Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Октябрь » 23 » Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri
18:02
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri

Bir şairin şeir kitabını, ya bir yazarın şeirlər toplusunu gül dəstəsinə, gül çələnginə, bustana, gülüstana bağ-bağçaya bənzədirlər. Müasirləri tərəfindən sevilən-seçilən, bir çox titulların daşıyıcısı, Mirəziz Seyidzadənin (Əziz Pünhanın) yenicə çapdan çıxmış “Divan”ını da barlı-baharlı, bol meyvəli bir bağa bənzədirəm.

Ali dini ruhani təhsil almış “Qurani-Kərim” ayələrinin və islami məsələlərin şərhini vermiş, neçə elmi və dini kitabların müəllifi, tanınmış din xadimi, Qazi Hacı Mirəziz Seyidzadə-- şair Əziz Pünhan bu “Divan”ında dini mövzulara, şəri məsələlərə, ilahi mətləblərə bədii şəkildə layiqincə yer vermişdir. 

“Divan”ı əlimə alıb oxuyarkən ilkin olaraq məni bunlar maraqlandırdı. Arada Rusiyaya ilhaq edildiyimiz ötən iki əsri və sovet dövrü istisna etsək, 18 əsrlik poeziya tariximizdə, Nizami Gəncəvidən (XII əsr) bu günə qədərki ədəbiyyatımızda bu tema həmişə aktual olmuşdur.

“Divan” bağlayan, dastan yaradan yazarlarımız kitabın əvvəlində minacat, nət, mədhiyyə ilə Allahı, peyğəmbəri, övliyaları tərifləmişlər, onlara xüsusi qəsidələr həsr etmişlər. Əsər boyu dini ideyaları-islami dəyərləri təbliğ və təqdir etmişlər.
Əziz Pünhan da klassik poeziya ənənələrinə sadiq qalaraq “Divan”ında bu işi layiqincə davam etmişdir. Digər mövzularla yanaşı burada ilahi eşq—Allaha, peyğəmbərə hədsiz məhəbbət ifadə edilmiş, vilayət mövzusuna başlıca yer vermişdir.
Şair öz “Divan”ında ilk şeiri cəddi Həzrəti- Əli (ə) şəninə həsr etmişdir. Burada kövsər bulağının (Cənnətdə çeşmə) saqisi, “Quran” ayələrinin batini, tövbəkarların şəfa vericisi, ümmətin hidayət yolçusu, ulu peyğəmbərimiz Məhəmməd Müstəfanın (s.ə.ə.s) yadigarı, ədalət kanı, səxavət-comərdlik mədəni”Həl-əta” surəsinin ünvanı, Allahın valisi Həzrəti- Əli (ə) vəsf edir. Həzrətin şəninə beş qəsidə həsr edərək sonda buyurur ki, “Əziz Pünhan bu ali-zatın ətəyindən tutub iltimasi-dua qılır. Çünki Allah –təala Həzrəti-Əlinin (ə) dostuna dost, düşməninə düşməndir". 

Bununla da islamda birmənalı qarşılanmayan Cəfəri məzhəbinin başlıca düsturu olan VƏSİLƏRƏ böyük inamını izhar edir. Peyğəmbərin və peyğəmbər övladlarının, 14 məsumun, 12 imamın və imam övladlarının (Allahın salamı olsun onlara) məhz Allahın dostları , övliya və övsiyaların ŞƏFA GÜNÜ bizimlə Allah arasında vasitəçi, vəsiləçi olmaq ideyalarına qailliyini ifadə edir:

Rəsuli-Əkrəmə (s.ə.) 4 / s. 173, 174, 175-176/
Həzrəti-Əli (ə) 4 / s.177, 179. 180, 267/
Fatimeyi-Zəhraya (ə) 3 / s. 181, 182, 183/
İmam Cəfər Sadiqə (ə) 1 / s.185/
On ikinci imam Mehdi-sahibzamana (ə.f) 2/ s.186, 187/ 
İmam Rza (ə) bacısı Hökumə xanımın (ə) şərəfinə inşa edilmiş Bakıdakı “ Bibi Heybət” məscidinə həsr etdiyi qəsidələr fikrimizi təsdiqləyir...

 

Əziz Pünhanın Lirik Məni bütün varlığı ilə Allah-təbarəkə-təalaya bağlıdır. Allahçılıq əqidəsi onun hər şeirində, fikirlərində, hisslərində təzahür edir. Allaha həsr etdiyi qəsidələrdə, dördlüklərdə (s. 231, 238, 240, 241) müstəzadlarda (s. 250, 251) Qadiri-Sübhanın gözəl sifətlərini mədh edir. 
Doğrudur, Mirəziz Pünhan üçün şeir daha çox könül təranəsidir, hiss və duyğularının ifadəsidir, qanadlı fikir və düşüncələrinin izharıdır, xəyallarının təzahürüdür, amma bütün bunların fövqündə Allaha, Peyğəmbərə, imamlara, mələklərə, islami dəyərlərə dərin inam durur...
Mürəbbilərində (s. 253, 257), müsəbbilərində (s. 283, 284) hətta aşıq şeri janrlarında, qoşmalarında (s. 331, 348) Allahın varlığı öz bədii ifadəsini tapır:

 

Təklik Allah-təala şəninə qalmış,
Tək-tənha heç kimsə bəxtəvər olmaz. (s.238)
İlahidən əmanətdir gözəllik,
Xəyaət kimsəyə səmər gətirməz ( s.240)
Haqqın nizamilə qursan işini,
Sənə zamin olar o pərvərdigar (s.241)
Öz kamına çatdırdı məni Xaliqi- Yəzdan,
Ol Qadiri- Sübhan (s. 250)
Allah bir işi istəsə olsun, olacaqdır,
Bu, bir olacaqdır (s.250)
Məndən ötrü xəlq etdi səni Xudavənd, gözəlim (s. 253)
Hər bəladan saxlar Allah əhli-eşqin canın (s.297)
Bizə Allah tərəfindən bir əmanətdir eşq (s.283)
Bu dərdə Tanrıdan umuram dərman (s.331)
Eşq əhlinə Allah özü yar olsun ( s. 348)

 

Əziz Pünhanın poeziyası klassik ədəbiyyatımızdan nəşət edir. Qəzəl və qəsidələrində Məhəmməd Füzuli, qoşma və gəraylılarında Molla Pənah Vaqif, satira və həcvlərində Qasım bəy Zakir, Seyid Əzim Şirvani ənənələrini davam və inkişaf etdirir. Klassik şeirlərdə olduğu kimi Əziz Pünhanda da dini obrazları, islami rəmzləri, ritulları, əhvalat və hədisləri yerinə- məqamına görə işlədir, bu vasitələrlə fikirlərinin bədii xislətini təsir gücünü artırır:
 

Hudhudun əzmi Süleymana verib Bilqeysi (s.65)
Kaş kəsə Minada İsmayıl kimi qurban məni (s. 257)
Haqq kamil eylədi eşqdə Sarullahı (s.256)
O mələk surətini, huri cəmalın görsəm,
Həcərul-əsvədə tay zülfilə xalın görsəm,
Hüsnünün Kəbə kimi cahi-cəlalın görsəm... (s. 270)
Həşrədək sevgiliyik, öz-özünü aldatma (s. 271)
Ərz eylədilər Hatəmə : ey kani-səxavət (s.275)
Huriyi-Qılmandakı xeyli əmanət ondadır (s. 296) ...

 

P.S. Məqalə 2008-ci ildə, Hacı Mirəziz Pünhanla Masallı oxucularının görüşü ərəfəsində yazılmışdır. Bu günlərdə arxivimi arayarkən tapdım. Neçə il qabaq Əziz Pünhan haqq dünyasına qovuşubsa da, məqaləni arxivimdən götürüb qismən ixtisarla çap etdim ki, Ağanın ruhu şad olsun. Allah ona qəni-qəni rəhmət eləsin.

Allahverdi BAYRAMİ 

Категория: Azərbaycan | Просмотров: 3975 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus