Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Октябрь » 23 » “Səadət taleyin biçdiyi dondur”
18:14
“Səadət taleyin biçdiyi dondur”

(Camal Lələzoə “Yaşayır Nizami ənənələri” (B-2007) kitabını oxuyarkən) 

Camal Lələzoə bu günün şairidir. Çağdaşlarının əhvalı, həyatı, dolanışığı...onu çox düşündürür. Torpaqdan, əkin-biçindən perik düşən müasirləri çiyinlərində ağır yük, ruzi dalınca o ölkədən-bu ölkəyə, o şəhərdən bu şəhərə, o bazardan bu bazara axışıb gedirlər. Şair onların bu əhvalını belə mənalandırır:

 

Tökülür küçələrə millət Dan ağarmamış,
Tələsir bazarlara xalq yuxulu və əzgin.
Belə dolanışığı yeni tarix doğurmuş,
Belə dolanışığın Allah kökünü kəssin! (s.42)

 

Sinəsi qübarlı şair bu axına seyirçi deyildir. Ğzü də bu ruzi dalınca axışanlardan biridir. Ehtiyac məngənəsində boğulan bu didərginlərin : həm də ziyalıların, müəllimlərin, alimlərin, sənətkarların... halını yaxından görür, ürəkdən duyur, “başına gələn başmaqçı olar” məsəlinə ayaq verir:
 

Çörək qazanıram can bahasına,
Ağrılar üstündə gəlir xoş günüm.
Çəkilir ehtiyac ac kahasına,
Əzabdan yoğrulur toyum-düyünüm. (s.43)

 

Çox yazarların cızma-qaralarında (mənim bunlara “şeir, əsər” deməyə dilim gəlmir”) bədii əsərin ən vacib şərtləri: obrazlılıq, məcazilik, təsirlilik, sözün (nitqin) bədii vasitələrlə ifadəsi, məna-məzmunun bədii şəkildə nəql edilməsi çatışmır. Mücərrəd söyləmələr, publisistik qeybətlər (İndi hamı politoloq olub!) oxucunun zövqünü öldürür.Bədiilik, sadəlik, səmimilik bir yana, heç loruluq da yoxdur ortada! 
Fəqət Camal sosial-siyasi mövzularda yazanda da poetik sözün bədii xislətini meydana qoyur:

 

...bir ordunun gücü var,
Dilində həqiqətlər açılır atəş kimi.
Həqiqətin səsindən açılır kar qulaqlar,
Yanır məmur sürüsü qurumuş küləş kimi.
Buraxıldı meydana qanlı-qadalı ordu,
Xalq seli buxovlandı, qapadıldı ağızlar.
Milli rejim millətə mil+li bir çidar oldu,
Daha həvəslə cumdu kürsüyə boşboğazlar. (s. 53)

 

Ümumiləşdirmə və ictimailəşdirmə ədəbiyyatın vacib meyarıdır. O da obrazlılıqdan, tipiklikdən, fərdilikdən xali deyildir. Mücərrədlik, səfsəfəçilik, kiminsə qarasınca qeyri-müəyyən xitablar, boşuna ünvansız söyləmələr oxucunun əhvalını korlayır, sənəti öldürür, söz yığını yaradır.

Camalın şeirlərində isə bu obrazlılıq, bədiilik, düşündrücülük, ünvanlı müraciətlər, məntiqlilik, fikrin bədii ifadəsindən doğan təsirlilik oxucunu valeh edir:

Rüşvət kəndirlərində bağlanıb Azərbaycan...
Adamlar öz evində iynənin üstündədir...
Ağzı qatıq kəsməyən yurdun ağzına döndü... (s. 54)
Yiyəsiz qalmağından yaman üşüyür Vətən (s. 55)
Böyük bazara döndü müstəqil Azərbaycan...(s. 57)

Qafiyə əsiri şairlər görmüşəm, qafiyə düz gəlsin deyə mənanı təhrif edirlər, mətləbdən kənara çıxırlar, məzmunu uzadırlar. Fikir qırıqlığına, vəzn-ahəng sınıqlığına yol verirlər. Fikrin birbaşa-sərrast ifadəsinə xələl gətirirlər. Halbuki şeirin əsas şərtlərindən biri budur ki, məna obrazlı, məcazi, bədii şəkildə ifadə edilsin. Sonra ölçü, bölgü, qafiyə, rədif... beytlənmə, bəndlənmə gəlir. Sonkular şeirdə ahəng, ritm təsirilik yaratmağa xidmət edir. Bunlar da lazımdır, fəqət hər şeydən öncə, fikrin-mənanın obrazlılığı, məcaziliyi əsas götürülməlidir. Qafiyə əsiri yox, obrazlı fikir, bədii mühakimə fanatı olmalıyıq. Bir bənddə, misrada, beytdə insanı duyğulandıran bir ifadə yoxsa, əlinə qələm almağa, yazmağa dəyməz. Bəzən şeir adına elə şeylər (hətta kitablar) təqdim edirlər ki, adi danışıqda birini söyləyəsən, deyərlər, bu adamın başı xarab olub!
Camalın şeirlərində isə ürək titrədən ruh oxşayan,insan düşüncəsini qidalandıran beytlər, misralar çoxdur:

 

Qocalda bilməyir şəhidləri vaxt...(s.72)
Kişilik sifəti göyərdir əri... (s.74)
Şişətək kövrəkdir qəlbi bacının... (s.77)
Bir gözdə qəm buludu görünsə gözü dolar (s.79)
Səadət taleyin biçdiyi dondur,
Kim onu qorudu, sevdi, onundur (s.81)

 

Bəzən özünü məcbur edirsən ki, bir şeiri, bir kitabı axıracan oxuyasan: Görüm bir önəmli mətləbdən,maraqlı bir məsələdən bəhs edəcəkmi? Görüm ürək isidən, könül oxşayan, ruh qaldıran, əhval duyğulandıran bir bənd, bir beyt, bir misra olacaqmı? Kitabı vərəqlədikcə, yazıları oxuduqca, sanki ağzına bir ovuc qum dənəsi atmısan, dişlərini xırçıldadır, ətini tökür, bədənini çimçəşdirir. Beynin guruldayır, gözlərin tor qoyur, hisslərin korşalır, əsəblərin tarım çəkilir... Maraqlı bir şey yoxdur. Əvəzində əsəbiləşir, kəskin yorğunluq duyursan... 

Camal Mirzə belələrinə ibrət dərsi olsun deyə aforistik söz və ifadələr işlədir, əsl şeirin ünvanını bəlləndirir:
 

Onun haqqa varan qılınc qolları
Geri çəkilmədi, məğlub olmadı.
Bayraq ataların ömür yolları 
Vətən torpağıtək bizə doğmadır...(s.90)

 

Tərif demək, mədhiyyə yazmaq ədəbiyyat yaradıcılarının köhnə vərdişidir. Klassik ədəbiyyatda, əruzda, Allahı (minacat), peyğəmbəri (nət), rəhbəri (mədhiyyə), özünü (fəxriyyə), dünyasını dəyişəni (mərsiyə) birini pisləmək üçün həcvlər və başqa bu kimi janr və formaları çox müxtəlifdir. Hecada da tərifnamələr, mədhlər yazılırdı. Bu gün də yazılır. Müstəqillik dövrümüzdə də şəxsiyyətə pərəstiş meyllərinə son qoyulmadı, patıltılı, uzun-uzadı, yorucu, bəsit, ürəkbulandıran mədhlər, nəinki şeirlər, hətta cilid-cilid kitablar baş alıb gedir...

Camal Mirzə də mədhiyyə yazmaqdan yan keçməmişdir. Fəqət mədh etdikləri Allahdır, peyğəmbərdir, imamdır, öz ata-anasıdır, boynunda haqqı olan ata-qardaşıdır, qohum-əqrabasıdır. “Ata nəğmələri” , “Mənim anam” poemalarında şair Camal müdrik bir filosof kimi bədii ümumiləşdirmələr aparır, uğurlu beytlər, misralar düzür. Bununla da oxucunu dünya və axirəti düşünməyə, ruhən təmizləməyə, həyatın qədrini bilməyə səsləyir:
 

Kitab kimi açıram atalı günlərimi,
Hər xatirə bir yeni məna, hikmət, nümunə. (s.86)
Dilindən bal əmir dadlı sözlərim...(s.98)
Övladlar ağactək bir-bir barladı (s. 102)

 

Bədii-obrazlı nitqin başlığa əlamətlərindən biri də budur ki, şair gərək dildəki antonim, sinonim, omonimlərdən- bir sözlə, bədii ifadə vasitələrindən- sintaqmlardan yerli-yerində istifadə etsin... Məsələn, şair bir sözü təkrar etməkdən çəkinir, həmin sözün sinonimlərni yerinə görə işlədir: ürək-qəlb-könül-can... Bununla da yeknəsəklikdən, yoruculuqdan, təkrarçılıqdan, dolayısı ilə bəsitlikdən uzaqlaşır, mənanın ən incə çalarlarına varır...

Bu keyfiyyətlər Camal Mirzənin şeirlərində müsbət mənada özünü doğruldur:
 

Onillik, yüzillik dəmirağaclar
Zamanl doğrayar, əsri qayçılar. (s.107)
Bu şair ürəklim, bu incə qəlbim
Öpür dodağını ancaq şırqilər (s. 109)

 

Müstəqil ölkəmizdə senzura götürüləndən, azad yazıb-çap olunmaq hüququ elan ediləndən az qala hamı şeir yazır, hamı kitab çap etdirir. Dili bilən də yazır, bilməyən də. Bu isə mütaliəni öldürür, oxucu dairəsi daralır. Bu çoxluğun içində sənət əsərini müəyyən edib üzə çıxarmaq çətindir. 

Amma həm talışca, həm azərbaycanca yazan Camal Lələzoənin kitablarının oxucusu həmişə var. Maraqlı kitabı kim oxumaz ki?!
 

P.S. Məqalə 2008-ci ildə may ayında yazılıb. Camal Mirzə (mən onu belə çağırıram) məqaləni aldı məndən ki, bir qəzetdə çap eləsin. Bir soraq çıxmadı. Bu günlərdə arxivimdə tapdım. FB-də kiçik ixtisarla qoyuram ki, qoy sənət dostumun könlü xoş olsun.

Allahverdi BAYRAMİ

Категория: Талыш xəbərləri | Просмотров: 3758 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus