Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Октябрь » 11 » “AZTELEKOM” dilənir
22:27
“AZTELEKOM” dilənir
Yaxud, hər abonentdən on manatdan yığılan pullar doğrudanmı Əli Abbasovun cibinə gedir?

Əsəblərimə hakim ola bilmədim. Əziz həmvətənlər, istəkli oxucular! Guman edirəm ki, bu yazıda işlətdiyim bəzi senzurasız ifadələrə görə məni bağışlayarsınız. Bildiyiniz kimi, mən tənqidçi olsam da heç vaxt yazılarımda, çəkdiyim karikaturalarda, tənqid hədəfinə tutduğum şəxsin şərəf və ləyaqətinə toxunmamışam. Çalışıram ki, Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında qanunun maddələrini rəhbər tutaraq qanun pozuntuluğuna yol verməyim. Düşünürəm ki, tənqid hədəfinə tutduğum şəxs, hər şeydən öncə insandır. Digər tərəfdən isə Allah da yaratdığı insanı sevir. Bəzi insanlar isə etdikləri naqis hərəkətlərinə görə heç olmasa vicdanı qarşısında da hesabat vermirlər.

Sirr deyil ki, ölkənin təhsili, səhiyyəsi, hüquq mühafizə orqanları, bir sözlə desək, bütün dövlət strukturları şikəst bir orqanizmdir. Söhbətim dövlət obyekti sayılan "Aztelekom”dakı qanun pozuntuluğundandır.

Əsrimizin ən böyük nailiyyətlərindən olan İnformasiya və Telekommunikasiya sahəsi hər bir müasir düşüncəli insanın gündəlik həyatında mühüm əhəmiyyət kəsb edən sahədir. Baxın görün ölkənin Rabitə və telekommunikasiya Nazirliyi hansı formada vətəndaşlara qan uddurur.

Sözügedən "Aztelekom” naziri, cənab Əli Abbasov respublika telekanalizasiyalarında, digər həmkarları kimi rəhbərlik etdiyi sahənin uğurlarından ağzı köpüklənə-köpüklənə, bizim bəzi mollalar kimi boğazında qaynada-qaynada elə danışır ki, dinlədikcə, dinləmək istəyirsən. Onun alovlu çıxışından sonra, sənə oğul deyərəm, on metr məsafədə olan qonşuna zəng et. Ay etdin ha !...

Heç uzaqdan danışmıram. Yaşadığım Masallı rayonun rabitə sahəsində gördüyüm və bildiyim yarıtmaz işlərdən söz açıram. Rabitədən bir qədər az yazdığımdan nəinki sizlər, hətta "Göydə mələklər də qınayar məni”. Bilirəm hamının ürəyi doludur, lakin dərdinizi deməyə dürüst bir ünvan tapmırsınız. Yeni bir ünvanın yerini tapmışdım ki, bu da alt-üst oldu. Heç bir səbəb olmadan internet xəttimi kəsdilər, nəzərdə tutduğum ünvanın yarıtmaz işləri barədə də sosial şəbəkələrdə "DİTDİLİ bəy” rubrikası altında tənqidi foto, karikatura və yazılarla çıxış edirdim. Bu "sevdam” da baş tutmadı.

Ay kişilər, "Wikilleaks” saytı Azərbaycanın iç üzünü açdı, bu məmurlar həya etmədi. Bunların mədəsi daşı, dəmiri, on üç milyard pulu, indi də internetdən oğurlanan pulları necə həzm edir? Bu ölkənin yer altı, yer üstü, sərvətlərini yeyirlər, doyduq da demirlər. Mən isə onlara deyirəm, haram xoşunuz olsun!

Əli Abbasov da digər həmkarları kimi mədəsini sazlayıb, rabitənin "kabel” və avadanlıqlarını həzm borusundan keçirir. Bəzi ağzı göyçəklər deyəcək ki, faktlara istinad et, ay yazar!...

Axı sözümün əvvəlində dedim ki, KİV- haqqında qanuna hörmətlə yanaşıram. Amma bunlar qayda-qanun deyilən anlayışı dərk etmirlər. Məcburam ki, onların öz dili ilə danışım.

Mərhum atam altımışıncı illərdə dövlət işində işlədiyi üçün, kəndimizdə ilk dəfə telefon xətti bizim evə çəkildi. Kaş heç çəkilməyəydi. Ona görə ki, indi əsəblərim də yerində olardı. O dövürdən bu günə kimi mənim ev telefonum heç normal işləməyib. Həmişə telefondan şikayətçi olsam da, şikayətimə baxan olmayıb. Son dövürlər işimlə əlaqədar məcbur oldum ki, internetdən istifadə edim. Bu istəyim də mənə ancaq əsəb gərginliyi verməkdədir. Verilən internet surəti 19,7kb. yaxşı halda 26,6 kb. olur. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, Əli Abbasov vaxt hesabı ilə abonentin cibinə girib, oğurluq edir. Etməsin neyləsin bu binəva? Xalqın qanı ilə gombul balalar bəsləməsin? "Ə...bə... Qardaş, müsəlmançılıx dəyil, hi"?!

Rayon rabitə- telekommunikasiya qovşağının rəhbərliyinə dəfələrlə yazılı və şifahi şikayət etsəm də daşdan səs çıxdı, onlardan səs çıxmadı. Ötən il başladılar kənd yollarının qırağından bir metr dərinlikdə xəndəklər qazmağa. Guya həmin xəndəklərlə yeni, yeraltı telefon xəttləri çəkiləndən sonra bəxtəvər olub, telefonun pis işləməsi problemi ilə üzləşmərik. Camaatın şəxsi vəsaiti hesabına düzəldilən asvalt yollar viran edildi, qazılan xəndəklər birtəhər örtüldü, işlər yarımçıq qaldı, yeraltı xətt çəkilişi tam icra olunmadı. Guya kəndlərdə elektronlaşma aparıldı (?). Xəndəkqazma "əməliyyatında” korrupsiyaya əməllibaşlı yol açıldı. Sabiq telekom müdiri Əmanət Əzizov qaz vurub, qazan doldurmağa başladı. İdarənin daxilində gedən "saray” çəkişmələri, axırda telekommunikasiya qovşağının partlamasına səbəb oldu. O vaxtdan hər abonentin boynuna on manat "sənədləşmə” borcu yazılıb (?). İndi kim həmin on manatı vermirsə, onun telefonu kəsilir (?).

Sözümün əvvəlində dediyim kimi, sosial şəbəkələrdə bu barədə kifayət qədər yazmışam. 09 oktyabr 2011-ci il tarixdə, foto şəkillərlə, dolğun faktlarla "facebook” sosial şəbəkədə bu olayları lazımımca ictimailəşdirdim. Ertəsi gün mənim rabitə xəttim tamamilə kəsildi.

Kənd rabitə qovşağında işləyən Səxavət Abdinov adlı işçidən razılığını alıb, müsahibə almağa nail oldum. S. Abdinova deyəndə ki, mənim telefonumu niyə kəsmisiniz? Cavabında, sizin adınıza on manat borc yazılıb ifadəsin işlətdi. Mən isə iki gün öncə abunə və internetdən istifadə etdiyimə görə hesablanan borclarımı ödəmişdim. Bu sözdən sonra kompüterdən çıxan uzun bir siyahı mənə göstərdi. Siyahıda 152 abonentin adına 10 (on) manatdan pul yazılmışdı. Həmin siyahı səliqəli yazılmasına baxmayaraq, nə möhürü, nə də müəssisə rəhbərinin imzası yox idi.

ATS-dən çıxıb, "telekom” qovşağının müdiri cənab Nizam Bağırovla telefon əlaqəsi saxladım. Nizam müəllim konkret olaraq bildirdi ki, bu on manat, sənədləşmə puludur. Bizə aidiyyəti yoxdur, nazirin göstərişidir. Sözügedən məsələ ilə əlaqədar çoxlu sayda vətəndaşların şikayəti olsa da, Əli Abbasov 10 (on) manatı camaatdan almaqda israrlıdır.

Hal-hazırda mənim telefonum işləmir, internetdən istifadə edə bilmirəm. Əli Abbasov isə 10 (on) manat üçün dilənir. Nə məsləhət bilirsiniz, o on manatı balalarımın başına fırladıb, verimmi?

Bilirəm, deyərsiniz ver, itaparan olsun!

Ay mənim əzizlərim, söhbət tək məndən getmir. Bir kənddən əgər 152 adamdan on manatdan dilənilirsə, onu vurun kəndlərə, rayonlara və şəhər abonentlərinin sayına, hesablayın görün dilənçilik necə biznesdir?

Yaxın vaxtın söhbətidir, "Xəzər- Tv"-nin reportyoru Bakıda düşmüşdü bir əlil arabasında oturub dilənən sağlam, cavan oğlanın dalınca. Teleaparıcı "əlil” oğlanı "şmon” etdikdən sonra, oğlanın beş yüz manat "qazanmağına” heyrətini gizlədə bilmədi...

Deyirəm bu "Xəzər-Tv” Bir halda ki, dilənçilərlə iş aparmaq missiyasını öz üzərinə götürüb, növbəti reportajını "Aztelekom”un başqanı Əli Abbasova həsr etsin. Bu iş məzlum xalqın lap ürəyincən olardı...



Şəkildə, bir metr dərinlikdə qazılıb-bastırılan telefon xətləri, "analoqu” olmayan qaydada, lap az qala beynəlxalq standartları da ötüb keçsin.


DADAŞİ Mətləb,
metleb.dadasov.56@mail.ru


 

Категория: Azərbaycan | Просмотров: 2299 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus