Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 30 » Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov cənablarına xatırlatmalar
14:51
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov cənablarına xatırlatmalar
Hörmətli professor! Bir-birimizi yaxşı tanıyırıq və siyasi proseslərdə də müəyyən məqamları birlikdə keçirmişik. Şəxsiyyətinə də hörmətim var. Sizi XX əsr Lənkəran ziyalılarının öncüllərindən sayıram. "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” (DTB) təşkilatının yaranmasına münasibətinin bu dərəcədə aqressiv olmasını anlaya bilmədim və doğrusu Sizdən bu aqressivliyi gözləmirdim. Mənə əsas verirsiniz ki, soruşum: "Hacıbaba müəllim, milli məsələləri, milli münaqişələrin yaranma səbəblərini yaxşı bildiyiniz halda milli birliyə çalışanları belə ağır ittihamlarda suçlamağınızın səbəbi nədir?”

Sovet rejimi dağılan kimi təkcə bizlərdə yox, sosializm məkanının bütün ölkələrində milli zəmində qanlı-qansız münaqişələr baş verdi və günahsız insanlar məhrumiyyətlərə düçar oldu. Özbəkistanda, Çeçenistanda, Moldovada, Yuqoslaviyada, Bolqarıstanda və nəhayət Azərbaycan və Ermənistanda milli zəmində yaranan müharibələrdə milyonlarla insan qətlə yetirildi, kəndlər, şəhərlər xarabaliqlara çevrildi, milyonlarla qaçqınlar yurd-yuvalarından ayrı düşdülər.

Dünyada 8 mindən artıq millət yaşasa da, 200-ə qədər dövlət var. Hər dövlətin də bir aparıcı xalqı, bir dövlət dili, bir hakim milləti var. Azlıqda qalan, dövləti olmayan millətlərsə həmişə dövlətlərini yaratmaq mücadiləsi aparıblar. Əksər hallarda belə mənasız mücadilələr müsbət sonluqlarla nəticələnməyib, əvəzində günahsız insanların qanı su yerinə axıdılıb. Bu, min illərin günümüzə gəlib çıxan acı nəticələridir. Lakin, dünya sivilizasiya mərhələsini yüksəltdikcə milli zəmində yaranan müharibələrə də çarə tapmaqdadır. Hazırkı dünyamızda iki üsuldan istifadə edilir: 1) Milli azlıqlar təzyiq altında saxlanılır, milli zəmində hər hansı bir cəhd amanzızliqla yatırılır; 2) Milli azlıqlara ozünü ifadə imkanları verilir, siyasi-milli muxtariyyət istisna olmaqla bütün istəkləri dövlət dəstəyinə götürülür. Rus-Sovet imperiyası birinci üsuldan amansızlıqla istifadə etdiyindən SSRİ-nin 70 illik dönəmində milli zəmində münaqişələr baş vermirdi və hətta, yox kimi görünürdü. SSRİ dağılan kimi milli məsələlər gec partlayan bomba kimi partladı və sosializm məkanının bütün ölkələrini bürüdü.

ABŞ və Avropanın inkişaf etmiş ölkələri ikinci yolu tutmaqla milli zəmində münaqişələri həll etmiş oldular. Bu ölkələrdə millətlərə özünü ifadə imkanları verildi, hər birinə dilini, dinini, mədəniyyətlərini sərbəst ifadə və inkişaf etdirmək mühiti yaradıldı, hətta, dövlət yardımları da edildi. Hələlik bu ən məqbul yol sayılır. Çoxmillətli ölkəmizdə bu imkanlardan talışlar, kürdlər, tatlar, ruslar, avarlar nədən yararlanmasın? Bu prinsiplərə Eldəniz Quliyev, Mehdibəy Səfərov və digərləri tərəfindən təşəbbüslər edilərək "Demokratik Talış Birliyi” adlı bir təşkilatın bünövrəsi qoyulub. Onun əleyhinə çıxmağın, yaradıcılarını xarici kəşfiyyat orqanlarının agentləri adlandırmağın, şəxsən mənim üçün anlaşılmazdır. Bilmədiyini demək, və dediklərini mətbuata çıxarmaq, nə yaşına, nə də başına yaraşır.

Mənə elə gəlirdi ki, 1993-cü il Lənkəran separatizminin iç üzünü görmüş, ağrısını çəkmiş bir adam belə məsələlərə həm yardımçı olmalı, həm də ideyanı ilk dəstəkləyənlərdən biri kimi mövqe sərgiləyəməlidir. Sən də, mən də yaxşı bilirik ki, Lənkəran separatizminin kökündə milli məsələlərin Stalin metodları ilə "həlli” edilmiş görüntüsü dururdu. Milli azlıqların hüquq və azadlıqları o qədər təzyiq altında saxlanılmışdı ki, ölkə dağılan kimi "milli oyanış " başladı və bu oyanış separatçı ünsürlərin nəzarətinə keçdiyindən bölgədə "TMR” adında dövlət yaradılmasına təşəbbüslər edildi. Nəticədə sənin və mənim kimi minlərlə həmyerlilərimizin qurduqları azad, müstəqil dövlətimiz soyğunçu ünsürlərin (separatçıların yox) əlinə keçdi və yaşamını itirdi. Yaşının 70-i keçməsinə baxmayaraq bu ünsürlərə qarşı mübarizədə öndə gedənlərdən birisən. Hakimiyyətin tayfa-klan metodları ilə idarə edilməsi, yeraltı və yerüstü sərvətlərinin hərraca qoyulduğu, əhalisinin az qala yarısı xaici ölkələrdə çörəkpulu qazanmağa məhkum edildiyi bir şəraitdə, milli azlıqların hüquqlarından danışmaq, insan haqlarını önə çəkmək çox çətin və bir az da gülməli görünür. Lakin, ona da sevinmək gərəkdir ki, hakimiyyətin dəmir dabanına nizə batırmağa təşəbbüslər edirlər də var. Mən səni də mövcud hakimiyyətinin dabanı altında əzilənlərdən biri sayıram. Min bir əziyyətlə yaradıcısı olduğun Lənkəran Dövlət Universitetindən əsassız ittihamlarla uzaqlaşdırıldın, Parlament seçkilərində topladığın səslər başqasının adına hesablandı, yaşadığın ev başına uçuruldu. Hətta sənin təqaüdünü belə əlindən almadılarmı? İndi sənin kimi, bəlkə səndən də artıq bu hakimiyyətin ağrılarından, repressiyalarından, təzyiqlərindən əziyyət çəkənləri Moskvanın, Tehranın agentləri adlandırırsan?

Başa düşə bilmirəm, talışların daha artıq "kalpak” altında sıxıldığı indiki şəraitdə kimlərsə təşəbbüs göstərib "Demokratik Talış Birliyi " adlı bir təşkilat yaradaraq məram və məqsədini də elan edirlər və sən də ağına-bozuna baxmadan onları xarici kəşfiyyata işləyən agentlər adlandırmaqla nə demək istəyirsən. Sən talışların millət kimi indiki acınacaqlı durumu ilə razılaşırsanmı? Səni qane edirmi ki, bu millətin mədəniyyəti tapdaqlar altında qalsın, dilində televiziya verilişləri yayımlanmasın, qəzet, jurnal, kitab çapına icazə verilməsin, onların siyasi proseslərdə iştirakı yasaqlansın, işsizlikdən gəncləri küçələrdə avara-sərgərdar gəzsinlər, Rusiya bazarlarında alverçiliklə çörək qazanıb separatçı ünsürlərə qoşulsunlar?

Müsahibəndə: "Qeyd edirlər ki, Azərbaycanın cənubunda 1,5 milyon talış yaşayır. Yalan deyirlər” - ifadəsini işlətmisən. Qeyd edim ki, bu ölkədə nə talışların, nə türklərin, nə ləzgilərin, nə də digər millətlərin sayları dəqiq bəlli deyil. Çünki bu işi görməli olan dövlət qurumları bütün siyahıyaalmalarda millətlərin saylarını məqsədli şəkildə dəqiqləşdirmir və ya olduqlarından yüz dəfələrlə az göstərir. Əgər 1,5 milyon rəqəmi yalandırsa, düzünü bilirsənmi? Bəlkə sənin xüsusi siyahıyaalma sistemin var, bizim xəbərimiz yoxmuş. Onda açıqla, qoy hamı, ən əsası da talışlar bilsinlər ki, onların nə qədəri bu ölkədə yaşayır. Yox, bilmirsən, bilə də bilməzsən. Hakimiyyətdəkilərimiz baş tutmayan "vahid sovet xalqı” ideyasını "müstəqillik” dövründə "vahid azərbaycan xalqı” adı ilə reallaşdırmağa girişiblər. Yəqin ki, "deputatımız” Hadı Rəcəblinin müsahibəsində də bu istiqaməti sezməmiş deyilsən. Ölkəmizdə millətlərin sayı haqqında bütün məlumatlar nisbi xarakter daşıyır. Sanki bu nisbilikdə hər şey asan başa gəlir, hakimiyyətdəkilər üçün "təhlükələr” minimuma enir, despotizn çiçəklənir. Məmur ordusu dərk edə bilmir ki, gələcək nəsillərə ağır bir miras qoyurlar, gec partlayan bombalar istehsal edirlər.

Bu Vətən bizimdir, min illər əvvəl də bizim olub, qiyamətə qədər də bizim olacaq. Hakimiyyətsə gəldi- gedərdi, onu bizlər millətlərimizin istəyinə uyğun formalaşdıra bilmədiyimizdən ağrılarını çəkirik, haqlarımızın tapdamasına, hüquqlarımızın pozulmasına qarşı mübarizələr aparmaqda çətinliklər çəkirik. Bu minvalla da gələcək nəsillərimizə ağır və bağışlanmayacaq bir miras qoyuruq. Bu gün Azərbaycan müstəqil dövlətdir. Elə bir müstəqil dövlət ki, vətəndaşlarının 80-90%-i bu müstəqillikdən beziblər. Sovet dönəminə nostalji hissləri ilə yaşayanların sayı ilbəil yox, aybaay, günbəgün artır. Neçə illər idi ki, hamı "X” gününü gözləməkdəydi, indi də "ərəb baharı” küləklərinin həsrətindədirlər. Sən də yəqin ki, bu insanlar sırasındasan. Təəssüf ki, millətlərimizə layiq müstəqillik qazana bilmədik. İndi də mücalidədəyik. Bu yolda atılan hər bir addım təqdirə və alqışa layiqdir. Talışı olsun, türkü olsun, ləzgisi, yaxud, avarı olsun fərq etməz. Təki demokratik dövlət uğrunda, insani və milli haqlar uğrunda mübarizə olsun. Təki layiq olduğumuz hakimiyyəti formalaşdıra bilək. Təki ağzımızdan güllələyən, qapımız ağzında bizi öldürən, cibimizə, həyətimizə, evimizə narkotik atmaqla bizləri türmələrdə çürüdən irticaçıların zülm və əsarətindən qurtulaq. Hər bir millət, milli azlıq bu ölkənin milli sərvətidir. Gəlin bu sərvəti qoruyaq və ondan yararlanaq.

Mən şəxsən tərəfdarıyam ki, saylarının nə qədər olmasından asılı olmayaraq talışlar, eyni zamanda digər azlıqlar da özünüifadə imkanlarına sahib olsunlar, ölkənin gələcəyi üçün partlamamış bombalar hazırlanmasın. Elə hesab edirəm ki, bu yolda "Demokratik Talış Birliyi” adlı təşkilatın yaranması da təqdirəlayiq hadisədir və belə təşkilatların sayı nə qədər çox olsa, milli zəmində baş verə biləcək münaqişələrin qarşısı birdəfəlik alına bilər.

Hörmətlə:   

Hüseynqulu Məmmədli,
Lənkəran şəhəri


Категория: Azərbaycan | Просмотров: 2519 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus