Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 15 » Düymə ilə hürən küçük və “quru” təzək əhvalatı
17:59
Düymə ilə hürən küçük və “quru” təzək əhvalatı
Düymə ilə hürən küçük və "quru” təzək əhvalatı

Yazıda kobud səslənən ifadələrə görə bəri başdan hörmətli oxuculardan üzr istəyirəm.

Bu günlərdə adi bir yaponiyalı qəribə eksperiment aparıb. O, öz balaca küçüyünün belinə iri səsgücləndirici cihaz bağlayaraq, gülməli nəticə əldə edib. Yaponiyalı əlindəki düyməciyi basmaqla səsgücləndiricini işə salır, küçük quyruğunu bulaya-bulaya düz burnunun ucuna bərkidilmiş mikrofona hürür və... onun bu hürüşü eynilə, zəncirini gəmirən nəhəng bir it hürüşünə bənzəyir. Məqsəd, oğruları və digər şübhəli şəxsləri hirsli-hikkəli hürüşlə qorxudub evin həndəvərindən uzaqlaşdırmaqdır.

Sahibi səsgücləndiricini söndürən kimi, küçüyün səsi də elə əsil küçük səsinə çevrilir. Yəni əks-sədayla səslənən vahiməli və qorxunc "ham-ham” əvəzinə "çik-çiki” xatırladan bapbalaca küçük hürüşü! Qəfl baş verən bu səs transformasiyası, istər-istəməz gülüş doğurur. Hətta küçüyün özü də diksinib-çaşıb qalır.

Görən, bu məzəli "ixtiranı” niyə xatırladım? Və onu xatırlayan kimi nədən yadıma bir vaxtlar "Lider” TV-də misli görünməmiş yaltaqlıq nümunəsi göstərən Etibar Hüseynov adlı birisi düşdü? İndi o, saxta (eyni zamanda, təşəbbüskar!) deputatlardan biridir və hələ də daşıdığı "quyruqbulama” funksiyasını canla-"başla” yerinə yetirir. Deyilənə görə, hətta onunçün "qazan dibi yalamaq” vəzifəsinə irəli çəkilmək şansı da yaranıb.

Bu gün o, boynuna düşən "layiqli vəzifənin” öhtəsindən "ləyaqətlə” gəlir və babası "kor” demiş dəlisov nəvə kimi, gəlib-gedəni vurmağı (daha doğrusu, gəlib-gedənə çamur atmağı) özünə şərəf sayır. Gah El Hərəkatını, Ziyalılar Forumunu qamçılayır, gah AXCP-ni, Musavatı söyür, gah da ki, "optovoy” olaraq müxalifəti "şərəfsiz” adlandırır. Əli Kərimlini, İsa Qəmbəri, Eldar Namazovu təhqir etməkdən xüsusi ləzzət alır. Arada ağız bahəm eləyib, Rüstəm İbrahimbəyova da ilişmək həvəsinə düşür. Güzgüyə baxıb adını özgələrinə qoymaq mərəzinə yoluxmuş bu zavallı elə bilir ki, yüz agıllı işini-gücünü buraxıb onun quyuya atdığı daşı çıxartmaqla məşğul olacaq. Öz sözünü və belə görünür ki, həm də öz səsini (əqidəsindən isə heç danışmağa dəyməz) icarəyə verən bu buyruq qulu daha düşünmür ki, atdığı həmin o daş bumeranq formasındadı və nəticədə gəlib onun öz başına düşəcək,-əlbəttə, əgər həmin an onun başı yaladığı qazanın içində olmasa.

Əslində, Etibar kimi "insanlar” saqqız ağacı təki, gəlib-gedəni batırıb-bulamalıdırlar ki, yiyələrindən yağlı "malades” ala bilsinlər. Burada təəccüb ediləsi bir şey də yoxdur; bu onların yaşam tərzi, mövcudluğudur. Əmr və qısqırtmayla fəaliyyət göstərənlərin təbiəti belədir. Bu sayaq tiplər məhz onunçün gündəmdə qalmağa can atırlar ki, gündəyməzdə rahat şəkildə otura bilsinlər.

Lənət şeytana! Ləzzətlə "ham-ham” hürdüyü yerdə, düyməcik basılandan sonra "çik-çik” eləyən həmin o bapbalaca it balasını görəndə, niyə məhz Etibar düşdü yadıma? – anlaya bilmirəm!..

Bu məqamda çox-çox illər əvvəl şahidi və iştirakçısı olduğum bir əhvalatı diqqətinizə çatdırım - xoşagəlməz bir əhvalatı. Lap balacaydım. Ömrümdə ilk dəfəydi ki, yaylağa getmişdik. Alaçıqda yaşayırdıq. O vaxtlar nə qaz vardı, nə də ki, işıq. Ocağı təzəklə(1) yandırırdılar. Bir gün mən də kənd uşaqlarına qoşulub sevinə-sevinə təzək yığmağa getdim. Həmin uşaqlar bu işdə nisbətən təcrübəliydilər, qısa müddət ərzində torbalarını yarıyacan quru təzəklə doldurdular. Mənimsə bəxtim gətirmədi. Elə birinci təşəbbüsdəcə əlim biləyəcən... Nə isə... Nə biləydim, şəhərdən gəlmişdim; andır, ilk baxışda quru təzəkdən qətiyyən fərqlənmirdi. Girdə və yastı təzəyin üstü günəşin istisindən əməlli-başlı qaysaqlanmışdı...

Hə, həmin o qaysaq bağlamış "quru” təzək indiyəcən hafizəmdə ilişib qalıb. Televizoru, yaxud kompüteri açıram, qəzet-jurnallara baxıram – Siyavuş Novruzovun, Musa Quliyevin, Mübariz Qurbanlının, Hüseynbala Mirələmlinin və digər bu kimi "maralların” şəkil-şüküllərini görürəm, çıxışları və mərifətsiz atmacalarını oxuyuram, - yenə həmin andıra qalmış nəm təzək düşür yadıma... Dübarə qayıdıram uşaqlıq illərinə. Xəyallara senzura qoymaq olmur axı. Yəni demək istəyirəm ki, belələrinin kənardan qalstuklu, səliqə-səhmanlı görünmələri və onların qatı açılmamış dollar "paçkasını” xatırladan "vid-fasonları” gərək sizləri aldatmasın. Bilin ki, ehtiyat təkcə igidin yaraşığı sayılmır...

Son zamanlar bu sıraya, az qala bir iqtidar sığalına görə öz sözünü, əqidəsini, nəfəsini, hətta öz dədəsini belə satmağa hazır olan bəzi üzdəniraq müxalifət nümayəndələrini də əlavə etmək olar. Heç uzağa getməyək, misal üçün, Hafiz Hacıyevin yumruqçun sino gedən "mordasını” görəndə adamın yadına özgə nə düşə bilər ki? Lap, "desəm öldürərlər, deməsəm ölləm” məsələsidir. Mətləbdən uzaqlaşmayaq.

...Həmin o qaysaq bağlamış yaş təzək haradansa ləng kino lenti kimi, fırlana-fırlana gəlib durdu gözüm önündə. Oturub özümçün bir xeylaq çək-çevir elədim. Ki, bəlkə, hansısa internet saytında təsadüfən Etibar Hüseynovun şəklini görməsəydim, heç o təzəyi də xatırlamazdım. Və ya əksinə, təzək yadıma düşməsəydi, heç Etibarın sürtük sifəti də xəyalımda canlanmazdı. Xülasə, qəliz məsələdir... Hesab eləyin ki, mən Etibar adlı (adına bax, ha! "Sənin etibarsız adına...”(2) ) "adam” barədə heç nə demədim və ya yazmadım. Siz də heç nə oxumadınız və ya eşitmədiniz. Gəlin, ağrımayan başımıza yaylıq bağlamayaq!..

Əlqərəz, belə adamlar heç vaxt qarşısına rəqəm yazılmayacaq sıfıra oxşayırlar. Belələri təhlükəli sürünənlər fəsiləsinə daxildilər və "xozeynlərinin” əmrini yerinə yetirməyə daima "ştık” kimi hazır olurlar. İstənilən adama da qara yaxıb, şər-böhtan (bəzənsə, daha natəmiz şeylər) atmağa həmişə müntəzirdilər... "Dayan! Toxunma! Əlin batar!”

Düymə ilə hürən küçük və quru-yaş təzək! Qoy, məhkəməyə obyektiv, peşəkar və vicdanlı rəy əvəzinə donos verməyə öyrəşmiş linqvistika üzrə ekspertlər rəhm eləsinlər mənə. Sadəcə, bu ifadələrin özgə fonetik transkripsiyasını tapa bilmədim.

Şər deməsən, xeyir gəlməz. İndi öz-özümə sual edirəm: Əcaba, görən iqtidarın isti-ilıq tumarı nəticəsində qaysaqlanmış bu girdə və yastısifətlilərin ekzotik səsləri keçən karvanı saxlaya və ya öz yolundan sapdıra bilərmi?..

Eldəniz Quliyev

_____________________

1​ Təzəyin nə olduğunu bilməyənlər bilənlərdən soruşsun – (E.Q.)
2​ Vaxtı ilə məşhur olan bu həcvi bilənlər bilməyənlərə anlatsın – (E.Q.)


Категория: Azərbaycan | Просмотров: 2125 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus