Bu günlərdə Lerik rayonun Çayrud kənd orta məktəbinın 1987-ci il buraxılışı doğma məktəblərində bir araya gəlmiş və məzun olmalarının 25 illiyini təntənəli şəkildə qeyd etmişlər.
Həmin ili Cayrud kənd orta məktəbini 39 nefer bitirərək kamal atestatı almışdır. Səkkiz nəfər isə bu heyətdən daha əvvəl ayrılmış, səkkizillik təhsillə kifayətlənmişlər. Məzunların iyirmi üç nəfəri sonralar ali təhsilə yiyələnmişdir. Onlardan12 nəfəri hazırda Azərbaycanın hüdudlarından kənarda - xarici ölkələrdə yaşayır.
Cayrud kənd orta məktəbinin 1987-ci il buraxılışının bir şəhidə də var: Səfərov Elşən Məmmədağa oğlu. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olmuşdur. Hazırda doğma məktəb şəhid Elşən Səfərovun adını daşıyır.
Sevindiricidir ki, 1987-ci ilin məzunlarından birinin adını daşıyan məktəbə həmin il buraxılışının digər məzunu rəhbərlik edir: Habil Abbasov.
Məzunlar mütəmaddi olaraq bir-birilə həm fərdi, həm də kollektiv şəkildə əlaqə saxladığından öz aralarında bu məsələlərdən ötrü təşkilatı struktur da yaratmışlar. Təşkilata simvolik olaraq İdarə heyətinin sədri vəzivəsini daşıyan Seyran Ismailov rəhbərlik edir. O. kənddə yaşayır və məzunlar arasında əlaqələndirici rol oynayır. Məhz bu komandanın təşəbbüsü ilə Çayrud kəndində bir sira xeyriyyəçilik işləri görülmüşdür. Görüş ərəfəsində isə şehid Elşən Səfərovun adını bulaq tikilib istifadəyə verilmişdir.
Məzunların arasında zavod direktoru, hərbi zabit, dəmir yolu mütəxəsisi, psixoloq, pedaqoq və digər vəzifələrdə işləyənlər vardır. Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanı, Rembo ləqəbli Elxan Əlibəyli də onların sırasındadır.
Məzunlar mütəmadi olaraq görüşür və kəndin və doğma məktəbin problemlərini birgə həll etməyə üstünlük verirlər.
Ümumən 1987-ci ildə Çayrud kənd orta məktəbini aşağıdakılar bitirmişlər: Abbasova Almaz, Əlibeyli Elxan, Səfərova Fərgiyyə, Əzizov Maqsud, Həmidova Gulsabah, Rzayev Elman, Ismailov Seyran, Muradova Elmirə, Həsənov Adil, Esgərov Əfqan, Səfərov Elşən, Qurbanov Gulab, Rəfiyeva Qumru, Rzayev Elsevər, Talıbova Sədaqət, Seyfullayev Şəmsəddin, Cahangirova Sevinc, Cavadova Nəzakət, Abbasov Valeh, Abdullayev Anar, Talibova Gulbəniz, Talibova Gulzadə, Əahpələngov Elçin, Ağayev Söhbət, Rzayeva Bacı, Kərimov Eyvaz, Əliyev Ilham, Ismailov Rahim, Kərimova Elnarə, Tağıyev Rövşən, Miriyeva Dilbər, Abbasov Habil, Həsənov Əhliman, Mirzəyev Şemşir, Ziyadova Mehriban, Ismailov Arif, Ağayeva Afət, Ağayeva Təranə, Musayeva Arifə, Əliyev Habil, Fərziyeva Məlahət, Ismailov Seyran.
Maraqlı cəhətlərdən biri də məzunlar arasında üç cütlüyün bir-birilə ailə həyatı qurmalarıdır.
|