Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2020 » Февраль » 22 » Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
20:18
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

 

Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan Respublikasında talış dilinin hazırkı vəziyyəti və bu istiqamətdə təxirəsalınmaz tədbirlər haqqında MÖVQE SƏNƏDİ

 

 

Mündəricat

Giriş. 3

1. Talış dili haqqında qısa məlumat 3

2. Talış dilinin Azərbaycan Respublikasında yayılma arealı barədə. 3

3. Talış dili xeyli sayda Azərbaycan vətəndaşının ana dilidir. 3

4. Sovet dönəmində talış dili 3

5. Müstəqillik dönəmində talış dilinin vəziyyəti 4

6. Ana dili və Azərbaycan Respublikasının qanunvericiliyi 5

7. Beynəlxlaq standartlar və sivil beynəlxlaq təcrübə nə deyir?. 5

8. Talış dilinin indiki durumunun Azərbaycan Respublikasının əleyhinə işləməsi 6

9. Talış dilinin hazırkı durumu ilə bağlı təxirəsalınmaz dövlət tədbirləri 7

Xülasə. 8

Azərbaycan Talışların İctimai Şurası haqqında qısa məlumat və əlaqə. 9

 

Giriş

Bu sənəd Azərbaycan Talışların İctimai Şurasının ana dili ilə bağlı Azərbaycan ictimaiyyətinə və Azərbaycan Respublikasının hökumətinə bir müraciətidir. Sənəddə Azərbaycan Respublikasının köklü xalqlarından biri olan talışların ana dilinin hazırkı vəziyyəti barədə qısa şəkildə məlumat verilir və talış dilinin tədrisi, öyrənilməsi və inkişafı üçün zəruri olan təxirəsalınmaz tədbirlər haqqında təkliflər irəli sürülür.

1. Talış dili haqqında qısa məlumat

Talış dili Hind-Avropa dil ailəsinin İran qrupunun şimal-qərb yarımqrupuna daxil olub zəngin tarixi keçmişə və geniş söz bazasına malikdir. Bu dil Hind-Avropa dil ailəsinin kökündə durur və unikal xüsusiyyətlərə malikdir. Bu dilin daşıyıcıları olan talışlar regionun ən qədim və yerli xalqlarındandır. Talış dili qədim Mada (Midiya) və Atropatena dillərinin varisidir. Talış dilində bədii ədəbiyyat, elmi-publisistik yazılar da daxil olmaqla bütün üslublarda yazılar yazılır və dilin zənginliyi buna imkan verir.

2. Talış dilinin Azərbaycan Respublikasında yayılma arealı barədə

Talış dili Azərbaycan Respublikasının köklü xalqlarından biri olan talışların ana dilidir. Talışlar tarixən Azərbaycan Respublikasının cənub-şərqində: Lənkəran, Astara, Lerik, Masallı rayonlarında kompakt şəkildə məskunlaşıblar. Talışlar eləcə də Bakı və Sumqayıt şəhərlərində, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Abşeron və Neftçala rayonlarında, habelə Azərbaycan Respublikasının digər məntəqələrində yaşayırlar.

3. Talış dili xeyli sayda Azərbaycan vətəndaşının ana dilidir

Talış dili dövlət dili ilə yanaşı ana dili kimi talışların əsas ünsiyyət vasitəsidir. Azərbaycan Respublikasında talışların sayı haqqında dəqiq informasiya yoxdur. Talışların sayı ilə bağlı ziddiyyətli informasiyaların kökü həm də keçən əsrin 30-cu illərinin axırlarından etibarən kommunist-stalin rejiminin həyata keçirtdiyi xalqların birləşdirilməsi siyasəti və sonunda talışların bir xalq olaraq rəsmi siyahıyaalınmadan çıxarılmasından irəli gəlir. Qeyd edilənləri aşağıdakı rəsmi rəqəmlər də təsdiq edir. 1939-cu ildə aparılmış son Stalin siyahıyaalınmasında Azərbaycanda 87.510 nəfər talışın yaşadığını göstərilir. 1959-cu ildə aparılmış rəsmi siyahıyaalınma isə cəmi 85 nəfər talışı qeydə alır. Sonrakı siyahıyaalmalarda isə talışlar ümumiyyətlə xatırlanmır və onlar “sakit” repressiyaya uğrayır. Qorbaçov yenidənqurmasının gətirdiyi ab-hava nəticəsində talışlar yenidən rəsmi siyahıyaalınmaya daxil edilir. 1989-cu ildə aparılan siyahıyaalınmada Azərbaycanda 21.169 nəfər, 1999-cu ildə aparılmış siyahıyaalınma zamanı Azərbaycan Respublikasında 76.841 nəfər, 2009-cu il siyahıyaalınmasına əsasən isə 111.996 nəfər talış qeydə alınır. 2019-cu ildə aparılmış siyahıyaalmanın nəticələri isə hələ elan edilməmişdir.

Son dövrdə xarici mütəxəssislər tərəfindən aparılan tədqiqatlarda isə Azərbaycanda bir milyona yaxın talışın yaşadığı bildirilir. Bir sıra talış tədqiqatçıları isə Azərbaycan Respublikasında talışların sayının bundan iki dəfə çox olduğunu əsaslandırırlar.

4. Sovet dönəmində talış dili

Sovet dönəminin ilk illəri talış dilinin intibahı dövrü kimi xarakterizə oluna bilər. İctimai-siyasi xadimlər olan Zülfüqar Əhmədzadə, Böyükağa Mirsalayev, Müzəffər Nəsirli və başqalarının rəhbərliyi ilə talış dilində qəzet və kitablar buraxılmışdır. Rusiyanın Milli Kitabxanasında bu gün də sovet dönəmin ilk illərində talış dilində çap olunmuş 800-dən çox kitab saxlanılır.

Talış dilində 1929-1934-cü illərdə Lənkəran şəhərində Talış Pedaqoji Texnikumu fəaliyyət göstərib. Talış regionu üçün o vaxtlar talış dilində "Sıə Tolış" adlı mətbu orqanı çap edilirdi.

Bu dövrdə Müzəffər Nəsirli və Zülfüqar Əhmədzadənin müəllifliyi ilə talış dili dərslikləri çap edilib, yüzlərlə kitablar rus dilindən talış dilinə tərcümə olunub. Latın qrafikası əsasında 29 hərfdən ibarət 9-u sait olmaqla Talış əlifbası yaradılıb. 1937-ci ildən başlayaraq Stalinin milli qırğın siyasəti nəticəsində repressiya dalğası Talış ziyalılarının da başının üstünü aldı. Talış adı yasaqlandı.

5. Müstəqillik dönəmində talış dilinin vəziyyəti

Müstəqillik dönəmində talış dilinin tədrisi 16 sentyabr 1992-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 1992-1993-cü tədris ilindən başlandı. O vaxt talış dilinin tədrisi Respublikada talışların kompakt yaşadığı rayonların məktəblərində, ibtidai (1-4-cü) siniflərində həftədə 2 saat olmaqla icbari keçirilməsi nəzərdə tutuldu. Sonralar isə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatı ilə həftədə 1 saat olmaqla könüllülük əsasında keçirilməsinə qərar verildi. Bu “könüllülük” prinsipini əldə rəhbər tutan müəyyən qüvvələrin qərəzi nəticəsində talış dili tədris olunan məktəblərin sayı azaldıldı.

Hazırda Astara, Lerik, Lənkəran və Masallı rayonları üzrə 347 məktəb fəaliyyət göstərir. 2009-cu ilin məlumatlarına əsasən Azərbaycanda tədris proqramında talış dili öyrənilən, 1716 sinfi olan 248 məktəb fəaliyyət göstərir. Həmən məktəblərdə ümumilikdə 29 min 120 şagird təhsil alır.

Təhsil Nazirliyinin bununla bağlı Təlimatlarının birində qeyd olunur ki, talış dilinin tədrisi valideynlərin və şagirdlərin mütləq əksəriyyətinin razılığı və maddi-texniki bazanın olduğu məktəblərdə keçirilsin. "Maddi-texniki baza" ifadəsi ilk növbədə dərsliklər və kadr hazırlığı nəzərdə tutulmalıdır.

Aidiyyəti orqanlar talış dilinin tədrisi üçün 1990-cı illərdə “Əlifba” və yalnız 4-cü sinif üçün “Talış dili” dərsliyi nəşr etməklə kifayətləndilər. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün axırıncı dəfə 1-4-cü siniflər üçün talış dili dərslikləri 2006-cı ildə dərc olunub. Yeni kurikuluma uyğun dərsliklər isə bu günədək nəşr edilməyib. Rayon Təhsil idarələrinin müvafiq inspektorlarının ümumtəhsil məktəblərində talış dilinin tədrisi səviyyəsinə heç bir nəzarəti yoxdur.

İndiyə qədər ölkənin heç bir tədris ocağında talış dili kadrları hazırlayacaq fakültələr fəaliyyət göstərmir. Bunun nəticəsi olaraq Respublikada bir nəfər də olsun ixtisaslı talış dili müəllimi yoxdur.

“Talış dili” fənni üzrə dərs saatları müəllimlərin dərs yükünü tarazlaşdırmaq üçün onların arasında bölünür. Əksər hallarda həmin dərslərin tədrisi talış dilini bilməyən müəllimlərə həvalə edilir. Bu zaman müəllimlər talış dilinin tədrisi üçün ayrılmış saatlarda daha çox digər fənlərdəki geriləmələri və boşluqları doldurmaqla məşğul olur.

Qeyd olunan problemlərin həlli üçün hökümət tərəfindən heç bir tədbir görülmür.

Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu günə kimi bu məsələ daim diqqətdən kənarda qalıb. Ötən bu dövrdə talış mənşəli bir çox alimlər şəxsi təşəbbüsləri ilə talış dilini elmi səviyyədə araşdırıb, talış dilinin qrammatikasını, lüğət nümunələrini hazırlayaraq nəşr etdiriblər. Dövlət tərəfindən bu şəxslərə nəinki şərait yaradılmayıb, əksinə müxtəlif illərdə bu şəxslər təzyiq və təqiblərə məruz qalıb, bir neçəsi isə hətta separatçılıqda ittiham edilərək həbs ediliblər.

Belə təzyiqlər talışların bir etnos kimi cəmiyyətə inteqrasiyasının qarşısını alıb və talış xalqı assimilyasiya olma təhlükəsi ilə üz-üzədir.

Bu təzyiq və təqiblərə baxmayaraq ötən müstəqillik illərində talış xalqının nümayəndələri tərəfindən dövlətin və hökümətin heç bir dəstəyi olmadan talış ədəbi dilinin yaradılması istiqamətində geniş işlər görülüb. Talış dilində çoxlu nəzm və nəsr əsərləri yazılıb, yüzlərlə müsiqi nümunələri yaradılıb, qısametrajlı video çarxlar hazırlanıb, hətta uşaqlar üçün müxtəlif cizgi filmləri dublyaj edilib. Bütün bu sənət nümunələri KİV ilə yayımlanaraq geniş oxucu, dinləyici və tamaşaçı auditoriyası qazanıb. Bütün bu təzyiq və repressiyalara baxmayaraq talış xalqı bacardığı qədər bu prosesə müqavimət göstərmək əzmindədir.

6. Ana dili və Azərbaycan Respublikasının qanunvericiliyi

Azərbaycan Respublikasının Konstitusiyasında ana dili ilə bağlı bir neçə norma öz əksini tapıb. Konstitusiyanın 21-ci maddəsinin 2-ci hissəsində deyilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Konstitusiyanın 45-ci maddəsi isə “Ana dilindən istifadə hüququ”na təminat verir. Orada deyilir: “I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.” Eyni zamanda Konstitusiyanın 127-ci maddəsinin 10-cu hissəsində “məhkəmədə ana dilində çıxış etmək hüququ”na təminat verilir. Sonuncu norma Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb.

Azərbaycan Respublikasının Konstitusiyası ana dilindən istifadə hüququna təminat versə də, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda ana dili ilə bağlı heç bir müddəa yoxdur. Amma adı çəkilən Qanunun 7.2. maddəsində deyilir ki, “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər…”

Müstəqilliyin ilk illərinə təsadüf edilən (16.09.1992) Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında Fərmanı isə bu günə kimi kağız üzərində qalıb. Sözü gedən Fərman rəsmən bu gün də qüvvədə olsa da, onun heç bir müddəası yerinə yetirilməyib.

7. Beynəlxalq standartlar və sivil beynəlxalq təcrübə nə deyir?

Bu sahədə Azərbaycan Respublikasının tərkibində olduğu Avropa Şurası məkanında daha çox iki sənəd populyardır. Onlardan biri Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi, digəri isə Regional və ya Azlıqların dilləri haqqında Avropa Xartiyasıdır.

Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi 16 iyun 2000-ci il tarixdə Azərbaycan Respublikasının parlamenti tərəfindən ratifikasiya edilib, yəni, Azərbaycan Respublikasının ərazisində bu Saziş həmin tarixdən etibarən Qanun qüvvəsini kəsb edib.

Saziş üzv dövlətlərə ana dilində təhsil almaq hüququnun təminatını bir öhdəlik olaraq qoyur. Tərəflər, lazım gələrsə, həm öz milli azlıqlarının, həm də əhalinin əsas hissəsinin mədəniyyəti, tarixi, dili və dini ilə bağlı bilikləri qərarlaşdırmaq məqsədi ilə təhsil və elmi tədqiqat sahəsində tədbirlər görürlər. Bununla əlaqədar müəllim heyətinin hazırlanması, dərsliklərin yazılması üçün lazımi imkanlar yaradılmalı, müxtəlif tələbə və müəllimlər arasında əlaqəyə kömək göstərilməlidir (Sazişin 12-ci maddəsi). Milli azlığa mənsub olan şəxsin öz dilində хüsusi məktəb açmaq hüququ tanınır (maddə 13). Sazişə görə tərəflər milli azlığa mənsub оlan hər bir şəxsin öz azlığının dilinin öyrənməsi hüququnu qəbul etməyi öhdələrinə götürürlər. Milli azlığın хeyli sayda və ənənəvi olaraq yaşadıqları bölgələrdə milli azlığa mənsub olan şəхslərin öz dillərini öyrənmək və həmin dildə təhsil almaq hüququ vardır (maddə 14).

Saziş eyni zamanda milli azlığın öz dilindən istifadə hüququnu tənzimləyir (maddə 10). Tərəflər milli azlığın öz dilindən azad və hər hansı müdaхilə olmadan, şifahi və yazılı formada, şəхsi əlaqələrdə və ictimai yerlərdə istifadə hüququna hörmətlə yanaşmalıdırlar. Milli azlığa mənsub olan şəхslərin хeyli sayda və ya ənənəvi olaraq yaşadıqları regionlarda, əgər bu şəхslər bu barədə хahiş edərlərsə və bu хahiş real tələbatlara cavab verərsə, onda tərəflər mümkün olduğu qədər həmin azlıqların dilindən bu şəхslərlə inzibati hakimyyət orqanları arasındakı münasibətlərdə istifadə olunmağına imkan verən şəraiti təmin etməyə çalışacaqlar.

Eyni zamanda, sazişə görə milli azlığa mənsub olan şəхs həbs edilən zaman həbsin səbəbləri, ona qarşı irəli sürülən ittihamın хarakteri haqqında onun başa düşdüyü dildə məlumatlandırılma, zəruri hallarda pulsuz tərcüməçi хidmətindən istifadə hüququna malikdir.

Regional və ya azlıqların dilləri haqqında Avropa Xartiyası Avropa Şurasının bu sahədə əsas sənədlərindən biri hesab edilir. Xatırladırıq ki, hələ 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul olunarkən üç il ərzində sözü gedən Xartiyaya qoşulacağı barədə öz üzərinə öhdəlik götürüb. Amma təəssüflər olsun ki, indiyə kimi bu beynəlxalq öhdəlik yerinə yetirilməmiş qalır.

Sivil beynəlxalq təcrübə ilə bağlı iki nümunə təqdim edirik. Onlardan biri Niderlandda fris dili, digəri isə Moldova Respublikasında qaqauz dili ilə bağlıdır. Adı çəkilən hər iki məmləkət dövlət quruluşuna görə unitardır, yəni Azərbaycan Respublikası kimi sadə quruluşa malikdir.

Yarım milyondan artıq əhalinin məşkünlaşdığı Frisland (Fris torpağı) Niderlanddın 12 əyalətindən biridir. Əyalət iki dildən: dövlət dili Niderland dilindən və yerli regional dil fris dilindən rəsmən inzibati dil kimi istifadə edir. Əyalət mediası, radiosu, televiziyası paralel olaraq bu dildə də aparılır. Fris dili icbari olaraq əyalətin bütün məktəblərində tədris edilir və universitet səviyyəsində öyrənilir. Bütün topoqrafik adları əyalətdə iki dildə görə bilərsiz. Əyalətin fris dili haqqında xüsusi qanunu mövcuddur.

Qaqauz dili Moldova Respublikasının Qaqauz Yeri adlanan cənub regionunda dövlət dili ilə yanaşı rəsmi şəkildə işlədilir. Bu dil Moldovada yaşayan 150 minə qədər qaqauzun ana dili hesab edilir. Qaqauz dilində sözü gedən regionda mətbuat çap edilir, tele-radio verilişləri yayımlanır.

8. Talış dilinin indiki durumunun Azərbaycan Respublikasının əleyhinə işləməsi

Azərbaycan Respublikasının müstəqilliyi elan olunduğu 30 ilə yaxın müddətdə ölkənin köklü etnoslarından biri olan talış xalqının milli özünüifadə hüquqları dövlət dəstəyindən tamamilə kənarda qalıb. Belə vəziyyət ölkəmizin talış əsilli vətəndaşlarının fundamental hüquq və azadlıqlarının kobudcasına pozulması anlamına gəlir. Eləcə də bu illər ərzində şəxsi təşəbbüs və səyləri ilə xalqının dili və mədəniyyətinin inkişafı istiqamətində hər hansı pozitiv işlər görmək istəyən ictimai fəallara qarşı Azərbaycan dövlətinin müvafiq güc strukturları ciddi maneələr yaratdı, onlara “separatçı” damğası vurdu. Bu da ölkədə milli münasibətlərin sivil qaydada tənzimlənməsi müstəvisində qeyri-konstruktiv presedentlərin yaranmasına səbəb olub.

Azərbaycan Respublikası vətəndaşlarının əhəmiyyətli hissələrindən birini təşkil edən talışların milli özünüifadə hüquqlarına belə münasibət Azərbaycan Respublikasının dövlətçilik prinsip və ənənələrinə aşağıdakı üç istiqamətdə ağır zərbələr vurub: 1) əksər talış mənşəli vətəndaşlar öz dövlətlərinə münasibətdə qürur duymur və mənliklərini alçaldılmış hesab edirlər. Bu kimi neqativ hallar talışları hakimiyyətdən, hətta dövlətdən incik salıb. Onlarda gələcəyə inamsızlıq, ruh düşkünlüyü yaradıb. Vətənə, dövlətə məhəbbəti, ümidi və etibarı zəiflədib; 2) ölkədə yürüdülən qeyri-sağlam, səriştəsiz milli siyasətin məntiqi nəticəsi olaraq, pusquda dayanmış hiyləgər qonşu - düşmən ölkə dərhal bu çatışmazlıqlardan faydalanmaq, yararlanmaq niyyətinə düşüb. Bir sıra hallarda isə, düşmən buraxılmış boşluqlar nəticəsində istəyinə nail ola bilib; 3) ən başlıcası isə, ölkənin aborigen, köklü xalqlarından biri olan Talış xalqının dilinə, mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, folkloruna və digər milli-mənəvi dəyərlər sisteminin təbliğinə və inkişafına qarşı tətbiq olunan qadağalar, törədilən maneələr Azərbaycan Respublikasının beynəlxalq imicinə ağır zərbələr vurur. Yürüdülən birtərəfli, antimilli siyasət ölkəmizin dünyanın sivil, demokratik dövlətləri cərgəsinə qoşulmasına ciddi maneələr törədən başlıca səbəblərdən biri olaraq qalır.

9. Talış dilinin hazırkı durumu ilə bağlı təxirəsalınmaz dövlət tədbirləri

Talış dilinin inkişafı, tədqiqi və tədrisi prosesində mövcud problemlərin həlli ilə əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirləri vacib hesab edirik.

9.1. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişində ana dilindən istifadə hüququ ilə bağlı nəzərdə tutulan normaların realizəsi üçün Azərbaycan hökümətinin hərəkətsizliyinə son verilsin.

9.2. Azərbaycan Respublikası hələ 2001-ci ildə Avropa Şurasına üzv olarkən 3 il ərzində qoşulmaq barədə üzərinə öhdəlik olaraq götürdüyü Regional və azlıqların dilləri haqqında Avropa Xartiyasını nəhayət ratifikasiya edib, icrasına başlasın.

9.3. Azərbaycan Respublikasının cənub-şərq regionunu əhatə edən, talışların kompakt yaşadığı rayonlarda talış dilinə rəsmən "regional dil” statusu verilsin.

9.4. Azərbaycan Respublikasında talış dili ilə bağlı aşağıdakı konkret islahatlar həyata keçirilsin:

a) “talış dili”ni bir fənn kimi talışların kompakt yaşadıqları ərazidə bütün ümumtəhsil məktəblərində icbari tədris etmək;

b) müvafiq ümumtəhsil məktəblərində tədris proqramlarını yeniləmək və yeni tədris proqramına əsasən 1-4-cü siniflərdə həftədə 2 saat “Talış dili” fənni, 5-9-cu siniflərdə həftədə 2 saat “Talış dili və Ədəbiyyatı” fənnini tədris etmək;

c) dərsliklər, dərs vəsaitləri və tədris materialları tamamilə yeniləmək, kadr çatışmazlığı problemi aradan qaldırılana qədər Təhsil Nazirliyi səviyyəsində yeni dərsliklərin, dərs vəsaitləri və tədris materiallarının yazılması üçün talış dili və ədəbiyyatını mükəmməl bilən şəxsləri ekspert kimi işə cəlb etmək;

d) talış dilini tədqiq edən alimlərin yazdığı elmi əsərləri, talış dili qrammatikasını, lüğətini və s. 1-9-cu siniflərin, ali və orta ixtisas məktəblərinin dərslik, dərs vəsaitləri və tədris materiallarının yazılmasında istifadə etmək;

e) talış dili tədris olunan məktəblərdə şagirdlərin sayını dəqiq müəyyən etmək və bu saya uyğun dərsliklər, dərs vəsaitləri və tədris materialları hazırlamaq;

f) dərsliklərdə, dərs vəsaitlərində və tədris materiallarında talış xalqının tarixi, mədəniyyəti və adət-ənənələrini əks etdirən mövzulara geniş yer vermək;

g) 2020-2021-ci tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində, Lənkəran Dövlət Humanitar Kollecində, Masallı Dövlət Regional Kollecində, Astara Pedaqoji Kollecində və digər aidiyyəti təhsil ocaqlarında “Talış dili və Ədəbiyyatı” kafedraları açmaq, aidiyyəti ixtisaslarda talış dili və ədəbiyyatını fənn olaraq tədris etmək. Bakalavr, magistr, doktorantura və digər dərəcələrdə talış dilinin öyrənilməsi və tədqiqi mövzusunda elmi işlər yazılmasına start vermək. Növbəti tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində, Astara Pedaqoji Kollecində və digər aidiyyatı təhsil ocaqlarında “Talış dili və Ədəbiyyatı” fakültəsi açmaq;

h) Azərbaycan Milli Elmlər Akademiyasında Talış dili şöbəsi təsis etmək;

i) talışların kompakt yaşadığı ərazilərdə və eləcədə, digər bölgələrdə talış dilində kitablarla tam təmin olunan kitabxanalar istifadəyə vermək, dünya ədəbiyyatı nümunələri də həmçinin talış dilinə tərcümə etmək;

j) Talış dilinin inkişafı məqsədi ilə talış dilində televiziya və radio verilişləri yayılmasına start vermək, talış dilində mətbu orqanların işini təşkil etmək və onların fəaliyyətini dövlət tərəfindən maliyyələşdirmək.

Xülasə

Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan Respublikasında talış dilinin hazırkı vəziyyəti və bu istiqamətdə təxirəsalmaz tədbirlər haqqında MÖVQE SƏNƏDİAzərbaycan Respublikasında yaşayan talışların öz vətəndaşlıq mövqeyindən çıxış edərək, Azərbaycan hökumətindən ana dili ilə bağlı qanuni hüquqlarının təmin olunması istəyini ifadə edir.

Tarix boyu böyük çətinliklərlə üz-üzə qalsalar da, talışlar ana dilini qoruyub saxlamağı bacarmışlar. Bu gün ölkənin cənub-şərqindən savayı Bakı, Sumqayıt kimi böyük şəhərlərdə, və Respublikanın digər rayonlarında məskunlaşan talışlar ölkədə keçirilən siyahıyaalınmada saylarının düzgün qeyd olunmamasından, ana dilləri olan talış dilinin tam şəkildə dövlətin diqqət mərkəzindən kənarda qalmasından çox narahatdırlar. Bu haqlı narahatçılığın mənbəyində talış xalqının assimilyasiya olması və talış dilinin tədricən yox olması təhlükəsi dayanır.

Bunu nəzərə alaraq, Azərbaycan Talışların İctimai Şurası mövcud vəziyyətdən çıxış yollarını təklif edir və Azərbaycan hökumətindən talış xalqının vətəndaşlıq hüquqlarının təmin olunmasını və Azərbaycanda olan bütün mədəni irslərə eyni standartla sahib çıxmasını istəyir.

 

Azərbaycan Talışların İctimai Şurasının həmsədrləri:


Ataxan Əbilov

Hilal Məmmədov

Mehdibəy Səfərov

 

Azərbaycan Talışların İctimai Şurası haqqında qısa məlumat və əlaqə

 

Azərbaycan Talışların İctimai Şurası 2019-cu ildə bir qrup Azərbaycan vətəndaşı tərəfindən təsis edilib. Şuranın əsas məqsədi talış toplumunun assimilyasiya edilməsi və ya cəmiyyətdən təcrid olunması prosesinə mane olmaq və onların Azərbaycan cəmiyyətinə sivil formada inteqrasiyasına nail olmaqdır. Bunun üçün Şura Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının verdiyi imkanlar daxilində fəaliyyət göstərir, Azərbaycan Respublikasında hüquqi dövlət və azad vətəndaş cəmiyyəti quruculuğuna fayda verməyi prioritet hesab edir.

Əlaqə:

Ünvan: Rəşid Bağırov küçəsi 75,

             AZ 1074, Bakı, Azərbaycan

Tel.:     00994 50 306 30 70

            00994 50 455 27 68

E-mail: talyshcouncil@gmail.com

 

 


 
Категория: Azərbaycan | Просмотров: 58163 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus