Главная » 2011 » Август » 28 » “Xəzər Lankon”ın baş məşqçisi Mirça Rednik: Məyusam, yaxşı oynamadıq
06:55
“Xəzər Lankon”ın baş məşqçisi Mirça Rednik: Məyusam, yaxşı oynamadıq
"Məyusam, yaxşı oynamadıq. Hesabı oyuna görə normal hesab edirəm”. Bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Premyer Liqanın IV turunda "Rəvan”ın qonağı olan Talış komandası meydandan 1 xalla ayrıldı – 1:1. Görüşdən sonra təşkil olunan mətbuat konfransında rumıniyalı məşqçi bildirib ki, futbolçularının bütün komandalara ciddi yanaşmasını istəyir.
"Rəqib ilk hissədə daha yaxşı oynadı, pressinq tətbiq etdi. Komandamız isə yorğun görünürdü, ötürmələrdə səhvlər var idi, xüsusən də yarımmüdafiədə. Futbolçularımızın bütün komandalara qarşı ciddi yanaşmalarını istəyirəm. Sanki, 3 ardıcıl qələbədən sonra komandada arxayınlıq yaranmışdı. Bəlkə də komanda artıq "Neftçi" ilə oyunu düşünür. "Rəvan" yaxşı oyun göstərdi, 1 xal qazandığımız üçün bəxtimiz gətirdi. Elnur Abdullayevə özünü göstərməsi üçün dörd oyundur ki, şans verirəm. Gələn dəfə onu meydana buraxmaq üçün min ölçüb, bir biçəcəm"- deyə Rednik qeyd edib.