Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Февраль » 25 » `Dədə Qorqud` ilk dəfə talış dilinə tərcümə olunur
13:53
`Dədə Qorqud` ilk dəfə talış dilinə tərcümə olunur

Bayramov Allahverdi Ağarza oğlu (Bayrami) 08.08.1946-cı ildə Masallı r. Mahmudavar kəndində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1970-2011-ci illərdə Astara və Masallı rayon məktəblərində müəllim işləyib. !960-cı illərdən mətbu orqanlarında şeirləri, ədəbi-tənqidi məqalələri ilə çıxış edir, filoloq, şair, tənqidçi kimi tanınır. İki dildə: talışca və azərbaycanca yazıb-yaradır, 10 kitabın müəllifidir. ( “Unuda bilsəydim”(2005), “Bəxt nəvedəm”(2005), “Sevda yolu”(2006), “Ötən illərin işığında”( 2007), “Qəncinəti əndozə”(2008), “Könül harayları” (2009), “Əloləon, kırdion” (2009),”Masallının söz çələngi” (2011) “Votəme, ya votəmni” (2013), “Azərboyconi tolışon ədəbiyot” (2013). 


- “Dədə Qorqud” dastanlarını taliş dilinə çevirmək fikri necə yarandı? 

- YUNESKO-nun təşəbbüsü ilə Oğuz tayfalarıın yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un qlobal səviyyədə qeyd edilməsinə hazırlıq görüldüyünü eşidəndə mən də çox sevindım. Çünki bu dastanlarda nağıl edilən hadisələr həm də birbaşa indiki Azərbaycan Respublikası ərasində baş verir, bu dövlətin vətəndaşı kimi qürur duyuram ki, “Dədə Qorqud” dastanları bir abidə kimi daha çox bizə aiddir, Təbii ki, onun çoxlu tədqiqatçıları məhz mənim yurddaşlarım, universitet müəllimlərim (Tofiq Hacıyev, Əli Sultanlı, Şamil Qurbanov) tələbə yoldaşlarım (Kamil Vəliyev) hətta şagirdlərimdir (Mehman Qaraxanlı) Daha sonra 2006-2008- ci illərdə talış dilində dərc edilən “Şəvnışt” qəzetində talış xalq nağıllarını çapa hazırlayarkən “İçəşədiv” ( hərfən “təkközlü div”) nağılının sehrinə düşdüm. Başladım həm “Basatın Təpəgözü öldürməsi” boyu ilə talış xalq nağılını ( “İçəşədiv”) müqayisəli şəkildə tədqiq etməyə. Bu dastanla bağlı ədəbiyyatları araşdırmağa. Prof. Əli Sultanlının “Məqalələr” kitabında oxudum ki, Təpəgöz mövzusu qədim yunan ədəbiyyatına Homerin “Odessiya”sına gedib çıxır və burdan dünya ədəbiyyatına yol gedir… Beləliklə, “Kitabi-Dədə Qorqud”un “Basatın Təpəgözü öldürməsi” boyunu talış dilinə çevirdim və talış xalq nağılı “İçəşədiv” ilə həm Yunan, həm Oğuz, həm də talış variantlarında paralellər tapdım… Lakin başqa tədqiqatlarımla əlaqədar olaraq bu iş bitmədi və yarımçıq qaldı. Ancaq bu yaxınlarda istedadlı şair, ədəbiyyatçı-alim Mehman Qaraxanoğlu “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı tədqiqat apardığını bildirdi və bir-iki sualla mənə müraciət etdi. Mən də olanı dedim. Bu gözəl insanın təkidi ilə mən “Dədə Qorqud” dastanlarını bütövlükdə talış dilinə tərcümə etməyi qərara aldım. 

- Turk linqvopsixologiya sənə talış linqvopsixologiyasına çevirmək hansı çətinlikləri yaradır? 

-Artıq mən 1962-ci ildə prof. Həmid Araslının redaktəsi, izahları ilə nəşr edilən “Kitabi-Dədə Qorqud” dastanları ilə və sonrakı nəşrləri ilə həm tələbəlik, həm də müəllimlik dövrlərimdə, həm qədim nüsxəsi, həm də müasir dilimizdəki tərcümələri ilə yaxından tanış olmuşdum və 40 il müddətində həmin dastanların, demək olar ki, hamısını bir-bir məktəbdə tədris etmişdim, onu tərcümə etməyə təcrübə və səriştəm var idi. Əlbəttə, bu çevirmədə müəyyən çətinliklər var, onları aradan qaldırmaq üçün lüğətlərə, tədqiqatlara üz tuturam. Bu sahədə internet mənə böyük dəstək olur. 

- “Dədə Qorqud”un talış dilinə tərcüməsinin ictimai, talış dilinin inkişafı baxımından necə dəyərləndirərdiniz?

-Məlumdur ki, “Dədə Qorqud” kitabının dili bədii, obrazlı dildir, səci (qafiyəli nəsr) şəklində qələmə alınıb. Məhəmməd Peyğəmbər (s.ə.ə.s) dövrünə yaxın zamanları əks etdirdiyini, 11-ci yüzildə yazıya alındığını, 16-cı əsrdə yazıya köçürüldüyünü nəzərə alsaq, onu müasir talış dilinə dəqiqən çevirmək mümkün deyil, biz yalnız bədii tərcümənin şərtləri əsasında bu işi yoluna qoya bilərik. Bu sahədə iş təcrübəm, şeir-sənətlə bağlılığım, qismən olaraq talış dilinin qatlarına bələd olmağım köməyimə çatır. Hələ qabaqda redaktor əməyi də var axı?!
Bütün bunları nəzərə alaraq, inanıran ki, dastanların talış dilinə çevrilməsi bir ictimai hadisə kimi yüksək qiymətləndiriləcək. Talış ictimaiyyəti, talış ziyalıları hələ indidən belə bir işi ərsəyə gətirməyimi təqdir edirlər. Şübhəsiz, bu tərcümə talış dilinin inkişafı baxımından yeni mərhələ olacaqdır. Məlumdur ki, keçən əsrin 30-cu illərində talış dilinə dünya ədəbiyyatının nadir inciləri tərcümə edilmiş, rus ədibləri A.P. Şexov, A.S.Puşkin, Demyan Bednıy, N. Nekrasov, L.Andreyev, A. Yakovlevdən, Azərbaycan ədəbiyyatı nəhəngləri M.F. Axundzodə, M. Ə. Sabir, S.S. Axundov, Mir Cəlaldan, dünya ədəbiyyati korifeyləri Cek London, A. Nikaş, Daniyel Defo, Conatan Svift… və başqalarından talışcaya çevrilmələr olmuşdur. “Dədə Qorqud” dastanlarının indiki mərhələdə müasir talış dilində səslənməsi dəyər qazanacaqdır.

- Filoloq kimi “Dədə Qorqud”u oyrənmisiniz və tədris etmisiniz. Bu eposda sizin bir insan kimi şüurunuzda iz buraxan nə olub?

-Əvvəlcə onu deyim ki, uşaq yaşlarımdan nağlllara, dastanlara çox meyilli olmuşam. 5 cildli “Azərbaycan nağılları” ilə bərabər dünya xalqlarının (rus, ərəb, çin, fars, hind, yapon, əfqan, hətta vyetnam, indaneziya xalq inciləri, “Kəlilə və Dimnə”, “Qabusnamə” və digər nadir kitabları oxuyub-sevmişəm. Oxumağı bacarmayan Bəhlul əmim mənə nağıllar, dastanlar dinləməyi sevərdi. Mənə “Koroğlu”nu, “Qaçaq Nəbi”ni dəfələrlə oxutmuşdu, hətta əzbərlətmişdi. Onların təsirindən, filoloq, şair, tədqiqatçı oldum. Bax, “Kitabi-Dədə Qorqud” da o cümlədən şüurumda, hissiyyatımda təsirsiz qalmayıb. Ona görədir ki, hələ tələbəlik illərindən ona bağlanışam, mənimlə bərabər yaşayır.

-Hansi talış folklorunu Azərbaycan dilinə tərcümə etmək istərdiz?

- İncə yerimə toxundunuz sanki. Talış folklorunun hankısı Azərbaycan dilinə tərcümə olunmayıb ki? Talış xalqının bütün mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi… əsərləri Azərbaycan dilinə nəql olunub, əlbəttə, qurtarmayıb, amma ümdəsi, başlıcası, çoxusu artıq bu dildədir. Bu dilin vasitəsilə dünyaya yayılıb Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti, Azərbaycan ədəbiyyatı, Azərbaycan musiqisi adı ilə ! Mən bir kitab tərtib etmişəm “Əloləon, kırdıon” (B-2009) yəni talışların toy və yaz mərasimlərimizdə deyilən, musiqi müşayiəti ilə , Halay şəklində ifa edilən üç-dörd sətirdən ibarət olan nəğmələrimiz… Təsəvvür edin bunlar hamısı Azərbaycan dilinə tərcümə edilərək “bayatılar”, “ağılar” kimi təqdim olunub dünyaya. Yox, indi hünər odur ki, Azərbaycan və digər dünya dillərindən talış dilinə tərcümələr edək, talış dilinin dünya dilləri ilə müqayisəyə gələ biləcək bir səviyyədə necə qüdrətli bir dil olduğunu meydana qoyaq

- Daha hansi Azərbaycan müəllifini talış dilinə çevirmək istərdiniz?

-Könül sazımın sarı siminə daha bir mizrab vurdunuz. Ölkəmiz müstəqil olandan Azərbaycanda əsrlər boyu yaşayan xalqlara (talış, tat, ləzgi, avar, udi, kürd…) böyük fürsət açılıb ki, öz mədəniyətlərini, incəsənətlərini, musiqisini, ədəbiyyatını… inkişaf etdirsinlər, yaşatsınlar. Bunun bir vasitəsi də dünya ədəbiyyatının nadir incilərini öz dilimizə çevirmək, ana dilində oxumaqdır. (Amma təəssüf ki, düşmən qüvvələr bizi çox vaxt siyasətə çəkir, siyasət çirkabında boğmaq istəyir.) Məsələn, mən çox istərdim ki, Qafqazın, orta Asiyanın, Yaxın Şərqin ən məşhur dastanı olan “Koroğlu”nu talış dilində oxuyum. Oradakı mübarizə ruhlu qoşma–gəraylılar talış balalarının dilbər əzbəri olsun, onların vətənsevərlik duyğularını alışdırsın. Bu hiss gənclərimizə çox lazımdır, Qarabağ düyününün tezliklə çözülməsində “Koroğlu” dastanının böyük rolu olacağını düşünürəm. Böyük Vətən müharibəsində məhz bu dastanı gənclərimizə çox oxudur, hətta döyüşçülər arasında yayırdılar.

- Talış ədəbi dilinin formalaşması, inkişafı üçün hansi işlər görülməlidir?

- Bağımsız ölkəmizdə aparılan ağıllı siyasət nəticəsində talış xalqının öz dili, mədəniyyəti, incəsənəti, musiqisi sahəsində görülən mühüm işlərdən biri də talış ədəbi dilinin formalaşmasına, inkişafına dəstək olmaqdır. “Tolışi sədo” (1992-2006) “Şəvnışt” (2006-2008) “Tolışon sədo” (2011- dən və bu günə qədər) qəzetlərin (fasilələrlə) çap olunması, talışların kompakt yaşadığı yerlərdə məktəbdə 2-4-cü siniflərdə həftədə 2 saat talış dilində dərs keçilməsi, bu dildə kifayət qədər şeir, nəsr kitablarının çap olunması, talış dilinə aid çoxlu elmi monoqrafiyaların, məqalələrin müvafiq mətbuat orqanlarında dərc olunması, bu dildə tədqiqat aparanlara elmi dərəcələrin verilməsi, “Rusca-talışca”, “Türkcə-talışca”, “Talışca-türkcə”, “İngiliscə-talışca”, “Farsca-talışca” tərcümə lüğətlərinin olması – bütün bunlar talış dilinin ədəbi dilinin formalaşmasına böyük təkandır, amma hər şeyin yerində olması qənaətinə gəlmir. Məsələn, çoxsaylı müraciətlərə, təşəbbüslərə baxmayaraq, bu dildə radio və televiziyamız yoxdur.
 

http://ethnoglobus.az/

Категория: Müsahibə | Просмотров: 2936 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus