Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 17 » Elnur Məcidli Rafiq Tağı haqqında: Tapdaqıstan. Laplandiya
16:35
Elnur Məcidli Rafiq Tağı haqqında: Tapdaqıstan. Laplandiya
Rafiq Tağı məhz  bu yazıya görə öldürüldü!

Rafiq Tağının ölümüylə bağlı mübahisələr davam edərkən, çoxdandır adını eşitdiyim "Tapdaqıstan. Laplandiya” yazısı qarşıma çıxdı, daha doğrusu skaner edilmiş variantını bir dostumuzdan əldə etdim.

Yazı-hekayəni sona qədər oxuduqdan sonra qəribə hisslər keçirdim, hər nə qədər hekayədəki obrazlar real adlarıyla təsvir olunmasalar da hekayənin qəhramanlarını və baş verdiyi yeri təxmin etmək o qədər də çətin deyildi.

İnternetdə hekayəni axtarışa versəm də  6 il əvvəl yayınlanmış bu hekayə ilə bağlı heç bir onlayn qaynağa rast gəlmək mümkün olmadı, hətta yazıçının ölümündən əvvəl və sonra hekayələrini, əsərlərini yayınlayan saytlarda da bu hekayəyə rast gəlmədim.

Doğrudan da qəribədir, əgər sosial şəbəkələrdə mübahisələr olmasaydı bəlkə də bu yazı əsla xatırlanmayacaqdı.

Bu hekayənin 6 il əvvəl yayınlandığı ilk və son yer olan Alatoran jurnalı da  həmin hekayənin yayınlandığı 6-cı nömrənin pdf versiyasını ümumiyyətlə öz saytından çıxarıb.

Qətllə bağlı bir çox şübhələr və qaranlıq məqamlar var təbii, o öz yerində.

Ancaq hazırkı mənfur və qatil hakimiyyəti tənqid etməkdən çəkinib (təbii ki bu hamıya aid deyil), işin asanına qaçaraq qətlə tipik islam terroru demək  yumşaq dillə desək çox böyük zəiflikdi.

Bu hekayə Rafiq Tağının hakimiyyət tərəfindən qətli üçün kifayət idi, hakimiyyət bu qətli məharətlə həyata keçirdi.

Tapdaqıstan. Laplandiya

Əvvəlcə əgər oxumamısınızsa, bəhs etdiyim bu hekayəni buradan oxuya bilərsiniz.

Hekayə vahid sujet xəttiylə yazılsa da fikir dağınıqlığı sezilir.

Hekayədə Tapdaqıstan prezidentinin öz arvadıyla olan münasibəti, qonşu dövlətdə 5 ulduzlu oteldə qumarda uduzduqdan sonra məşhur qumarbazı öldürtməsi, bir jurnalisti öldürmə əmri verməsi və başqa bir ölkənin qadın prezidentiylə eşq macərasından bəhs edir.

Hekayədə adı keçənlər, haqqında bəhs edilənlər:

Tapdaqıstan – Azərbaycan

Tapdaqıstanın prezidenti – İlham Əliyev

Tapdaqıstanın prezidentinin arvadı – Mehriban Əliyeva

Qonşu dövlət – Türkiyə

Öldürülən qumarbaz Mehmet Topçu –  Türkiyədə vaxtıyla böyük qumarxanaların sahibi olan, daha sonra qətlə yetirilən Ömer Lütfi Topal

Öldürülən jurnalist – Elmar Hüseynov

Öldürülən jurnalistin atası – Sabir Hüseynov

Laplandiya – Latviya

Laplandiyanın qadın prezidenti Maqda Erle – Latviyanın qadın prezidenti Vayra Vike Freyberqa (Vaira Vike Freiberga)

Son xəbər proqramı – ANS-in İç Xəbər proqramı

Xronoloji ardıcıllığa diqqət yetirək.

26 iyul 1996-cı ildə Türkiyənin məşhur qumarbazı Ömer Lütfi Topal öldürüldü. Həmin vaxtlar İlham Əliyevin tez-tez Türkiyəyə getdiyi və orada yaşadığı dövr idi. Məhz qumar aludəçiliyidə bu dövrə təsadüf edir.

İlham Əliyevin təşəbbüsüylə Ömer Lütfi Topalın Bakıda da qumarxana açdığı və daha sonra Heydər Əliyevin oğlunun qumar sevdasına əsəbləşərək ümumiyyətlə ölkədə qumara qadağa qoyduğu hər kəs tərəfindən bilinməkdədir.

Türkiyədə Susurluk cinayətinin ictimaiyyətə açıqlanmayan hissələrində o dövrdə Azərbaycan prezidenti Heydər Əliyevin oğlu İlham Əliyevin Ömer Lütfi Topala qumar borcu olduğu qeyd olunub.

Hekayədə, Mehmet Topçunun (Ömer Lütfi Topalın) ona olan qumar borcu üstündə öldürüldüyü bildirilir və həmin illər lotuluq illəri adlandırılır.

Hekayədə Mehriban Əliyevanın qısqanclığı və İlham Əliyevin şorgöz olmasıyla bağlı fikirlər öz əksini tapıb.

Digər maraqlı məqam Tapdaqıstan prezidentinin onu ifşa edən jurnalisti öldürməsiylə bağlıdır.

Hekayədə haqqında bəhs edilən jurnalist 2 Mart 2005-ci ildə qətlə yetirilən Elmar Hüseynovdu.

Hekayədə prezidentin "ağzına bir şey atarlar” deyə düşündüyü jurnalistin atası isə Sabir Hüseynovdur.

Hekayənin ən maraqlı yeri isə sonuna doğru iki prezident arasında baş verən eşq macərasıdır.

Digər hissələrdən fərqli olaraq hekayənin bu hissəsi bir qədər geniş təsəvvür olunur. Hər iki prezidentin təkbətək görüş adıyla intim əlaqədə olma səhnəsi yazıda əks olunub.

Hekayədə Laplandiya prezidentinin qadın olması, Tapdaqıstana səfər etməsi və qadın prezidentin yaşlı olması bu prezidentin real həyatda Latviyanın hekayənin yazıldığı tarixdə prezidenti olan xanım Vayra Vike Freyberqa olduğunu deməyə əsas verir.

Bu hekayə yazılmadan 1 ay öncə Latviyanın qadın prezidenti xanım Freyberqa 3-4 oktyabr 2005 tarixində Azərbaycanda rəsmi səfərdə olmuşdu. 3 Oktyabr 2005-ci ildə isə hekayədə göstərildiyi kimi hər iki prezidentin təkbətək görüşü olub.

Hekayədə adı keçən Son Xəbər proqramı, çox gümanki ANS-in o dövrdə yayınlanan İç Xəbər verilişini əks etdirir. Hekayədə olduğu kimi ANS telekanalı 2005-ci ilin oktyabr ayında Elmar Hüseynovun qətliylə bağlı video-süjet yayınlayıb.

Rafiq Tağı bu hekayəni 8-30 noyabr 2005 tarixində qələmə alıb.

Bu hekayə Alatoran jurnalında 6 mart 2006-cı ildə çap olunub.

Çox gümanki, bu hekayədən Əliyevlər bir qədər gec xəbər tutub, Elmar Hüseynovun qətl hadisəsi soyumadığı üçün Rafiq Tağını öldürməkdən çəkiniblər, daha doğrusu onun qətlini ertələyiblər və başqa bir ittihamla həbslə əvəz ediblər.

2006-cı ilin noyabr ayında Rafiq Tağı həbs olunub.

Rafiq Tağının bir yazısına görə üzərinə dindarları göndərərək həbs etdirmək və Eynulla Fətullayevin üzərinə xocalıları göndərərək həbs etdirmək eyni mətbəxdən planlanıb.

Bənzər variantlar və bənzər ssenarilər…

Hər iki ittihamda bir qrupun şərəf və ləyaqətinin təhqiri söhbəti gedirdi…

Halbuki hər iki jurnalistin həbsi bir başa bu hakimiyyəti ifşa etdikləri yazılarla bağlı idi.

Hər iki jurnalist həbsdən əvvəlki son yazılarında Elmar Hüseynovun qatilini ifşa etmək istəmişdilər…

2011-ci ilin yenə noyabr ayında Rafiq Tağı bıçaqlanaraq xəstəxanaya gətirilib, səhhəti yaxşılaşmağa doğru gedərkən müəmmalı şəkildə həyatını dəyişib.

2006-cı ildə noyabr ayında Rafiq Tağını öldürə bilməsə də həbs edən hakimiyyət, düz 5 il sonra eyni ayda onun qətlinə fərman verdi…

ps. Yuxarıdakı şəkil 3 oktyabr 2005 tarixində İlham Əliyevlə xanım Frayberqanın təkbətək görüşündən sonra çəkilib.

 
TALISH.ORG
 

RAFİQ TAĞI: TAPDAQISTAN. LAPLANDİYA


Quruca adı var – “prezident”.  “Prezident”, əslində, bir şah vəzifəsidir. Bu iki söz sinonimikdir. Gəl gör, o, şahların yerişini yeriyə, onların kiçik bir dırnağı ola bilərmi?

Nədi o – sufi həyatı sürür. Onu arvadı buna məhkum edib. Başqa xanımlara gözünün ucuyla da baxa bilməz.

İctimai həyatda yüksək mövqedə görünməsə də, xanımı evdə prezidentlə bazar arvadı kimi rəftar edəcək. Əl-qol ata ata, çığıra-çığıra. Cini tutdumu güllü-bülbüllü Tapdaqıstan prezidentinə – “sən kimsən?” deyər. Bir Allah, bir də o bilir ki, arvadlarda xanım-xatınlıq boş bir şeydir, zahiridir. Hərdən az qalır kişinin seyrək saçlarını yolub küləyə verə. Bir sözlə, mübhəm həyatının açarı yalnız onun əlindədir.

Özünə tərif də verib: hərəmxanası olmayan şaha prezident deyilir. Əslində şahın prezidentdən fərqi də bundadır. Şah – hərəmxanalıqdır.

O, ölkəsini Avropa ailəsinə qatmaqla özünəcə qatı ziyan vurdu. Axı, o, qanısoyuq, uzundraz şimal prezidentlərinin tayı deyil, ola da bilməz. Bunun könlü gecə-gündüz nazlı-duzlu arvadlar istəyir. İstəmək günahdır? Bəyəm, bu, mədəniyyətsizlikdir?

Yaxud belə deyək: gözəllikdən imtinadırmı mədəniyyət? Gənclikdən onda belə bir təsəvvür var ki, ölkə başçısı deyilən şəxs haçan könlü kimi çəksə, tutub belə-belə edər. Buna ixtiyarı çatır. Nədənsə, bu barədə ancaq onun bazarı bağlıdır. Gərək alanda da arvadın avamını alasan. Hər şeyi dərk edən arvad təmiz fəlakətdir. Yüz faiz bədbəxtçilikdir.

Ondan olsa, prezidentlikdə şərq motivlərinə üstünlük verər. Hərəmxana öz yerində; təlxək də saxlayar. Gedib Avropaya girdi. Burnu girməyən yerə başını soxdu. Təhrik olundu – onu bu işə evindəki dişi pələng vadar etdi.

Oturub – durub da Avropanı gözə soxur. Bir növ, ərini tərbiyəli yerə çəkir. Həmişə də ona tərbiyəli şeylərdən danışar. Bəli, prezident də uşaq kimi tərbiyə sevir. Gərək, gözün üstündə ola. Daim qulaqlarını doldurasan.

Guya Qərb prezidentləri “yubka” görəndə, cəzm olub özündən çıxmır, gözlərini ora-bura qaçırtmırlar. İctimai tədbirlərdə hər hansı “dünya gözəli”ylə o üz-bu üz öpüşürlərsə də, elə şey onların yadına düşməz. Aydan arı, sudan durudular.

Demokratik Avropada dayanıqlı puritan əxlaqı diktatura oxşarlıdır. Götürək Amerikanı, Bill Klinton. Cavan kişi, üstəgəl prezident. Monika Levinskayanın məmələrinə əl atmaqla dünyada biabır olmadımı? Onsuz da gec-tez o məmələrə kimsə əl atmalı deyildimi? ABŞ-da zəlzələyə bənzər vəlvələ qopdu. Bu nə demək ola – hətta orada da əxlaq uca tutulur.

“Bə bizdə niyə elə olmasın?” – arvad xəyal edir, bunu tez-tez də ərindən soruşur. Bacardıqca, əri Şərqdən soyutmaq, ondan uzaqlaşdırmaq gərək. Bu ona sərf eliyər. “Şərq avara-pozğun yerdi”, – qoy uşaqlar eşitməsin, həmişə ona pıçıltıyla deyər. Mağıl ölkənin Avropa ailəsinə qatılmasıyla qısqanclığı bir qədər azalıb. Yoxsa onda əsəblərin tarıma çəkildiyi, heyrodermitə-dəmrova tutulduğu çağlar olub. Saçı daraq-daraq, çəngə-çəngə tökülürdü.

Yox, böyük dərddi – prezident olasan, gözəllər yanından ceyran sürüsü şəklində ötə, sən də durub ağzın sulana-sulana baxasan. Düzdü, öz xanımı da ceyran bənzərlidir; qucaqla, səhərəcən öp. Lakin bir tək gözəl ona nə bəs edəcək!

Maşallah, kəl kimidir. Üstəlik, xanımağanın bir qüsuru var ki, onu pusur. Bu iş üçün çuğul adamlar da tutub. Ancaq öz aramızdır, eyni bir xörəyi nə qədər yemək olar! Adam çiyrinər. Əlac nədir, yeməlisən. Bu, bir ər kimi vəzifə borcundur. Arvad istəməz onda şəhvət hissi-zadı aşıb-daşa. Şəhvət dövlət başçısının imajına xələl gətirər. Qoy səhərlər gözütox işə getsin. “Bizim Qarabağ boyda dərdimiz var, get sırf onunla məşğul ol” – hər səhər də ona tapşırar. “Qarabağ” mövzusu seksual alovları söndürəndir.

Bir dəfə prezident teleekrandakı müğənni xanımın qəşəng əndamını tərifləyəndə, “Sənin bir cüt su sonası qızın var”, – arvadı əvvəl xatırlatma verib, onu tərbiyə səmtinə yönəltdi. Həri, prezidentə də tərbiyə vacibdir. “Bəyəm uşaqdı, özü bilmir ki, özgə malına göz yetirmək qızların tərbiyəsinə yad ilmələr qatar?” “Ata”, “ana” məfhumları müqəddəslikdən düşər”. Ata üçün əxlaq ən yaxşı libasdır.

Nəyi-nəyi, belə şeyi heç gözləməzdi – o məhz prezidentlikdə əxlaqa sürükləndi. Hanı hər telindən bir qız sallanan çağlar! Axırı dəli olacaq. Lotuluqları hayıf deyildi? Onlar həm də xüsusi şöhrətlərə səbəb olurdu. Hərçənd elə şöhrətdən hamı yaxasını kənara çəkir. Kütlə lotuluqdan gələn şöhrətə ictimai əhəmiyyət vermir. Guya elə şöhrət kriminal səciyyəli olur.

Kütlə əvvəldən əxlaqı bayraq seçib. Kor tutduğunu buraxmayan kimi ondan əl çəkmir. Neyləməli, o, indiyə kimi törətdiyi və gələcəkdə törədəcəyi bu cür şöhrətlərdən ayrılmağa məcburdu. İçindəsə məmnunluq duyur, distansiya saxlasa da, get-gedə onlara aludə olurdu. Açığı, qonşu dövlətdə öz ölkəsindəki beşulduzlu hotellərdən birini uduzandan sonra bu yola düşdü. “Ulduz” qumarbaz Mehmet Topçunu öldürməklə, həmin ölkədə bomba partlayışından betər səs-küy qopardı. Skandal ölkəni başına aldı. Qatil killerdisə də, əsas şöhrət sifarişçiyə çatırdı. Yəni ona. Özünə. Ümumən, killer qatil sayılmamalıdır. Qatillik nifrətdən doğan haldır. Killerlərsə əsasən insansevər olur. O, insana güllə atmır ki – sanki daim canlı bilib məşq elədiyi qum kisələrinə atır. Killer hətta şair də ola bilər.

Hə, indi o, başqa ölkədə yaratdığı şöhrətinə öz Tapdaqıstanından tamaşa edirdi. Öz şöhrətinin dışında inkoqnito yaşamaq da bir azadlıq növüdür. Bəli, qətl barəsində cürbəcür versiyalar irəli sürülürdü. Killerin adını çəkən də yoxdu da. “Axı, planı kim cızıb?” – cəmiyyətdə ancaq bu sual dolaşırdı. İnsanların fantaziyası səhv yollarda cövlan etməkdə, dördnala çapmaqdaydı.

Bu prosesdə onun bəşəriyyətə hörməti-ehtiramı tamam azaldı, sıfıra endi. Ondan şübhələnmir, şübhələnə bilmirdilər. Kriminalistika elm yox, söz yığını imiş. İşə bax, sifarişçinin get-gedə artan şöhrətindən o heç cür bəhrələnə bilməz. Qalmışdı yana-yana. Hərdən qışqırıb bağırmaq istəyirsən: ey-hey, o şöhrət mənimdir, şöhrəti özümə verin! Lakin, bu, qətiyyən mümkün deyil. O öz şöhrətindən uzaqlarda küllənməyə məhkumdu.

Belə çıxır ki, o, həm şöhrətli, həm şöhrətsizdi. Get-gedə də qonşu dövlətdə fırlanan şöhrətinə biganə olurdu. Onsuz onun əvəzinə orda bir neçə şəxsi tutub şöhrətə mindirmişdilər. İt-qurd adam olmuşdu. Ekranda onların ada minməsini öz gözləri ilə görürdü. Tutulanlar bəh-bəhlə məhkəmə zalına aparıldıqca, onlara paxıllığı tuturdu. Onlar onun şöhrətini mənimsəyənlərdi. Axırı da nə olacaq – hamısına “danılmaz dəlillər”lə iş kəsildi. İndiyəcən eşidər, inanmazdı: aşkarca gördü və inandı ki, məhkəmələrin ədalətə dəxli yoxdur. Məhkəmə həqiqəti aşkarlamır və olsa-olsa, ədalətin imitasyon icraatıdır.

Tutulanlar da qatil roluna razılaşmış kimi görsənirdilər. Əlbəttə, bu göydəndüşmə-gurultulu şöhrətdən kim qaçar!

Həmin parıltılı-partıltılı şöhrət artıq arxivə gömülüb.

Amma onda bəşəriyyətin yalanlarına, yalançı mif yaradıcılığına aludəçilik itib getmədi. Prezident kürsüsünə əyləşəndən sonra bu həvəs daha da güclənməyə üz qoydu. İndi ən müxtəlif şöhrətlərin manivelası öz əlindəydi. Şöhrət oyunu onda bir qaçılmazlığa, bir idefiksə çevrildi. Bir prezident kimi də çox baş aparan jurnalistlə siftə elədi. “Yaallah”, “bismillah” – dindən başı çıxmadığından, naşıcasına bu sözləri ard-arda düzdü.

Qətldə ondan şübhələnə də bilərdilər, şübhələnməyə də. Hərçənd nəhəng bir icra aparatı onun nəfinə – şübhələri dağıtmağa işləyəcəkdi. Amma ondan şübhələnmələri insanlara başucalıq gətirərdi. İnsanlar elə insana da oxşardılar. Onsuz hər şey şübhə olaraq da qalacaqdı. Ona gözün üstə qaşın var deməzdilər. Üstəlik, bu dünyada o jurnalistin kimi vardı ki, mütəmadi işi qurdalaya da. Evi də bir həsir, bir Məmmədnəsirdi. Atasının ağzına bir şey atarlar, qurtarıb gedər. Həm də bir gülləyə iki dovşan vurmuş olar: Qoy xalq ondan qorxmağa-çəkinməyə başlasın.

“Xalq” nədi – “kütlə”nin məcazi adı. Kütləsə hır-zır qanan deyil, adamı bir anın içindəcə fələyin badına verər. Yazılarında onu avara-bambılı yerinə qoyan bir kəs indi görər dünyada nə var, nə yox. Əfsus, aradan götürüləndən sonra anasının ağladıldığını bilməyəcək. Mehmet Topçuya görə onu “qatil” adlandırardı – qatiləmsə, al gəldi, məndən qatil işi də gözlə. Nə etdiyini anlamayan zavallı. O iş çoxdan qapanıb, bu hələ saqqız kimi çeynəyir, qaşınmayan yerdən qan çıxarırdı. Nədi, dəlisən?

Yaxşı, bu təzə qətl üçün killeri Rusiyadan gətizdirdi. Rusiya “Mersedes” buraxmayacaq ki – killer buraxır. Killerlər Rusiya hərbi arsenalının simvolikasıdır.

Killer inqlabçının taleinə bircəcik “part”la nöqtə qoydu və sakitcə çıxıb getdi. Killerlər qədim qatillərə bənzəməz. Onlar kimi nə ah-uf edər, nə də vicdan əzabı çəkərlər. Bunlarınkı bir sərçə öldürmək işidir.

Görən, vicdan əzabını prezident də çəkməzmola? Təhlükəsizliyinə cavabdeh olduğu vətəndaşın öz təşəbbüsüylə qətli qanunla onu narahat etməlidir. Lakin vur-öldür, vicdan əzabı çəkə bilmirdi. Buna vaxtı yoxdu. Heç həvəsi də. Axı, hər oğru-quldurdan ötrü də iztirab çəksə, onda can qalmaz ki. Oğru-quldura prezident ola bilməz o. Həri, əzab – aşağı təbəqədən çıxanlara xasdır. Əzab – kasıbların keyfiyyətidir.

Keçən dəfəki kimi təzəcə yaranıb-artan, şölələnib-şəfəqlənən şöhrətinin tamaşasına durdu. Qətlin sifarişçisi olaraq yenə ən müxtəlif ismlər çəkilirdi. Bax, versiyaların yalanı bir daha üzə çıxır. Bəşəriyyət ümumən gopçu olurmuş. İqtidar yaxınları bilərəkdən xalqın başını piyləyirdilər.

Onların yaltaqlığı bunda da görsənirdi. Müxalifət düşərgəsində dolayısıyla ondan şübhələr dilə gətirilirdi. Guya həqiqətçidilər. Düzdü, həqiqətçiydilər, amma onlar həqiqəti yalnız hakimiyyətə gəlmək naminə deyirdilər. Yoxsa dilləri lal olar, deməzlər. Bu məqamda həqiqət məkrin xidmətində durur və heç də sevindirici deyil. Mütəxəssislər qətli araşdırdıqca, bilməyərəkdən faktları təhrif etməkdəydilər. Cinayət açılmaq əvəzinə, qapanırdı.

Bu dünya maraqlı yerdir, bəlkə o dünyadan da maraqlı. Bir dəli bir quyuya daş atır, min ağıllı onu çıxara bilmir. Bu qətlin şöhrəti dillərdə dolaşır, naməlum sifarişçi haqqında həcvlər yazılır, karikaturalar çəkilirdi. Romanlar yazılmaqdaydı. O, prezident olaraq bu qətllə mədəniyyətin inkişafına təkan vermişdi. Ancaq yerli-yersiz də qətlin açılmağında maraqlı olduğunu bildirir, beləliklə, əlavə olaraq da humanist və həqiqətpərəst kimi şöhrət tapmaq istəyirdi. Hər halda, qatilin arxasında duran odur – şöhrət bir tək ona məxsusdu. Ləzzətdi bu.

O, şöhrəti özü yaradıbsa da, şirnikirsə də, heç cür onun altına girə bilmirdi. Bir prezident kimi öz qorxaqlığı və acizliyi, bacarıqsızlığı özünəcə əyan oldu. İçində şüşə kimi çatladı, bir-iki yerində sındı da. Fəqət bunu heç cür büzuzə vermək olmazdı. Şöhrət yenə yad bir şeyə çevrilməkdəydi. Ölkədə fırlanan, dairəvi dalğalar şəklində yayılan bu şöhrət həm onundu, həm də yox. Bir iş var ki, qətiyyən ona lazım deyildi də. Hətta ziyanlı və qorxuncdu. Şöhrəti bir əşya kimi gətirib ona təqdim etsəydilər, bu, yox deyər, ondan imtina edərdi. Qismətdən artıq yemək olmaz, öz şöhrətindən yarımadı, ondan bir təməssük almadı.

Ona şöhrətin yaranıb-artmasını ancaq  izləmək qaldı. O, prosesləri ancaq teleekrandan izləyərdi. Bu zaman qəhvə içər… Qəhvə özü ona ləzzət verməz, sadəcə şöhrətdən gələn ləzzəti müşaiyət edərdi. Bəzən özünü-sözünü unudur, qəhvəni hortuldadırdı. Onu bu gündə görsə düşmənlərin ağzına söz düşəcək. Qəhvə – bu cür içməli şey ona qarşı cinayət faktına çevrilər. Prezident olanda nə olar, gərək qəhvəni də oğrun-oğrun içəsən. Yaxşı ki, onun qəhvə içməsini bir arvadı görür, bir də qızları. Onu əxlaqa sürükləyən həminciyəzlər. Şorgözlüyündən əl çəkməli olub, türkün sözü, şeyini qıçına bağlayıb. Əlac qalıb bir Allaha.

Ölkədəki gözəllərdən yan keçəsən – ölüm bundan yeydir. Tarixdə qalmaq gözəlləri istisna edirmiş. Millət ondan qorxur – o isə arvaddan. Üzlərinə şəkli düşən gözəlçələr, vallah, onun bir himinə lüm-lüt soyunarlar. Axı, ay insafsız qadın, ona dişini dəyişmək pis olmaz! Dişini dəyişsə, boynundan yaman çıxacaq? Neylədiyindi, bunu ona deyərsən, qırmızı şeydi, deyər, bağışla, mən də dişimi dəyişəcəm. Onda da gərək ya onu öldürəsən, ya özünü. Bir az irəli getsək, onu da, özünü də.

Bir gün Lapdandiyanın xanım prezidenti onun ölkəsinə rəsmi təşrif buyurdu. Tapdaqıstan nədən onu çəkib. Əvvəllər o, ümumi beynəlxalq tədbirlərdə bu rəsmi görüşü ona eyham vurardı. Bu elə bilərdi ki, zarafat edir. Hətta uca boyuna söz atmışdı. Buyur, indi gəlir. Çörəyi burnuna yemir.

Bu iki ölkənin maraqları heç cür üst-üstə düşmədiyindən, dalağı sancdı. Dilini dişlədi: a-ha, torbada pişik var. Bəlkə onu sevir? Eşidəndə ki, laplandiyalı xanım heç vaxt qoca, çəlimsiz prezidentlərin ölkəsinə səfərə getmir, yenə dilini dişlədi (dili artıq dişlək-dişləkdi): yox, bununku sevgi deyil. Deyən, dərdi-azarı başqadır. Hə, ona prezidentlər bazburudlu gərək. Öz bazburudundan Tapdaqıstana əlavə dividentlər gələcəkdi.

Neynək, qoy gəlsin, əvvəl malı daldan -qabaqdan süzək. Sonra boş çanağı dolu çanağa vurarıq. Tutar qatıq, tutmaz ayran. Daha keçib, kor olsun, şil olsun, təki əlinə bərk-yumşaq şeylər dəysin. Özü də bunun bədəni hələ sulu-vitaminli , məsamələri naxışlar kimi görsənən dərisi yupyumşaqdı. Hətta ona cavan demək olar. Hərçənd, qoca olmuş olsaydı da zərəri yox. Qocanın – öz ləzzəti var. Prezident bir xanımın nə cavan, nə qocası. Onların qocası da cavan kimidir.

Xanım Maqda Erle hələ təyyarənin trapında görsənəndə , Tapdaqıstan prezidentinin qanı cuşa gəldi. Elə bildi ki, subaylıqdakı kimi yanına ərməğan qız gətirirlər. Əlbəttə, uzaq Laplandiyanın prezidenti onun ölkəsinə köçəri bir quş kimi uçub gəlmişdi. Gəlsənə, onu tutub yeməli. Ş-şş, kambala balığına bənzər bu dolu xanımla hər cür əlaqəni heç kəs bilməz. Heç arvadı da. Prezidentlərin təkbətək görüşü onun yeganə ümid yeri kimi ortaya çıxdı.

Maqda Erle ilə əl-ələ görüşəndə elə bil onu elektrik vurdu. Güclü cərəyan düz gedib dabanlarında bənd aldı. İlahi, qarşıdakı üzücü protokol saatları tez keçmiş olaydı! Qadın və kişinin bir-birinə ilan kimi sarmaşması müqabilində prezidentlərin dövlət səviyyəsində görüşləri mənasız görünmürmü? Nəzəri cəhətcə, kişi və qadından uşaq dünyaya gəlirsə, prezidentlərin görüşündən ancaq yalanlar doğulur. Təkbətək görüşdə bu iki prezidentin qucaqlaşıb tezbazar bir iş görmələri təbiətin möcüzəsi, ən azı təntənəsi sayılardı. Onda təbiət siyasətə qalib gələr. Yalanlardan ibarət əxlaq-zad bir heçə dönər, ona məhkum insanlar azadlığı dadmış olar.

Axı, prezidentlərə də azadlıq vacibdir! Laplandiya prezidentinə aristokratlıq heç cür əl vermir. Aristokratlığı ucbatından ərə də getmədi. Ömrü boyu sevgilərini öldürməklə məşğul oldu – sevgi aristokratlığına ləkə gətirər deyə. O, aristokratlığını bu yad ölkədə böyük sevinclə, “uf” demədən zibil qutusuna atar da. Artıq ona, özünü aristokrat kimi yox, sadəcə, bir qadın kimi duymaq maraqlı idi. Min cür fırıldaqla, amma guya irz-namus gözləməklə prezident ola bilmişdi, qadın yox. Onu

Laplandiyada etalon sayanlar qoy oradaca yenə elə saysınlar. İnsana təkcə bir ölkədə etalon olmaq yetər. Laplandiyada hökmran bir xanım bu yad ölkədə dəmir əzələli hər hansı bir kişiyə qul olmağa beşəlli razıdır. Onda qalmış Tapdaqıstanın cavan prezidenti ola. Onunla tet-a-tet görüşdən bir iş hasilə gələ bilər.

Lakin hər iki prezident ehtiyatlanırdı da.  Bunun ona, onun buna yox demək ehtimalı hələ durur. Nəticə acınacaqlı olar, iki xalqın bir-birinə qatı nifrətinə çevrilərdi. Düzdü, coğrafi uzaqlıq səbəbindən müharibə-hücum gümanı sıfra bərabərdi. Hələ bu yenə dərd yarıdır. Biri o birini yerindəcə güllələyər də. Onda beynəlxalq çaxnaşma qaçılmaz olar. Belə bir taleyi Allah heç kəsə göstərməsin!

Motosiklçilər eskortunun müşaiyəti küçələri şütüyür, kələ-kötür bir yer yoxdusa da guya yırğalanır, hərdən diz-dizə toxunurdular. Laplandiya prezidentinin toppuş dizlərindən cənnət həzzi duymaq olurdu. Bu onu prezident kimi yox, saunada bir huri kimi xəyalına gətirdi. Huşu qanadlanıb başından uçmadı bə! Baş boş qaldı.

Dizlər maç-öpüşdükcə, Laplandiya prezidenti onun üzünə gülümsəyirdi. Nə əcəb, bu təbəssümlər ölkə maraqları çərçivəsində, bu maraqlar naminə olsun? Ehtirasdan yox? Onu elə indicə, buradaca yoxlamalı. Cürətlə və həm sürətlə əlini onun əli üstə qoydu. Əl də mütəkkə budunun üstündə. Gəl-gəl deyən o budun tamı barmaqlar arasından keçib ona çatdı. Xanım prezident dinməsə də ağ şimallı yanaqları get-gedə allanırdı. Yox, onun təbəssümləri ölkə maraqları çərçivəsində deyilmiş. Çünki o da “azad” əlini gətirib, bunun “dustaq” əli üzərinə qoydu. Əllər mərtəbə-mərtəbə alındı. Bu sevgi texnolojisini , nəinki dörd-çevrə motosiklçilər, heç burunlarının ucundakı sürücü də sezmədi. Onlar öz vacib dövlət işləri ilə məşğuldular. Prezidentlərdən savayı aşağıda hamının başı rəsmi qarşılanma mərasiminə qarışmışdı.

Prezident iqamətgahı qarşısında jurnalistlərlə əlüstü qartaqurt edib, zifaf gecəsinə gedirmişlər kimi içəriyə keçdilər. Təkbətək görüş gözlənildiyindən tez başa gəldi. Nə ola-ola qapı örtülən saat oğlan şalvarının “molniya”sını ildırım sürətiylə çəkdi aşağı. Arvad da əlbə-əl yaxasını açıb bir tək sol döşünü bayıra atdı. Sol doş həm ürəyi rəmzləndirirdi, həm də tək bircə döş mənasında əxlaqa dəlalət edirdi. Hər şeyi dərhal açıb ortaya tökmür ki, yersiz də çıxa. Bir döş hələlik erotikanın yarıbayarı azlığı, əxlaqınsa ikiqat çoxluğu kimi tövsif oluna biləcəkdi. Onsuz oğlan prezident qız prezidentin o biri döşünü boş-boşuna buraxası, dinc qoyasıydımı?

Əsla. Budur, oğlan gizlənmiş ürkək döşü çataçat dartıb çölə çıxartdı. Qoşalaşmış döşlər inciyib-qabarmış kimi görsəndilər. Vəzifəsinin böyüklüyünə baxma, Laplandiya prezidentinin döşləri lap balacaydı – onlar sanki əl dəyməmiş şamamalardı.

Tapdaqıstan prezidenti qara anqut ağzını açıb ikisini birdən happ elədi. Ah, qafqazlı zahirən eleqant görünmürsə də, necə də dadlı imiş!

- Bizdə kişilər qamış kimi uzun və soyuq olur. Döşlərimizi də özümüz çıxardırıq, – birdən onun dili açıldı.

- Xeyr, bizdə bu iş kişilərə məxsusdu.

- Dayan, üzümüz qızaracaq, biləcəklər neyləmişik. Axı, nə də olmasa biz prezidentik.

- Prezident yox, bir qadın və kişidən başqa heç nə deyilik. Özü də üz təkcə belə şeylərdən yox ki – siyasi çəkişmələrdən də qızarır.

- Çox düz, biz burda siyasi cəhətcə çəkişmişik!…

Oğlan prezident qız prezidenti bir-iki dəfə bağrına basdı və sevgiyə oxşar bu məqamdan sonra onu qucağına alıb iç otağa apardı. Çılpaq göbək onun gözü önündə yaralı göyərçin kimi çırpınırdı. Laplandiya prezidenti açıq divan-çarpayıya uzadılandasa, işə bax, bu dəfə göbək yumşaqca bir fincana bənzədi. Oğlan, uzun, erotik burnunu dərhal o fincana soxdu. Qız prezident qaqqıldadı, amma tez də özü-özündən hürküb, bəlkə də səhvini anlayıb, əliylə ağzını qapadı.

Keşkə, bu təkbətək görüş illərlə bitməyəydi. Ancaq limit qaçılmazdı – yarımca saat, qurtardı getdi. Dayan, protokol saniyə və dəqiqələri becid ötürdülər. Dünyada bu cür vacib işə cəmi 30 dəqiqə ayrılıb. Ayıb olsun beynəlxalq qurumlara ki, belə görüşlərdəki incə mətləbləri nəzərə almayıblar. Başları oracan işləməyib. Onlar məcbur qalıb erotik mərhələni qısaltmaqla kulminativ nöqtəni tez tutdular. Fısıltılar ritmik rejimə keçdi.

Hər iki ölkədə bu görüşdən çox şey gözləyirdilər.

…Sonra ölü kimi düşdülər.

- Alnımıza ayrılıq yazılıb, – handan-hana prezident qız bunu deyib, tez ayağa durdu, -Sən saata bax, beşcə dəqiqəmiz qalıb.

Hər ikisi cəld özünü prezident cildinə salmağa girişdi. Təsadüfən qız prezidentin donu oğlan prezidentin ayaqları altına düşdü. Don yerdə sərilmiş vəziyyətdə qaldığından zərrə də əzilmədi. Əksinə, enli pəncələr libasın üstünə bir ütü kimi çəkildi. Hə, birazdan hamı onları dövlət başçıları kimi görməli idi. Yəqin jurnalistlər suallarını bir daha gözdən keçirir, əzbərləyirdilər. Biri isti, biri söyuq ölkədən – səfirlər həyəcan içindəydilər. Arvadı heç nədən şübhələnməz, inşallah.

Tərbiyəlidir, onun ağlına belə şey gəlməz də. İndiyənəcən o, arvadının tərbiyəsindən çox faydalar görüb.

- Birdən uşağa qalsam… Diplomatik biabırçılıq olar.

- Sən elə şey eləmə.

- Niyə? Niyə?!

- Prezidentin doğması öz xalqına ziyan gətirər. Bu, yaxşı əlamət olmaz.

- Prezident inək deyil ki. Onun doğması ana olmaq deməkdir.

- Bə ananın əri olmaz?

- Vaxtımız bitdi… Bax, gözləyirəm, gələn səfər bizdəsən.

Axşamkı “Son xəbər” proqramında Tapdaqıstan prezidenti xanım Maqda Erleni teleekrandan anfas-profil süzməkdəydi. Budur, hər ikisi fəxri qarovul önündən keçir. Bax, bəy-gəlin təki birgə limuzinə oturub yola düşürlər. Qarşıdan prezident iqamətgahı gəlir; orada onları mübhəm görüşlər gözləyir.

Hər şey sanki arxadaydısa da, amma hər şey həm də qabaqdaydı.

Teleproqramdakı sonrakı sujet jurnalistin qətli barəsindəydi. O, öz yaratdığı, əli çatmayan şöhrətini növbəti dəfə laqeydliklə seyr etdi. Onsuz bu şöhrəti heç kəs onunku saymır.

Xəyalən Maqda Erlenin üzərinə qayıtdı. Quş kimi uçub gedib – artıq o da onunku sayılmır ki. Deyən, bu dünyada heç nə onun deyil.

Rafiq Tağı

8-30 noyabr 2005-ci il

Alatoran N 6, mart 2006

 
 
Категория: Azərbaycan | Просмотров: 2094 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus