Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 12 » Traybalizim bizi hara aparır?
15:44
Traybalizim bizi hara aparır?
Hüseynqulu bey Məmmədlinin redaksiyamıza təqdim etdiyi bu məqalə "Yeni Müsavat" qəzetinin baş redaktoruna xitabən yazılıb. Yazının "Yeni Müsavat" qəzetində çap edilməyəcəyinə əmin olduğumuzdan onu bütövlüklə, olduğu kimi: nöqtəsinə və vergülünə dəymədən oxucularımıza təqdim etməyi vacib hesab etdik.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf bəy, heç kim də bilməsə sən 1988-ci ildə ölkəmizdə baş verən siyasi proseslərdən yaxşı xəbərdarsan və bu proseslərin iştirakçısı olmusan. O vaxt bir neçə dəfə Lənkəranda da olmusan. Buradakı proseslərı, hətta Lənkəran mitinqlərində etdiyin çıxışlarda da təqdir etmisən. Belə çıxışları səninlə o vaxtlar siyasi mənsubiyyət birliyində olan Hatəmi Təntəkin də, Mənsur Əlisoy və başqaları da etmişdilər (video materiallar qalmaqdadır).

İlk öncə onu bildirim ki, müasir Azərbaycan siyasətində keçən əsrin 88/90-cı il hadisələrinə əsasən iki baxış formalaşdırılıb. Birinci baxışa görə güya bu hadisələr SSRİ-nin dağılması ilə nəticələnən təbii proses olmuşdur. Bu mövqeyi indiki iqtidar hər vasitə ilə beyinlərə yeridir, orta məktəblərin I sinfindən tutmuş X sinfinə qədər ardıcıllıqla təbliğ etdirir və müasir gəncliyi də bu istiqamətə yönəldir.

Məsələyə ikinci baxış 88\90 il hadisələrinin iştirakçılarının tez-tez müzakirələrə buraxdığı və fəxrlə təbliğ etdikləri istiqamətdir ki, burada da siyasətçinin hansı bölgədən olması, yerlipərəstlik, reqionçuluq, qısqanclıq, lovğalıq hissləri önə çəkilir və əsaslı təhriflərə yol verilir. Tutarlı və mükəmməl yazılı bir mənbə isə təəssüf hələ ki, işıq üzü görməyib.

Qəzetinizin 20.07.11 il tarixli sayında Sərdar Cəlaloğlu ilə Pənah Hüseynin şəxsi düşüncələrinə əsaslanan debatlarını oxudum. Düzü debatçıların mövqelərini başa düşsəm də müsahibənin redaktoru olduğun qəzetdə, hətta quru P.S-siz belə, çapını başa düşmədim. Görünür "sözün necə deyilməsi şərt deyil, kim tərəfindən deyilməsi daha önəmlidir” kəlamına sadiq qalıb, müsahibə subyektlərilə bir yerdə gələcək nəsillərə arxiv düzəltmək istəyirsiz. Necə deyərlər baxın: bunu bir tərəfdən ADP-nın sədri olan təqiqatçı həkim, digər tərəfdən isə eks baş nazir deyib, istinad etməyə dəyər. Ancaq…

S.Cəlaloğlu deyir ki, Xalq Cəbhəsi öncə Naxçıvanda yaranıb, özü də Sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi vaxtlarda (Sitat: Xalq Cəbhəsi ilk dəfə Naxçıvanda yaranıb, onun sənədlərini sonradan Əbülfəz Elçibəyə təqdim eləmişik. Həmin sənədlərin əsasında AXC-nin əsasnaməsi yaradılıb. Xalq Cəbhəsindən əvvəl Azərbaycanda gizli fəaliyyət göstərən dərnəklər var idi. SSRİ-də yenidənqurma başlayandan sonra bunlar açıq dərnəklər formasına keçdilər. Bakıda bir neçə birlik əmələ gəldi. Amma Xalq Cəbhəsi yox idi... AXC Naxçıvan Xalq Cəbhəsindən bir il sonra yaranıb... Mən institutu qurtaranda Naxçıvana getmişəm, 1980-ci ildə orada 20 nəfərdən ibarət bir gizli dərnək fəaliyyət göstərirdi, o dərnəyin üzvü olmuşam...” və s. və i. a.).

P.Hüseyn isə bunu absurd iddia sayaraq AXC-nin yaranma sənədlərinə malik olduğunu və Bakının öndə olduğunu iddia edirdi. Mən şəxsən Pənah bəyin fikirlərinin düz və yanlış olmasından asılı olmayaraq bildiklərinə əsaslandığını, hansısa məqsədə xidmət etmədiyini qəbul edirəm. Sərdar bəy isə istəsə də istəməsə də regionçuluq xəstəliyi viruslarıdan müalicə oluna bilmir ki, bilmir. Əminəm ki, tarixin yaxın dönəmində 1988-92-ci il hadisələri hansısa bir mütəfəkkirin tərəfsiz qələmində tədqiqat əsəri kimi üzə çıxacaq və belə önəmli tarix saxtalaşdırılmalardan xilas olacaq.

88-ci il "bombası” təkcə Bakıda yox, bütün Azərbaycanda partlamışdı. Erməni separatizminə hər yerdə adakvat cavablar verilirdi, bu reaksiyaları dərəcələrə bölmək ağılsızlıqdır və heç kim də belə şkaladan istifadə etməsin gərək. Hər kəs bacardığını edirdi. Naxçıvanlı soydaşlarımızdan üzr istəməklə demək istəyirəm ki, indiki regionçuluğun tuğyanı şəraitində belə mövqe nümayiş etdirmək yalnız elə naxçıvanlıların ağlına gəlir, orta qızışdırılır və hər kim də ya o vaxt etdiklərinə təəssüflənir, ya da həyatının gərginliklə keçən o illərindən peşmançılıq keçirir. 90-cı ilin 26 yanvarında Lənkəranda həbs olunub iki ay Ulyanovsk həbsxanasında saxlanılan və dillə ifadə olunması mümkün olmayan fiziki əzablara düçar olub, indi də sağlam yaşaya bilməyən 37 gəncimiz niyə də peşman olmasınlar. Bütün bunları nəzərə alıb iştirakçısı olduğum hadisələrin xırda nüanslarını xatırlatmaqla Sərdar Cəlaloğluların səpdiyi bu təhlükəli toxumların cücərməsinə imkan verməmək istəyirəm. Qabaqcadan bildirirəm ki, digər bölgələrimizdə daha təsirli və önəmli hadisələrin baş verdiyinə varlığımla inanmaqdayam.

Şahidiyəm ki, Xalq cəbhəsinin Proqram və Hizamnaməsi 1987- ci iln dekabırında Estoniyada yaşayan bir həmyerlimiz tərəfindən Lənkərana gətirilmişdi. Sonralar həmin şəxs "Vestnik Sayudusa” qəzetinin rus dilində olan bəzi saylarını də ya özü gətirir, ya da göndərirdi. Bundan əvvəl isə Lənkəran şəhər Rəssamlıq məktəbində "Naxış birliyi” adlı gizli siyasi təşkilat (zahirdə əlbəttə ki, mədəniyyət birliyi) fəaliyyətdə idi. Bu təşkilat ölkənin siyasi proseslərinə toxunmadan Azərbaycanın maraqlarını önə çıxarır, milli şüurun oyanmasına təkan vermək istəyirdi. Başqa cür mümkün də deyildi, əks halda qadağalar, həbslər olcağı qaçılmaz idi və psixodispanserlər sağlam xəstələrlə zənginləşdirilə bilərdi. Xalq Cəbhəsi ideyası yarandıqdan sonra isə bu birlik tam tərkibdə hərəkata qoşuldu. Həmyerlimiz bizi Estoniyada xalq hərəkatının liderlərindən biri olan professor İnkinslə (soyadını xatırlamıram) görüşə də dəvət edirdi. Onunla telefon əlaqələri də qururduq. Bu artıq 1988-ci ilin əvvəlləri idi. Estoniyadakılar üçün maraqlı idi ki, xalq hərakatı digər müttəfiq Respublikalarda da yaransın. Bu onları Sovet rejiminin təzyiqlərindən az da olsa müdafiə edə bilərdi. Bu vaxt AXC hələ rəsmi şəkildə formalaşdırılmamışdı, Sonradan hərəkat rəhbərlik edənlərin (onlar AXC idarə heyətində təmsil olundular) gizli görüşləri tez-tez keçirilirdi. Proqram və Nisamnamə yox idi, konkret fəaliyyət istiqamətləri də bəlli deyildi. Hətta, burada yekdil rəyə gəlmək ənənələri də yox idi. Adi gizli yığıncaqlarda o qədər yersiz mübahisələr və mübarizələr gedirdi ki, sonda qərarlar belə qəbul oluna bilmirdi. Bu birliyin (sonradan AXC adlanacaqdı) gizli gizli keçirilən görüşlərində reqionlardan: Gəncədən Pasim bəy (soyadını unutmuşam) və Lənkərandan Ə.Hümbətov və mən iştirak edirdik. İçərimizdə Naxçıvandan bir nəfər də yox idi.

Lənkəranda isə qazan artıq qaynayırdı. Hərəkat nəzarətdən çıxmaqdaydı. Onu nizama salmaq, fəaliyyətini tənzimləmək lazım gəlirdi. Bu məsuliyyətdən çıxış yolu kimi Yenidənqurma Naminə Lənkəran Xalq Cəbhəsi (YNLXC) yaratdıq. Bu artıq hərəkatın xaosa çevrilməsinin qarşısını almaq demək idi. 1988-ci ilin mart ayındakı yığıncağımızda isə Lənkəran Xalq Cəbhəsi (LXC) adlı ictimai-siyasi təşkilat təsis etdik. "Sayudis”də çap olunmuş Estoniya Xalq cəbhəsinin Proqramı əsasında LXC-nin proqram və Nizamnaməsini hazırlayıb konfransda təsdiqinə nail olduq. Bakıdan bizə ən böyük dəstək də Pauf bəy sizin də üzvü olduğunuz Milli Qurtuluş Partiyasından gəlirdi. Dəfələrllə partiyanızın rəhbərliyi ilə görüşlərimiz olub, diskusiyalarımız keçirilib. Hətta yadındadırsa, Cənubi Asərbaycanla həmrəyliklə bağlı Astara sərhəddində keçirilmiş tədbirdə səhv etmirəmsə Siz də iştirak etmisiniz (vidio lentlərə baxmaq olar).

1988-ci ilin 26 may tarixində SSRİ Hazirlər Sovetinin 1936-cı il qərarını əsas tutmaqla Lənkəran şəhər XDS İK Lənkəran Xalq Cəbhəsini müstəqil təşkilat kimi qeydiyyatdan keçirdi, Proqram və Nizamnaməsini heç bir dəyişiklik belə etmədən təsdiqlədi və hətta təşkilata qərərgah da verdi. Haman günə qədər LXC üzvlərinin sayı 8 mindən artıq idi (rayondakı kommunistlərin sayından çox), dayaq dəstələrinin sayı 50-yə çatırdı. Təşkilatın peçat və möhürünü aldıq, bank hesabını yaratdıq. Bu əlamıtdar gün bütün Lənkəran ərazisində bayram kimi qeyd edildi.

Yeri gəlmişkən: LXC ətraf rayonlarda – Lerikdə, Astarada, Masallıda, Cəlilabadda da Xalq Cəbhələrinin yaranmasının təşəbbüsçüsü və təşkilatçısı idi. Bu rayonların cəbhəçiləri bizim qeydiyyatdan keçməmizə bizlərdən də artıq sevinir və qürur duyurdular. Biz mərkəzdən - AXC-dən heç təbrik zəngləri də almadıq. Çünki AXC hələ rəsmi təşkilat deyildi. Həmən ilin 16 iyun tarixində isə AXC ictimai-siyasi təşkilat kimi qeydiyyata alındı, LXC-dən düz 20 gün sonra.

Nəhayət, 1989-cu ildə LXC-nin II konfransı keçirilirdi. Əksər rayonlardan qonaqlar var idi. "Azadlıq” radiosu konfransımızdan reportaj da hazrlayıb Praqadan dünyaya yayımladı. Fəxri qonaqlar içərisində Xəlilrza Ulutürk də yer almışdı. Bütün cəbhəçilər onu sevir, təklif və fikirlərinə hörmətlə yanaşırdılar. Onun öz çıxışında AXC-nin mərkəzi qərərgahının Lənkərana köçürülməsi, AXC-nin özünü LXC-nin rayon şöbəsi elan etməsi təklifi zalda alqışlarla qarşılansa da, LXC İdarə Heyəti tərəfindən məqbul sayılmadı. Konfransın fasilələrinin birində İdarə Heyəti yığılaraq əyalət şəhərində mərkəzləşməni məqbul hesab etmədi, təklifi real saymadı və rəsmi olaraq LXC-ni bir neçə məsələdə veto hüququnu özündə saxlamaqla "AXC-nin Lənkəran rayon şöbəsi” elan etdi.

Bu qısa anonsdan sonra yenidən S.Cəlaloğlu ilə P. Hüseynin debatına qayıtmaq istəyirəm. Mənə elə gəlir ki, temperatur şkalasının sıfırdan yuxarı hissəsində "Siyasətdə ilk..” termini harada ortaya atılsa S.Cəlaloğlu orada düşünmədəm, daşınmadan "Naxçıvanda...” cavabını verəcək, var qüvvəsi ilə də fikrini əsasladırmağa çalışacaq. Cavabı mənə aydın olmayan bir sual ortaya çıxır: Nədən görəsən bu müqəddəs Naxçıvan torpağının yetişdirmələri bu qədər regionçuluq nümayiş etdirirlər? Hakimiyyətdəkiləri hardasa başa düşmək mümkündür: "Parçala hökm sür” siyasətində Gəncədən, Şəkidən, Lənkərandan, Qubadan.., bir sözlə böyük torpaqdan əməllərinə dəstək veriləcəyinə əmin deyillər. Bəs özlərini hakimiyyətə müxalifətdə görən, korrupsiya və rüşvəti, manapoliyaları, yerlilərindən ibarət klan hakimiyyətini, itirilmiş torpaqlarla imitasiya edənləri "top” atəşinə tutub fəryad qoparanlar niyə son anda virus daşıyıcıları olduqlarını büruzə verirlər? Doğurdanmı onlar Azərbaycanı yox, yalnız Naxçıvanı özlərinə vətən sayırlar. Axı alimlik səviyyəsinə qədər yüksəlmiş bu siyasətçilər nədən ölkələrini vahid orqanizmə bənzədə bilmirlər. Bunlar yəni görmürlər ki, Borçalının, Zəngəzurun itirilməsi Azərbaycanı Ermənistan və Gürcüstanla eyni səviyyəyə endirdi. Qarabağ müharibəsindən sonra isə hörmətimiz Ermənistandan da aşağı düşüb.

Mən 1993-96-cı illər arası Kələkidə rəhmətlik Əbülfəz Elçibəylə üc qəfə görüşmüşəm. Ondan da sorurdum ki, nədən Heydər Əliyevi hakimiyyətə gətirdin. Nədən Kələkiyə getməzdən əvvəl DİN-ni, MTN-ni, MN-ni tutduqları vəzifədən azad edib ölkəni H. Əliyevin imdadına buraxdın? Onun cavabı aşağıdakı məzmunda oldu: "Bu böyük siyasətçi 30 il xalqına xəyanət edib, vətənini sovetlər ölkəsində köləyə çevirmişdi. O, 90-cı ildə kommunist partiyasından ilk imtina edənlərdən də biri idi. Mən ona şans verdim ki, yenidən hakimiyyətə gəlib günahlarını yusun, millət qarşısındakı öhdəliklərinə işıq salsın. Və həm də yarana biləcək vətəndaş müharibəsinin qarşısını alsın. Olmadı, o, günahlarının sayını artırmaq yolunu tutdu və mən ona qarşı mübarizə aparıb yenidən demokratik bir hakimiyyət formalaşdıracağam”. Fikirləşəndə ki, Elçibəy böyük siyasətçi idi və onun belə primitiv düşüncələrlə yaşaya bilməsinə kimin inanmağı gələr?! Bəs onda nədən belə bir addım atıb istila müddətini 42 ilə çatdırdı və bu gün bu köləliyin nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Məncə birada sağalmaz bir xəstəliyin simptomları da var və hansı ki, biz bunu Sərdar Cəlaloğlu kimi əslən Naxçıvandan olan onlarla Azərbaycan siyasətçilərinin hətta kiçik müsahibələrində də görür və sezirik. Bu məhz yerliçilik xəstəliyidir, Bu regionçuluq xəstəliyi Əbülfəz Elçibəy kimi bir vətənpərvər siyasətçiyə imkan vermədi ki, ölkəni tərk edəcəyi təqdirdə idarəetməni Parlamentə həvalə etsin, növbəti üç ay ərzində millət özünə yeni Prezident seçsin.

İndi etnik dövlət siyasəti (əslində bu etnik deyil) o qədər ağırlaşıb ki, vətəndaş vətəninə nifrət edir, elə əlinə düşən ilk fürsətdə vətəni tərk edib xarici ölkələrə qaçır. Sıravi vətəndaş aldığı əmək haqqı ilə 5-10 gün yaşaya bilmir, nastalgiya hissləri yuxularda həzzə səbəb olur. Bəs deyilmi insanlarda müstəqilliyə bu qədər nifrət aşılamağınız. Qapağı nə qədər sıxmaq olar. Gec-tez partlamalıdır axı. Onda nə olacaq, görən o zaman bu əcayibliklərin müəllifi olmağınızı etiraf edə bilərsinizmi?!

Bütün bunların fonunda: "Xalq Cəbhəsini də
biz naxçıvanlılar yaratmışıq, Cümhuriyyətin bayragını da ilk dəfə biz qaldırmışıq, ölkəni də bizlərdən savayı idarə etməyi bacaranlar yoxdur" iddialarıla çıxış etmək ən azından həyasızlıqdır. Ancaq temperatur şkalasının sıfırdan aşağı hissəsində də 1-dən 100-ə qədər rəqəmlər var. Görən hörmətli Sərdar Cəlaloğlu oralarda da "siyasətdə ilk..” kəlməsinə adekvat cavab verməkdən çəkinməz? Onun  1992-ci ildə köhnə "Jiquli”silə Lənkərana gəlməyi, burada qəza törətməyini yaxşı xatırlayıram, o vaxtlar kimsənın onu 1983-cü il disidentinə oxşatmağa qabiliyyəti çatmazdı...

Mən bir faktı da diqqətlərə çatdırmaq istərdim: 90-cı ilin yanvar ayı idi. Əvvəlcə Bakı, sonra isə Neftçala və Lənkəran qırğınlarına lap az sayılası saatlar qalırdı. Xəbər yayıldı ki, Naxşıvanda Nemət Pənahovun başçılığı ilə İranla sərhəd dirəklərini sökürlər. AXC idarə heyətindəki əslən naxçıvanlı rəhbərlərdən biri tez-tez qərərgahımıza zəng edib tələb edirdi ki, Lənkəran şöbəsi də gedib Astarada sərhəd dirəklərini sökməyə başlasın, AXC-nin qərarıdır. Lakin, biz bunu İdarə Heyətinin qərarı olmadan edə bilməzdik və təcili olaraq İH-nin yığıncağını çağırdıq. Veto hüququmuz da qüvvəsində qalırdı. İdarə Heyətin qərarı belə oldu: "Müstəqil dövlət qurmaq istəyən insanlar hansısa bir dövlətlə aralarındakı sərhədləri sökə bilməzlər. Bu yalmız təxribat və müstəqillik uğrunda mübarizəyə zərbədir. Naxçıvandakı eyni hərəkətləri pisləyir və bunu kimlərinsə təxribatı kimi qiymətləndiririk" (Qərarın surəti AXC LŞ-nin arxivində saxlanılır). Bu gün də Sərdar kimi bəylər Naxçıvanda etdikləri belə təxribati fəaliyyətlərlə görən öyünürlərmi? Bəlkə də. Don geydirməyə nə var ki..., o da ola Naxçıvan siyasətçisi. Belə faktları cox çəkmək olar...

Yuxarıda qeyd etdiyim kimi Hərəkat əlahiddə nə Bakıda, nə Naxçıvanda, nə də Lənkəranda başlamışdı. Hərəkat ümuxalq hərəkatı idi və bütün ölkəni bürümüşdü. Şübhəsiz Gəncədə, Yevlaxda, Şəkidə, Xaçmazda elə hadisələr baş vermişdi ki, bu hadisələrin mübarizənin mərkəzində durmasına haqqı çatırdı. Bütün bunların müqabilində AXC-nin ilk dəfə Naxçıvanda yaranması, bayrağın ilk dəfə Naxçıvanda qaldırılıması (bayraq məsələsi başqa mövzunun söhbətidir, yəqin gələcək yazılarımın birində bu barədə ayrıca söhbət açacağıq) və s. bu kimi məsələlərin saxtalaşdırılmasına cəhd etmək nəinki Sərdar bəyin, müasir Azərbaycan siyasəti çevrəsini tam şəkildə qapayan Naxçıvan siyasətçilərinin xislətindən irəli gəlir. Onsuz da artıq ölkədə hamı traybalizim adlanan bu siyasət oyununu və oyunun Azərbaycana köləlik, yoxsulluq, deqradasiyalar, korrupsiya və manapoliyalardan başqa heç nə gətirmədiyini yaxşı dərk edir...

Demək olar ki bütün rayonlarda eyni ləhcə ilə danışan savadsız, hırla-zırı qanmayan icra başçıları ilə, hakimlərlə, prokurorlarla, polis rəisləri ilə, təhlükəsizlik orqanı rəhbərlərilə, onların hərəsinin ətrafında fırlanan 10-15 nəfərlik eyni ləhcənin dəmtutanları ilə, hətta bazarkomlarla rastlaşıb vəziyyətin nə yerdə olduğunu hamı yaxşı dərk edir. Bu gün çoxları hətta dualarında da "İlahi sən özün bu millətə həyan ol. Bizləri bu ağıldan kəmlərin hökmranlığından qurtar” nidaları səsləndirir.

Allah böyükdür. Bur gün hər şeyin cavabının sorulmasına şübhəniz olmasın. Qoy Allah sizləri və bizləri – hamımızı ağla, düşüncəyə, dərrakəyə, təfəkkürə, haqq yoluna yönəltsin. Amin!

Hüseynqulu Məmmədli


 

Категория: Azərbaycan | Просмотров: 1939 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus