Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 1 » Canım Həmzə....
12:30
Canım Həmzə....
O gün yenə də dəli cinim vurdu başıma, durdum qələmi götürdüm əlimə, istədim İctimai televiziyanın çox hörmətli sədri İsmayıl Ömərov cənabına müraciət edim ki, İTV-də Talış dilində həftədə bir-iki saatlıq veriliş versin, sonra yadıma düşdü ki, mərhum USTAD Novruzəli Məmmədovun ittiham aktında belə bir bənd də var idi:

- talış dilində verilişin açılması üçün İctimai televiziya kanalının rəhbərliyinə və başqa instansiyalara müraciət etməkdə;
...cini necə başımdan qovdumsa, bir-iki ömür mənə tərəf gəlməyə risq eləməz.....

Talış ədəbi dili...

Bu mövzu daima aktual olaraq qalır. Qəzetin nəşri ilə məşğul olduğum üçün, bu məsələ daima gündəmə gəlir. Bu gün Talış ədəbi dilinin formalaşmasında iki xətt üstünlük təşkil edir ki, bir xəttin nümayəndələri o biri xəttiin nümayəndələrini qəbul etmirlər. Birinci xəttin nümayəndələri israr edirlər ki, dil öz sadəliyini qoruyub saxlamalı, danışıldığı kimidə yazılmalıdır. Burda bir çox amillərə istinad olunur ki, bunlardanda ən əsası sadə dilin əksər kütlə tərəfindən asanlıqla qəbul olunması göstərilir. İkinci xəttin nümayəndələri əsasən Hind-Avropa dil qrupunda işlənən düstura əsaslanırlar ki, qəzetimizdə gedən bəzi yazıların məhz həmən formada yazıldığını görmək olur. Hər iki tərəf tez-tez mənə öz iradlarını bildirməkdən belə çəkinmirlər. mənimçün hər iki yazı stili qəbuldur, mən bu fikirdəyəm ki, hər iki cinah ortaq ədəbi dilin formalaşmasına xidmət edirlər, qəzetin dərci dayanmasa, əminəm ki, dayanmaz, bu ortaq dil, əslində isə ədəbi dil problemi öz həllini tapacaq. Bu gün Talış dilində yazanlar, Talış dilinə tərcümələr edənlər həqiqətəndə böyük işlə məşğuldurlar. Bunu danmaq, bunun üstündən xətt çəkmək olmaz, bütün bunları gördükcə mən sevinirəm, sevinirəm ki, dilin inkişafında maraqlı olan qüvvələr var, demək gec, ya tez ziyalılarımız toparlanıb ədəbi dilin qəbul edilmiş formasını bizə təqdim edəcəklər, hələliksə Talış dilində çoxlu yazmaq, çoxlu oxumaq lazımdır. Qəzetimizin hər iki xəttdən olan yazarlarına demək istəyirəm ki, qarşılıqlı ittihamları bir kənara qoyun, bu vacib və nəcib işinizdən qalmayın. Hər xəttin öz həqiqətləri var və əminəm ki, bir gün Talış ziyalıları bu həqiqətləri əsas kimi götürərək, Talış ədəbi dilini masamızın üstünə yatırdacaqlar! Bu gün isə ədəbi dil yavaş-yavaş formalaşır, məhz ədəbi dilin formalaşmasında hər iki xətt tərəfdarlarının kifayət qədər böyük zəhmətləri var ki, bunu danmaq Talış dilinin qədimliyini danmaq ilə eyni anlama gəlir.

31 mart soyqırımı...

1918-ci ilin 31 martında daşnaklar Bakıda "təmizləmə” adı ilə soyqırım törədiblər, bunu bir çox tarixçilər yazıb, bizlərə ötürüblər. Ermənilərin vəhşilik fantaziyalarını oxuduqca, adam dəli olma həddinə çatır. Necə ola bilər ki, şəhər əhlini məscidə yığıb, məscidi yandırasan? Necə ola bilər ki, insanın belinə qaynayan samovarı bağlayıb, onu küçə ilə qaçırdasan? Belə bir şey normal insanın ağlına gələrmi? Yox, gəlməz, bunu ancaq xəstə təxəyyüllü insanlar edə bilərlər, ermənilər də xəstədilər, sağalmaları qaldı qiyamətə...

....Biz də Talış xalqı olaraq ermənilərin "təmizləmə” siyasətindən əziyyət çəkmişik, daşnaklar Bakıdan sonra məhz Talış zonasına basqın edərək, yüzlərlə ailəni, minlərlə insanı məhf ediblər. səhf etmirəmsə onların azğınlığının qarşısını qismən də olsa Xəlil bəy Talışinski alıb, bizi 1918-də qıran bu ermənilər indi nədənsə bizə "havadar” çıxmaq istəyirlər, çox şadam ki, bizim Talış ziyalıları onların bu avanturasına getmirlər, yoxsa bu havadarlıq nəticəsində HAVAmız DAR olacaq.

Canım Həmzə...


Koroğlu böyük insan olub, Alı kişi (Alı kişimi? Bəlkə dastanı qoşan xalq?) havayı yerə onun adını Rövşən (Ziyalı) qoymayıb ki.... Burda bir hikmət görürəm, məhz Koroğlu zamanasının Ziyalısı olduğu üçün xalq dastanında adı Rövşən gedir. İndi bu Koroğluya Bakıda bir at alıblar, qoyublar Azadlıq prospektində, amma böyük paralar hesabına alınan bu atın nədənsə yəhər-yüyənin almaq yaddan çıxıb. İndi bu Ziyalı (əslində zavallı) Koroğlu yəhər-yüyənsiz bu atı minib, düşmənlərinə qarşı qılınc çalmağa məcbur olur. Məni bir sual düşündürür: niyə bu atı alanlar gedib qəşəng Qarabağ cins atlarından almayıblar ki, Rövşən də, həmən atın üstünə bir yəhər atıb, onu adam kimi çapsın? Bəlkə Koroğlu Rövşənin xətri xoş olsun deyə Meksikadan mustanq (vəhşi çöl atı) "zakaz” ediblər? Yəni doğurdan da bilməyiblər ki, mustanqın üstünə yəhər qoymaq olmur?... Az qalmışdı mətləbdən uzaqlaşım. Demək o gün həmən heykəlin yanından keçən camaat eşidib ki, Koroğlu ağlaya-ağlaya deyir:

Canım Həmzə, gözüm Həmzə, Həmzə mənə bir yəhər ver,
Bir səhfdir etmişəm Həmzə, Həmzə mənə bir yəhər ver.  

Cammatda deyib ki, "ay Rövşən, Həmzəyə yalvarma, sənə heç zəhər də verməz!” Daha bu Koroğlu başa düşmür ki, bizdə Rövşən adını daşımaq olar, amma əsl Rövşən olmaq olmaz, adamı mindirərlər yəhərsiz ata, buraxarlar "na proizvol sudbı”! Çap ki, çapasan...

Heç bilmədim Rövşən-Koroğlunun bu yazıya nə dəxli var ki? Hə, yadıma düşdü, o gün yuxuda görürəm ki, Qıratı oğradığına görə Həmzə olub bizim TV kanallarından birinin sədri, adının da qabağındakı "Keçəl” ayaması, "Ağayi” fəxri titulu ilə əvəzlənib. Bizim bu bədbəxt Koroğluda həmən bu yəhərsiz-yüyənsiz mustanqında (amma Allahtərəfi deyim, sazını görməsəm də, qılınc-qalxanı əllərində idi, bir əlində qılınc idi, o biri əlində qalxan) bu Ağayi-Həmzənin ətrafına fırlana-fırlana, (hər iki əli zanit olduğu üçün mustanqın yalından tutub, "duuuu” deyə bilmirdi,) ona heç kəsin eşidə bilməyəcəyi bir səslə yalvarır. Ağayi-Həmzədə deyir ki, "sən öl a Rövşən, kəsdiyimiz o duz-çörək haqqı mənlik deyil” Ayə, maraq mənə necə zor gəldisə, yanaşdım bu Rövşənə ki, bir soruşum ki, "a Koroğlu, bütün sultanlar səndən göz vururdular, bu Həmzəyə niyə yalvarırsan ki?”, gördüm yox, sualın yeri yoxdur, çünki bu Rövşən nəinki Korun oğludur, lap özü də kordur. A kişi o Ağayi-Həmzədən hansısa bir dildə TV verlişi istəyirdi! İstədim deyim ki, "A Rövşən, sən Novruzəli Məmmədovdan ağıllı çıxmısan? Ə görmədin bir veriliş istəmək üstə onun başına nə oyun açdılar? Ə isti aşıva niyə soyuq su qatırsan ki? Ə qılınc-qalxanıvı at yerə, get sazıvı çal, bəlkə "Ozan məclisi”ndə imkan yaratdılar, bir-iki ağız oxudun.” Helə bunu demək istəyirdim ki, yuxudan ayıldım...

...Nəhlət sənə kor şeytan, helə fırladıb məni zibilə salmaq istəyire... A kişilər, mənə hər hansı bir TV kanalında Talış dilində veriliş lazım deyil, mən dəliyəm ki, havayı yerə başımı xarab edim? Bilirəm ki, onsuzda bu verilişi bizə verməzsiz, sizə niyə yalvarım ki? Kor oğlu kor Rövşəndi də, özü zibildədir, məni də zibilə salmaq istəyir. Mən rəsmən heç nə istəməmişəm, bu bir yuxu idi,  nə vaxtsa çin ola biləcək (?) adi YUXU!

İ.S. Ağsaqqal şairimiz Xanəli Tolış Koroğluya bir şeir ithaf edib, bu şeir hələm heç yerdə dərc olunmayıb, bu şeiri də ağsaqqal şairimizin digər şeirləri ilə bir yerdə verməli idim, amma mövzu o şeirsiz tamamlanmadığı üçün şeiri burda vermək qərarına gəldim. Həyat təsadüflərlə doludur...

Nigar dilənir


Qarşımda dayanıb açdı əlini,
"Bu ana yurdumun dilbər gəlini”.

Üzünə çəkdiyi örpəyi nimdaş,
Dilənir gözündə acı bir təlaş…

Adını soruşdum. Dedi:- Nigardı.
(Doğrudan, Nigara nisbəti vardı.)

-De, harda yatmısan, harda, Koroğlu?
Xanımın dilənir barda, Koroğlu!

Dilənən Nigarlar yüz deyil, mindi,
Sənəsə tunc heykəl qoyulur indi.

Nigarın çəkir dərd, cəfa, udur qan,
Bəs hanı, bəs hanı, Koroğlu, vəfan?

O səkir bir tikə çörək dalınca,
Nə sığal verirsən Misri qılınca?
 Xanəli Tolış

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” nöm: 11(23), 31 mart 2012



 

Категория: Талыш xəbərləri | Просмотров: 1571 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus