Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2018 » Август » 24 » ''Hökumət milli azlıqların mətbuatına dəstək vermir''
19:56
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir''

“Ərim 2007-ci ilin fevralında həbs olundu. İki həftədən sonra gecəyarı bizi qorxuzmaq məqsədi ilə evimizə soxuldular və dedilər ki, o, vətənə xəyanət edib”. – Mərhum professor Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova həyat yoldaşının başına gətirilənləri bu cür xatırlayır. Lakin indiyə qədər xəyanətin nədən ibarət olduğunu bilmədiyini deyir.

Novruzəli Məmmədov 2 fevral 2007-ci ildə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmiş, 17 avqust 2009-cu ildə Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdi. Həbs olunan vaxtı o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik institutunun Roman-German dilləri elmi-tədris sektorunun müdiri, “Tolışi Sədo” qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini idi. Bir çoxu onun talışların mədəniyyətinin təbliği, əsasən də “Tolışi Sədo” qəzetindəki fəaliyyəti ilə bağlı həbs edilib öldürüldüyünü düşünür. Elə həyat yoldaşı da eyni fikirdədir. Məryəm Məmmədova deyir ki, Novruzəlinin həbsindən sonra onun 2 oğluna qarşı da təzyiqlər artıb və hər ikisi müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən döyülüb:

“Oğlum Emili Yasamalda tutub, uzaq bir yerə apararaq ölümcül döyüb, sonra da qapımızın ağzına atmışdılar. Oğlumun bədənində ayaqqabı izləri vardı. Jurnalist onun fotolarını çəkəndə dəhşətə gəlmişdi. Fotolar çəkildikdən sonra polis idarəsinə gedib ekspert tələb etdim. Lakin nəticəsi olmadı. Oğlum Kamrana da eyni cür davranmışdılar. Sentyabr ayında (08 sentyabr 2007-ci il) onu oğurlayaraq şəhər kənarına aparıb, o qədər döymüşdülər ki, qulaqlarından qan axırdı. Həmin günün axşamı da dünyasını dəyişdi”.

Məmmədovların kiçik oğlu Emilin ölümü də müəmmalı olur. 25 sentyabr 2009-cu ildə Novruzəli Məmmədovun yas mərasimindən qayıdan Məryəm və Emil avtomobil qəzasına düşür və Emil həyatını itirir. Qəzanın təqsirkarı olan yük maşını sürcüsü isə cinayət məsuliyyətinə cəlb edilmir. Bundan sonra Məryəm Məmmədova Hollandiyaya mühacirət edib orada yaşamağa məcbur olur.

2012-ci ildə eyni qəzetin digər yeni baş redaktoru Hilal Məmmədov həbs olunduqdan sonra Azərbaycan hökumətinin talış fəallara qarşı təmizləmə siyasəti yürütdüyü şübhələri daha da çoxaldı. Qəzet isə fəaliyyətini baş verən təzyiqlər səbəbindən daha öncə dayandırmaq məcburiyyətində qalmışdı. Hilal Məmmədov həbsinin tək qəzetdəki fəaliyyətlə bağlı olmadığını bildirir. Lakin hakimiyyətin milli azlıqların inkişafında maraqlı olmadığını da vurğulayır:

“Hakimiyyətin marağında deyil ki, hər hansısa milli azlıq inkişaf etsin. Əsas talışlar özləri millətin maariflənməsində rol oynamalıdır. Novruzəli Məmmədovun həbsi və ölümündən sonra “Tolışi Sədo” qəzetində mən fəaliyyət göstərdim. Bu mövzuda çoxlu problem var. Müxtəlif talışdilli saytlar var ki, onlar fəaliyyətin dayandırmamalıdır. İnsanlar həvəsdən düşməməli, davam etməlidirlər”.

Jurnalist Rafiq Cəlilovun fikrincə isə məhz bu iki hadisədən sonra artıq talışlar arasında qorxu yaranıb. Deyir ki, heç kim talış dilində qəzet buraxmağa, bununla bağlı hansısa iş görməyə ürək etmirdi. Lakin bütün çətinliklərə baxmayaraq, onun redaktorluğu ilə 2011-ci ildən başlayan, keçmiş “Tolışi Sədo” qəzetinə oxşar adla yeni qəzet “Tolışon Sədo” bugünə qədər nəşr edilir.

Həmçinin “Dodo” “Ambur” qəzetləri, “Aləm” jurnalı buraxılır. “Aləm” jurnalı 2016-cı ildən, “Dodo” qəzeti isə 2017-ci ildən fəaliyyətə başlayıb. “Aləm” jurnalı maksimum 400, “Dodo” qəzeti isə 1000 tirajla nəşr edilib. “Ambur” qəzeti yeni fəaliyyətə başlayıb və cari ilin iyun ayının 10-da 500 tirajla ilk dəfə nəşr edilib. Hər üç media orqanı siyasi mövzulardan kənardır.

“Tolışon Sədo” qəzetinin tirajı isə bir çox səbəbə görə stabil deyil. Qəzetin baş redaktoru Rafiq Cəlilov isə bir neçə dəfə təzyiqlə üzləşib. Onun ölkədən çıxışına qadağa qoyulub. İyunun 12-də isə Lənkəranda polis tərəfindən saxlanılıb və maşınında olan qəzetlər müsadirə olunub. Cəlilov deyir ki, ona açıq şəkildə qəzetin 107-ci nömrəsinə görə saxlanıldığını bildiriblər və polislər tərəfindən dəfələrlə təhqir olunub. Səbəb də odur ki, qəzetin həmin sayında qum saatı təsvir olunub və polis bunu “Oyan” Hərəkatının simvolu ilə əlaqələndiriblər.

“Aləm” jurnalının baş redaktoru Vüqar Həmati isə indiyə qədər heç bir təzyiqlə üzləşmədiklərini bildirir:

“Əksinə, müraciət etdiyimiz Ədliyyə Nazirliyindən tutmuş digər hökumət orqanlarına qədər jurnalı təqdim etdiyimiz vaxtlarda xoş münasibətlə qarşılanmışıq. Ədliyyə Nazirliyinə müraciətimiz zamanı orda işimizə baxan xanım eşidəndə ki, talış dilində jurnal buraxacağıq, bunu çox xoş qarşılamışdı. Hətta təbrik də etdi. Jurnalımız da təsdiq olundu. Düşünürəm ki, heç kimin ixtiyarı da yoxdur bizə təzyiq etsin. Biz sadəcə ana dilimizi yaşadırıq”.

“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova da təzyiqlə üzləşmədiyini bildirir. Yalnız bir dəfə talış dilində lüğət çapına görə polis tərəfindən saxlanıldığını və daha sonra sərbəst buraxıldığını deyir. Bunun da səbəbini həmin lüğətin müəllifinin siyasi fəaliyyəti ilə bağlayır.

Həmçinin “talysh.org”, “talish.org” kimi talışdilli saytların Azərbaycan ərazisində məhkəməsiz bloklandığını da vurğulamaq lazımdır.

Hüquqşünas Ataxan Əbilov deyir ki, Azərbaycan hökuməti milli azlıqlarla bağlı götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. Milli azlıqların mətbuatına dəstək vermək əvəzinə ona mane olur:

“12 il öncə “Milli azlıqların müdafiəsi haqqında Avropa Çərçivə sazişi” ilə bağlı tədqiqatım olub. Avropa Şurasının sənədidir. Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl bu sənədi imzalamışdı. Amma bu sazişin tələblərini yerinə yetirmək üçün heç bir hərəkət etməyib. Sadəcə imza xətrinə bunu edib və Azərbaycanın adı bu sazişi imzalayan dövlətlər siyahısındadır. Faktiki olaraq isə heç bir iş yoxdur. Burda milli azlıqların öz dilində təhsil, media hüququndan, birləşmə azadlıqlarından söhbət gedir. Əgər bir millət iki ayrı respublikanın tərkibində qalıbsa, bu sənədə görə onlar arasında əlaqələrin yaradılmasına kömək olunmalıydı. Talış xalqı belə xalqlardan biridir. Azərbaycan və İran vətəndaşlarıdırlar. Bu konvensiyaya əsasən Azərbaycan və İran talışları öz aralarında rahat şəkildə əlaqəyə girməlidir, mətbuat orqanları olmalıdır və bütün bunlar dövlət vəsaitləri hesabına edilməlidir. Konvensiyanın heç bir maddəsi talışlar üçün həyata keçirilməyib”.

Əbilov bu məsələdə İctimai Televiziyanın da məsuliyyəti olduğunu düşünür:

“Azərbaycan pasportu olan hər bir şəxs bu ölkənin vətəndaşıdır, vergi verir və hüquqi haqları var. Vətəndaşların vergisi hesabına formalaşan dövlət televiziyaları da onların tələblərinə cavab verməlidir”.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə İctimai Televiziyanın, ümumiyyətlə, heç bir sahədə normal fəaliyyət göstərmədiyini düşünür:

“İctimai yayımın vəzifələrindən biri də yerli xalqların, yerli mədəniyyətlərin inkişafı üçün zəruri proqramların hazırlanması və yayılmasıdır. Yerli dillərin belə proqramlarda istifadə olunması da əsas şərtlərdəndir. İctimai yayımçı heç bir sahədə qanunla müəyyən olunmuş standartlara, eləcə də bu sahədə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Hakimiyyətin ideoloji ruporu olmağı bir tərəfə, ən adi mədəni, elmi-kütləvi, gündəlik-məişət və sair məsələlərin işıqlandırılması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmir. Qeyd edim ki, bu problem sadəcə etnik məsələlərlə bağlı deyil. Yəni məsələn, bir talış və ya türk üçün ictimai yayımın fərqi ondadır ki, burada türkcə danışırlar. Qalan hər hansı məsələdə, bu yayım onların hər ikisinə çox yaddır. Bununla belə, yerli dillərin inkişaf etdirilməsi, bu dillərdə hərtərəfli proqramların hazırlanması ictimai yayımın, eləcə də AzTV-nin vəzifələrindən olmalıdır”.

İctimai Televiziyadan bu barədə suallara cavab verilməyib. Azərbaycan Televiziyasında isə bu sahədə yalnız internet üzərindən yayımlanan RADİO İNT həftədə iki dəfə 25 dəqiqəlik veriliş yayımlayır. Lakin dalğa üzərindən bu radionu dinləmək mümkün olmadığından talışların çoxu bu radio barədə məlumatsızdır. Məlumatlı olanlar isə səslənmədə həddən artıq qrammatik səhvlərin olduğunu, bəzi sözlərin isə, ümumiyyətlə, talış dilində olmadığını bildirirlər.

Radionun talışca yayımını dinləyənlərdən biri Ruslan İlyasov, həm də talış dilini çox yaxşı səviyyədə bilir. O, 5 dəqiqə ərzində aparıcının 60-dan çox səhvə yol verdiyini deyir:

“Ümumiyyətlə, bu radioya Azərbaycanda qulaq asan kimsəni tapmaq çətin məsələdir. Qaldı ki, talışlardan kimsə həftədə 2 dəfə gözləsin, burada 25 dəqiqəlik veriliş olacaq və o da heç normal talış dilində səslənməyəcək. Bu proqramların məlumat yükü də maraq çəkmir. Üstəlik kənd, rayon yerində yaşayan kasıb, internetə çıxışı olmayan talışlar bu radionu necə dinləyə bilər? Rayon səviyyəsində, ümumiyyətlə, internetdən çox az adam istifadə edir və internet sürəti də aşağı olur”.

Jurnalist Azər Kazımzadə isə, ümumiyyətlə, talışca olan heç bir media orqanının maraqlı olmadığını, gündəlik yenilikləri yayımlaya bilmədiyini deyir:

“Buna səbəb dövlətin qoyduğu çərçivə və sərhədlərdir. Ölkədə talışların problemlərini yaza biləcək heç bir mətbu orqan uzunmüddətli yaşaya bilməz. Buna cəhd edənləri Novuzəli Məmmədov və Hilal Məmmədovun aqibəti gözləyir. Siyasi yazıları olmayan iki talışdilli sayt da Azərbaycanda bloklanırsa, bu, artıq hökumətin açıq qərəzini göstərir. Lakin heç kim buna görə həvəsdən düşməməlidir. Hər sahədə olduğu kimi bu problemin həlli üçün də sona qədər mübarizə aparmalıyıq”.

Mənbə: Meydan TV

Категория: Azərbaycan | Просмотров: 1533 | Добавил: Atropat | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus