Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 17 » Analoqiya
20:05
Analoqiya
"Azərbaycan inkişafa doğru inkişafdadır” - Canəli Əkbərov, 05.10.2011, Lider TV, "Solo” proqramı

Analoqiya - səhv etmirəmsə termindir, dilçi olmadığım üçün bu sözün elmi açmasını bilməsəmdə, elli açması belə olmalıdır, "nəyinsə-nəyəsə bənzəməsi”, yox, mən heç nəyi heç nəyə bənzətmək istəmirəm, sadəcə olaraq anamız Azərbaycanda bu "analoqiya” termini geniş yayılıb, hətta o qədər geniş yayılıb ki, "televizoru yağmur edən xalq qəhrəmqnları” ilə yanaşı, bu termini MM sədri, nəqliyyat, təhsil, səhiyyə, fövqaladə hallar nazirləri, həmən nazirliklərin sözçüləri, PA-nın sözçüləri, işləri-gücləri PA-dan göstəriş gözləmək olan MM "təkrarçıları”, hətta Prezidentimiz də öz "söz bazalarına” daxil ediblər. 

Mən bu "analoqiyanın” hələ də nə olduğunu anlaya bilmirəm, ona görə yox ki, ya "kütəm”, ya da "gözlərimi bəsirət bağlayıb, yaxşı nə varsa, görmürəm”, ona görə ki, bu "analoqiya” nə mənədirsə, bizdə düz "tövsif” olunmur. Məsəlçün: çooox hörmətli Ziya Məmmədov "girir” telequtuya, deyir ki "dünyada analoqu olmayan yollar çəkirik”, həmən o "analoqsuz” yollarla maşın sürmək mümkün deyil, hamısı dərə-təpədir, ən çox təriflədikləri yol "H. Əliyev” prospektidir ki, həmən prospektdəki "lyuklar”, daha doğrusu həmən lyukların çalaları cəhənnəm, yağış yağanda o prospekti sel-su aparır. Indi gəl de ki "ay nazir, niyə yalan danışırsan, dünyanın elə də inkişaf etmiş ölkəsi sayılmayan Toqonun yolları, sənin analoqsuz yollarından daha keyfiyyətlidir”, olmaz, həmən nazir öz qoçularını göndərər adamın üstünə, şil-küt elətdirər, qanını da pulnan yuyar. 

Ziya Məmmədov televizordan "çıxan” kimi Misir Mərdanov "girir” ora, başlayır ki, bəs sən demə bizim təhsilin analoqu yoxdur, baxanda yuxarıda adlarını çəkdiyim "əlahəzrətlər” arasında ən düz danışanı da elə Misir Prezidenti, üzr istəyirəm, elə Misir müəllimdir! Hörmətli nazir çox düzgün buyurur, bizim təhsilin analoqu yoxdur! Hansı dövlət öz müəllimlərinə "paçka-paçka” seçki bülleteni verib, seçki məntəqəsinə göndərər ki? Və ya, hansı dövlət öz müəllimini məhkəməyə gətizdirib, "potensial terrorçunun” üzünə durğuzar ki? Və ya hansı dövlətdə müəllim məktəbdə yalandan dərs keçməyib, evdə repetitorluq edər ki? Bu hansıları en qədər uzatmaq olar, amma ən əsas "hansı” odur ki, bu analoqsuz təhsil alan cavanlar həmən o başabəla Toqo respublikasının hansı qitədə yerləşdiyini belə bilmirlər. 

Nə isə, Misir məllim telequtudan çıxan kimi respublikanın baş "doxturu” girir həmən qutuya və başlayır ki, bizim səhiyyənin analoqu yoxdur. Baş doxturun nəyi qəsd etdiyini bilmirəm, onu bilirəm ki, bizim səhiyyənin həqiqətən də analoqu yoxdur! Fərz edirsizmi bizim doxturların "şəkər” diaqnozu qoyduqları xəstə əməliyyat olunmaq üçün Rusiya Federasiyasına gedir və əməliyyat öncəsi onun "şəkər”inin dərəcəsini öyrənmək istəyən "urisetin gic-gici” həkimləri həmən xəstədə şəkər tapa bilməyirlər! Olmayan şeyi necə tapacaqdılar ki? Sual yarana bilər ki, xəstəyə yalandan niyə "şəkər” diaqnozu qoyulsun ki? "Şəkəri olmayan diabet xəstəsi üçün” hökumətin ayırdığı paraları həzm etmək daha rahatdır, nəinki həqiqi xəstənin. Bu hələ "səhiyyə analoqiyasının” kəşflərindən biridir, digər kəşf daha unikaldır və əgər Ümümdünya Səhiyyə Təşkilatı bu ixtiradan xəbər tutsa, əminəm ki, bu ixtiranın bütün "sivil” dövlətlərdə tətbiqini vacib biləcək. 

Nədən ibarətdir bu ixtira? Yazım, bilməyənlər də bilsin. Demək bir tanınmış vəzifəlinin oğlu gedir həkimə ki, bəs bir az qaşınıram, həkim də gözünədöndüyüm onu göndərir lobaratoriyaya, loborotoriyada həmən xəstədə "yüngülvari zöhrəvi xəstəlik” tapılır ki, bu xəbər "xəstəyə” çatmamış atasına çatır və ata "əxlaqsız oğluna” itin sözünü deyir, oğul da təbii ki, arvadınnan şübhələnir, mərəkə qopur, and-aman, İncil-Quran, ara sakitləşir ki, bəlkə labaratoriya səhf edib? Oğul eləmir tənbəllik, gedir labaratoriyaya, bir az çək-çevirdən sonra laborant boynuna alır ki, bu tapşırığı ona "göndərən həkim” verib, oğul, gözlərini qan tutmuş halda cumur həkimin üstünə, həkim, oğulun bir-iki "üzdə barmaq izi qoyan xoş sözlərindən” sonra günahı atır baş həkimin üstünə, təbii ki, baş həkim hər şeyi təkzib edir, üstəlik "üzü qızarmış həkimi” də cəzalandıracağı ilə yaxasını kənara çəkir. Baş həkimin "otmazkasını” düz qavramayan həkim eləmir tənbəllik, qayıdır deyir ki, "bəs sən demirdin ki, bu planı bizə nazir qoyub?”, bu sözdən sonra ara qarışır, olmayan məzhəb itir, nə isə, əsa odur ki, ailə dağılmır...

O gün "Vətəndaş Həmrəyliyi” qəzetində oxuyuram ki, "müasir müsavatçı”, yumurta davası üzrə analoqsyz Azərbaycan çempionu Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyevin "obyektində”, yəni Samux rayonunda bir çayxana aşıblar, oxucu deyə bilər ki, burda nə var ki, çayxanaları hər gün açıb-bağlayırlar. Bax oxucu burda yanılır, çünkü bu çayxananın analoqu yoxdur! Babalı "VH” qəzetinin boynuna, qəzetin yazdığına görə həmən çayxananın açılışında dövlət başçısı özü şəxsən iştirak edib! Düzdür, pis dillər deyirlər ki, bəs sən demə Şekspirin adaşı Prezidenti əla salıb ki, bura çayxana yox, şahmat məktəbidir! Ay başıvıza dönüm, Prezidenti də aldatmaq olar? 

Anlaqsız, üzr istəyirəm, analoqsuz dövlətdə olarmış. Ümumiyyətlə mənə elə gəlir ki, mənim bu qafam zamana ilə "ayaqlaşa” bilmir. Nöşün ki, mən bu andır telequtuda deyilən söz və cümlələrin çoxunu başa düşmürəm. Götürək elə "demokratiyaya tərəf atılmış növbəti bir addım” cümləsini, bu cümləni 1993-dən üzü bəri hər seçki və referendumlarda eşidirəm, amma başa düşə bilmirəm ki, necə ola bilər ki, bu 18 ildə biz demokratiyaya tərəf "n” qədər addım atmışıq, amma ona çata bilmirik? Çata bilməməyimiz o yana qalsın, heç yaxınlaşa da bilmirik, bu andır demokratiya nəmənədirsə bizdən yaman qaçır, yoxsa biz ona çoxdan çatmalı idik. Hərdən gedirəm "dumkaya”, fikirləşirəm ki, bəlkə biz addımımızı demokratiyaya tərəf yox, tamam əks tərəfə atırıq? Nə isə, Oxucumu belə axmaq suallarla yormaq istəmirəm, amma.. Allah şeytana nəhlət eləsin, Canəli Əkbərovun "solo” proqramındakı çıxışı yadıma düşdü. Demək Canəli müəllim deyir ki, "Azərbaycan inkişafa doğru inkişafdadır”!!! Desəydi ki, "inkişaf edir” və ya "inkişafın dalıyca düşüb” inanardım, amma "inkişafa doğru inkişaf” termini bu anlaqsız qafama girmir ki, girmir! Ya bu "inkişaf” ilə "demokratiya” çox bərk gedirlər ki, biz onlara çata bilmirik, ya da biz əks tərəfə addımlayırıq ki, onlardan uzaqlaşırıq eee, uzaqlaşırıq...

Rafiq Cəlilov,
Tolışon Sədo, №10, 17.12.2011
celilovrafiq@mail.ru



Категория: Azərbaycan | Просмотров: 1597 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus