Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Январь » 30 » Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Misir hadisələrinə dair Bəyanatı
01:04
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Misir hadisələrinə dair Bəyanatı
Bu gün qloballaşan, bütövləşən, demokratikləşən, balacalaşan dünyada azadlıq və insan hüquqlarının prioriteti danılmaz faktordur.

Amma təəssüf ki, müsəlman ölkələrinin əksəriyyətində xalqlar diktatura, Maks Veberin termini ilə desək "patrimonial sultanlıq" rejimlərindən əziyyət çəkir. Onlar diktatura rejimlərindən bezmiş və əzilmiş xalqlardır. Bu rejimlərin başında duranlar sırf öz şəxsi mənafelərinə görə milyonlarla xalqı qurban verirlər, bütün insanları kölə sürüsünə çevirirlər.

Bu tiran-diktatorlar nə reformator, nə konservatorlardır. Bunlar deqradatorlardır! Öz xalqını rəzil vəziyyətinə salan, orta əsirlərə sürəkləyib, dünya inkişafından kənara atan hakimiyyət sərxoşları və hərisləridirlər.

Lakin, indiki açıq dünyada insanlara zülm edən, onların inkişafına əyləc olan, onların qanını içən rejimlərin süqutu qaçılmazdır. Tunisdə başlayan oyanış, ədalət və azadlıq uğrunda inqilab yaxın müsəlman ölkələrində hərəkətverici qüvvəyə çevrildi. Uzun illərlə basılmış etiraz enerji özünü büruzə verdi. Bu gün Misirdə gedən proseslər bu oyanışın məntiqi davamıdır. Artıq Yəməndə və İordaniyada da etiraz aksiyaları vüsət almaqdadır.

Bu xalqların üsyanlarından təşvişə düşən qonşu ölkələr bu prosesi önləmək üçün insanlara pul və ərzaq paylayırlar. Küveytdə əhaliyə 4 milyarddan çox dollar paylanılıb, 19 ay ərzaq pulsuz veriləcək. Liviya diktatoru Mömər Qəzzafi də bu məqsədlə 20 milyard dollardan çox xərcləməyə nəzərdə tutur. Lakin, ədalət və azadlıq uğrunda mübarizənin yeni dalğasını təkcə pulla və ərzaqla durdurmaq mümkün olmayacaq.

Bu gün dünya ictimaiyyətinə illərlə təlqin edilən mif, guya müsəlman ölkələrində əsas müxalifət qüvvələri radikal islamçılardır darmadağın oldu. Küçələrdə etiraz edən yüz minlərlə insanlar təhsilli gənc nəsildir. Onlar demokratiya və azadlıq istəyirlər. Onlar diktaturadan, korrupsiyadan, məmur özbaşınalığından, sosial ədalətsizlikdən, işsizlikdən, səfalətdən, zorakılıqdan beziblər, bu rejimlərə "YOX" deyirlər. Metalın da bir doyma həddi olduğu kimi cəmiyyətin də doyma həddi var, və bunu heç kim unutmasın. El gücü sel gücüdür. Oyanış varsa onun qarşısını heç kim ala bilməyəcək. Burada yalnız zaman məsələsi var.

Uzun illərdir dünya ictimaiyyətinə həm də ikinci mif təlqin olurdu ki, bu diktatorlar sabitliyi qoruyub saxlayır, ekstremizmin qabağını alırlar. Lakin, polis gücünə, azadlığı və etirazları boğmaqla yaradılmış sabitlik heç vaxt uzunmüddətli ola bilməz. Bu staqnasiyadır, sabitlik deyil, və tarixlə oyuna girən diktatorları tarix özü çıxdaş edir.

İslam ölkələrinin xalqları daha bu tiranlara, diktatorlara, onların talançılığına, özbaşınalığına, zorakılığına dözmək istəmir, "YETƏR!" deyir. XXI əsrdə Kaliqula və Neron sayağı tiranlara yer yoxdur. Gecikmişik, amma heç olmamaqdansa, qoy gec olsun. Bu rejimlər XXI əsr bəşəriyyətinin vəbasıdır. Bu xəstəliyin simptomları, xüsusiyyətləri və aqibətləri eynidir. Ona görə diktatorlar bir birinə o qədər oxşardırlar, doğmadırlar, eynidirlər. Bu qorxulu xəstəliyə qarşı mübarizəni dünya ictimaiyyəti birgə aparmalıdır. Burada Qərb ölkələrinin bəzi hakimiyyət nümayəndələri kimi diktatorları "düşmənlərə" və "dostlara" bölmək yersizdir. Belə bir yanaşma artıq geosiyasət deyil, əcaib geopsixologiyadır. Vəba vəbadır, bunun yaxşısı, pisi olmur. Diktatorlar onsuz da heç vaxt əbədi ola bilməyəcəklər, ona görə ki, əsas dayaq – xalqın etibarından məhrumdurlar.

Bir mif də dünyada geniş yayılıb ki, müsəlman xalqları, onların mentaliteti, İslam mədəniyyəti demokratiya uyğun deyil. Kiməsə bu mif çox lazımdır. Lakin, bunun əksini Türkiyənin parlaq nümunəsində gördük. Bu gün Türkiyə demokratik, inkişaf etmiş ölkədir. İslam mədəniyyətinə gəlincə isə, hələ VII yüzillikdə Xəlifə Ömərin vəzifəyə qoyan şəxslər üçün təlimatı var idi: "Bilin ki, sizi xalqa zülm etməniz üçün təyin etmədim. Sizi nümunə olaraq göndərdim". Beləliklə, diktatorların nə milliyyəti, nə dini var. Bunların əsas qayəsi şəxsi maraqlardır, tamah, acgözlük, doymaq bilməyən bulimiya xəstəliyidir. Bu şəxsi maraqlar naminə onlar öz xalqının qanını içib qurban verirlər. Makedoniyalı İsgəndər öz müəllimi Aristotelə vaxtı ilə sual vermişdir, "Şərq hökmdarlarının hansı xüsusiyyətləri var?" Aristotel cavab vermişdir ki, "onlar öz keflərinin quludurlar". Bu gün də diktatorlar öz keflərinin qulu olaraq millətləri də öz keflərinin quluna çevirirlər, onları passiv genosidə məruz qoyurlar. Bunlara "DUR!" demək vaxtıdır.

Bu mesajları Azərbaycan hakimiyyəti də eşitməlidir. Bu minvalla uzağa gedə bilməyəcəksiniz. Ayılın! Köklü islahatlara keçin, total korrupsiyaya qarşı real mübarizə aparın, insan hüquqlarına hörmətlə yanaşın, demokratiya üçün, millətin inkişafı üçün yol açın!

Misirdə artıq qan töküldü. Hakimiyyət hərisliyindən kor olmuş diktator Mübarək millətin qanını tökdü. Dinc nümayişçilərin arasında ölənlərin sayı artıq yüzdən çoxdur. Bu qanı nə xalq, nə tarix heç vaxt ona bağışlamayacaq.

Bu gün mən və lider olduğum Liberal Partiya, demokratik qüvvələrin nümayəndəsi olaraq, Misir xalqını və digər müsəlman ölkələrində ədalət və demokratiya uğrunda mübarizə edən insanları bütövlüklə dəstəkləyir və diktaturalara YOX deyirik! Allah köməyimiz olsun!


Категория: Azərbaycan | Просмотров: 1272 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus