Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 14 » Cəmil Həsənli: ”Donqili akademiklərlə” elmi inkişaf etdirmək cəhdi özünü aldatmaqdır”
15:00
Cəmil Həsənli: ”Donqili akademiklərlə” elmi inkişaf etdirmək cəhdi özünü aldatmaqdır”
«İnternet Əlincənin ətəyində əyləncə oyunları üçün deyil»

Cəmil Həsənli onu ittiham edənlərə elə cavab verdi ki...

Kim deyə bilər ki, Mirzə Ibrahimov, Ilyas Abdullayev özünə yaltaqlıq salnaməsi yazdırmaqla birbaşa akademik seçilmişdi"


Maraqlıdır ki, Isa Həbibbəyli 2007-ci il seçkilərində seçilmiş layiqli alimlərin adını sadaladıqda (akademik seçilənlər:Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Bəhram Əsgərov, Vasim Məmmədəliyev, Ağamusa Axundov; müxbir üzv seçilənlər: , Kamal Abdullayev, Səlahəddin Xəlilov, Rasim Əliquliyev, Adil Qəribov, Oruc Ibadlı, Cavad Abdinov, Ağabəy Sultanov, Vəli Hüseynov, Zenfira Səfərova, Qadir Qədirzadə, Namiq Cəlilov, Vəli Baxşəliyev, Elmira Ramazanova) nədənsə həmin layiqli alimlərin sırasında birbaşa akademik seçilmiş Ramiz  Mehdiyevin və müxbir üzv seçilmiş Bəxtiyar Əliyevin adını çəkməyi unudur. Çünki humanitar ixtisaslar üzrə say komissiyasının sədri kimi yaxşı bilir ki, fəlsəfə ixtisası üzrə müxbir üzv yerinə tanınmış filosof Yusif Rüstəmov seçilmişdi və seçkinin nəticələrinə görə, hətta Yusif Rüstəmovu təbrik edənlər də olmuşdu.

Bir tərəfdən ömrünü fəlsəfi fikrin inkişafına həsr etmiş tanınmış filosof, böyük alim Yusif Rüstəmovun səsləri Isa Həbibbəylinin bilavasitə iştirakı ilə əlindən alınır, digər tərəfdən bu çirkin əməllərin iştirakçısı, bir ildə iki monoqrafiyası AMEA-nın elmi nəticələrinə daxil olan Cəmil Həsənlini "tələb olunan miqdarda səs toplaya bilməməkdə” günahlandırır. Halbuki, 1945-ci ildən bu günə kimi Akademiyanın tarixində heç bir alimin bir ildə iki monoqrafiyası elmi nəticə kimi qəbul edilməyib. 

Bəxtiyar Vahabzadə örnəyi

Akademiyanın əvvəlki seçkilərində filologiya üzrə verilmiş 1 akademik yerinə böyük şair Bəxtiyar Vahabzadə və sözün tam mənasında nəhəng araşdırmaçı Əziz Mirəhmədov sənəd vermişdi. Əziz müəllimin yaxın bir qohumu vəzifədən vurulduğu üçün ona imkan vermədilər keçməyə. Amma Bəxtiyar müəllim kimi böyük şair özünə borc bildi ki, hamının yanında Əziz müəllimdən üzr istəsin və desin ki, Əziz müəllim, bu akademik yeri sizin idi, amma müəyyən mülahizələrə görə bu yeri sizə vermədilər.
Bir vaxtlar Mərkəzi Komitə Universitetin rektoru Faiq Bağırzadəni Akademiyanın müxbir üzvü seçdirmək istəyəndə Faiq müəllim dedi ki, Xudu Məmmədov qala-qala mən ora sənəd verə bilmərəm. Onda məcbur olub həmin ixtisas üzrə ikinci yer verdilər. Indi bu adamların qabiliyyəti çatmır ki, heç olmasa yerlərini tutduqları layiqli adamlardan üzr istəsinlər. Bütün bu əməllərin əsas icraçılarından biri olan Isa Həbibbəyli isə, Cəmil Həsənliyə əxlaq dərsi vermək istəyir.

Zərərli işlərlə kim məşğuldur?

Isa Həbibbəyli yazır: "Cəmil Həsənlinin Akademiya seçkilərindən bəhs edərkən ”müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzv seçilənlərin demək olar ki, hamısı eyni regionun "alimləridir” mülahizəsi bir çox cəhətdən həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli tezisdir. Əvvəla, Cəmil Həsənlinin "eyni region” adı altında Naxçıvan Muxtar Respublikasını nəzərdə tutması...konkret bir regiona mənfi münasibətin ifadəsi kimi səslənir". 
Tamamilə doğrudur, son on ildə Akademyanın müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzv olanlar bir qayda olaraq ya Naxçıvanın yeni "akademikləri”, ya da mənşə etibarı ilə Naxçıvanlı olanlardır. Həm siyasi, həm də elmi baxımdan yanlış və zərərli olan regionçuluq zəminində bütün bunları etməkdir. Necə olur ki, siz elmi ictimaiyyətin sifətinə tüpürüb belə şeylər edəndə bu zərərli sayılmır, amma Cəmil Həsənli bunu deyəndə bu siyasi baxımdan zərərli tezis olur. Mənim Naxçıvana guya mənfi münasibətimin olması barədə Isa müəllimin fikrinə bir qədər sonra qayıdacağam.  

Mirqasımov Bağırova istefa ərizəsini təqdim etmişdi


Birbaşa akademik seçilmənin guya Akademiya yaranandan bəri bir ənənə olduğunu əsaslandırmaq üçün Isa müəllim 1945-ci ildən sonra bu qaydada seçilənləri sadalayır. Birincisi, mən son illərdə birbaşa akademik olanları vurğulamışam. Ikincisi isə, 1945-ci ildə Akademiya yeni yarananda Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə Ibrahimov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, sonra Qara Qarayev kimi nəhəng və digərləri birbaşa həqiqi üzv olublar. Hətta həqiqi üzv seçilənlərin bir hissəsi elmlər namizədləri olublar və akademik olandan sonra doktorluq müdafiəsi ediblər. Bu meyardan yanaşaraq
Isa Həbibbəyli yazır ki, birbaşa akademik seçilən 53 nəfərdən cəmisi 9 nəfəri Naxçıvanda doğulanlardır. Amma onu yazmır ki, bu 9 nəfərin neçəsi son on ildə birbaşa akademik olanlardır. Əgər biz keçmiş illərə baxsaq, birbaşa akademik olanların içərisində Bakıda, Şəkidə, Şamaxıda, Naxçıvanda, Irəvanda, Tiflisdə və digər yerlərdə doğulanlar vardır. Lakin həmin adamlar doğum yerinə görə deyil, bilavasitə yüksək elmi nüfuzuna görə birbaşa akademik seçilirdilər. Mirəsədulla Mirqasımov prezident olanda Mir Cəfər Bağırov istedadsız bir adamı Akademiyaya üzv seçməyi ondan xahiş etdi. Sabahı Mirqasımov ərizəsini gətirib qoydu Bağırovun stolunun üzərinə ki, o filankəs elmə zidd adamdır, mən onu akademiyaya üzv edə bilmərəm. Belə kişilər var idi həmin birbaşa akademik seçilənlərin içərisində.

Akademik dikbaşlıq


Üzeyir Hacıbəyovun, Yusif Məmmədəliyevin, Musa Əliyevin birbaşa akademik seçilməsi ilə Mahmud Kərimovun, Ramiz Mehdiyevin, Ismayıl Hacıyevin birbaşa akademik seçilməsini eyniləşdirmək yüngül formada desək, elmi parodiyadır.
Kim deyə bilər ki, Zahid Xəlilov, Mirəli Qaşqay, Abdulla Qarayev onun-bunun yazdıqları ilə birbaşa akademik seçilmişdi, kim deyə bilər ki, Mirzə Ibrahimov, Cahangir Kərimov, Ilyas Abdullayev özünə yaltaqlıq salnaməsi yazdırmaqla birbaşa akademik seçilmişdi.
Bir Allah şahiddir ki, mən bunları yada salmaq istəmirdim, amma Isa Həbibbəylinin adı gedən məqalədə akademik dikbaşlığı bizi bütün bunları xatırlatmağa məcbur etdi.

Məhdud yerliçilik meylləri


Akademiyanın Naxçıvan bölməsini formalaşdırmaqla bağlı mən təklif etmişəm ki, layiq olmayan adamlara akademik titullar verməklə Naxçıvanda elmi inkişaf etdirmək olmaz. Məsələn, bu ilin fevral ayında seçkilərlə bağlı elanda tarix ixtisası üzrə Azərbaycana bir yer, Naxçıvana isə iki yer verilib. Bəri başdan deyim ki, bu qüsurlu yanaşmadır və burada açıq açığına məhdud yerliçilik meylləri vardır. Hətta söhbət ondan da getmir. Söhbət ondan gedir ki, bu iki yerə hansı elmi göstəriciləri olan alimlər namizəd göstəriləcək. Naxçıvanda əhali çox həssasdır. Hər şeyin bir əsli var, bir də əldəqayırması. Bu əldəqayırma şeylərə "donqli” deyirlər. Indi Isa Həbibbəylinin "donqli akademiklərlə” elmi inkişaf etdirmək cəhdələri özünü aldatmaqdan başqa bir şey deyildir. Seçkilər haqqında Akademiyanın əsasnaməsində göstərilir ki, "elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən” alimlər AMEA-nın müxbir üzvü seçilirlər. Isa müəllimin rektor olduğu universitetdən müxbir üzv yerinə təqdim edilən 70 yaşlı tarixçi alim 2011-ci ildə elə ciddi bir elmi yeniliyi olmayan doktorluq müdafiəsi edib, Akademiya seçkilərinə elan çıxandan bir neçə həftə əvvəl doktorluq diplomu alıb və 2012-ci ilin fevral ayında da namizədliyi Naxçıvan Unuversitetinin elmi şurası tərəfindən müxbir üzvlüyünə irəli sürülüb. Bu Akademiyanın əsasnaməsinə bir başa ziddir. Çünki burada elmin inkişafında hansı xidmətdən söhbət gedə bilər, onu necə zənginləşdirməkdən söhbət gedə bilər ki, bu adam zor-bəla ilə 70 yaşında, akademiya seçkilərindən 3 ay əvvəl bir doktorluq müdafiəsi edib. Hələ insafla yanaşsaq, bu adamın elmi zənginləşdirməyə heç vaxtı belə olmayıb. Burada bir şeyi də nəzərə almaq lazımdır, elan akademiyanın Naxçıvan bölməsinin adına verilsə də, elmi göstəriciləri akademik titullara uyğun gələməyən bu adamlar alternativsiz qaydada Naxçıvan bölməsinin deyil, məhz AMEA-nın müxbir üzvləri seçilir və sabah da özlərindən qat-qat üstün olna alimlərin  elmi taleyini həll edirlər. Bunun təşəbbüsçüsü Universitet rektorunun, akademikin "Elmi mühitə obyektiv baxış naminə” adlı məqalə yazmağa mənəvi haqqı yoxdur. Bunun yerinə, Bakıda müxtəlif universitetlərdə və Akademiya sistemində çalışan elmi qabiliyyətli  və o cümlədən mənşəcə Naxçıvanlı olan istedadlı adamları müəyyən şərait yaratmaqla Muxtar Respublikaya dəvət edib, burada normal elmin bünövrəsini qoymaq olar. Məsələn, Əli Əlirzayev kimi görkəmli iqtisadçının akademik titulla Naxçıvan bölməsində işləməsinin nəyi pis olardı. Halbuki, əslən Naxçıvanlı olub Bakının müxtəlif elmi mərkəzlərində ayrı-ayrı ixtisaslar üzrə çalışan, sözün tam mənasında böyük elmlə məşğul olan onlarla istedadlı alimlər vardır.
Isa Həbibbəyli AMEA-nın Naxçıvan bölməsi ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsini müqayisə edir. Əvvəlcə deyim ki, müqayisə qüsurludur. Müqayisə edilən bölmələr ayrı-ayrı elmi potensialın daşıyıcısıdırlar. Niyə Sibirdə belə ikinci güclü elmi mərkəz yaratmaq mümkün oldu. Ona görə ki, Sibir bölməsini yaradarkən onun şöbə müdirləri güzəştli şərtlərlə hamısı Moskvadan göndərildi. Onların bir hissəsi sonralar Moskvaya qayıtsa da, digər bir hissəsi həmişəlik həyatlarını Sibir bölməsi ilə bağladılar.

Naxçıvanla bağlı iddialara niyə cavab verilmədi?


Isa Həbibbəyli öz məqaləsində Naxçıvanın inkişafı və onun elmi potensialı ilə bağlı çox geniş izahatlar verir. Son illərdə sosial-mədəni baxımdan Naxçıvan şəhərinin və Muxtar Respublikanın inkişafında diqqətəlayiq uğurlar əldə edilmişdir. Əgər indi Naxçıvan bir neçə ölkənin prezidentlərinin və xarici işlər nazirlərinin görüş yeri kimi seçilirsə bunu yüksək qiymətləndirmək lazımdır. Şübhəsiz ki, bu Naxçıvanın belə yüksək səviyyəli görüşlərə  hazır olması ilə bağlıdır. Naxçıvan Universiteti sözün tam mənasında müasir səviyyədə qurulub. Isa müəllim də bilir və mən də bilirəm ki, bu kimin xidmətidir. Amma Isa müəllim Naxçıvanın elmi potensialı ilə bağlı dedikləri sadəcə olaraq hansısa nazirliyə yazılan hesabatdan o yana keçmir. Isa müəllim xatırladır ki, Naxçıvanda 2 akademik, 4 müxbir üzv, 34 elmlər doktoru, 250 elmlər namizədi fəaliyyət göstərir və onlar WiFi üzərində qurulmuş internetin şəbəkəsindən istifadə edirlər. Naxçıvanın elmi potensialının gücləndirilməsinin vacibliyi ilə bağlı Isa müəllim yazır: "Sovet dövləti örtülü şəkildə mübahisəli ərazi kimi baxdığı Naxçıvanın tarixinin, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsinə, bu diyarın qədim və əzəli Azərbaycan torpaqları kimi təqdim olunmasına ən müxtəlif səviyyələrdə maneçilik törətmişdir”.

Ona görə də o, hesab edir ki, mərhum prezident H.Əliyev 2002-ci ildə Akademiyanın Naxçıvan bölməsinin yaradılmasına qərar verdi. Əlbəttə, təcrübəli bir siyasətçi kimi H.Əliyev heç vaxt belə düşünə bilməzdi ki, ciddi elmi göstəriciləri olmayan adamlara akademik titulu verməklə Naxçıvanın elmi potensialını gücləndirmək olar. Isa müəllim Sovet dövlətini Naxçıvan tarixini saxtalaşdırmaqda, onu mübahisə subyektinə çevrilməsində günahkar bilir. Bu doğrudur. Amma həmin proses Rusiyada elə bu gün də davam edir. Məsələn, Rusiya prezident aministrasiyasına yaxın olan yalnız bir agentlikdə (Regnum.ru) 2011-ci ildə Naxçıvanın Azərbaycana məxsus olmadığı, diyarın guya zorla Azərbaycana verilməsi, oranın guya bir erməni torpağı olması haqqında 21 məqalə getmiş və bu məqalələrdə "Naxçıvan” sözü nə az, nə çox 85 dəfə işlədilmişdir. Bütün məqalələrdə Naxçıvanın Azərbaycana məxsus olması şübhə altına alınmışdır. Agentlik Kremlin beş addımlığında yerləşir və onun direktoru Putinin keçmiş prezidentliyi dövründə onun administrasiya rəhbəri olub. Agentliyin materiallarına bütün dünyada istinad edilir. Bütün materiallar agentlikdə çıxan kimi Ermənistan informasiya agentlikləri tərəfindən rus dilində təkrar nəşr edilir və ingilis dilinə tərcümə edilib bütün dünyaya yayılırdı. Bəs WiFi-i, 2 akademiki, 4 müxbir üzvü, 34 elmlər doktoru və 250 elmlər namizədi olan Naxçıvandan bu qədər böyük texniki və elmi potensialla Muxtar Respublikanın tarixinin müasir üsullarla saxtalaşdırılmasına, onun Azərbaycanın ərazisi olmasının şübhə altına alınmasına hansı cavablar verildi? Bu "böyük” potensialdan hansı reaksiya gəldi?! Axı Naxçıvanda olan WiFi və internet bu 21 məqalədən heç olmasa biri haqqında məlumatlı olmalı idi. Texniki bir möcüzə olaraq internet Əlincənin ətəyində əyləncə oyunları üçün deyil, daha səmərəli məqsədlər üçün istifadə olunmalıdır.

Onlara 21 cavab məqaləsi yazdım


Isa Həbibbəyli deyir ki, mənim guya Naxçıvana mənfi münasibətim var. Bu məqalələri oxuduqca, Naxçıvan universitetindən,  AMEA-nın Naxçıvan bölməsinin akademiklərindən, 34 elmlər doktorundan, 250 elmlər namizədindən, respublikanın çeşidli elmi mərkəzlərindən bir səs çıxacağını gözləyirdim. Lakin gözləntilərim özünü doğrultmadı və 2011-ci ilin ikinci yarısında Naxçıvana atılan böhtanları rədd etmək üçün həmin agentliyə 21 məqaləni məhz Cəmil Həsənli yazmalı oldu. Bu məqalələr Regnum.ru agentliyində rus dilində çıxdıqdan sonra dərhal ingilis dilinə çevrilib bütün dünyaya yayıldı. Bunu şübhəsiz ki, mən vətənimizin bir parçası olan Naxçıvana görə, ona atılan daşlara görə yazırdım. Əminəm ki, Isa Həbibbəylinin Wi-Fi-nın heç bundan da xəbəri yoxdur. Həmin cavabları yazanda istər-istəməz Isa Həbibbəylinin istinad etdiyi Naxçıvanda yaradılmış "böyük” elmi ədəbiyyata müraciət etməli oldum. Mübaliğəsiz deyirəm ki, o "böyük” ədəbiyyatın ən azından yarısı maklatura xarakteri daşıyır. Kiçik istisnalarla həmin ədəbiyyatın böyük bir hissəsini Naxçıvandan kənara çıxarmaq olmaz. Isa Həbibbəylinin yəqin vaxtı az olduğundan fəxr mənbəyi kimi göstərdiyi o ədəbiyyatla tanış ola bilməyib. Mən Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasına qarşı yönəlmiş iftiralara cavab olaraq, bu yazıları yazanda, onları çap etdirəndə haralı olduğumu düşünmürdüm. Isa Həbibbəylidən fərqli olaraq, mənim düşüncəmə görə, biz hamımız bakılıyıq, şəkiliyik, gəncəliyik, naxçıvanlıyıq, şamaxılıyıq və sair. Nahaq yerə Isa Həbibbəyli mənim Naxçıvana mənfi münasibətdə olduğumu düşünür. Naxçıvana mənfi münasibəti olan adam sərasər altı ay çox vacib iş-gücünü bir tərəfə qoyub, Azərbaycanın bu qədim diyarına qarşı yönəlmiş ideoloji hücumlara cavab verməzdi. Bütün bunları qiymətləndirməyi isə, mən Isa Həbibbəylinin vicdanına buraxıram.


 

Категория: Azərbaycan | Просмотров: 1431 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus