Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 27 » “Cin” surəsinin rəsmi
14:40
“Cin” surəsinin rəsmi
Yaşı az deyil. Bir neçə ay öncə 65 yaşı tamam olub. Əsas qəribəlik odur ki, müraciət etdiyi mövzu "Quran” surələridir. Əsas problemi, əsas düşüncələri isə... Bax, bunlarla yazı boyu tanış olacaqsınız.

Yazımızın qəhrəmanı Astara rayonunda yaşayıb-yaradan, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevdir. Sovet dövründə onun əsas qazançı rəhbərlərin, necə deyərlər, "politbüro” üzvlərinin böyük portretlərini çəkməkdən ibarət olub. Bu yolla yaxşı pul qazansa da, özünün bildirdiyinə görə, eyni işlərlə məşğul olmaq onu bezdirirmiş.

O gümanda imiş ki, Azərbaycan müstəqillik qazanandan sonra belə portretlər çəkməkdən canı qurtaracaq. Lakin az keçməyib ki, elə müstəqillik dövründə də ona Heydər Əliyevin portretini çəkmək barədə sifariş verilib. Hazırda isə sabiq ölkə başçısının oğlu, hazırkı prezident İlham Əliyevin böyük portreti üzərində işləyir. Rəssam deyir ki, məmurlar belə portretlərə yaxşı pul verirlər.

Rəssamın dinlə bağlı ilk işi –"Cin” surəsi

Rəssamın aparıcı mövzusu heç də təkcə bu deyil. İndi o, "Quran” surələrinə şəkillər çəkir. Bu mövzuda ilk işi "Cin” surəsi ilə bağlıdır. Rəssam şəkildə cini insana oxşadıb. O deyir:

- ”Cin” surəsındə yazılır ki, bir dəstə cin gəlib İslamı qəbul edib, oruc tutub, namaz qılmağa başlayıblar. Yəni bu, o deməkdir ki, cinlər də İslamı qəbul ediblər. Var "Qəmər” surəsi. Peyğəmbərə "möcüzə göstər” deyəndə o, şəhadət barmağı ilə ayı iki yerə bölüb. Ayı iki yerə böləndə onun əksi dağlar arasında suya düşüb. Bir neçə adam bunu görərək deyib ki, Məhəmməd bizi tilsimə salıb. Belə fikirləşirlər. Gedib suya baxırlar. Görürlər ki, ay doğrudan da iki yerə bölünüb, suda da elə o cürə görsənir”.

Rəssamın sonrakı mövzuları da "Qurani-Kərim”in digər 112 surəsinə həsr edilib. Firudin Quliyev deyir ki, dünyada bu mövzuya birinci o, müraciət edib. Deyir ki, ona kimi "Qurani-Kərim”lə bağlı bir neçə rəsm əsəri olsa da, belə əhatəli və sistemli olmayıb.

Hesab edir ki, ”Qurani-Kərim”i əsas gətirib terrorla məşğul olanlara cavab verilməli və deyilməlidir ki, terrorun İslama aidiyyəti yoxdur. O, belə hesab edir ki, 70 il Azərbaycan xalqına yasaq edilmiş İslamı rəsm vasitəsi ilə onlara çatdırmaq çox vacibdir. Buna görə də o, bütün sürələrə həsr edilmiş əsərlər yaratmaq fikrindədir.

""Quran”ın 114 surəsi var. Hamısına şəkil çəkməliyəm. Onun yarısını demək olar ki, işləmişəm. Bu da çox çətindir. 20 ildir bu mövzuda işləyirəm. İndiyə qədər İslam tarixində, 622-ci ildən bəri "Quran”ın surələrinə heç bir rəssam bu qədər əsər çəkməyib. Çəkiblərsə də, çox az çəkiblər, tək-tək. Amma üzərimə götürmüşəm ki, bütün surələri fırçamla canlandırım. İstəyirəm "Ouran”ı fanatizmlə yox, elmi yolla insanlara çatdırım”.
Firudin Quliyev yaratdığı əsərlərlə Beynəlxalq tədbirlərdə də iştirak edib. Onun "Ouran” surələrinə həsr etdiyi "Beşik nəğmələri” ötən il Tatarıstanda keçirilən Beynəlxalq tədbirdə qızıl medala layıq görülüb. Rəssam deyir ki, bundan sonra onu sərgilərə dəvət edənlərin sayı da xeyli artıb.

"Keçən il YUNESKO-nun xətti ilə Tatarıstanın Elabuqa şəhərində keçirilən Beynəlxalq sərgiyə dünyanın 60-a yaxın ölkəsindən rəssamlar gəlmişdi. Mən də orada öz xəttimlə iştirak elədim. Burada, əsasən, klassik əsərlər nümayiş etdirilirdi. Mən də Şeyx Səfi məqbərəsindəki, Naxçıvandakı Qarbağlar kilsəsindəki ərəb əlifbasının kufi xətti ilə olan ornamentləri nümayiş etdirdim. Bu tədbirdə qızıl medala layiq görüldüm. Təkcə Rusiya qəzetləri yox, dünyanın bir çox qəzetləri bu uğurumdan bəhs edən yazılar çap etdilər. Çox təəssüf ki, Azərbaycanda bu barədə nə yazıldı, nə də göstərildi”.

Tədbirə öz vəsaiti hesabına qatıldığını deyən rəssam əyalətdə yaradıcı adamların problemlərinin həddən çox olduğunu bildirir. Onun fikrincə, bu yolla yaradıcı adamları dalana dirəyirlər.

"Dövlət də gərək fikirləşə ki, mənim əyalətimdə də yaradıcı adamlar var. Gəlin onlarla da maraqlanaq. Maraqlanmırlar. Çox çətinliklə yaşayıram. Şəhərdə olsaydım, şəkdiyim rəsmləri satıb bir az dolana bilərdim. Təsəvvür edin, mən, 50 ilin rəssamı əsərlərimi çəkməyə rəng tapa bilmirəm, qayğı yoxdur. Mən təkcə öz maraqlarımı güdmürəm. Azərbaycanın klassik ornamentlərini YUNESCO-nun siyahısına salmışam ki, başqa xalqlar onu oğrurlamasınlar”.

O deyir ki, bu illər ərzində yüzlərlə rəsm əsərləri olub. Onların əksəriyyətini satmaq məcburiyyətində qalıb. Qalanlar isə, əsasən, "Quran” surələrinə həsr etdiyi əsərləridir.

"Rəssamlar rəsm əsərləri çəkir, lakin özlərində qalmır. Mən də başqa rəssamlar kimi çəkdiyim əsərləri xarici millətlərə satıram. Qalereyalara veririk, orada satılır. Ayrı-ayrı adamlardan sifarişlər götürürük – müxtəlif mənzərələr, insan portretləri çəkib vermişəm, aparıb evlərinə asıblar. İndi məndə qalanlar ancaq "Quran” surələridir. Mədəniyyət və Turizm Nazirliyi sifariş verməlidir və həmin rəsm əsərlərini almalıdır. Çəkdiyim bir əsəri normal qiymətə alsalar, mən də həmin pula rəng, kətan, çərçivə alıb öz işimi davam etdirərəm”.

Firudin Quliyev "Quran” surələrinə həsr etdiyi əsərlərinin gec-tez müsəlman ölkələrində alıcısı tapılacağına ümidlidir. O bunu həmin ölkələrdə rəssamlıq sahəsində durğunluğun olması ilə əsaslandırır. Həmçinin, bildirir ki, bəzi sahələrdə az-çox oyanış hiss olunsa da, bunu rəssamlıq sahəsində görmək olmur. Azərbaycan xalqı böyük bir faciə yaşayıb, müstəqillik yollarında çətinliklərlə üzləşir. Onun fikrincə, bütün bunlar rəssamların əsərlərində öz əksini tapmalı idi. O belə düşünür ki, yaradıclığa geniş meydan olmamasının birinci səbəbi Rəssamlıq Akademiyası ilə bağlı olsa da, digər səbəblərdən biri iqtisadi çətinlikdir.

"Mən öz cibimdən, pensiyamdan lazım olan rəngləri birtəhər alıram, işləyirəm. İndi hər şey var, amma çox bahadır. Ona da bizim pulumuz çatmır. Bizdə rəssamlıq da monopoliyadadır. Elə adamların əsərlərini alırlar ki, elə adamlara şərait yaradırlar ki, o, öz xalqı üçün heç nə etməyib. Rəssam xalqı üçün tarixi yaddaş qoymalıdır”.

Zahir Əmənov
dayaq.org

Категория: Azərbaycan | Просмотров: 1629 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 bayrami1682  
1
Zahir bəy, çox təşəkkür edirəm. Bu saytda tez-tez dərc olunmağın lap ürəyimdəndir. 1-ci bu sayta çox bağlıyam, yəni onu izləyirəm. 2-ci burada rahatca rəy yaza bilirəm. Bizim Talış reqionun özəlliklərini bu cür meydana qoymağın, Azərbaycanı özünəməxsus (milli) şəkildə dünyada tanıtmağın hamımıza başucalığı gətirir. Başın ucalarda olsun!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus