Главная » 2012 » Июнь » 4 » 4 iyun 1993 müəmması: Milli qəhrəmanın milli hökumətə qarşı qiyamı, Azərbaycanda demokratiya eksperimentinin sonu
18:14
4 iyun 1993 müəmması: Milli qəhrəmanın milli hökumətə qarşı qiyamı, Azərbaycanda demokratiya eksperimentinin sonu
1993-cü il. Qarabağda müharibədir. Prezident Əbülfəz Əliyevin milli qəhrəman elan etdiyi Surət Hüseynov əmrində olan tank birliklərini cəbhədən geri çəkir, Gəncədə yerləşdirir. Ona milli qəhrəman adını verən prezidentə ultimatum verir. O zaman Surət Hüseynov adi adam deyildi. Mühüm şəxs idi. Prezident Əbülfəz Əliyevin sərəncamına əsasən, Surət Hüseynov Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır. 1993-cü ilin martından Azəryunsənaye Dövlət Şirkətinin prezidenti olmuşdur. 30 yaşlı gəncin belə başgicəllədən yüksəlişi heyrət doğurur...
Necə olsa…Cəbhədə müharibə getdiyi anlarda Gəncədə siyasi oyunlar gedir. Heydər Əliyev Naxçıvandan tələsik Bakıya gəlir... Bu oyunların nəticəsində Əbülfəz Əliyev 1992-ci il seçkilərində xalqın ona verdiyi səlahiyyətləri xalqın rəyi olmadan, seçki keçirtmədən Heydər Əliyevə təhvil verir və könüllü sürgünə gedir.
Təhvil-təslim işlərinin bitməsi ilə Azərbaycanda demokratiya qurmağa yönələn eksperimentə son qoyuldu və ölkədə sovet siyasi sistemi bərpa edildi. Azərbaycan uduzdu, Əliyev uddu.
Bəs Surət Hüseynov? Əbülfəz Əliyevin hakimiyyəti zamanı baş nazirin müavini olmuş Surət Hüseynov Heydər Əliyevin hakimiyyətində baş nazir təyin olundu. 1994-cü ilin oktyabr ayında Heydər Əliyev Surət Hüseynovu gəmidən bayıra tulladı. Surət Hüseynov tutuldu, yatdı, çıxdı...
O, çıxdı, amma Azərbaycan çıxa bilmədi...
Mirzə Xəzər, 04.06.2012, http://mirzexezerinsesi.net