Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2020 » Ноябрь » 26 » Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ
17:45
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ

Azərbaycan Talışların İctimai Şurası ölkə ictimaiyyətinə müraciət edib.

TALISH.ORG həmin müraciətin tam mətnini təqdim edir:

Azərbaycan Respublikasının tərəqqipərvər ictimaiyyətinə,

Ölkəmizdə ləyaqətli, qürurlu və bərabərhüquqlu vətəndaş cəmiyyəti naminə mücadilə aparan ictimai-siyasi xadimlərə,

Ümumi Evimiz olan Azərbaycanın mötəbər din xadimlərinə, ziyalılarına və elm adamlarına,

Azərbaycan Respublikasının yüksək səlahiyyətli dövlət nümayəndələrinə,

Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə

M Ü R A C İ Ə T

Hörmətli dostlar, möhtərəm cənablar!

Sosial şəbəkələrin imkanlarından yararlanaraq, mənsub olduğumuz talış xalqının taleyində mühüm rol oynaya biləcək bir sıra vacib məsələlərlə bağlı Sizləri narahat etmək istəyirik.

Nəzərinizə çatdırırıq ki, hələ ötən əsrin 30-cu illərində (xüsusilə, 1937-ci ildə) totalitar SSRİ imperiyası talış xalqının adını tarix səhnəsindən silmək üçün onu amansız repressiyaya məruz qoymuşdur! O dövrdə demək olar ki, talış xalqının ictimai-siyasi, ədəbiyyat, mədəniyyət, din xadimləri və digər sahələrdə çalışan çoxsaylı ziyalıları kütləvi repressiya olunaraq güllələndilər, və ya uzaq sürgünlərdə məhv edildilər. Xalqın əksər hissəsi isə tarixən yaşadıqları füsunkar ata-baba torpaqlarından ilan mələyən səhralara köçürüldü. Nəticədə həmin köçkünlərin də bir hissəsi yoluxucu xəstəliklərdən həyatlarını itirdilər...

Artıq indi XXI əsrin ikinci onilliyini başa vurmaqdayıq. Çox böyük təəssüf hissi ilə qeyd edək ki, talış xalqı ötən əsrin 37-ci ilindən üzü bəri məruz qaldığı dəhşətli repressiyalardan hələ də bəraət qazana bilməmişdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının talış əsilli çoxsaylı ziyalılarının birləşdiyi Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) bir ictimai Birlik olaraq, talış xalqının tam reabilitasiyasına nail olmaq və onların Azərbaycan cəmiyyətinə talış kimi inteqrasiyası naminə fəaliyyət göstərir. 21 fevral 2020-ci il tarixdə Azərbaycan Talışların İctimai Şurası “Beynəlxalq Ana dili günü” münasibətilə Bakı şəhərində keçirdiyi tədbirdə “Azərbaycan Respublikasında talış dilinin hazırkı vəziyyəti və bu istiqamətdə təxirəsalınmaz tədbirlər haqqında Mövqe sənədi”ni qəbul etmişdir.

25 fevral 2020-ci il tarixdə ATİŞ-in həmsədrlərinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə (surəti - Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikası Təhsil nazirinə, Azərbaycan Respublikası Prezident Admnistrasiyasının rəhbərinə olmaqla) ölkəmizin köklü, avtoxton xalqı olan talışların ölməkdə olan ana dilinin qorunması və inkişafı naminə təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsi ilə bağlı müraciət ünvanladı. 32 səhifəlik həmin Mövqe sənədi də göndərilən müraciətə əlavə edildi. Ölkəmizin ən ali dövlət orqanlarına ünvanladığımız müraciətlərdən 9 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşları olaraq, indiyə kimi həmin instansiyalar tərəfindən heç bir rəsmi cavab almamışıq.

Müraciətləri ünvanladığımız müddətdən 2 ay keçdikdən sonra, yəni 25 aprel 2020-ci il tarixdə həmin ali dövlət idarəetmə institutlarının nəzər-diqqətinə bu barədə çatdırmaq məqsədilə göndərdiyimiz teleqramlara da heç bir reaksiya verilməmişdir.

Sonrakı mərhələlərdə ATİŞ olaraq, ictimai fəaliyyətimizi ölkəmizin düçar olduğu “COVİD 19” pandemiyası bəlasından qurtulmaq istiqamətində lazım olan maarifləndirmə, izahat işlərinə və nümunəvi təbliğat kompaniyalarına həsr etmişik. Ən əsası isə, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən şərəfli və şanlı Vətən müharibəsi dövründə Azərbaycan Talışların İctimai Şurasının hər bir üzvü, müzəffər ordumuzun igid, rəşadətli əsgər və zabitlərinin qələbə ruhunun daha da yüksəlməsi naminə təbliğat və təşfiqat işləri aparmışlar.
Ulu Tanrıya şükürlər olsun ki, 9 noyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu dizə çökdürərək məğlub etdi!

Beləliklə, Vətənimizin ərazi bütövlüyü təmin edildi! Dilindən və dinindən asılı olmayaraq hər birimiz bu tarixi qələbənin bütün Azərbaycan vətəndaşlarının monolit birliyi və səmimi qardaşlıq ünsiyyəti sayəsində qazanılmasının şahidi olduq! Böyük iftixar hissi ilə onu da qeyd edək ki, bu misilsiz qələbənin qazanılmasında talış əsilli əsgər və zabitlərimiz döyüş meydanlarında misli görünməmiş qəhrəmanlıq, şücaət və rəşadət nümunələri göstərdilər. Nəticədə xeyli sayda şəhidlər, yaralananlar, itkin düşənlər də oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah onları rəhmət eləsin!

Biz talışlar etnik mənsubiyyətimizdən asılı olmayaraq güclü, qüdrətli ölkəmizdə - doğma, azad, demokratik Azərbaycanımızda qürürlu, ləyaqətli, firavan və xoşbəxt yaşamaq istəyirik! İstəyirik ki, övladlarımız özünütanımaz, manqurt və mənəvi cəhətdən şikəst deyil, şəxsiyyətli, ləyaqətli, namuslu, vicdanlı, sağlam düşüncəli əsl Azərbaycan vətəndaşları kimi böyüsünlər!

Hörmətli dostlar, möhtərəm cənablar! 

Məhz yuxarıda sadaladığımız səbəbləri əsas götürərək, üzümüzü Sizə - ölkəmizin dəyərli ictimaiyyət nümayəndələrinə, ziyalılara, din xadimlərinə, siyasətçilərə, alimlərə, jurnalistlərə və dövlət məmurlarına tutaraq bildiririk: Qarşıdan 2020-ci ilin sonu - dekabr ayı gəlir! İl tamam olur... Hökümətimiz isə, günü bu günə kimi, ölkə vətəndaşları olaraq, layiqli özünüifadəmizin başlıca komponenti olan Ana dilimizin mühafizə olunması və inkişafı ilə bağlı təqdim etdiyimiz təkliflər paketinə nəinki müsbət və ya mənfi cavab vermişdir, ümumiyyətlə, heç bir cavab belə, verməmişdir!

Azərbaycan hakimiyyətinin müvafiq Ali orqanlarının etinasızlıq göstərərək talış dilinin tədrisi ilə bağlı etdiyimiz müraciətləri cavabsız qoymaları, ölkə vətəndaşları olaraq bizi dərin narahatçılıq hissləri keçirməyə vadar etmişdir! Lakin ümid və inamımızı hələ itirmək istəmirik! Dilemma və fakt qarşısında qalan ATİŞ üzvləri, hal-hazırda növbəti pozitiv və konstruktiv addımların atılması istiqamətində təşkilatdaxili ciddi müzakirələr aparırlar!

Hörmətli dostlar, möhtərəm cənablar! 

Biz, talış xalqının nümayəndələri olaraq, özümüz üçün taleyüklü bir məsələ saydığımız öləziyən Ana dilimizin yaşatması, tədrisi və bu istiqamətdə mövcud olan problemlərin həlli naminə ilk növbədə Sizdən kömək istəyirik.

Sizdən xahiş edirik, ölkəmiz üçün fərəhli, bayram əhval-ruhiyyəli, həm də həssas bir məqamda 30 ilə yaxın müddət ərzində qalaqlanmış bu həyati əhəmiyyətli məsələlərin həllində bizə yardımçı olasız. Bu barədə Sizin dəstəyinizə ciddi ehtiyac duyuruq.

Dərin hörmətlə,
Azərbaycan Talışların İctimai Şurasının həmsədrləri:
Hilal Məmmədov
Mehdibəy Səfərov
Ataxan Əbilov
22 noyabr 2020-ci il

 
 
Категория: Azərbaycan | Просмотров: 1346 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus