Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Декабрь » 24 » Bumalarz...
14:57
Bumalarz...
Bumalarz sözünü ilk dəfə uşaq yaşlarımda Lerikin Qoqovo deyilən və cəmisi bir evdən ibarət olan kəndində eşitdim. Daşdan tikilmiş iki mərtəbəli (altı tövlə idi) ev möhkəm silkələndi və dayım "yəğın bumalarze” dedi. Mən, uşaq vaxtımda da hər şey ilə çox maraqlanan idim. Bu "bumalarz”ın nə olduğunu dayım oğlu Baladdindən (Veşo, salam!) soruşdum, o da gülə-gülə "adə, bumalarz elə bumalarzdı da” dedi, dayım oğlunun bu sözün "tırki” variantını bilmədiyini başa düşüb, eyni sualı dayıma verdim və dayım "bumalarz, zəlzələdir” dedi...

Nərimanabadlı balıqçılar...

Lənkəranın bir Nəbimanabad kəndi var ki, həmən kənd düz dənizin qırağında, daha doğrusu içində yerləşir, yəni ki, yeri şoranlıqdır, dolanışıqları balıq tutmaqla çıxır. Bunların balıq tutmaları "N” qədər holdinqləri olan, qarınları tox, gözləri ac olanların "gözlərinə” girir və onlar da sərhədçilərə "qoymayın bunlar balıq tutsunlar” göstərişini verirlər, atışma-filan olub, olmayıb, bilmirəm, amma onu bilirəm ki, ilkin olaraq 9 nəfəri həbs etmişdilər. Əsəbiləşən kənd camaatı da eləmir tənbəllik "müstəqil” telekanalları çağırırlar kəndə və mitinq keçirtmək fikrinə düşürlər. Ay cammat, 1917-ci il deyil e, 2011-ci ildir, nə mitinq, nə piket, nə azad sözün ifadəsi, boş verin, getsin...

İndi bu Nərimanabadlılar elə bilirlər ki, kəndləri Nəriman doxturun adını daşıdı, nə istəsələr edə bilərlər. Ay-hay, siz bunları yaxşı tanımırsız, tanısaydız, bu boyda mənasız "bumalarz” etməzdiz, düzdü, etdiyiniz bu "bumalarz”ın bunlara zərrə qədər də təsiri olmadı, amma siz əziyyətin hələ çooox çəkəcəksiz. Birincisi ona görə ki, tutulanları buraxdırmaq üçün kalan "tərləyəcəksiz”, ikincisi ona görə ki, həmişə bölüşdüyünüz, indi isə sizin "bölüşmək istəmədiyiniz” sərhədçilər sizinlə daha düz deməyəcəklər, üçüncüsü və ən əsası: sizin varlığınızdan rəncidəyə gələn, Azərbaycanı çapıb-talayan oliqarxlar öz balıq bizneslərinin inkişafı üçün sizin kəndi zəlil edəcəklər, axı sizin tutduğunuz 5-10 balıq onların milyonlarının milyard olmalarının qarşısında, balaca da olsa, bir sipərdir! İndi bu Nərimanabad olayı bizə bir daha sübut etdi ki, oliqarxlar öz maraqlarının təmin olunması üçün sərhədçiləri yoxe, lap istəsələr İnterpolu da səfərbər edərlər. Özünüzü qoruyun, ay Nərimanabadlılar, kəndiniz köçürülməyə başlasa, dirənməyin, yoxsa...

Əmlakın müsadirəsi...

Qəzetimizin 10-cu nömrəsi işıq üzü görən gün, dekabrın 17-də rəhmətlik Novruzəli Məmmədovun hüququ bir daha tapdalandı. Məhkəmə qərarının icraçıları yatıb-yatıb birdən ayılıblar ki, sən demə hökumətin Novruzəli Məmmədovdan alacağı var imiş, başlayıblar onu tələb etməyə. Rəhmətlik ustadın Respublika Talış Mədəniyyəti Mərkəzi üçün aldığı stol-stullar sən demə İran kəşfiyatının pulu hesabına alınıbmış və bu əmlak təcili dövlətə təhvil verilməzsə, Novruzəli Məmmədovun yeganə varisi Məryəm xanım axtarışa veriləcəkmiş. Ilk baxışda adi məlumatdır, məhkəmənin qərarı var və o, üstündən 5-6 il keçsə də, icra olunmalıdır. Amma.. məncə burda bir güc nümayişi var, bunlar bizləri başa salmaq istəyirlər ki, istədiyimiz vaxt kislorodunuzu kəsərik, bir də Novruzəlilik etməyin. Qorxurlar, qorxurlar ki, yeni Novruzəlilər çıxarlar meydana, onları nə vəzifə ilə, nə deputatlıqla, nə də para ilə susdurmaq olmaz. Tək bir nəfər bunlara bu boyda problem yaratdısa, 100-lərlə Novruzəlilərin olmasını təsəvvür edəndə, başları gicəllənir. Amma vacib bildiklərini edirlər, profilaktikalarını aparırlar, zaman-zaman "biz varıq” deyirlər, baxmayaraq ki, yatanda da Novruzəli Məmmədovun adı bunlara rahatlıq vermir, bunlarda əlavə bir xof yaranıb, qorxurlar ki, RTMM özünə bir ofis tutar, həmən stol-stuldan yararlanar, Talışın mədəniyyətini inkişaf etdirər, Talışları Talışlığa qaytarar. Amma məncə nahaq xoflanırlar, mən, təəsüf hissi ilə bunu yazıram, əminəm ki, daha bizim millət birdə Novruzəli kimi oğul yetişdirə bilməz! Çünkü bizim Talış analar öz Talış uşaqları ilə Talışca danışmırlar, Talışca bilməyən uşaq isə nəinki Novruzəli Məmmədov ola bilməz, heç "mən Talışam” demək cəsarətində bulunmaz...

Şeyxin yerliləri...

Qafqazın bir şeyxi var, heç vaxt yolumuz kəsişməyib, mən onu 1989-cu ildən qiyabi tanısam da, o, bəlkə də mənim mövcudluğumdan bixəbərdir. Sözüm bunda deyil, nə mən din əhliyəm, nə də hörmətli şeyx qəzet əhli, demək bizim biri-birimizə aidiyyatımız yoxdur, amma bir olay var ki, mən ondan yan keçə bilmədim. Bu elə qəliz bir olaydır ki, Misir labirintinin içində qalan şəxs o labirintdən tez baş açar, nəinki bu olaydan. Demək Şeyxin həmşəhərliləri "lazımi yerə” müraciət ediblər ki, bəs sən demə Lənkəranlılara Qafqaz Müsəlmanları İdarəsi adlı qurum lazım deyilmiş, elə dini işlərlə məşğul olan "dəyanət vəqfi” olsa kifayətdir. Hətta Türkiyə variantının üstünlüklərini də göstərməyi unutmayıbkar (görəsən bu "ziyalılar” heç olmasa ömürlərində bir dəfə də olsa namaz qılıblar?). Şəxsən mənim üçün fərqi yoxdur, Qafqaz Müsəlmanları İdarəsi oldu, ya dəyanət vəqfi, nə QMİ-nin millətimə xeyri olmayıb, nə də nəmənə olduğunu bilmədiyimiz vəqfin millətimizə xeyri olmayacaq, bu mənim üçün iki vur iki kimi aydındır, amma aydın olmayanı odur ki, bu ixtidar niyə helə eyni ssenari ilə hərəkət edir? Qafqaz Müsəlmanları İdarəsini, dolayısı ilə Şeyxi "vurmaq” üçün ilk olaraq onun həmşəhərlisi, nə vaxtsa onun süfrəsinin tikələri ilə dolanan Aydın Canıyevi "atdılar” meydana, Aydın özünü doğrultmadı, daha doğrusu əndazədən çıxdı, kiminlə kəllə-kəlləyə gəldiyinin fərqində olmadı, "sifarişçisinə” xoş gəlsin deyə aləmi qatdı biri-birinə, sonunda da getdi 3 illik "kurorta”, Aydının "yaxın artilleriya atəşlərinin” barıtının iyi çəkilməmiş ortaya digər Lənkəran ziyalıları "çıxdılar”, bir başa Şeyxə hücum etməsələr də, dolayısı ilə onu zərbə altına qoymaq istəkləri özünü biruza verir. Niyə məhz Lənkəran ziyalıları? Bax bu suala cavab tapmaq üçün Rufulla Axundzadənin üzünə duran həmşəhərlilərindən, Əvəz Zeynallının üzünə duran həmkəndlilərindən bir müsahibə almaq gərəkdir, əminəm ki, bu müsahibəni almaq mümkün olsa çoxlu "niyələr”ə aydınlıq gələr, bilərdik ki, bunlar niyə "dovşanı Seyidəhməd (yəni həmyerli) əli ilə tuturlar”, nə isə, deyəsən Şeyx bunların girdikləri kol deyil, ilin ən qısa günündə Prezident ilə yenə də bir stolun arxasında əyləşib, Şimali Qafqaz dindarlarını qəbul edirdilər, ay kişilər, özünüzü hədərə incitməyin, kiminsə fitvasına uymayın, onsuz da sizin dedikləriniz Şeyx üçün heç nədir, Aydınlıq etməyin, ən azı ona görə ki, bu işə sərf etdiyiniz vaxtı bir əməli işə yönəldə bilərdiz...

Lənkəran televiziyası...

Lənkəranda bir televiziya şirkəti var, CTV deyirlər, yəni Cənub TV, bu teleşirkətə kim rəhbərlik edir, məramı nədir, bilmirəm, onu bilirəm ki, həmən TV-də Talış sözünü işlətmək yasaqdır! Necə ola bilər ki, rəsmi statistika ilə 60 minə yaxın (hələm nə qədər azaldıblar, bir özləri bilir, bir də bu tapşırığı onlara verənlər) Talışın yaşadığı Lənkəranda TV ilə bir dənə də olsun Talışca veriliş verilmir? Axı bu nə yanaşmadır, bu nə mənasız millətçilikdir? Bəlkə o boyda Lənkəranda Talış dilində verilişə ehtiyac yoxdur? Məncə var, sadəcə TV rəhbərliyi tərəvindən "Talış” adına bir embarqo qoyulub, nəinki Talış dilində veriliş, heç Talış sözünü işlətmək olmazmış! Bunu başa düşmək üçün CTV rəhbərliyi ilə "çaşka-loşka” olmaq lazım deyil, elə kanal ilə gedən verilişlərə baxmaq kifayətdir. Məsəlçün: CTV kanalımda gedən "mahnı müsabiqəsi”ndə bir gəncin Əli Nasirin "Öz Talış Torpağımdadır” mahnısından "Talış” sözlərini çıxardıb, yerinə "Lerik” sözünü əlavə etməsi sizlərə heç nə demirmi? Axı "Masallının İstisuyu” Lerikdə ola bilməz, bu nə biabırçılıqdır? Görəsən bu Talışlar nə ediblər bu CTV rəhbərliyinə ki, bizə qarşı belə antipatiya ilə yükləniblər? Axı bizim də öz dilimizdə TV verilişlərinə baxmaq hüququmuz var, bu hüququ bizə indi "ana yasa” adlandırılan kitab tanıyırsa, rəsmən əhalisinin 40 faizi Talış olan Lənkəran şəhərinin TV şirkətinin rəhbərliyi niyə tanımamalıdır? Bəljkə CTV rəhbərliyi Ali Qanunu saya salmır? Bəlkə CTV rəhbərliyi elə bilir ki, Talış dilində veriliş verməməklə, proqramlarda "Talış sözünü işlətmək olmaz” tapşırığını verməklə bizə Talış olduğumuzu unutdura biləcək? Məncə buna nə CTV rəhbərliyinin, nə də digər şəxslərin gücü çatmaz, biz OLMUŞUQ, biz VARIQ, biz OLACAĞIQ! CTV-də də, İTV-də də veriliş almaq isə zamanın işidir, mən əminəm ki, gec-tez biz bunlara nail olacağıq, bunun üçünsə bunu sidqi-ürəkdən istəmək lazımdır! AĞLAMAYAN və PƏPƏ məsəllərin unutmayaq, axı biz bunu özümüz üçün yox, MİLLƏTİMİZ üçün istəyirik.

Rafiq Cəlilov,
Tolışon Sədo, №11, 24.12.2011
celilovrafiq@mail.ru
 

Категория: Azərbaycan | Просмотров: 1748 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus