TALISH.ORG-a Respublika Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Mirzəyev Şahin Sahil oğlu tərəfindən Azərbaycanın demokratik ictimaiyyətinə ünvanlanan müraciət daxil olub. Şahin Mirzəyevin xahişini və müraciətdə toxunulan faktların ciddiliyini nəzərə alaraq onun mətnini olduğu kimi oxucuların nəzərinə çatdırmağı vacib bildik.
MÜRACİƏT
Əziz dostlar, sizlərdən məni müdafiə etməklə, özumu və ailəmi hakimiyyətin ölüm çarxından qurtarmaqda, bizi məhf etmələrinin qarşızının alınmasında mənə dəstək vermənizi xahiş edirəm. Belə ki, özümün ikinci qrup astma xəstəsi olmama baxmayaraq, “həkimlərimiz” hər dəfə mənə əlavə və ən əsası yanlış diaqnoz qoyaraq, lazımsız, keyfiyyətsiz firma dərmanları aldırtırıb, maddi ziyan urmaqla yanaşı, həm də məni fiziki cəhətdən məhf etmək istəyirlər. Hakimiyyətin bu yaramaz əməllərinin davamı olaraq, həyat yoldaşımda xərçəng xəstəliyi olduğu halda, onu “AzərSuTikinti” xəztəxanasında yanlış diaqnozla əməliyyat ediblər və həyat yoldaşım indi ölüm ayağında olmaqla, Milli Onkologiya Mərkəzində həyatla mücadilə edir. Tam əmunliklə deyə bilərəm ki, mənə və ailəmə qarşı aparılan iyrənc münasibətin arxasında hakimiyyət durur və bütün bunlar məni susdurmağa, sındırmağa yönəlik iyrənc siyasətdir. Bildiyiniz kimi mən harada olmağımdan asılı olmayaraq ölkədə demokratikləşmənin tərəfdarı olmaqla, eyni zamanda diktaturayla mübarizə aparıram. Ölkədə yalançı tolerantlıq, yalançı multikulturlizm ilini elan etdiklərini ifşa edənlərdən biriyəm.
Hakimiyyət bu yolla mənə və mənim ailəmə professor, ustad Novruzəli Məmmədovun taleyini yaşatmaq yolunu tutmuşdur. Novruzəli müəllimin ailəsini Milli Təhlükəsizlik Nazirliyinin əli ilə məhv edən iqtidar, məni və ailəmi Səhiyyə Nazirliyinin əli ilə məhv etməyə çalışir. Bildiyiniz kimi mən Talışçılığı aktiv təbliğ edib, öyrənib və sosial şəbəkələrdə müdafiə edənlərdən biriyəm.
Bəyan edirəm ki, “AzərSuTikinti” xəstəxanasının cinayətkar həkimləri həyat yoldaşımı bilərəkdən yanlış əməliyyat ediblər və əməliyyatdan dərhal sonra yoldaşımın xərçəng şişi inkişaf etməyə başlamış və qarşısı alınmaz həddə gəlib çatmışdır. Bu xəstəxananın cinayətkar həkimlərindən və Səhiyyə Nazirluyinin laqeyidsizliyindən və biganəliyindən Respublika Prokurorluğuna və olkə başçısı İlham Əliyevə şikayət məktubu yazmışam. Mənə və ailəmə, eyni zamanda yetkinlik yaşına catmamış iki azyaşlı uşağıma kömək etmək, özlərinin bilərəkdən etdikləri “xətanı” aradan qaldırmaq əvəzinə Səhiyyə Nazirliyi bizi hədələmək metodunu seçib. Belə ki, həyat yoldaşımın palatasına gələn mülkü geyimli şəxslər, özlərini Səhiyyə Nazirliyinin işçiləri kimi təqdim edərək, həyat yoldaşıma deyiblər ki, "ərivə de, qoy özünü ağıllı aparsın, az ərizə yazsın", növbəti gəlişlərində isə açıq hədə-qorxuya keçərək, "ərin düşünmür ki, sən bizim xəstəxanada müalicə alırsan" deyiblər. Bu bir başa bizə təhdid və hədədir. Yəni mən onlarla hüquqi müstəvidə danışacağım halda, həyat yoldaşımı oldurəcəklərinin mesajıdır. Bir daha bildirirəm və bəyan edirəm ki, mənim ailəm heç bir siyasi təşkilatın üzvü olmamaqla bərabər, həm də heç bir siyasi fəaliyyət görsətmir. Həyat yoldaşım evdar qadındır və iki azyaşlı övladlarının tərbiyəsiylə məşğuldur. Həyat yoldaşım axərbaycanlıdır, azərbaycan vətəndaşıdır və mənim qisasımı ondan alırlar.
Mən yazdığım ərizə və teleqramlardan imtina etməyəcəyəm və imtina etmək fikrində də deyiləm və hesab edirəm ki, Azərbaycandakı demokratik ab-havanın qurulması və Talış millətinin oyanışı üçün yazdığım şerlərlə yanaşı, mənim Talış hərakatındakı və Azərbaycanın həqiqi demokratik və tolerant ölkə olma istiqamətindəki aktiv fəaliyyətim höküməti çox narahat edir və onlar da çıxış yolu kimi bizim ailənin məhvini planlayırlar.
Mən, Mirzəyev Şahin Sail oğlubəyan edirəm ki, bundan sonra mənim və ailəmin başına gələcək bütün “bədbəxt hadisələr”, “həkim səhlankarlıqları” hakimiyyətin düşünülmüş təxribatıdır və biz bu təxribatdan qurtulmaq üçün, bu məsələni ictimailəşdirərək, ictimaiyyətdən dəstək gözləyirik.
Hörmətlə: Şahin Mirzəli