Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 19 » Babək Əli şiəsi idi
15:54
Babək Əli şiəsi idi
(tarixi faktlara kölgə salmaq mümkün deyil)

"Nəbz” qəzetinin 04 dekabr 2002-ci il tarixli 49 (150) sayında "Dünya və axirət məhəbbəti” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə bir neçə mövzulara toxunulur. Onlardan biri də Babək haqqındadır. Məqalənin müəllifi Zəhra xanım, Səid Nəfisinin 1990-cı ildə çapdan çıxmış "Babək” kitabından, Babək haqqında qərəzli mövqedə duran o vaxtı yazanların təhqiramiz sözlərini mikroskop vasitəsi ilə axtarıb tapmış və onları xüsusi həvəslə məqaləsində yazmışdı. Halbuki Səid Nəfisinin "Babək” kitabını oxuyan hər bir şəxs şahid olur ki, o, Babəki Azərbaycan xalqının mərd və qüdrətli sərkərdəsi kimi təsvir etmişdir.

Mən, Babək haqqında yazılan böhtan və iftiralardan hiddətlənərək, indiyə qədər onun haqqın­da məlum olan bütün obyektiv tarixi məlumatları axtararaq, topladım (hətta Bağdadda olan kitabxa­na­lar­dan da istifadə etdim). Topladığım məlumatları iki il müddətində məntiqi surətdə araşdırdıqdan sonra "Nəbz” və "Tolışi Sədo” qəzetlərində iri həcmli məqalə dərc etdirdim (bax: "NƏBZ” qəzeti: 19-25 Mart 2003-cü il № 09 (166); 26-28 mart 203-cü il № 10 (167); 29 mart – 01 aprel 2003-cü il № 11 (168); "TOLIŞİ SƏDO” qəzeti: 1-15 mart 2003-cü il № 20 (73); 16-31 mart 2003-cü il № 21 (74); 1-15 aprel 2003-cü il № 22 (75).

Bu dərc olunmuş məqalələrimdən 9 il keçəndən sonra, Bakı İslam Universitetinin Lənkəran filia­lının IV kurs tələbəsi İlkin Muradov, heç bir obyektiv faktlara əsaslanmadan, Babək haqqında çoxdan çeynənilmiş böhtanları yenidən "Tolışon Sədo” qəzetində "XÜRRƏM termini haqqında” başlıqlı məqalə­sində təkrar etmişdir (bax: "Tolışon Sədo” qəzeti № 12, 2011 və №01 (13), 2012).

Bu baxımdan Tofiq Nicatın "Babək Xürrəmi və yaxud Babək Hürrəmi” başlıqlı məqaləsi bir qədər təsəlli vericidir. (bax: "Tolışon Sədo” qəzeti № 02 (14), 2012). Müəllif məqaləsində, məntiqə əsaslanmış bir neçə faktlarla öz fikrini ifadə etməyə çalışsa da, ciddi xətalara da yol vermişdir.

Gənc tələbələrə, xüsusi ilə islam dinimizi öyrənmək istəyənlərə tövsiyəm: hər hansı bir mövzu haq­qında yazanda həmin yazıya aid dərc olunmuş məlumatları diqqətlə izləsinlər. İstifadə etdikləri məlu­matın dərc olunmuş səhifəsinə, ilinə, müəllifinə istinad etsinlər. Xüsusilə Talış xalqının qüdrətli sərkər­­dəsi, Möminlərin əmiri Əli şiəsi Babək haqqında yazanda, heç olmasa:

1. Yuxarıdakı qəzet səhifə­­lərin­də dərc etdirdiyim faktiki məlumatları;
2. Əbu Əli Həsən ibn xacə Nizamülmülkün "Siyasət­­namə”;
3. Nəfisinin "Babək”;
4. Seyid Rəzinin topladığı "NƏHCÜL-BƏLAĞƏ”;
5. Şeyxul İslam Allahşükür Paşazadənin "Qafqazda İslam”;
6. Məhəmməd Fizuli "Kərbəla vaqiəsi”;
7. Bəkir Yıldız "Kərbəla”, 1990-cı il və s. kitabları diqqətlə oxuyaydılar;
8. İran İslam Respublikasının çəkdiyi çoxseriyalı (40 seriya) "Muxtarnamə”;
9. "İmam Əli” (25 seriya);
10. "Kərbəla şahidi” və s. filmlərinə baxaydılar.

Bu və digər yazılarda təhrif olunmuş "Xürrəm” termini haqqında danışanda Zərdüşt peyğəmbəri, onun davamçısı olan Məzdəki və ondan sonrakı tarixi faktlara nəzər salaq:


İSLAMA QƏDƏR BAŞ VERƏNLƏRİN QISA XÜLASƏSİ

Zərdüşt İsa peyğəmbərdən 583-560 il əvvəl doğulmuşdur. Bu ənənə pəhləvi dilində yazılmış zərdüşti ədəbiyyatında qeyd edilir (bax: Pirdavud. Yəsna (birincı cild), Bombey 1934, səh 75; Avesta (Talış dilində "Əv Heste”, türk dilinə hərfi tərcüməsi "O var”), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1995, səh. 12 – 19). Kəyyan şahları haqqında verilmiş məlumatdan məlum olur ki, Zərdüştlə Makedoniya­lı İsgəndər arasında 272 il fasilə olmuşdur. Beləliklə, Zərdüşt İsa peyğəmbərdən 595 il əvvəl peyğəmbərliyə çatmış olur. Ərəb və fars tarixçilərinin də fikirləri buna uyğundur. Məsudi, İsgəndərlə Zərdüşt arasında 280 il, Əbu Reyhan əl-Biruni 258 il fərqlə fasilə olduğunu qeyd edir (bax: "Tarixe-İran əz ağaz ta inqiraze Qacariyyə”, səh. 70; Avesta (birinci kitab), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1995, səh. 13). Zərdüştün tək Allahlı olmasını ilk dəfə Əmir-əl-möminin Əli ibn Əbu Talıb, ondan sonra Huzeyfə, Səid ibn Musəyyib və başqaları qəbul etmişlər (bax: Əhməd Mahmud Sübhi "Fiilmil-kəlam”, İsgəndəriyyə, Beyrut, səh. 23).

Məzdək isə V əsrin 80-cı ilində, Zərdüşt dinini yenidən təbliğ etməklə, öz zəmanəsinin feodal istismarına qarşı qalxmış xalq üsyanının başçısı olmuşdur. İran şahı, Firuzun oğlu Qubad, Zərdüşt dinini təbliğ edən Məzdəkin tərəfdarı idi və onun dinini qəbul etmişdi. Qubadın oğlu Nuşirəvan, hiyləgər bir yəhudinin qurduğu kələyin nəticəsində, Məzdəki və onun on iki minlik qoşununu bir gecədə, xüsusi üslubda qazılmış quyulara başları üstə yuvarladaraq basdırırlar. Ondan sonra, öz atası Qubadı da zəncirləyərək hakimiyyəti ələ keçirir (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 154-166). Məzdək amansızlıqla qətlə yetirildikdən sonra, onun arvadı, Xadənin qızı Xorrəmə iki adamla, İranın mərkəzi şəhəri olan Mədaindən qaçıb Rey yaxınlığına gəlir və orada camaatı ərinin məzhəbinə dəvət etməyə başlayır. Camaat onlara, Məzdəkin arvadının adı ilə bağlı olan "xorrəmdinlər” ləqəbini verdilər (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 166-167).

Qeyd edim ki, Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlığından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuşdur. Onlar Əli (ə) şiələrini kafir kimi qələmə vermiş və onları amansızlıqla qırıblar. Bu barədə faktiki misallar çoxdur.

İstər Zərdüşt peyğəmbər, istər Məzdək, istərsə də Məzdəkin arvadı Xorrəmə, Azərbaycan və İranda yaşayan qadınları əxlaqsızlığa, kişilərini isə dəyyus və əyyaş hərəkətlərə sövq etməmişdir və edə də bilməzdilər. Belə nalayıq hərəkətlər ancaq bədəvi ərəblərə xas idi. Ərəb tarixçiləri özləri etiraf edirdilər ki, İslama qədər, bir ərəb qadını bir gündə minə qədər müxtəlif kişilərlə yaxınlıq edərmiş. Belə şəraitdə qadından doğulan uşaq bilinməzdi ki, hansı kişidəndir. Ona görə də atası bilinməyən uşaqlar anasının adı ilə adlandırılarmış (məsələn: filankəs filan arvadın oğlu).

Babək, hiyləgərcəsinə məğlub edildikdən sonra, düşmən, əlində olan bütün vasitələrdən istifadə edərək onu və Xürrəmiləri xalqın gözündən salmaq üçün Xürrəmilərə müxtəlif böhtanlar və qara yaxmalar atdılar. İstənilən sağlam düşüncəyə malik olan insan başa düşür ki, Babək kimi möhtəşəm cəngavər və sərkərdə heç vaxt öz qız, gəlin və arvadlarını gecələr yığıb hansısa (yerini də dəqiq bilmədikləri qondarma "Bəzz” adında) dağın ətəyinə aparıb, orada onlara tərbiyəsizlik etməyi rəva bilməzdi. Buradan aydın görünür ki, "Bəzz qalası” əhvalatı, düşmənin bilərəkdən, hiyləgər­cə­sinə qurduğu böhtandır. Necə ki, bu yaxınlarda şahidi olduğumuz, Qarabağ döyüşlərində böyük şücaət, mərdlik və qəhrəmanlıq nümayiş etdirmiş Talış xalqının balalarına qarşı "qara yara” adı ilə yaxılan böhtanlardan doymayaraq, tarixi Talış vilayətin adını dəyişərək "Cənub Bölgəsi?” adını verdilər.

İSLAM DİNİNİN YARANMASINDAN SONRA BAŞ VERƏN FƏSADLARIN QISA XÜLASƏSİ


Peyğəmbər Salavatullahın buyurduğu: "... İki böyük xəzinəni – Allahın kitabını və Əhli beytimi sizə tapşırıram...” vəsiyyətinə əsaslanan şiələr imamlığa ən layiq Əli ibn əbu Talıb əleyhissalamın imamətini tanımaq ("Qədr-Xum” gününün) tələbi ilə çıxış edir və göstərdilər ki, "Əlinin həzrəti Peyğəmbərin nəslindən olan övladlarının möminlərə rəhbərlik etməyə müstəsna hüquqları vardır, yalnız onların imamlığı qətiyyən səhvə yol verməz” (bax: Şeyxülislam Allahşükür Paşazadə "Qafqazda İslam” kitabı, Bakı, 1991, s. 78-79).

Lakin ərəblər, peyğəmbərin "Qədr-Xum”da söylədiyi "VİDA XÜTBƏSI”ndə dediyi vəsiyyətinə əməl etmədilər. Muhəmməd Rəsulullah (s.ə.a.s.), miladi 632-ci ilin Səfər ayının 28-də rəhmətə gedəndə, Əli (ə) Peyğəm­bər­in cənazəsini yuduğu və ona qusul verdiyi zaman, Əbu Bəkr camaatı məscidə yığıb, özünü xəlifə elan etdi. Özündən sonra o, xəlifəliyi Ömərə (636-cı ildə), Ömər də 644-cü ildə xəlifəliyi Osmana ötürdü. Osman isə Əbusufyanın hiyləgər oğlu Müavıyyəni Şam hakimi təyin etdi.

Səid Nəfisi "Babək” kitabında yazır: "Osman ibn Əffanın dövründə (miladi 644-656) Azərbay­ca­nın tərkib hissəsi olan Arran torpağını və Qafqazda fəth etdikləri başqa nahiyələrə birləş­dirərək ona "Ərməniyyə” yəni "Ermənistan” adını verdilər”. Nəci əl-Ərmənazinin yazdığın­dan görürük ki, Müaviyyə ibn əbu Sufyan Ermənstan əhli ilə bağladığı müqavilədə bu ərazinin (yəni Arran – Talış dilində "Arə Ro” – Türk dilində "Aralıq yol” torpağını) "mütləq daxili müstəqilliyi” kimi tanıdı (Bax: Nəhcəl-İslam, Dəməşq, fevral, 1987, № 26).

Miladi 656-cı ildə Əmir-əl-möminin Əli ibn Əbu Talib (ə), xəlifəliyi qəbul edəndə, Şam hakimi Müaviyyə, ona beyət etmiş icmanı tanımaqdan imtina etdi.

Xəlifə Əmir-əl-möminin Əli ibn Əbu Talib (ə) Osmanın Azərbaycana təyin etdiyi canişin Əşəs ibn Qeysə (bax: "Nəhcul Bəlağə” 3-cü nəşr 2009-cu il 5-ci məktub, səh. 526 ) dəfələrlə nəsihətli sözlər demişdisə də o, mürtəd olmağında davam etmişdi (bax: "Nəhcul Bəlağə” 3-cü nəşr, 2009-cu il, 19-cu xütbə, səh. 45). Ona görə də Əmir-əl-möminin Əli (ə), miladi 658-ci ildə Ziyad ibn Əbihini fars əyalətinə, Seyid Yusifi isə Azərbaycana canişin təyin edir (bax: Nəfsi "Babək”, 1990).

Müaviyyə ibn Süfyan isə Əli (ə)-ma qarşı düşmənçilikdən əl çəkmədi, Süffeyn müharibəsinə səbəb olan bu münaqişə, Müaviyyənin tam məğlubiyyəti ilə nəticələnsə də, son məqamda Müaviyyə yenə də hiyləyə əl atdı. O, Qurani Kərimin surələri yazılmış vərəqləri nizələrin ucuna taxmağı əsgərlərinə əmr etdi və bununla da İmam Əlidən aman istədi. Süffeyn müharibəsindən sonra, Müaviyyə Əli (ə)-ın Misirə təyin etdiyi canişin Malik Əjdəri mənzil başına çatmamış zəhərlədib, öldürtdü.

Miladi 661-ci ildə Əmir-əl-möminin Əli (ə) Küfə məscidində sübh namazı qıldığı zaman qəflətən məlun ibn Mülcəm tərəfindən başından qılınclandı.

Əmir-əl-möminin Əli (ə) dünyasını dəyişdikdən sonra, Müaviyyə xilafəti qəsb etdi. Halbuki Peyğəmbər Rəsulallah (s.ə.a.s.) demişdi: "əbu Süfyanın nəslinə xilafət haramdır. Əgər Müaviyyəni minbərimdə görsəniz, onun qarnını yırtın”. Mədinə əhli Müaviyyəni Peyğəmbər (s.ə.a.s.)in minbərində gördülər, amma onun qarnını yırtmadılar.

Sonrakı illərdə Müaviyyənin Mərvana verdiyi almaz tozu zəhəri vasitəsi ilə Əlinin (ə) böyük oğlu, Rəsulullahın istəkli nəvəsi İmam Həsən əheyhissalamı zəhərlədib öldürdü (bax: Bəkir Yıldız "Kərbəla”, kitabı, 1990). Halbuki Peyğəmbər (s.ə.a.s.) demişdi: "Hər kəs mənim bu iki nəvəmi (Həsən və Hüseyni) sevsə, məni sevir, hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edir”. İmam Həsən (ə)ın faciəli ölümü islam tarixində silinməz izlər buraxmışdır.

Bu zülmün şiddəti Müaviyyənin miladi 664-cü ildə "Alban” (azəri - Talış dilində "Halband” – türk dilinə hərfi tərcüməsi, "Dağıstan”, yəni dağlıq yerlər deməkdir) dövlətinin hökmdarı Cavan­şirlə bağladığı müqaviləsindən sonra oldu. Müqaviləyə əsasən bütün əhali Müaviyyəyə beyət etməli idi. Hətta iş o yerə gəlib çatmışdı ki, Müaviyyənin tapşırığı ilə hər kəs, əstəğfürullah, Əmir-əl-­möminin Əli (ə)-ma söyüş söyüb, ona təhqiramiz sözlər desəydi, həmən şəxs və ailəsi qızıl qatılmış plov ilə təmin olunardı. Bu qayda ilə Əli (ə)-mın tərəfdarlarını da təhqir etməyə başladılar. Lakin İran və Azərbaycan əhalisi bütün məşəqqətlərə dözərək Əli (ə)-mın tərəfdarlığından əl çəkmə­dilər. Həmin illərdə, hətta Əmir-əl-möminin Əli (ə) tərəfdarlarının məzarlarını da təqib edib, dağıdır­mış­lar. Ona görə də Azərbaycanda olan bir çox seyidlərin, övliyaların dəfn olunduğu ocaqlar məxfi saxlanılırdı. Ulu babalarımızdan bizə nəsil-nəsil ötürülən vəsiyyətlərində Əmir-əl-möminin Əli (ə)-mın 658-ci ildə Azərbaycana canişin təyin etdiyi seyid Yusifin də qəbri bu minval ilə qorunub, saxlanılmışdır. Hal-hazırda seyid Yusifin türbəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yerləşir və "Yusi Kuy” adı ilə tanınan ocaqdır. (bax: "Nəbz” qəzeti, 2003-cü il, № 0911).
Müaviyyə, imam Həsənlə bağladığı müqaviləni pozaraq, son nəfəsində xilafətə başçılıq etməyi oğlu dinsiz Yezidə ötürdü. Bununla Allah onlara bir bəla göndərdi.

İbn Tababa "Əl-tarix” əsərində yazır: "Yezid ibn Müaviyyənin hökmranlığı üç il altı ay çəkdi: birinci ilində o, Əlinin (ə) oğlu Hüseyni (ə) qətlə yetirdi, ikinci ilində Mədinəni qarət etdi, üç gün onun talan edilməsinə yol verdi, üçüncü ilində Kəbəni qəzv etdi” (bax: Şeyxülislam Hacı Allahşükür Paşazadə "Qafqazda İslam”, Bakı, 1991, s. 56). Yezid, Əli (ə) tərəfdarlarını təqib edərək onları qətlə yetirdi.

Kərbəla faciəsi zamanı, İmam Hüseynin ən yaxın dostu, özünün mərdliyi və şüca¬əti, düzgünlüyü və gözütoxluğu, həmçinin zəhmətkeşliyi və təmkini ilə tanınmış Muxtar ibn Əbu-Übeyd əs-Səqəfini həbs etmişdilər. Nəhayət, taleyin hökmü ilə, misilsiz qeyrət və mərhəmət sahibi – Muxtar, İmam Hüseynin qisasını almaq hədəfini güdən qiyama qərar verir; qətiyyətlə onu həyata keçirir və məqsədinə çatır. Bu zaman Azərbaycandan və Fars əyalətlərindən qüvvətli döyüş məharətinə malik sərkərdələr (Siyab, İbrahim Əjdər və s. kimi pəhləvanlar) Muxtarın köməyinə  gəlirlər və ən çətin döyüşlərdə belə qalib gəlirlər. Sonunda qiyam, qəhrəman Muxtarın Abdulla ibn Zubeyrin "əli” ilə şəhadətə yetişməsi ilə bitsə də, cərəyan edən hadisələr xalq arasında dastanlaşmış "Muxtar-namə” adı ilə məşhur olmuşdur. (bax: 40 seriyadan ibarət "Muxtar-namə” filmi).

Bu faktiki məlumatlardan aydın olur ki, hələ hicrətin ilk illərində Azərbaycan və İran xalqları səmimi-qəlbdən İslam dinini qəbul etmişdilər. Buna misal olaraq Lerikin, Lənkəranın, Masallının, Bakının, ümumiyyətlə Azərbaycanın və İranın bir neçə yerlərində bunu sübut edən əlamətlər var. 

Salman Farsidən qısa məlumat: Salman (Allah onun ruhunu müqəddəsləşdirsin) ən böyük və hörmətli müsəlmanlardan, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və aleh) ən seçilmiş və yaxın səhabələrindən və Əmir-əl-möminin əleyhissalamın şiələrindən olub. İbn Əbil Hədidin hədis alimlərinə istinad edərək nəql etdiyinə görə Salman "Səqifə” günü müsəlmanlara fars dilində belə deyib: "kərdid və nəkərdid” "etdiniz və etmədiniz”, yəni, "özünüz xəlifə seçdiniz və Həzrət Peyğəm¬bər¬in təyin etdiyi xəlifəyə (Qədr-Xumdakı "Vida Xutbəsi”ndə)  göz yumdunuz”. Burada kinayə ilə demək istəyib ki, zahirdə müsəlmana oxşayırsınız, amma batində müsəlman deyilsiniz. Qələm əhli arasında onun islamdan qabaqkı adı barəsində fikir ayrılığı mövcüddür və onun üçün Mənuçehr şahın övladlarından Ruzbeh ibn Xoşnudan, Behbud ibn Bədəxşan və bu iki addan başqa digər adlar deyilib. Həzrət Peyğəmbər onu Salman adlandırıb. Ona Salman-ul-xeyr və Salman-ul-Məhəmmədi ləqəbi verilib. Ondan "sən kimsən?” deyə soruşanda "mən adəm övladlarından olan Salman ibn əl İslamam” cavabını verirmiş. Künyəsi Əbu Abdullah, Əbulbəyyinat və Əbdulmürşid olub. Onun əsli ya Şirazdan, ya Ramhürmüzdən, ya Şüştərdən, ya da İsfahanın (Talış vilayətinə daxil olan) Cəyy deyilən kəndindən olub (bax: "Nəhcul Bəlağə” 3-cü nəşr 2009-cu il 68-ci məktub, səh. 671).

Tarix kitablarından oxumuşuq ki, Salman Farsı böyük bir vilayətin valisi olmağına baxmaya¬raq, rəhmətə gedəndə, ondan yarımçıq toxunmuş zənbil miras qaldı. O, gündəlik çörəyi qazanmaq üçün zənbil toxuyub bazarda satarmış və onunla dolanarmış. Qeyd edim ki, zənbil toxumaq qədimdən talışların adəti olmuşdur. 
Yeziddən sonrakı "xəlifə”lər də Peyğəmbərin nəslinə rəhm etmədilər. Dördüncü İmam Zeynal Abidini, beşinci İmam Məhəmməd Bağırı və onun oğlu – altıncı İmam Cəfəri Sadiqi və yeddinci İmam Musayi Kazimi  zəhərlədərək, qətlə yetirdilər. Peyğəmbər övladları məcbur oldular ki, tərki-vətən olsunlar. Buna misal olaraq Bakının Nardaran qəsəbəsinə, Bibiheybətə, Lənkərana, Lerikə, Masallıya, İranın Xorasan vilayətinə, Qum şəhərinə və başqa yerlərə vaxtı ilə köçüb gəlmiş Peyğəmbər övladlarının yaşadıqları və dəfn olunduqları yerlər tarix boyu ziyarətgaha çevrilmişdir.

Peyğəmbər nəslinə - İmamlara və onların balalarına qarşı hökm sürən ağlasığmaz qəddarlıq İran və Azərbaycan xalqlarının böyük narazılığına səbəb oldu. Xalq qiyam qaldırdı. Belə qiyam¬ların ən möhtəşəmi 22 il (miladi 816-838-ci illərdə) ardıcıl olaraq davam edən Babək hərəkatı idi.

Babəkin "xəlifə”lərə qarşı qiyamı səkkizinci İmam Əliyyən Rzanın "xəlifə” Məmun tərəfindən zəhərlədib, öldürüldükdən sonra başlandı. Bu müharibə, hicrətin 220-ci ilində doqquzuncu imam Məhəmməd Təqinin,  əyyaş və içkibaz "xəlifə”   Mötəsim tərəfindən zəhərlənib qətlə yetirdikdən sonra beş il (miladi 838-ci ilə qədər) müddətində daha da şiddətləndi.

İmam Fəxri Razi "Etiqadatu firəng-əl-Müslimin vəl-müşrikin” adlı kitabında yazır: "Babəkilər Babəkin tərəfdarı idilər. Babəkin özü isə azərbaycanlı idi. Onun qudrəti üzün müddət artmaqda idi... Onların dediklərinə görə Allahı ancaq həqiqi bir müəllimin sözü ilə tanımaq olar”.  Bu sözləri təhlil etdikdə görürük ki, Babəkin dediyi həqiqi müəllim şiə təriqətli müsəlmanların imamlarıdır. Deməli Babəkin özü Əli (ə)-ın tərəfdarı olmuşdur. "Onların (yəni Babəkin tərəfdarlarının) dediklərinə görə, həccə getmək – İmamın yanına getmək deməkdir. İmkanı olan hər bir şəxs mütləq onun xidmətinə getməli və onu görməlidir. Onlar deyirlər ki, haram elə bir tayfadır ki, ona qarşı gərək düşmənçilik edəsən. Ona nifrət bəsləyib, lənət oxuyasan” (Bax: Səid Nəfsi "Babək” s. 18).

Bir çox tarixçilərin yazdıqlarına əsasən müharibə meydanında Babəki məğlub etmək qeyri mümkün idi. O, ancaq satqınlığın qurbanı oldu. Rəvayətə görə, guya Səhl ibn Sumbat adlı bir mülkədar Babəki öz evinə qonaq dəvət etdiyi  vaxt , onu xəlifə Əbu İshaq Mötəsimin muzdla tutduğu sərkərdəsi Əfşinə satdı. "Bu zaman Babək Səhli söyərək dedi: - məni bu yəhudilərə ucuz satdın” (Bax: Nəfisi, "Babək”, 1990, səh. 99). Aşağıdakı cümlə Babəkin bu dediklərini təsdiq edir. "Babəkə qarşı vuruşmuş Əfşin, Xəlifə Mötəsimə qarşı da üsyan qaldıraraq hakimiyyəti ələ almaq istəmişdi. Onu tutub boğazından asdılar. O, sünnət olunmamışdı, evində bütlər tapıldı” (Məhəmməd Üvfi "Cəvamiəl-hekayət və ləvami ər-rəvayət” adlı əsərindən. Bax. Nəfsi "Babək”, 1990, s. 109).

Mötəsimin özü əyyaş və içkibaz idi. Bir dəfə o, şərab məclisindən eşiyə çıxdı  və bir qədər gec qayıtdı. Qazi Yəhya ondan məclisə gec qayıtmağın səbəbini soruşanda dedi: "mən bu saat üç qızın bəkarətini aldım. Onlardan biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü  Maziyar Gəbirin qizı idi” (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 166-167)

Babək, xalqın və başçılıq etdiyi əsgərlərin içərisində o qədər hörmət qazanmışdı ki, onun yüz mindən çox  cəngavərlərindən təsadüfən əsir düşən hər bir şəxs özünü Babək adlandırmış və özünü qətlə yetirərdi. Ona görə də ehtimal olunur ki, Mötəsimin əmri ilə vəhşicəsinə qətlə yetirilən Babək və onun qardaşı Abdulla yox, Babəkin cəngavərlərindən özlərini Babək və Abdulla adlandıranlardan olmuşdur. Rəvayətə əsasən, Babək və onun qardaşı Abdulla Lerik rayonunda anadan olduğu kəndində anasının yanında dəfn olunmuşdur. Müəyyən mülahizələrə görə, 1992-ci ildə (AXC hakimiyyəti vaxtında) Babəkin qəbir daşını söküb Türkiyəyə aparıblar.

Əbu Hənifə Dinəvari özünün ”Əxbar-ət-tival” əsərində yazır: "Bir çoxları Babəkin əsl nəsibi və məsləki haqqında müxtəlif fikirlər irəli sürür. Mənə məlum olan budur ki, o, Əbu Muslimin qızı Fatimənin oğlu Mütəhərrin övladlarından biridir... Aydındır ki, ibn-əl-Əsirin Babək haqqında yazdığı böhtanlarda məqsədi onun mənsub olduğu xalqa böhtan atmaq idi... Bu dinin (yəni "Xürrəmid”in) tarixi haqqında məlumat gəlib bizə çatmamışdır. Kitablarda onların məsləki haqqında yazılanlar da qərəz və böhtan xarakteri daşıyır... Məzdəkilər haqqında yazılmış böhtanlar bunların haqqında da deyilmişdir”.

Babəkin adını və hansı dildə danışdığını öyrənmək üçün yenə də Səid Nəfisinin "Babək” kitabına müraciət edirik: "Cavidan qaranlığa düşdüyündən Bilalabad kəndinə getdi” (Bax: S.N. "Babək”, s. 4). Qeyd edək ki, burada səhvən yazılmış "Bilalabad” -  Bıləband oxunmalıdır. Qeyd edim ki, istər "Babək” kitabında, istərsə də bütün digər tarixi kitablarda Azərbaycan ərazisinin Talış vilayətinə daxil olan əksər kənd və şəhər adları tamamilə təhrif olunmuş və başa düşülməz dilə salınmışdur. Bıləband kəndi hal-hazırda indi Lerik adlandırılan (IX əsrə qədər "Zumand”, sonradan dəyişdirilərək "Zuvand”) rayonunda yerləşir və Babək həmin kəndin yaxınlığındakı Barzədi – Barzəvu şəhərində (indi kənddir, Nəfisinin "Babək” kitabında bu yerin adı səhvən Bərzəndi verilmişdir. Bax: S.N. "Babək”, s. 29) anadan olmuşdur. "... Cavidan gördü ki, Babək İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır...” Cavidanın dediyi: "Babək İran dilini yaxşı bilir” kəlamı ona işarə edir ki, Babəkin dili fars dili olmamışdır. Babəkin ana dili, İmam Fəxri Razinin dediyi kimi, azəri (yəni Talış) dili idi. "Azəri dili fars dilindən kəskin şəkildə fərqlənirdi və müasir talış dilinə yaxın idi. Azəri və müasir talış dilinə yaxın olan dialektlər hələ ilk orta əsrlər dövründə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı. Onların dili indi də mövcüddür” (bax: "Azərbaycan tarixi” kitabı, Bakı, 1993, s. 76). "Talış” ərəb sözü olub "susdurulmuş” deməkdir. Bəzi mənbələrdən isə təhrif olunmuş "talış” sözü həmin yerli xalqın öz dilindən verilmiş "tuliş” – yəni torpaqsan sözüdür. Babək məğlub edildikdən sonra azəri xalqına "susdurulmuş - talış” damğası vuruldu. Keçən 1200 il ərzində bu xalq assimilyasiya, deportasiya və genosidə məruz qalaraq öz dillərini qismən danmağa məcbur olmuşlar.

Babəkin adı Həsən idi. Onun Həsən adı ilə adlandırılması təbii hal kimi baxılmalıdır. Aydındır ki, Həsən İmam Əli Əleyhissalamın böyük oğlunun adı idi. Babəkin adı Həsən olması haqqında məlumatlar, Nizamülmülkün "Siyasətnamə”, Səid Nəfisinin "Babək” və digər başqa müəlliflərin kitablarında da rast gəlmək olur. Uşaqlıq vaxtlarında onun ayaq dəydiyi yerlər xeyirli olduğu üçün ona "Po Pok” (Türk dilinə tərcüməsi "ayağı xeyirli”, "ayağı təmiz”) adını da veriblər.

Cahangir XANSIVO
"Tolışon Sədo” nöm: 04 (16) və 05 (17), fevral 2012 



Категория: Talış tarixi | Просмотров: 3149 | Добавил: admin | Теги: Cahangir Suvarov | Рейтинг: 4.6/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus