yusif oğlu+ Məhəbbət Kərbəlayı Şadulla oğlu ( bibinəvəsi+dayınəvəsi)

12) Nizami Mir Bağır oğlu+ Kəsirə Mirfitat qızı ( bibioğlu+ dayıqızı)

*

Həzər kişi öz övladlarından çox razıdır. Ona görə yox ki, onun qulluğunda yaxşı dururlar, yaxud hər qayğısına qalırlar. Ona görə razılıq edir ki, övladları həm də dövlətin, vətənin, millətin xidmətində canla-başla dururlar. Təkcə öz eli-obasında yox, həm də Rusiyada, ayrı-ayrı ölkələrdə övladları hörmət-izzət sahibidirlər. Xaricdə yaşayan övladlarının xoş xəbərləri Həzər kişinin ömrünü uzadır:

Oğlanları podpolkovnik Nadirşah Voloqdada, inşaat mühəndisi Bəxtiyar Nijni Novqorodda ailəvi yaşayır və bizneslə məşğuldurlar.

Bəxtiyarın iki oğlu ( Rəşad, Ramin) Nijni Novqorod Universitetinin hüquq fakültəsində oxuyur. Baba Mir Həzərin elmə- maarifə olan hədsiz marağını, həvəsini onun nəvələri davam və inkişaf etdirirlər. Bu yaxınlarda Bəxtiyar Bağırovun evinə xüsusi təbriknamə gəlib: Şəhər orta məktəbinin 10-cu sinif şagirdi Mirabbas əla qiymətlə oxuduğuna, nümunəvi davranışına görə təltif edilib. Məktəbin direktoru, sinif rəhbəri və valideyn komitəsi sədrinin imzaladığı bu təşəkkür məktubu ailənin böyük sevincinə səbəb olub. Bundan xəbər tutan Mir Həzər kişi iftixarla deyir:

- Ot kökü üstə bitər.

*

Ata-babadan gələn halallıq, zəhmətsevərlik, zirəklik Həzər kişinin də övladlarının əsas kredosudur. Oğullarının hər birinin öz ev-eşiyi, təsərrüfatı, hətta biznesi var. Cəmiyyətdə öz mövqeyi olan, sözü, əməli, işi ilə yadda qalan adamlardır. Öz qazanclarından xalqa əl tutur, kasıb-kusuba kömək edir, el-obaya həmiyyət göstərir, xeyirxah əməlləri ilə tanınırlar.

Həzər kişinin övladları az qala dünyanın hər tərəfinə yayılıblar. 12 oğul-qız nəvəsi ali təhsil alıb müxtəlif müəssisələrdə işləyir. Urşanın qız nəvələri- iki bacı Pərvizlə Şəbnəm Azərbaycan Slavyan Universitetinin fransız dili fakültəsində, Nadirşahın iki qızı Sevda və Aytən Sankt-Peterburq Universitetində , Mir Bağırın qəz nəvəsi Şiriyev Sarıvan İlqar oğlu Perm Universitetinin 2-ci kursunda oxuyurlar.

Dünya biznes tərəfdaşları arasında da Həzər kişinin övladlarının öz yeri var. Nəvəsi Bağırov Anar Nadirşah oğlu Voloqdada Ust-Yujni şəhərində bizneslə məşğuldur. Nəvəsi Tağıyev Elvin Ramiz oğlu Bəhreyndə Əbu dabidə gəmi kapitanıdır....

Bax, budur çoxuşaqlı ailənin coğrafiyası! Nə qədər desən, böyükdür və böyüməkdədir. Dünyanın hər yerində dost tapmaq, ev-eşik sahibi olmaq, biznes, sənət, dostluq əlaqələri qurmaq! Yəni bundan da gözəl işlər varmı dünyada? Ona görə hesab edirəm ki, yüz bir yaşlı Mir Həzər kişi dünyanın ən xoşbəxt adamıdır!




Категория: Təbabət | Просмотров: 2632 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus