Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Январь » 19 » 1990-cı il 20 yanvar faciəsinin Lənkəran (Lankon) davamı
17:24
1990-cı il 20 yanvar faciəsinin Lənkəran (Lankon) davamı
20 yanvar faciəsinin 21-ci ildönmü gəlir. Bu faciə haqqında çox  deyilib, çox yazılıb, amma nədənsə 20 yanvar ərəfəsində bölgələrdə yaşanan hadisələr barədə ya heç danışılmır, ya da ötəri məlumat verilir. Amma tarixi hadisələri tam işiqlandırmayanda tarix yarımçıq görsənir. Bunu nəzərə alıb 20 yanvardan əvvəl və sonra Lənkəranda baş verən hadisələr barədə yazmaq, həmən hadisələri işiqlandırmaq istədik və bloqçu Pərviz Əzimovun bloqunda çox maraqlı bir müsahibəyə rast gəldik. Həmən müsahibə LXC-nin o vaxtkı liderlərindən biri, 1992-1993-cü illərdə Lənkəran icra hakimiyyətinə başçılıq etmiş, kimya elmləri namizədi Hüseynqulu Həmmədovdan götürüllüb. Mövzunun aktuallığını nəzərə alaraq müsahibəni nəzərinizə çatdırırıq.

- 1989-cu ilin dekabr ayında Ermənistan SSR Ali Soveti Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul etmişdi. Bu qərar Azərbaycan xalqı, o cümlədən, Lənkəranlılar tərəfindən etirazla qarşılandı. ancaq Vəzirov hakimiyyəti vəziyyətdən çıxış yolunu Dağlıq Qarabağa iqtisadi yardımlar göstərməkdə görürdü. Buna mane olmaq üçün etiraz aksiyaları keçirtməyi qərara aldıq. Sübut etmək istəyirdik ki, həqiqətən Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycanın tərkib hissəsidir. Beləliklə, biz lənkəranlılar etiraz əlaməti olaraq 1990-cı ilin yanvar ayının 11-dən etibarən bir sıra tələblər irəli sürməklə Lənkəranda siyasi hakimiyyətin fəaliyyətini dondurduq. Rayondakı aparıcı hökumət idarələrinin fəaliyyət göstərməsinə imkan vermədik. Bu məqsədlə Lənkəran rayon rəhbərliyi ilə görüşdük və onlar da bizə dəstək verdilər. Bizim tələblər əsasən iş yerlərində, fabriklərdə, zavodlarda tətillər həyata keçirməklə irəli sürülürdü. Yəni zavod və fabriklərin işçiləri etiraz əlaməti olaraq tətilə çıxırdılar, işə getmirdilər. Bu da o zaman üçün çox ciddi bir iş idi. Ən əsası ondan ibarət idi ki, bu işdə rayon partiya komitəsi, təhlükəsizlik orqanları da xalqa dəstək olurdu və beləliklə Lənkəranda rəsmi hökumət strukturları rəsmi olaraq öz fəaliyyətlərini dondurmağa məcbur oldular.

Yanvarın 11-də başlayan aksiyalar yanvarın 25-nə qədər davam etdi. Bu müddət ərzində ölkəmizdə böyük bir faciə yaşandı. Bildiyiniz kimi yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda kütləvi qırğın törətdilər. Bu hadisələr zamanı 131 nəfər dünyasını dəyişdi, 250 nəfərə yaxın insan yaralandı.

"Sovet qoşunları 20 yanvar hadisəsindən sonra ölkənin bir sıra rayonlarında da qırğınlar həyata keçirtdilər. Ancaq bu hadisələr Lənkəranda baş vermədi. Bunun qarşısını necə ala bildiniz?” sualımızı Hüseynqulu bəy belə cavablandırdı:

- Bir sıra rayonlarda rus qoşunları qırğınlar törətdi. Xüsusilə Neftçalada faciəli hadisələr baş verdi. Bizim də belə bir qorxumuz var idi, çünki, Lənkəran yeganə rayon idi ki, bu siyasi hakimiyyətə rəsmən etiraz etmişdi. Bu səbəbdən biz çıxış yolu tapmalı idik və belə qərara gəldik ki, həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi ilə görüş keçirək. Lənkəran tərəfdən görüşdə rayon xalq cəbhəsinin idarə heyətinin üzvləri, mən Hüseynqulu Məmmədov, Arif İsmayılov və Lənkəran şəhər XDS İK sədri və onun müavini, SSRİ tərəfindən isə DTK-nın nümayəndələri və Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik Totski iştirak edirdi. Bu görüşdə məqsəd bundan ibarət idi ki, qarşılıqlı bir protokol imzalayaq. Bu protokolun əsas şərti bu idi ki, LXC-nin nümayəndələri onlarda olan silahları təhvil verir və bunun qarşılığında sovet ordusu şəhərə daxil olmur.

Bu görüş 1990-cı ilin yanvar ayının 25-də, gecə saat 12 radələrində başladı və gecə saat 3-ə qədər davam etdi. Nəhayət, razılaşma protokolu imzalandı. Səhəri gün, yanvarın 26-da günorta saat 3-ə qədər bütün silahlar toplandı. Amma….

Təəssüf ki, ayın 26-sı LXC-nin üzvlərindən olan Əlikram Hümbətov razılaşmanı pozaraq silahlı dəstə ilə Haftoni meşəsinə çəkildi. Biz saat 2-yə qədər onunla danışıqlar apardıq ki, silahları təhvil versin, ancaq bu danışıqlar heç bir nəticə vermədi. Beləliklə, yanvar ayının 26-sı gündüz saat 2-də Haftoni meşəsində SSRİ qoşunu ilə Əlikram Hümbətovun dəstəsi arasında silahlı toqquşma başladı və atışma nəticəsində LXC-nin üç üzvü həlak oldu, daha iki nəfər isə sürdükləri motisikletdə alovlu silahlar vasitəsi ilə öldürüldü. Əks tərəfdən isə 1 nəfər komandır həlak oldu.

Bu olayda əslində günahkarın kimliyini demək tam düzgün deyil. Əlikram Hümbətov ona görə meşəyə çəkilmişdi ki, o, Moskvanın verdiyi sözü tutacağına inanmırdı. Meşəyə də ona görə üz tutmuşdu ki, əgər hücum olarsa, döyüş şəhərin daxilində olmasın. Yəni o, şəhərə olacaq hücumun istiqamətini dəyişmək istəyirdi.

Təəssüf ki, xoşagəlməz hadisələr bununla bitmədi. Əslində isə biz hər şeyin bitdiyini zənn etmişdik. Ancaq, aksiyalardan sonra LXC-nin 37 üzvü həbs olunaraq helikopter vasitəsi ilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparıldı. Həmin 37 nəfərə ağır işgəncələr verilib. Qolları arxadan bağlanaraq ipin bir ucu boğazlarına keçirilərək adi yük kimi həmin helikopterə yükləyiblər. Onlardan Tariyel adlı cəbhəçi helikopterdə boğularaq öldü, digər 36 nəfər isə təqribən bir aydan sonra Lənkərana qaytarıldı.

90-cı ilin yanvar hadisələri mənim fikrimcə Lənkəranın qızıl səhifələridir. Bunun da iki əsas səbəbi var: əvvəla ona görə ki, Lənkəran demək olar böyük bir qırğından xilas oldu. İkincisi isə, Lənkəran camaatı böyük birlik, əzm nümayiş etdirdi. Əslində keçən 20 il zaman baxımından elə də böyük məsafə deyil. Ancaq bu zaman kəsiyində insanların hadisələrə baxışı tamam fərqli bir forma alıb. Sanki insanların vətənpərvərlik ruhu ölüb. Bunun da əsas səbəbkarı bugünkü siyasi, monopolist və korrupsiyaya uğramış hakimiyyətdir. Məsələn, neçə illərdir ki, ölkədəki seçkilər saxtalaşdırılır, insanların hüquqları bir çox sahələrdə olduqca kobud şəkildə pozulur. Bu səbəbdən əhali çox məsələdə daha çox seyrçi mövqeyində qalmağı üstün tutur

Redaksiyadan: Bu müsahibəni  həmən ərəfədə lxc-nin liderlərindən olan Əli Nasirlə müzakirə etdik. O, sadalanan bütün faktları təsdiqləməklə yanaşı aşağıdakıları bildirdi: 26 yanvarda, günorta radələrində mən və agsaqqal Hüseynqulu  müəllim sərhəd qoşunlarının qərargahında Moskvadan gələn generalla görüşdük və mən ondan Hafthoni meşəsindəki LXC silahlıları ilə danışıq aparmağa vaxt istədim. O, nəinki bizə vaxt vermədi, hətta məni və Əlimuxtarı (Əlimuxtar LXC-nin İH-nin üzvü idi və əhalidən silahların yığılıb dövlət orqanlarına təhvil verilməsini təşkil edirdi) həbs etdirib, helikopterlə Bakıya, DTK-nın təcridxanasına göndərdi. Çox güman ki, DTK yetkililərinin danışıq aparmaq fikirləri yox idi və onlar Lənkəranda qırğın törətmək niyyətində idilər. Hüseynqulu müəllimin o fikri ilə tam razıyam ki, Hümmətovun silahlıları Hafthoni  meşəsinə aparması Lənkəranı böyük qırğından qurtardı.

Tolışi Sədo qəzeti, №1, 2011-ci il

Категория: Талыш xəbərləri | Просмотров: 2308 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus