Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 25 » Bakı Appelyasiya məhkəməsi Hilal Məmmədovun işgəncə ilə bağlı şikayətini rədd etmişdir
21:31
Bakı Appelyasiya məhkəməsi Hilal Məmmədovun işgəncə ilə bağlı şikayətini rədd etmişdir
19 noyabr 2012-ci il tarixdə hakim Əflatun Qasımovun sədrliyilə, hakimlər Mirzəli Abbasov, Əmir Bayramovla,  baş prokrorun köməkçisi, kiçik ədliyyə müşaviri Səmədov Vəli Əhəd oğlu və vəkil Məmmədov Ramiz Cəlal oğlunun iştirakı ilə Hilal Məmmədova işgəncə verilməsiylə bağlı cinayət işinin başlanmasın rədd edilməsi haqqında Səbail Rayon Məhkəməsinin 08.11.2012-ci il tarixli qərarından verilən şikayətinə baxaraq əvvəlki qərarı qüvvədə saxlamışdır. Məhkəmədən hazırlanan reportajı oxucuların nəzərinə çatdırırıq.
       
Məhkəmə iclasını açan sədr Ə.Qasımov H.Məmmədovun şikayət ərizəsinin əsas məğzini şərh edib vaxtlarının xeyli məhdud olduğunu nəzərə alaraq vəkilin qısa şəkildə fikirlərini izah etməsini xahiş etdi.

Vəkil R.Məmmədov bildirdi:


- Möhtərəm Məhkəmə, mən bir-iki cümlə ilə fikrimi ifadə etmək istəyirəm. Tutaq ki, tibbi ekspertiza belə qərara gəlib ki, H.Məmmədovun sağ budunda və sol baldırında bu günə qədər dərin iz buraxmış sıyrıqlar onu maşına otuzdurarkən, "avtomobilin qabarıq tinli hissələri ilə müayinə olunan aşağı ətraflarının ön müvafiq nahiyələrinin təmas sahələrində sürtünməsi nəticəsində törənmişdir”. Bəs buna hüquqi qiymət verən məhkəməyə aşkar deyil ki, bu günəcən yəni artıq altıncı aya qədər sol baldırında bir neçə millimetr dərinlikdə sıyrıq belə toxunmadan yarana bilməz. Baxın bu şəkilə (əli ilə göstərir) görün ilkin xəsarət nə qədər ağır olmuş və hətta həmin yerdən dəri sallanır. Heç sürtünmədən belə sıyrıq yarana bilərmi? Nə üçün H.Məmmədova işgəncə verən polis işçilərinin bu əməlinə hüquqi qiymət verilmir? Nə üçün bu işgəncə faktoru açıq-aşkar şəkildə gizlədilir? Nədir prokrorluğun və məhkəmə sisteminin bu qanun pozuntusunu ört-bastır etməkdə məqsədi? Odur ki bir daha sizdən xahiş edirik ki, əvvəlki məhkəmə instansiyasının bu barədə qərarı ləvğ edilsin və H.Məmmədova işgəncə verilməsinə hüquqi qiymət verilsin.

Hakim sözü H.Məmmədova verdi və xahiş etdi ki, o da fikrini qisa şəkildə ifadə etsin.

H.Məmmədov bildirdi:


- Möhtərəm məhkəmə, bilirəm ki vaxtımız doğurdan da xeyli məhduddur, belə ki hələ neçə növbəti işə baxmalısınız. Vaxtınız dəyərli və bəlkədə hər dəqiqəniz qızıldı. Odur ki, sizə böyük məsrəfçilik zərbəsi vurmadan mən də qısa formada fikrimi bildirəcəyəm. Başa düşürük ki, hər hansı digər  sifarişli işə münasibətdə olduğu kimi bu işimizdə  də heç bir  yenilik olmayacaq. Səbayel rayon  məhkəməsinin məlum qərarini  qüvvədə  saxlayacaqsınız. Amma vicdani  borcum hesab  edərək  bəzi vacib məqamları nəzərinizə çatdırmalıyam. Əvvala, məni  siyasi məhbus kimi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kifayət qədər hüquq müdafiə təşkilatları və beynəlxalq təşkilatlar rəsmən tanıyıb. Təbii ki, başımıza gətirilən bu işgəncə faktorunun ictimailəşdirilməsində əsas məqsədimiz – ölkəmizdə bu bəlaya - insanın şərəf və ləyaqətini alçaldan ən dəhşətli hala qarşı qətiyyətli mübarizə aparılmağın  vacibliyini nümayiş etdirməkdir. Əminəm ki, heç biriniz övladlarınızın, ya yaxınlarınızın işgəncəyə məruz qalmasından heç cürə xoşhal ola  bilməzsiniz. Elə isə özünüzə rəva  bilmədiyinizi digərlərinə də rəva bilməməliyik. İşgəncəyə qarşı birgə mübarizə  aparmalıyıq. Sanıram, məhkəmə, ya prokurorluq tibbi ekspertizanın rəyinə də ədalətli hüquqi qiymət  verməyi bacarmalı, qərarlar və rəylər bir-biri ilə ziddiyyət təşkil etməməlidir. İndi  vəkilin dediyini  qoyaq bir yana. Səbayil rayon məhkəməsinin qərarından iki bir-birini təkzib edən fikri oxuyacam: "H.Məmmədovun şikayətinin məzmununa əsasən o,  21 iyun 2012-ci il tarixdə  6-7 nəfər mülki geyimli şəxslərin hücumuna  məruz qalmışdır. Həmin şəxslər özlərini təqdim etmədən, kimliklərini bildirmədən  onun qollarını tutmuş, dizlərinin aşağı nahiyəsinə vuraraq ona çoxsaylı sıyrıq və qamçılarla müşaiyət olunan xəsarətlər yetirmiş, sağ qabirğaaltı nahiyəsinə vuraraq onu halsız  bir  vəziyyətə gətirmiş, sağ yan cibinə girərək (sonra narkotik vasitə olduğu bəlli olmuş) nəsə qoymuş, onu söyərək zorla maşına oturtmuş, qollarına qandal vurmuş, bundan sonra da fiziki təhqirləri davam etdirərək başına, sifətinə, sinəsinə qapaz, yumruq və şillə vurmuşlar...”
 
Möhtərəm məhkəmə, göründüyü kimi, qeyd edilən xəsarətlərin maşına otuzdurularkən baş verdiyini bildirmişik. Maşında isə baş, sifət və sinəmə zərbələr vurulmuşdur.
 
İndi isə gəlin görək, 213/MEŞ N-li 23 avqust 2012-ci il tarixli məhkəmə-tibbi ekspertizanın rəyinədə nə bildirilir: "H.Məmmədovun sol baldırın orta üçdə birinin ön səthində 2 ədəd və sağ budun  orta üçdə birinin ön səthində 1 ədəd sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) tərəfindən əmələ gəlmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 iyun 2012-ci il tarixi inkar etmir və sağlamlığa zərər  vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri  təyin  edilmir. H.Məmmədovun sol baldırında və sağ budun ön səthində aşkar  edilmiş xəsarətlərin  xarakterinə, lokalizasiyalarına və  minik  avtomobilinin məhz  bu  forma və  xarakterlərdə sıyrıq  xəsarətlərinin digər şəxs və ya şəxslər tərəfindən yetirilməsi  üçün tələb  olunan şəraitlə ziddiyyət yaratdiğı üçün həmin xəsarətlərin müayinə olunan H.Məmmədovun izahatinda göstərdiyi  şəraitdə yetirilməsi  inkar  olunur. Beləliklə yuxarıda qeyd olunanlar əsas verir ki, H.Məmmədovun sol baldırının və sağ budunun ön səthində aşkar edilmiş xəsarətlər onu avtomobilə mindirərkən, avtomobilin qabarıq tinli hissələri ilə müayinə olunan aşağı ətraflarının ön müvafiq nahiyələrinin təmas sahələrində sürtünməsi nəticəsində törənmişdirlər. H.Məmmədovun izahat və ifadələrində qeyd etdiyi şəraitdə, yəni avtomobilin salonunda onun başına, kürəyinə, sinəsinə zərbələr vurulması nəticəsində yaranmağa uyğun 22 iyun 2012-ci il tarixdə ilkin, həm də 23 avqust 2012-ci il tarixdə təkrar məhkəmə-tibbi müayinələri zamanı hər-hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir”.
  
Möhtərəm məhkəmə, göründüyü kimi əsil ziddiyyəti məhz tibbi-ekspertizanın elə öz rəyi yaratmışdır: yəni, mən izahatımda bu ayaq sıyrıqlarının məhz maşından kənarda, yəni, maşın salonunda olmayanda almışam. O ki qaldı  maşında başıma, sinəmə dəyən zərbələrə, əvvəla, nə başım, nə də bədənim rentgendən keçirilməmişdir, sanıram, lap sonralar keçirilsə də (bu işə aidiyyəti olmadan) bir xəsarətin qeydə alınmaması heç də o demək deyildir ki, mən o zarbələrə məruz qalmamışam. Keçən dəfə, Səbail məhkəməsində bu zalda oturan gənc prokuror köməkçisi bildirdi ki, əgər başda, bədəndə xəsarət izləri olsaydı, rentgen aşkar etməliydi. Mən isə ona demişdim ki, bəlkəm, başımı, qabırğalarımı sındırmalıydılar ki, rentgen aşkar edəydi?! Ya mən bu gün havalanmalı danışmalı idim ki, Siz inanasınız?! Hərçənd ki, heç bu hallarda da zəmanət yox idi ki, içgəncə faktoru qəbul ediləcək... Güman ki, bu gənc prokuror hesab edir ki, başa-sinəmə dəyən zərbələr yalnız ağır fəsadlar törətdikləri (yəni, qabırğa sindiqda, ya baş yarıya bölündükdə və i.a hallarda) işgəncə yox, yəgin "sığal” hesab edilməlidir...
   
Möhtərəm hakimlər, Səbail məhkəməsində bu prokurora sual verdim ki, "heç sürtünmədən adamın ayağında indi də izi itməmiş 2-3 mm dərinlikdə sıyrıq qala bilərmi?!”  Cavab verdi ki, "mümkündü, o da maşına oturanda pencəyi qapı ağzında qalıb və 1 düyməsini itirib”. Doğrudur mən onu "bəs ayağında necə, bir sıyrıq zad əmələ gəlməyibki?!” - deyəndə, cavab verməmişdi.
  
Möhtərəm məhkəmə! Bağışlayın ki, qızıl vaxtınızdan bir qədər aldım. Amma vallahi bunu  elə sizin, ölkəmizin imicini qorumaq məqsədilə edirəm. Axı  sabah Avropada da bu ziddiyyətli qərarlarınızı oxuyub təəccüblənəcəklər.Yəni Azərbaycan məhkəməsi o günə düşüb ki, heç saxtakarlığı da əməlli-başlı düzüb-qoşa bilmirlər?
        
Vallahi, xəcalət çəkirəm, möhtərəm məhkəmə, mən alim, müəlliməm. Belə bisavad tələbəmə də yəqin ki, müsbət qiymət yazmazdım. Axı siz məhkəmə işçiləri bir sənədi  tərtib edəndə heç olmasa, ən elementar hüquqi qanun, məntiq və qaydalara riayət  etməlisiniz. İndi  Avropada bu  qərarlarınız ölkəyə növbəti  utanc gətirməyəcəkmi? Bu qədər... Bir daha dəyərli-qızıl vaxtınıza məsrəfçilik gətirdiyimə görə "günahımdan” keçin...

Hakimlər az qala gülüşlərini belə  gizlətmədən H.Məmmədovun  nitqini  dinləyəndən  sonra sözü  prokurora  verdilər. Prokuror  demək  olar  ki, yeni  bir  şey  demədən məhkəmədən bir  daha xahiş  etdi  ki, "H.Məmmədovun cinayət  işini həyata  keçirən Baş prokurorun 1-ci müavini 2-ci  dərəcəli  dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən qəbul  edilmiş "cinayət işi başlanmasının rədd edilməsi  haqqinda” 27 avqust 2012-ci il tarixli  qərarindan   məhkəmə nəzarət  qaydasinda  şikayəti əsassiz  olduqundan təmin edilməsin”.
       
Məhkəmənin məşvərəti heç 1-2 dəqiqə də  çəkmədi. Elə formal  olaraq qapı arxasnda gülüşüb (yəqin lətifə danışırmışlar) zala  daxil olaraq şikayətin təmin olunmaması barədə əvvəlcədən hazırlanmış mətnin son abzasını  oxudular...
 

Категория: İnsan hüquqları | Просмотров: 1546 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus