Главная » 2012 » Март » 12 » Azərbaycan İnternetin nəzarət altında olduğu ölkələr sırasındadır
22:10
Azərbaycan İnternetin nəzarət altında olduğu ölkələr sırasındadır
"Sərhədsiz reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı bu gün İnternetin bu və ya digər məhdudiyyətlərə məruz qaldığı dövlətlər haqqında hesabat yayıb.
Azərbaycan, Rusiya, Tacikistan, Mərakeş və bir sıra digər ölkələr İnternetin hakimiyyətin "nəzarəti altında” olduğu ölkələr kimi qeyd edilib.
Hesabat müəlliflərinin fikrincə, sosial şəbəkələr "ərəb baharının” katalizatorlarından birinə çevrildikdən sonra bir sıra demokratik ölkələr totalitar rejimlərin təcrübəsini mənimsədi.
2011-ci ildə "İnternet düşmənləri” statusunu Bəhreyn, Belarus, Çin, Kuba, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Özbəkistan, İran, Vyetnam və Türkmənistan alıb.
Bütün bu ölkələrdə hakimiyyət kontent filtrasiyası tətbiq etməklə, müəyyən resurslara çıxışın bağlanması, blogerlərin və forumlarda müzakirələrin təqibi ilə İnternetdə söz azadlığını məhdudlaşdırır.
Onlayn müzakirələrə qarşı əsas mübarizə metodları kiber-hücumlar və blogerlərin həbsidir.
Azərbaycanda müxalifət saytlarına müntəzəm olaraq kiber-hücumlar edilir.
Son vaxtlar islamazeri.az saytının redaktoru Ramin Bayramov həbs edilib. Hakimiyyət vaxtaşırı İnterneti tənzimləyən və İnternet-radio və televiziyanın lisenziyalaşdırılması haqqında xüsusi qanunvericilik tətbiq edilməsi zərurətindən bəhs edir (Turan).