Главная » 2012 » Апрель » 19 » Alman mediası İlham Əliyev rejiminə qarşı tənqidləri sərtləşdirir, qarşıdurma kəskinləşir
19:07
Alman mediası İlham Əliyev rejiminə qarşı tənqidləri sərtləşdirir, qarşıdurma kəskinləşir
YAP İlham Əliyevi müdafiə etməyə çalışır, əbəs yerə...
İlham Əliyevin xarici ölkələrdən, xüsusilə Almaniyadan onun rejiminə qarşı yönəlmiş tənqidlərinə sərt və kəskin reaksiyası almanları susdurmağa kifayət gəlmədi. „Yeni Azərbaycan Partiyası"nın səyləri də nəticəsiz qaldı. Azərbaycanı korrupsiyanın bürüməsi, ölkədə avtoritar qeyri-demokratik rejimin mövcud olması, məhbuslara qarşı işgəncə metodlarından istifadə edilməsi, sıravi vətəndaşların evlərinin qanunsuz və zorla dağıdılması, neft zənginliyinin bir qrup hakim zümrə tərəfindən qəsb edilməsi və „Eurovision" mahnı müsabiqəsindən bütün bu müzmin qüsurları ört-basdır etmək üçün istifadə etmək cəhdləri – bütün bu məsələlər İlham Əliyevin aprelin 16-da məşhur çıxışından sonra alman mediasında daha kəskin tənqid edilməyə başlanıb. Qarşıdurma açıq şəkil alır. Aprelin 18-də „Zerkalo" qəzetinin müxbiri İdrak Abbasovun Sulutəpədə zalımcasına döyülməsi Əliyev rejiminin vəziyyətini çətinləşdirəcəkdir.
Son iki gün ərzində „Eurovision" – klan hakimiyyəti – insan hüquqları mövzusuna toxunan qəzet, jurnal və televiziyaların qısa siyahısı:
„Hamburger Abendblatt", „Stern", „Focus", „Spiegel", „Tageszeitung", „Sueddeutsche Zeitung", „Die Zeit", „Frankfurter Rundschau", „Frankfurter Allgemeine Zeitung", Radio Westerwald, „Euronews"TV, "Deutsche Presse Agentur”, "Hildesheimer-Allgemeine Zeitung", „Die Welt", və hətta protestant kilisəsinin qəzeti olan „Evangelischer Pressedienst".
Almanların son aylarda qeyri-adi fəallağının arxasında nələrin gizləndiyi barədə, Berlinin nə məqsəd güddüyü haqqında qəti bir fikir yürütmək çox çətindir. Amma aydındır ki, rəsmi Bakının səyləri almanların qarşısını almağa kifayət etməyəcək. „Eurovision" mahnı müsabiqəsi yaxınlaşdıqca gərginlik artacaq.„Eurovision" qələbəsi Azərbaycan reallıqlarını, buradakı siyasi rejimin mahiyyətini Avropaya tanıtdı və tanıtmaqda davam edəcək.Almanların kampaniyasının arxasında Berlin hökumətinin iradəsi olduğu göz qabağındadır. İlham Əliyev bunun qarşısını almaqda acizdir...