Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Сентябрь » 7 » Avropalaşırıq??!!
13:01
Avropalaşırıq??!!
Srağagün AzTV-nin xəbərlərinə baxırdım, Avropa ölkələrindəki səfalət xəbərlərini eşitdikcə Xıdoma şükr edirdim ki, mən o vaxt Almaniyaya işə dəvəti qəbul etməyib, "Papaq” kinosundakı "mənimçün elə bura da yaxşı, bura da gözəl” mahnısını oxudum. Görünür səhf etməmişəm, indi acından ölən lemeslər məni yemişdilər. Elə bu barədə dumut edirdim ki, birdən aparıcı "separatçılar Kvebek parlamentinə seçkilərdə 51 faizdən çox səs toplayıblar” xəbərini verdi. Allah-Allah, Kvebekdə də separatçılıq vüsət alıb, ancaq nədənsə ingilisdilli kanadalılar fransızdilli kvebekliləri zindanlara doldurmurlar, onlara hətta seçim imkanı da yaradırlar....

Berlinin cavabı...

AzTV-nin bu təbliğatına Berlinin nə vaxtsa cavab verəcəyinə əmin idim, çünki nemeslər dəqiq millət kimi tanınırlar, onların AlmanTV-si camaatı "dolamır”, çünki bilirlər ki, axırda özləri gülüş obyektinə çevriləcəklər. Yox, mən israr etmirəm ki, AzTV camaatı dolayır, əsla, mənim fikrim belədir ki, AzTV əhali ilə məzələnir. Nə isə, keçid alım mətləbə. Demək 5 sentyabr tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi qarşısında professor Hilal Məmmədovun həbsinə etiraz olaraq piket keçirildi. Bir vətənpərvər səfirlik nümayindəsi çıxıb deməyib ki, "a bala, ay uşaq, Azərbaycanın sürətli inkişafı göz qabağındadır, o qədər inkişaf etmişik ki, keçən il yola düzdüyümüz bahalı mərmərləri bu il söküb, yerinə yeni, daha da bahalı mərmər düzürük. O qədər inkişaf etmişik ki, Bakının mərkəzi yollarını ildə iki dəfə asfaltlayırıq, yox, bu heç də asfaltın keyfiyyətsiz olmasından irəli gəlmir, bunun heç külli yeyinti ilə də əlaqəsi yoxdur, sadəcə asfaltçəkənlərin işsiz qalmamaları üçün bunu edirik. O qədər inkişaf etmişik ki, bütün şəhərləri, bütün yol kənarlarını bahalı üzlüklü hasara alırıq, o qədər inkişaf etmişik ki, acından ölən Avropa dövlətlərinə yardım edirik, o qədər inkişaf etmişik ki, yüz minlərlə evsiz-eşiksiz insanın olmasına baxmayaraq biz dənizin içində pulu başından aşan oliqarxiya üçün şəhər salırıq, (yox, deyəsən axrıncı cümləni deməsələr yaxşıdır), o qədər inkişaf eləmişik ki, (nə yazıram ziyanımıza işləyir).... ə bu cılız Almaniya bizə həsəd aparır”. Deməzlər, çünki doğruçu vətənpərvər deyillər, duxları çatmıyıb ki, çıxıb desinlər ki, "ə, siz kimsiz, hi? Azərbaycandan qaçan immiqrantlar, hi? Ə, gedin burdan, avaraların biri avaralar.” Deməzlər, çünki onlar heç vaxt müstəqil qərar qəbul edə bilmirlər, zombiləşiblər, gərək Bakıdan onlara göstəriş gələydi ki, nə etsinlər. Ola bilsin elə Bakıdan "heç nə etməyin” göstərişi gəlib, ola bilsin Məhəmmədə yar olan Elmarın həmən vaxt başı qarışıq olub, yoxsa hökmən mənim bu sözlərimdən də artığını Berlindəki səfarət nümayəndələrimizə çatdırardı.. Ə, sən öl bu "acindan ölən Almaniya” bizi lap bezdirib e, dəli şeytan deyir, çıxart bunlara bir 50-60 milyard yardım elə, ağızlarını yumsunlar...

Professorun leksiyası...


Professor Hilal Məmmədov zirzəmidə keçən öz məhkəməsində hakimə gözəl leksiya oxuyub, ə vallah bu hakim lap avammış ki, professora da tribuna verərlər? A kişi, get bir rəhmətlik ustad Novruzəli Məmmədovun məhkəmə işini qaldır, bax, gör heç rəhmətlik Novruzəli Məmmədovun hakimi ona söz verib? Onsuz da cinayət işi eynidir, yenə də həmən ittihamlardır, hər iki ittihamı oxuyan mən biçarə qalmışam avara. Bilmirəm hansı ittiham aktına inanım, hər ikisində yazılıb ki, "təqsirləndirilən ........... Məmmədov (nöqtələrin yerinə növbə ilə Novruzəli və ya Hilal sözünü özünüz də əlavə edə bilərsiz) 1992-ci ildən Respublika Talış Mədəniyyəti Mərkəzinin sədridir”, ""təqsirləndirilən ........... Məmmədov 1992-ci ildən "Tolışi Sədo” qəzetinin baş redaktorudur”, "təqsirləndirilən ........... Məmmədov 1992-ci ildən İran xəfiyyəsi Əli Əbdolu ilə əməkdaşlıq edib”, "təqsirləndirilən ........... Məmmədov 1992-ci ildən Azərbaycanda vəzifəli şəxsləri (nədənsə adları çəkilmir) İran İslam Respublikasına cəsusluğa cəlb edib” və s. və i.a. İndi mən başımı itirmişəm, eyni vəzifələri eyni vaxtda iki nəfər fərqli adam necə icra edə bilib, hi? Sözüm bunda yox, hakim professor Hilal Məmmədova şərait yaradıb ki, o DANIŞSIN! Vallah mən bu hakimi başa düşmürəm, mən onun yerdində olsaydım (qulaqlara qurğuşun) Hilal Məmmədova deyərdim ki, "po suşestvu!”, yəni ki, aidiyyatı üzrə, yoxsa Hilal Məmmədov durub mənimçün vicdandan, hansının ki, heç yerini bilmirəm, insan haqlarından, hansının ki, heç mənə aidiyyatı yoxdur və sairədən danışsın, ay-hay... Hə, yeri gəlmişkən, Hilal Məmmədov çıxışında Kürdəxanıda çoxlu polislərin, müstəntiqlərin yatdığını vurğulayıb, hamısını da rüşvət aldıqlarına görə (?) tutublar. Vallah mən burda Hilal müəllimlə razılaşmıram, Azərbaycanda kimləri rüşvət alan yerdə tuturlar? O şəxsləri ki, aldıqları rüşvətin ya hamısını, ya da müəyyən bir hissəsini "gizlətməyə cəhd göstəriblər”, həmən şəxsləri "hop-stop” edib, digərlərinə də göstərirlər ki, "bizim hər şeydən xəbərimiz var ha...”
Bir məmləkətdə ki, rüşvətə Allahın adı olan "Haqq” adını qoyalar, bu məmləkətdə rüşvət almaq halaldır, şeytan haqqı halaldır, professor Hilal Məmmədova qulaq asmayın, heç çəkinmədən rüşvət almaqda davam edin, sadəcə aldığınızı "yuxarı instansiyaya” ötürün ki, ilişməyəsiz. Zatən onlar da insaflıdılar, sizin əziyyətinizi onsuz da paket formasında qiymətləndirəcəklər. Hilal Məmmədov da rüşvət alsaydı, heç olmasa tutulanda evindən bir 5-6 min yevro çıxardı, yoxsa bir qəpik də tapa bilməyiblər...

Tərcüməçi...


Avropalaşırıq, deyəsən biz də acından öləcəyik. Kim ki, Avropalaşdı, hökmən aclığa məhkumdur. Niyə bu qənaətə gəlirəm ki, Avropalaşırıq? Ona görə ki, Hilal müəllim üçün məhkəməyə "tolışə-tırkə tərcuman” gətiriblər! Pis ağızlar lal olsun, deyirlər guya bu tərcuman yüksək rütbəli "007” imiş, məhkəməni də məhz ona görə zirzəmidə keçirdiblər ki, heç kəs bu "007”-nin sifətini görməsin. Ə, vallah bu pis ağızlar helə bizim pisliyimizə danışırlar, şəxsən mən onlara inanmıram, biz Avropaya inteqrasiya etdiyimiz üçün, Hilal müəllim də talış olduğu üçün o tərcüməçini ora gətiriblər, mən belə düşünürəm, amma pis ağızlar deyir ki, tərcüməçini ya təqsirləndirilən şəxs, ya da onun vəkili tələb edə bilər, hakim özbaşına tərcüməçi dəvət edə bilməz, hətta deyirlər ki, hakim Hilal Məmmədova göz-qaş da edərək "istəyirsiz tərcüməçidən imtina edin” təklifini də edib, Hilal Məmmədov kəxəliz o qədər sayadır ki, hakimi anlamayıb, "qanı qanımdandır, qoy iştirak etsin” deyib, ay-hay, qanı qanımdan a, indi o qanı qanından olanlar gəlib sənin üzünə duranda ki, "Hilal bizə deyirdi ki, biz talışıq”, onda görüm nə deyirsən. Normal, sivil ölkədə talışın yadına talışlığın salmaq cinayət deyil, amma bu normal və sivil ölkələrdə belə olur, bizdə isə... Rəhmətlik Novruzəli Məmmədovun hökmü yadından çıxıb? "Novruzəli Məmmədov İctimai Telaviziyaya talış dilində verilişin verilməsi ilə bağlı müraciət edib” və bu kimi ifadələr. Sanki Novruzəli Məmmədov bu müraciətlə dövləti cinayət edibmiş, xəbərimiz yox! Nə isə, deyəsən "yayınıram”, Avropalaşırıq, qardaş, Avropalaşırıq! Artıq məhkəmələrə tərcuman da gətirirlər, kim olmasından, harada işləməsindən asılı olmayaraq bu bir ilk idi, ANALOQSUZ məmləkətin İLKİ!

AYIQ PROKUROR...


Şənbə günü Masallıya getmişdim, iş elə gətirdi ki, Masallıdan "çerez” Boradigah Lənkərana gedəsi oldum. Qardaş, Vilvanı keçmişdik, Lənkərana 3-4 kilometr qalmışdı ki,..... gördük yolu bağlayıblar, asfalt çəkirlər. Təbii ki, alqışlanmalı haldır, amma fikirləşəndə ki, təzədən bir 20 kilometrəcən geri qayıtmalısan və gəldiyin bu 20 kilometri təzədən başqa yol ilə getməlisən, adamın əhvalı heç də xoş olmur. Sözüm bunda yox, bunlar avtonəqliyyatı pul ilə qurtardıqları üçün ağıllarına gəlməyib ki, Boradigahda bir "obyezd” işarəsi qoyub, "Lənkəran” yazsınlar ki, camaatda 40 kilometr yolu hədərə maşın sürməsin, yenə də yol yol olsa, sürücünün nə dərdi. Əlqərəz, dövrə vurub, gəldik Lənkərana, üz tutduq dəmir yolu vağzalındakı çayçıya, bir az söhbətləşmişdik ki, mənə dedilər ki, polis idarəsinin "rəsmisi” qonşu stolda oturub, bizə baxır, fikir vermədim, amma stolumuzdakıların həmən şəxsə tərəf baxmaları onun çıxıb getməsinə səbəb oldu, bir az keçmişdi ki, qonşu stolda prokurorun müavininin oturduğunu bildirdilər, a kişi, bizim camaat interesnediye, indi prokuror müavini olanda nə olar? Kişi gəlib çayçıda çay içməsin ki, nə var nə var orda kimsə "xoşagəlməz insanlar” otura bilərlər? Sonra deyirik Saakaşvili belə, Saakaşvili elə, Saakaşvili avtobusa da minir, çayçıda da oturur, heç kəs ona diqqət yetirmir, bizim prokurorluq işçiləri bu camaatın, xüsusən də qara guruhçuların əlindən heç çayçıya da gedə bilmirlər. Nə isə... Fikirləşdim ki, prokuror həmən çayçıda iki səbəbdən otura bilərdi: birincisi odur ki, o çay içməyə gəlmişdi, ikincisi odur ki, o, Müsavatın Lənkəran özəyinin lideri, Müsavat başqanının müşaviri Yadigar bəylə mənim görüşdüyümdən xəbər tutub, bizi izləməyə gəlib, hər iki halda çayçı hamının üzünə açıqdır, ancaq qorxuram ki, bizdən sonra çayçıya bir qulaqburması versinlər, elə-belə, profilaktika üçün.
Prokuror müavini dedim, yadıma yenə Lənkəranın prokuror müavini Taleh Osmanov düşdü, vallah kiçik torpaq yetişdirir də... Kişi bu az müddət ərzində 40 nəfərə yaxın şəxsi Hilal Məmmədovun işi ilə bağlı dindirib, düzdür adlar bizə məlum deyil, ancaq rəqəm dəqiqdir, təbii ki, adlar da məhkəmədə məlum olacaq, vallah mən həsəd aparıram. Sən demə Hilal Məmmədovun Talış zonasında 40 nəfər tanışı varmış, kaş mənim də o qədər tanışım olardı...

İkiyə bir...

İran şairləri, Azərbaycan da "Səhər” kanalının müxbirini azad etdilər, maşallah-maşallah, iki dövlət arasında işlər yavaş-yavaş düzəlir, indi mən də bu "isinişmədən” istifadə edib İrana müayinəyə getmək istəyirəm, amma hələm də Prokurorluqdan ETTELATın siyahısını ala bilməmişəm ki, dəqiq bilim ki, kiminlə qəpləşmək olar, kiminlə olmaz. 

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru, 

"Tolışon Sədo” N: 30 (42) 07 sentyabr 2012
 

Категория: Azərbaycan | Просмотров: 1717 | Добавил: admin | Рейтинг: 4.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus