ABŞ-ın Bakıdakı səfirliyi və Dövlət Departamenti Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar edib. Bu barədə "Amerikanın səsi” radiosu məlumat yayıb.
Amerikanın Azərbaycandakı səfirliyinin və Dövlət Departamentinin saytlarında yayılan məlumatda deyilir ki, Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə qərblə əlaqəsi olan ictimai yerlərdə sayıq olmalıdırlar.
Məlumatda ABŞ vətəndaşları diqqətli olmağa, öz təhlükəsizlikləri barədə sayıq hərəkət etməyə, təkrar olunan gündəlik fəaliyyət planlarında dəyişikliklər etməyə, evdən işə, işdən evə həmişə istifadə etdiklərindən fərqli yollarla getməyə çağırılır.
Dövlət Departamenti və ABŞ səfirliyi hədənin mahiyyəti barədə ətraflı məlumat verməyib.