Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июнь » 27 » Cavanlara yol verin…
13:24
Cavanlara yol verin…
Bu məqaləni bütün aktiv gənclərə, xüsusən dostum-qardaşım, gənc jurnalist və tədqiqatçı Rəzzaq Xansuvar Talışxanova həsr edirəm 

Bu günkü cəmiyyətimizin əsas problemlərindən biri də cavanlara olan laqeyid münasibətdir. Bəli cəmiyyət, cəmiyyətdə olan bəzi dırnaqarası ziyalı və özünü, saçının və saqqalının ağardığına görə ağsaqqal zənn edən bir qrup…

Onlar öz təcrübələrini gənc nəsillə paylaşıb, onlara yol göstərən bir bələdçi olmaq əvəzinə, onların yolunu kəsən maneəyə çevrilirlər. Elə bir maneə ki, yolun üzərində uzanaraq, özünü günə verən ilanları xatırladır. Zahirən onlar sakit və təhlükəsiz görünsələr də, əslində heç də belə deyillər. Elə ki, yaxınlaşıb, maneəni keçmək istəyirsən, birdə ayılırsan ki, daha iş-işdən keçib. Artıq ilan ilanlığını edərək, batinində gizli olanı, əməli şəkildə biruzə verib…

Bəzən bu maneələr sapı özümüzdən olan baltalardan olanda, bu mübarizə bir az da çətinləşir… Nə isə…

Bütün insanlara nümunə olan Hz Muhəmməd (s) buyurur: "Xeyir işə açar, şər işə qıfıl olun”.

Görəsən bu tip şəxslər bütün insanlara nümunə olan Hz Muhəmmədin (s) bu sözünü eşitməyiblər? Nə üçün onlar hədisin əksinə olaraq şər işə açar, xeyir işə qıfıl olurlar? Bunun əsasən bir səbəbi var. Çünki onlar özlərinin çata bilmədikləri nailiyyətlərə, başqalarının çatdığını gördükdə, bunu həzm edə bilmirlər. Çünki, bunu həzm etmək üçün iman lazımdır, əxlaq lazımdır, ədəb lazımdır… Ən əsası isə insan olmaq lazımdır. Bu tip şəxslər isə bütün bunlardan məhrumdurlar. Onlar özünü günə verən və fürsət tapan kimi ovuna yaxınlaşan zəhərli ilan kimidirlər. Cavanlara qarşı bu cür mövqe nümayiş etdirən dırnaqarası şəxslər, deyəsən hələ də həsəd və qibtə arasındakı fərqi bilmirlər…

Cavanlara qarşı mülayim olub, onlara dəstək olmaq həm Allahın, həm də Onun Rəsulunun (s) bizə tövsiyyəsidir.

Hz Peyğəmbər (s) buyurur: "Sizə, cavanlara yaxşılıq (hömət) etməyi tövsiyə edirəm. Çünki, həqiqətən cavanların qəlbi yumşaq olur. Onlarla mehriban dolanın. Həqiqətən Allah məni Peyğəmbər seçəndə qocalar mənimlə müxalifət etdi. Amma cavanlar mənə qarşı çıxmadılar və dini qorudular”.

Hz  Peyğəmbər bu mübarək sözləri bizə çatdırmaqla yanaşı, özü də bu məsələdə çox həssaslıqla cavanlara xususi diqqət və qayğı göstərmişdir.

Hər zaman, hər məsələdə onlarla məşvərət edir, onların fikirlərinə hörmətlə yanaşardı. Allah Rəsulunun (s) yüzdən çox səfiri olmuşdur. Bir neçəsi xaric, əksəriyyətini yenə də cavanlar təşkil edirdi. Cavanlar Allah Rəsuluna (s) o qədər məhəbbət göstərirdilər ki, hətta Səudiyyə Ərəbistanın qərbində yerləşən Hicazdan bir qrup cavanlar öz vətənlərindən hicrət edərək Peyğəmbərimizin (s) yanında qalmağa qərar verdilər. Hz  Peyğəmbər (s) də öz növbəsində onlara çox etibar edir, onları ən məsul vəzifələrə təyin edərdi. Necə ki, Məsəb ibni Əmir peyğəmbərimiz (s) tərəfindən İslamı təbliğ etmək üçün Mədinəyə göndərilir. Bu gənc öz təbliğatı ilə bir çox insanları İslamla tanış etməyə müvəffəq olur. Hətta bir yəhudi aliminin də müsəlman olmasına vəsilə olur.  

Başqa bir nümunə isə İtab ibni Əsiddir. İyirmi yaşı olmasına baxmayaraq Məkkəyə vali təyin olunaraq bütün siyasi işlər ona tapşırılır. Baxmayaraq ki, səhabələrin arasında ondan daha yaşlı olanları var idi. Bəziləri İtabın cavan olduğu üçün bu işə etraz etdikdə, peyğəmbər (s) qətiyyətlə bildirir ki, vəzifəyə təyinatda meyar yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan ləyaqətli olmur. Yaş böyüklük səbəbi deyil. Böyüklük fəzilət və ləyaqətdir.
Allah Rəsulunun (s) bu tarixi sözlərini Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbəl də daha sonralar ifadə etmişdir (Siyəri Hələbi 3-cü  cild).

Hz  Peyğəmbər (s) vida həccindən qayıdarkən bu ayə nazil oldu; "(Vəd olunan yerlər Allah tərəfindən Hz İbrahimin saleh övladlarına verildi.) Ya Muhəmməd! Biz Tövratdan sonra  Zəburu yazıb, Davuda bildirdik ki, bu müqəddəs yerə (Şama) bundan sonra mənim saleh bəndələrim varis  olacaqlar.” (Ənbiya 105)
Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) əmr verdi ki, böyük bir ordu hazırlansın. Orduya da sərkərdəliyi 20 yaşlı Usamə bin Zeyd etsin. Nəhayət Zeydin gözəl sərkərdəliyi nəticəsində müsəlmanlar qələbə qazandı. Hicrətin15-ci ili Qüds rəsmi şəkildə müsəlmanların oldu. Bu şəhərin adı "İlya”dan Beytul-müqəddəsə çevrildi. 
Diqqət olunası məsələlərdən biri də budur ki, bəziləri Usamə bin Zeydin orduya başçılıq etməsini istəmirdi. Onlar elə düşünürdülər ki, Zeyd bu iş üçün çox cavandır. Lakin Peyğəmbər (s) müsəlmanlara öyrətmək istəyirdi ki, əksər cavanlar yaşlılardan daha yaxşı səy göstərir, öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirirlər, cəbhədə şücaət və rəşadətlə vuruşur, qələbə qazanırlar.

Necə ki, Bəni İsrail Fələstini tutmaq üçün Calut və onun ordusu ilə vuruşanda düşmən qarşısında dayana bilmədilər (Bəqərə 249).

Amma sapanddan başqa heç bir silahı olmayan bir gənc onların içindən çıxıb Calutun meydanına getdi. Calut qılınc və zirehlə silalanmış yekəpər adam idi. Hamı düşünürdü ki, Calut bu gənci öldürəcək. O cavan sapanda bir daş qoyub, ona tərəf atdı. Daş düz Calutun alnından dəyərək onu öldürdü. Bu cavan Hz Davud idi ki, Quran onun haqqında buyurur: "…Davud Calutu öldürdü. Allah ona rəhbərlik mənsəbi və hikmət verdi…” (Bəqərə 251).

Bura qədər qeyd olunan ayə və hədislərdən belə məlum olur ki, cavanlara qarşı diqqətli olmaq və onların bacarıq və istedadından cəmiyyətin faydalanması üçün istifadə etmək lazımıdır. Bu birbaşa Allah və Onun Rəsulunun (s) istəyidir. Bu istəyə qarşı çıxanlar, yaşadıqları cəmiyyətdə böyük fitnə-fəsad yaradırlar. Belə ki, bu günkü cavanlar sabahın ağsaqqallarıdır. Odur ki, gələcəyimizi öz əllərimizlə baltalamayaq. Gənclərə, cavanlara dəstək olaq, onları əzməyək. Onların nailiyyətlərinə sevinib, qibtə edək, həsəd aparmayaq. Çünki həsəd və paxıllıq şeytanın sifətləridir. Gəlin İlahi rəngə bürünərək, İlahi ayələrin işığında cavanlara hörmət edək. Çünki, cavanlar gələcəyimizdir.

Mahir Şəkərov
Astara,
"Tolışon Sədo” qəzeti N:53, 26 iyun 2013-cü il 
 

Категория: Талыш xəbərləri | Просмотров: 1853 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus