Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2019 » Июнь » 23 » Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması
11:12
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması

 Dr.Hilal Məmmədov

(Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Zülfüqar Əhmədzadənin 120- illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 04 oktyabr 2018-ci il tarixdə keçirilən ədəbi-bədii məclisdəki çıxışın (bax.:https://www.youtube.com/watch?v=v7GpdzBATvA)  tam mətni)

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Zülfüqar Əhmədzadənin  (hələm ötən əsrin 80-cı illərindən) ilk tədqiqatçılarından biri kimi, çıxışımızdan öncə, bu mübarək tədbirin  təşəbbüskar və təşkılatçılarına, məxsusən də AYB-nə və “Aləm” jurnalının kollektivinə, redaktoru Vüqar Həmatiyə, müavini Aytən Eyvazon xanıma və d.nə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc hesab edirik... 

Zülfüqar Əhmədzadə kim idi?

İctimai-siyasi xadimmi? Şairmi? Naşirmi? Yazarmı? Jurnalistmi? Tənqidçimi?  Publisistmi? Tərcüməçimi? Redaktormu? Korrektormu? Dilşünasmı? Pedaqoqmu? Metodistmi? Rəssammı?

Z.Əhmədzadəyə həsr edilmış bir çox kitab və məqalələrin müəllifi kimi, onun bu  qədər müxtəlif, zəngin xarakterlı fəaliyyətini tədqiq edərkən (4 illik Sibir sürgün həyatı da daxıl olmaqla)  44 illik ömründə  hansı tükənməz enerji ilə  işlədyini bu günün özündə də  heç cürə  təsəvvür edə bilmirik...

Z.Əhmədzadənin 44 illik ömür yoluna kiçik bir səyahət edək...

Elə ilk öncə də “sondan”,  Sibirdəki  4 illik sürgün həyatından başlayaq... Şairin öz doğmalarına göndərdiyi və az qala qəlbləri param-parça edəcək  yüzlərlə  məktub və yazılar bu gün də əzizləri, nəvə və nəticələri tərəfindən qorunulub-saxlanılmaqdadır...

Z.Əhmədzadənin 15 yanvar 1940-cı ildə, gənc dostu, sevimli şairimiz  Səməd Vurğuna ünvanladığı məktub- poemanı bu gün də min-bir ürək ağrısıyla oxuyuruq:

Salamımı qəbul et, uzaq qarlı Sibirdən,
Hiddətli, bəd rəftarlı, sərt rüzgarlı Sibirdən.
Günahsız bir məhbusun bir ləhzə halına qal,
İstər Şair dililə sənə etsin ərzi-hal:
Ey şən Qazax elinin ənbər saçan bir gülü,
Azərbaycan xalqının xoş nəğməli bülbülü!
İki ildir məhrumam sənin xoş avazından,
Şeirlə yaratdığın gülşənindən,yazından...
İki ildir bu yerdə nə gül, nə yaz görürəm,
Nə bizim aşıqları,nə telli saz görürəm...
Eşitmirəm haçandır tarın şaqraq səsini,
Lətif qoşa zurnanın ilahi nəfəsini...
Burda çəməndə bitməz zanbaq,bənövşə,lalə,
Zümrüd yamacdan axmaz büllur kimi şəlalə...
Gördüyüm ancaq mənim vışkalardır,süngüdür,
Daşıdığım dərdi-qəm min karvanın yüküdür...
Tale məni tulladı bu buzlar ölkəsinə,
Haçandır hay verilməz günahsızlar səsinə...
İki ildir ədalət ötməz mənim yanımdan,
Hər şey qaçır kənara vulkanlı əfqanımdan...

 

O vaxtlar elə  özü də az təqib və təzyiqlərə məruz qalmayan S.Vurğun həyatını risqə qoyaraq Mir Cəfər Bağırovun qəbuluna getmiş və  ondan Z.Əhmədzadənin – «talış xalqının yeganə şair oğlunun» vətənə qaytarılmasını xahiş etmişdi.

Yeri gəlmişkən, əldə ediyimiz bəzi məlumatlara görə, 5 oktyabrda 1938-ci ildə S.Vurğunun  tamaşaya qoyulduğu ilk səhnə əsəri olan Vaqif dramındakı Zülfüqar obrazı məhz dostunun şərəfinə  yaradılmışdı...

Z.Əhmədzadənin 18 iyul 1939-cu ildə  Sibirdən oğlu Əyyub Əhmədzadəyə göndərdiyi məktuba əlavə etdiyi Arzu adlı bir neçə sətirli şeiri də  ürək ağradır:  Şairimiz  Sibirdə  də məruz qaldığı bu  haqsız zülmə qarşı qələbədə  Dahinin (Stalinin) ədalət və mərhəmətinə ümidlidir:

 

Bülbüləm nəğməmə gülşən dilərəm,

Qəm deyil, dərd deyil, şən dilərəm.

Yolumu gözlər o zümrüd Qafqaz,

Orda daim gülüşür nəş’əli yaz.

Rəqs edir il boyu hər dürlü çiçək,

Məni yalnız o müdafiə edəcək.

Dahinin doğma cocuqluq vətəni,

Bəsləyib qırx sini köksündə məni.

Oraya olsa əgər balu-pərim,

Sorar afaqı fəsih nəğmələrim.

 

 

İndi isə bu dəhşətli Sibir  «arzu»larından və məşəqqətlərindən  Şairin doğma kəndinə - Bütəsərə qayıdaq...

 

Z.Əhmədzadənin ilk uşaqlıq illəri və təhsili

 

120 il öncə (14 iyun (?) 1898-ci il) Astaranın Pensər kəndində doğulmuş, ata-babaları  orta torpaq sahibləri və din xadimləri olmuş və heç olmazsa bizə bəlli 350 illik şəcərə tarixiylə bu kəndə bağlı  Zülfüqar Əhməd oğlu Əhmədzadə  artıq 14 yaşında ikən,  bir çox savadlı və tanınmış müəllimlərin yanında fərdi dərslər keçməklə, fars,ərəb,türk və rus dillərində mükəmməl yazıb-oxumağı və danışmağı bacarır, şeir yazır və rəsmlər çəkirdi (və hətta bir çox rəsm şəkilləri Lənkəran şəhərində yaxşı qiymətə də satılardı). O, elə həmin illərdə Lənkərana təyinatla göndərilmiş (güman ki, Qori gimnaziyasının məzunu olmuş) bir  «türk»(«azərbaycanlı») müəlliminin (əfsus ki, bu günəcən o müəllimin ad-soyadını öyrənə bilməmişik)  yanında 19 ay  fərdi məşğələlər keçərək,  riyaziyyat, təbiətşünaslıq, ədəbiyyat, coğrafiya və fizika fənnlərini də mükəmməl öyrənir... Yüksək təhsil və biliklə yanaşı, azad təfəkkürə malik olmuş Zülfüqar elə həmin  gənc-yeniyetmə vaxtlarından  həm də    haqq-ədalət naminə mübarizəyə qoşulur. Belə ki, Çar Rusiyasının  yerli bölgə nümayəndəsi Mir Əhməd xan Talışınski tərəfindən  orta və kiçik torpaq sahiblərinin mülklərinin  əlindən alınmısı, kəndlilərə qarşı  zülm və istismarın gündən-günə artması və bu kimi haqsızlıqlarda  yerli ruhanilərin  susqunluğu və hətta Xana dəstəyi   - gənc Zülfüqarı fəal mübarizə meydanına atır... 1912-ci ildə Talış diyarının (rəsmən Lənkəran qəzasının)  Pensər (Bütəsər) kəndi ən qaynar siyasi ocağa çevrilmişdi: Xana qarşı qalxmış üsyan tezliklə bütün qonşu kəndləri də əhatə etdi və 14 yaşlı Zülfüqar bu üsyankarların önündə gedən gənclərdən biri oldu...Üsyan vəhşicəsinə yatızdırılsa da Zülfüqarın inqilabi-mübarizlik əzmi sönmür.. Sonralar «Ədalət», «Hümmət», «Bolşevik» partiyalarının ən fəal nümayəndələrindən olmuş Z.Əhmədzadə Azərbaycan SSR-in və Zaqafqaziya Federasiyasının bir çox bölgələrinin dövlət,sovet və partiya orqanlarında müxtəlif məsul rəhbər vəzifələrində (Astara, Lənkəran, Lerik, Zaqatala,Ağdam, Qarabağ və  Kürdüstan qəza İK-də,Vedi RİK-də və d.) işləsə də əsas amalı ədəbi və pedaqoji fəaliyyətinə qayıtmaq idi...

 

Z.Əhməzadə Ermənistanın Vedi rayonuna niyə göndərildi?

 

Məhz bir vacib faktı da burada qeyd etmək yerinə düşərdi ki, Z.Əhmədzadə  iradəsinə tamamilə zidd olaraq (bu barədə Az KP MK-nın o vaxtkı baş katibi Polonski Vladimir İvanoviçə (əsl adı Ruven Gerşeviçə) ünvanladığı  rəsmi etiraz  məktubu əlimizdə var) 1931-ci ildə Az.SSR MİK-nin təqdimatıyla (sədri Qəzənfər Musabəyov idi) Ermənistanın Vedi RİK-nə sədr göndərilməsi də təsadüfi deyildi. Hətta  bu barədə oğlu Əyyub Əhmədzadəyə  xatirimizdə təxmini məzmunu bu şəkildə olan bir beyt də yazmışdı:

 

Atdığım daş idi,  düşdü bostana

İndi çək cəzanı,  get Hayıstana!

 

Belə ki, 1931-ci ildə Astara RİK-nin sədliyi vəzifəsindən  (yanvar,1931-may,1931) çıxıb, Bakıya,  Azərbaycan MİK-nin şöbə müdiri təyin edildiyi vaxtlarda Respublika fəallar yığıncağında onun o vaxtlar xeyli cürətli  çıxışının   “Azərbaycan MK-nə uzun müddətdir ki, mirzoyanlar, rubenlər, polonskilər rəhbərlik edir. Azərbaycan MK — da cəmi doqquz faiz azərbaycanlı qalmışdır, qalanlar ruslar, ermənilər, gürcülər, yəhudilər və başqalarıdır. Məgər Azərbaycanın elə bir oğlu, kadrosu yoxmu ki, ona rəhbərlik etsin?” kəlamları  ona xeyli  baha başa gəlmiş və dərhal da vətənindən uzaqlaşdırılaraq Ermənistanın Vedi RİK-nə sədr göndərilmişdi.  Sonralar bilavasitə   o vaxtlar Az.Maarif Komissarlığının müavini,sonralar isə sədri (Təhsil naziri) işləmiş istəkli dostu, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və pedaqoqu (1937-38-ci illərin repressiya qurbanı)    Mamed Cuvarlinskinin  təşəbbüsi ilə 1933-ci ilin aprelində Z.Əhmədzadənin Bakıya qaytarılması onun dilədiyi xeyli xoş amalını qismən də olsa reallaşdırdı...

Bakıya qayıtdıqdan sonra, Z.Əhmədzadə  Az.SSR Xalq Maarif Komissarlığının Kolleqiya üzvü seçilməklə yanaşı, həm də   Milli Azlıqlar Şurasının sədri təyin edilir və 1934-ci ilin mayın 1-dən (əksinqilabi fəaliyyətdə suçlanaraq) həbs edildiyi 19 mart 1938-ci tarixinəcən (əslində martın 15-dən 16-na keçən gecə həbs edilmişdi) AzərnəşrNəşriyyatında  Milli Azlıqlar Şöbəsinə rəhbərlik etmişdir. 

 

Talış dilində məktəblərin açılması və ədəbiyyatların nəşri barədə...

 

Yeri gəlmişkən, qeyd edək ki, Sovet hakimiyyətinin ilk 20 ilində (1920-1939) cəmi SSRİ məkanında olduğu kimi, Azərbaycan SSR-də də milli azlıqda qalan xalq və millətlərin ana dillərində təhsilə xüsusi diqqət və qayğı yetirilirdi. Məsələn, Z.Əhmədzadənin digər yaxın dostlarından olmuş, Az.Maarif Komissarlığının Ali Məktəblər şöbəsin rəisi, görkəmli  türkoloq alim və folklorşünası, prof. Vəli Xuluflu (o da repressiya qurbanı olmuşdu)  qeyi-türkdilli milli azlıqların elmi-ədəbi tərəqqisi naminə əlindən gələn yardımı əsirgəmirdi. Onun 1931-ci ildə qələmə aldığı bu sətirlər bu gün də  xeyli aktual və dəyərlidir: «...Talış ədəbiyyatının çap edilməsi və məktəblərinin ana dilinə keçməsi təbrik olunacaq bir hadisədir... Ancaq bundan sonra biz Talışstanın əsgi həyatına bir mübarizə açıb, mədəni inqilabı iləri sürəcəyiz və meydanı genişləndirə biləcəyiz...».  Yeri gəlmişkən, sonralar digər repressiya qurbanı, 1934-ci ildən AYİ-nın üzvü İsmayı Katibin (İsmayıl Novruz oğlu Zeynalov(1898-1938))  1929-cu ildə qələmə aldığı Talış elləri poeması, 1935-də Məmməd Rahimin Talışşeiri və d. bu kimi mənəvi dəstəklər də  Z.Əhmədzadəni daha da xalqının milli-ədəbi tərəqqisi naminə mübarizə ruhlandırırdı... 

 

Z.Əhmədzadənin ana dilində qələmə aldığı  ilk şedevr-poema

 

1929-cu ildən başlayaraq talış dilində nəşr edilən dərsliklərin və ədəbiyyatların əsas müəlliflərindən biri də məhz Z.Əhmədzadə idi. Onun bu illərdə öz ana dilində- talışca yazdıqları bir çox şeir və poemalar (məsələn, məhşur «Tolışi Jimon və «Dəvardə Rüjon» (1932) əsərləri)  bu gün də dillər əzbəridir...Yeri gəlmişkən, bunu da qeyd edək ki, məhz 1932- ci ildə (Z.Əhmədzadə Vedidə işləyərkən) Bakıda, “Azərnəşr” tərəfindən çapdan çıxmış  bu iki poema görkəmli İran və Azərbaycan şairi  Məhəmmədhüseyn Şəhriyar tərəfindən 1952-ci ildən qələmə alınmış və 1954-ci ildə Təbrizdə nəşr edilmiş  «Heydərbabaya salam» poeması stilində  yazılıb  və Talışın bütün milli-etnik-təbii  çalarlarını, adət və ənənələrinin, dərd-sərini özündə əks etdirmiş bəlkə də Şərq ədəbiyyatının  ilk milli-etnoqrafiq şedevr əsəri idi...Sonralar bu poemanı tanınmış şairlərimiz AYB-nin fəal üzvləri Əhəd Moxtar(12.12.1937-23.05.1998), Azad Talışoğlu(1923-2008), Lənkəranlı müəllim-şair  Yədulla Sayad və d. tərəfdən Azərbaycan türkcəsinə tərcümə edilməyə cəhdlər edilsə də o şirin-ləfzani talış üslubunu  qismən də olsa Əhəd Moxtar qoruyub-saxlaya bilmişdi... 

 

(«Davarda rüjon» poemasından bir parça)

İ tono bande, i tono dıyoy,

Vəyşt ki votedən,əv ənə oyoy,

Maştə çı dıyo pemedə həşi,

Dəvətdə bə don, bə vılon bəşi...

Livonsə şığon viriski dodən,

Handedən kijon, qıton obedən,

Viriski dodə həmmə bandı-ku,

Çimənon, vişon, ovə dingə cu.

Viriski dodə çı dingi novon,

Çəxi pəronsə ekardə ovon,

Hoğo qardə çəx viriski dodə,

Bənə əlmosi tılon şododə.

Tolışi diyon həmmə haymədən,

Çı di pentonən viriski dodən,

Sipiyə vokırə küloson ısə

Sinov hardedən dıyo dimisə.

Ləpə əvoni şoddə, qətedə,

Tarsedəni əv, hoğ bəna şedə,

Moy əğətonin şedən bo moyo

Bənə çiməniy bəvono dıyo...

 

(həmin hissənin Əhəd Muxtar tərəfindən tərcüməsi)

Bir yanın dənizdir, bir yanınsa dağ,

Cənnət ki deyirlər, burdadır ancaq...

Dənizdən qalxantək günəş sübh çağı

Qərq edir nuruna bağçanı-bağı...

Par-par parıldayır şehli yarpaqlar,

Quşların səsində bir heyranlıq var,

Şüalar sancılır  zirvəyə döşə,

Yayır öz ətrini çöl-çəmən, meşə...

Aramsız işləyir su dəyirmanı,

Nura qərq olubdu çarxı, ovdanı...

Su axır, ahəngdar fırlanır pərlər,

Pərlərin üstündə gümüş zirvələr...

Oyanıb günəşlə bu el, bu elat,

Hər talış kəndində bir şadlıq büsat...

Yelkənli qayıqlar üzür sularda,

Sahildən uzaqda süzür sularda...

Yenə qalxıb-enir dalğalı ümman,

Gedir balıqçılar gedir qorxmadan,

Onların gözündə hər qayıq – səmand

Dəniz dəniz deyi çəməndir çəmən...

 

Qeyd edək ki, əslində Əhəd Muxtarın Ustadı hesab etdiyi  soydaşı Z.Əhmədzadəyə  ana dilində həsr etdiyi -  «Iştı həşi tojə pemə» («Sənin пünəşin yenicə doğulmuşdur») adlı irihəcmli poemasını da Zülfüqar ədəbi-üslubunun davamı hesab etmək olar...

 

Tolışi jimon poeması gənc fədakar aktrisa soydaşımız Könül Rəsul xanımın ifasıyla  sosial şəbəkələrdə artıq  minlərlə insanlar tərəfindən rəğbətlə izlənilmişdır və dinləyə bilərsiniz....

 

Qeyd edək ki, bir vaxtlar (keçən əsrin 80-cı illərində) Moskvada aspirantura və sonra isə doktoranturada oxuduğumuz vaxtlarda V.İ.Lenin adına mərkəzi Kitabxanada talış dilində yazılmış 500-ə yaxın müxtəlif nəşr ədəbiyyatlarını nəzərdən keçirtdikdə,  bunların  əksəriyyətinin  məhz Z.Əhmədzadənin Azərnəşrdə işlədiyi illərə təsadüf etdiyini gördük... Bu nəşrlərin   müəllif, redaktor, korrektor və tərcüməçiləri də əsasən Z.Əhmədzadə idi... Ən maraqlısı da bu idi ki, hətta riyaziyyat,fizika,coğrafiya,təbiətşünaslıq,tarix  və i.a. xarakterli  kitabların da əksərində  bilavasitə Zülfüqar Əhmədzadənin qələmi ya imzası  nəzərə çarpırdı... O, dünya ədəbiyyatının, o cümlədən, Rus və Azərbaycan müəlliflərinin onlarla və yüzlərlə şeir, roman və əsərlərini də talışcaya çevirmişdi... Bunların arasında  Daniyel Defo, Conatan Svift, A.S.Puşkin, Krılov, Demyan Bedniy,  S.Vurğun,M.Ə.Sabir,C.Məmmədquluzadə.,Mirmehdi Seyidzadə və d. də var idi...

Z.Əhmədzadə uşaqlar üçün ana dilində yazılmış yüzlərlə şeirin müəllifidir...

Məhz 1993-cü ildə Z.Əhmədzadənin uşaqlar üçün yazdığı bir çox şeirlərini toplayıb  “Kırinqo” adlı kitabı (redaktoru Əhəd Muxtar) Azərnəşr nəşriyyatı tərəfindən nəşr etdirə bilmişik.

 2002-ci ildə Sankt-Peterburq şəhərində isə  Z.Əhmədzadənin ilk “seçilmiş əsərlərini” (“vıjniəbə əsəron”) ana dilində çap etdirmişik.

 

Z.Əhmədzadə yalnız ana dilində yox, həm də Azərbaycan türkcəsində yazan şair idi...

 

Z.Əhmədzadə yalnız ana dilində-talışca yox, həm də azərbaycan türkcəsində yazan şair və ədib idi... Məsələn, 1934-cü ildə qələmə aldığı 500 sətirlk  “Arktika dastanı” poeması yenicə yaradılmış Azərbaycan Yazıçılar İttifaqının (AYİ) (ilk sədri Məmmədkazım Ələkbərli idi) Çelyuskinçilərə həsr edilmiş  şeir müsabiqəsində birinci dərəcəli pul mükafatına (5 min rubla) layiq görülmüş və dövrünün tanınmış şairləri S. Rüstəm, S. Vurğun, H. Cavid, M.Rahim, M. Müşfiq,R.Rza və d. tərəfindən  alqışlanmışdı.  S.Vurğun  dostu Zülfüqarı bağrına basbasaraq, “Sən də oldun məşhur şair” kəlamlarını ailə üzvləri heç vaxt unutmurdular…

 

Çoxdan maraqlandırmış insanları bu ulu,

Cazibədar, afətli, sərt Şimal dəniz yolu.

Qocalar söyləmişlər bu barədə nağıllar,

Buna heyran kəsilmiş düşüncələr, ağıllar.

Canlanmış xəyallarda əfsanələr, dastanlar,

Dağ kimi əzəmətli, ürəkli pəhləvanlar.

Deyirlər İsgəndərin “zülmətə” getdiyindən,

Divlərlə, cadularla döyüşlər etdiyindən.

Çox böhtanlar deyirlər bu kişinin adına,

“Ağıllar” heyran qalır bu yunan övladına.

Bir zaman yelkən açdı Piri Şimal yoluna,

Fırlatdı qoca dünya bir ali əhsən ona.

Amundsen adlı sonra bu sirri öhdəsinə,

Qanadlar üzrə uçdu o, buzlar ölkəsinə.

Bir çox döyüşdən sonra, bu yorulmaz qəhrəman,

Bir Norveç bayrağını atdı qütbə o zaman.

Buna da qoca dünya söylədi bir afərin,

Məhəbbəti yer tutdu qəlblərdə dərin-dərin.

Çoxları bu məqsədçin Şimala etdi səfər,

Lakin nəsib olmadı onlara qəti zəfər.

 

Elə həmin 1934-ci ildən də AYİ-nın üzvü seçilmiş Z.Əhmədzadə ölkənin tanınmış yazarları ilə sıx dostluq və əməkdaşlıq edirdi... Onu hamı çox sevirdi. Ən yaxın dostu isə yuxarıda qeyd etdiyimiz kimi Səməd Vurğun idi....

 

Sonda bir daha  qayıdaq Sibirə, Şairimizin son həyat anlarına...

 

Xeyli riqqətli bir məqamı da  bu günki yığıncaq iştirakçılarının nəzərinə çatdırmaq istərdik. Z.Əhmədzadə Sibirdəki  ən yaxın dost və sirdaşlarından biri də məhz “Azərbaycan Qadını” jurnalının ilk redaktoru olmuş, repressiya qurbanı Köylü qızı Gülarə (Qədirbəyova Gülarə İbrahimXəlil qızı) xanım (1905,Şəki,-1942,Mariiysk) olmuşdur. Şairimizin xəstəxanada son-  ağır xəstə durumunda Gülarə xanımın ona göstərdiyi mənəvi dayaq və qayğını  Z.Əhmədzadə  heç cürə unuda bilmir: oğlu Əyyub Əhmədzadəyə göndərdiyi  məktubların birində  bu fədakar xanım barəsində xeyli xoş sözlər səsləndirir: “...Gülarə xeyli qayğıkeşdir, özü ac-yalavac ola-ola ordan-burdan qatıq-bulka tapıb yanıma gətirir. Əyyub can, elə yataqda ikən onun haqqında xeyli maraqlı bir səhnə-əsərini yazıb bitirmışəm. Əcəl imkan versə, əsəri çap etdirər və səhnələşdirərik....”

Əfsus ki, əcəl imkan vermədi... Azadlığına bircə il qalmış  1942-ci ilin  9 iyunda (əslində isə 1 iyunda) Z.Əhmədzadə Kemerova vilayətinin Mariinsk şəhər xəstəxanada ağırkataral pnevmoniya” xəstəliyindən  ruhunu tapşırdı...Bir neçə gün sonra isə  daha ağır bir xəbər düşərgəyə yayıldi: özünə həsr edilmiş əsərin əlyazmasını və Z.Əhmədzadənin bəzi digər şəxsi əşyalarını götürüb özündə saxlamış  Köylü qızı Gülarə xanım bu xeli ağır dərdə dözməyib canını tapşırmışdı və əlbəttə ki, o dəyərli əsər və əşyalar da itib-batmışdı.....

Allah Z.Əhmədzadəni, Mamed Cuvarlinskini, Vəli Xuluflunu, İsmayıl Katibi, Gülarə xanım Qədirbəyovanı,Hüseyn Cavidi və digər repressiya qurbanlarını, həmin dövrün qeyrətli və fədakar Şəxsiyyətlərini və sonrakı dövrlərin də cəmi digər haqq-ədalət şəhidlərini  rəhmət etsin...

Z.Əhmədzadənin adının əbədiləşdirilməsinə ehtiyac var... 

AYB-rəhbərliyinə bir mühüm xahiş-müraciətimizlə çıxışımızı bitirmək istədik: 1989-cu ildə bilavasitə bizim və Z.Əhmədzadənin oğlu  Əyyub Əhmədzadənin təşəbbüsü,   AzSSR Təhsil Nazirliyinin təqdimatı  ilə AzSSR Nazirlər Kabinetinin qərarıyla doğulduğu Pensər kəndinin 2 saylı orta məktəbi  1990-cı ildən Z.Əhmədzadənin adını daşıyır. Lakin elə o vaxtlar olduğu kimi, bu gün də hesab edirik ki, bu, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və ədibi Z.Əhmədzadə fəaliyyətinə göstərilən  kifayət qədər tam diqqət deyildir...Onun   ölkəmizin az qala hər guşəsindəki ( Bakıda,Astarada, Lənkəranda,Lerikdə,Masallıda, Zaqatalada,Ağdamda, Qarabağda, Laçında,Kəlbəcərdə  və d.  yerlərdə) xeyli fəal və dəyərli  ictimai-siyasi, pedaqoji,ədəbi və i.a. xidmətlərini  nəzərə alaraq,   adının daha böyük miqyasda əbədiləşdirilməsinə ehtiyac vardır. Məhz bu məqsədlə sizə - AYB-nə müraciət edərək, Z.Əhmədzadə adının əbədiləşdirilməsindən ötrü,  müvafiq sənədlərlə səlahiyyətli orqanlar qarşısında vəsadət qaldırmağınızı Xahiş edirik...

Bir daha hamınıza dərin minnətdarlıq və uğurlar diləyilə... 

Просмотров: 1320 | Добавил: Atropat | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus