Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Март » 6 » Gülzadə (oçerk)
19:41
Gülzadə (oçerk)
Mətləb Dadaşi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


1930-cu ilin qarlı-şaxtalı günlərin birində, Seyidlər kəndində yaşayan Mirzəkinin həyat yoldaşı Kinəvəs ağır xəstəlikdən sonra vəfat edir. Mirzəki ilk oğul balası Gülbalanı şox əzab-əziyyətlə böyüdüb həddi- buluğa çatdırır. Ailədə qadın səliqəsinin olmaması Mirzəkini təngə gətirir. Kinəvəs xanımı çox sevdiyindən yenidən evlənmək istəməsə də, həyat onu ikinci izdivaca məcbur edir. Kinəvəsin hədsiz gözəlliyini, hərtərəfli insani keyfiyyətlərini heç bir qadında görə bilmir. Qohum-əqraba isə bu işə onu dəfələrlə təkid edir...

Nəhayət, Mirzəki əmisi İsgəndərə deyir:

-Artıq əziz balam Gülbalanın 16 yaşı var. Əmi, mənə elə qız al ki, bizi yola versin.

El ağsaqqalı İsgəndər kişi yaxşı tanıdığı Pircahan kəndində Fəttah kişinin ayaqdan şikəst qızı Fatmanı el adəti ilə Mirzəkiyə alır. Təəssüf ki, ögey ana Fatma Gülbalanı heç xoşlamır, oğul-ata məhəbbətinə qısqanclıqla yanaşır.

Bir il ötür, Fatmanın özünün bir qızı dünyaya gəlir, adını Sara qoyurlar. Qız uşağı dünyaya gətirdiyinə görə Fatma xanım nəinki Gülbala ilə, hətta sakit, təmkinli yüksək əxlaqı ilə seçilən, eldə sayılan əri ilə də tez-tez dalaşır, evdə çığır-bağır salır, ailəni də, qonşuları da bezdirir.

*
Gülbalanı ordu sıralarına çağırırlar. Rusiyanın Kalininqrad şəhərində hərbi xidmətə gedir. Bir il ötdükdən sonra hərbi hissənin döyüş hazırlığı tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə o, vətənə, məzuniyyətə göndərilir. Ata yurduna qədəm qoymaqla ailənin sevinci ilə üzləşir. Belə ki, Fatma xanım bir oğlan uşağı doğur. Qohumlar bir-bir yavaş-yavaş Mirzəkinin xarrat emalatxanasına daxil olub ondan muştuluq istəyirlər. İki övladının gəlişinə sevinən ata hər kəsə muştuluq paylayır. Bunu Allahın müjdəsi hesab edir.

Gülbalanın məzuniyyət vaxtı bitir, hərbi hissəyə qayıdır. Rusiyanın soyuğunda xidmət edən Gülbala ağır vərəm xəstəliyinə tutulur. Hosbitalda bir qədər müalicə alır, nəhayət, üçillik hərbi xidməti başa vurub evə qayıdır.

Qonşuda Qızvəs adlı bir xanım-xatun qıza vurulur, onunla ailə həyatı qurur. Üç qız uşağı- Sevda, Gülyaz, Xatirə bir-birinin ardınca dünyaya gəlir. Sonbeşik Mirzə hələ anasının bətnində ikən Gülbala əsgərlikdə tapdığı vərəm xəstəliyindən vəfat edir. Mirzəki ilk balasını- məhəbbətinin ilk yadigarını dəfn edib torpağa tapşırır. Gəlini Qızvəs başındakı qırmızı gəlinlik örpəyini qarası ilə əvəz edir. Dörd balasını böyüdüb tərbiyə etmək ona çox ağır olsa da, bunu öz alın yazısı hesab edir.

*
Mirzəki kişi həyatın ağrılı-acılı sitəmlərinə sinə gərərək, yorulmadan işləyir, ailəsinə çörək qazanır. El arasında tanınmış ağac ustası, mehriban insan, seyid peyğəmbər övladı olduğundan hər kəs ona iş verir. Günlərin birində, Talış sıra dağlarının qoynunda yerləşən Vərqədiz (Yardımlı) rayonunun Horoni kəndindən çox varlı Şahlar kişi Mİrzəkini çağırır özünə ev tikməyə. Şahlar kişinin ürəyinə yatan bu insan qısa vaxt ərzində onunla möhkəm dost olur. Bu iki insanı bir-birinə qovuşduran Allah-taala onların milli kimliyinə varmadan, yetim körpələrin yaşamasına yol açır.

Şahlar kişinin bir oğlu, bir qızı (Həşim və Xanım) dünyaya gəlmişdi. O dərk edirdi ki, körpələrə nəvaziş, qayğı və gərəyincə təmizlik lazımdır. Şahların bircə bacısı, gözəllikdə tayı olmayan Xanzadəni qonşu Gügavar kəndinə ərə verirlər. Mirzəki bütün qohum-əqrəbası ilə Xanzadənin toyunda iştirak edir.

İllər keçir. Mirzəkinin Fatmadan daha iki uşağı (oğlan və qızı) olur. Bir gün Fatma həyətdə otlayan, üçillik bəslənmiş buğaya su verərkən, qəzəbinə tuş gəlir, ağır zərbələrlə onu kəllələyib qətlə yetirir. Mirzəkinin ocağında 4 körpə də anadan məhrum olaraq yetim qalır.

Ölkəni çörək qıtlığı bürüyür. Böyük ailənin maddi durumu çətinləşir. Şahlar kişi sadiq dost kimi bu ailəyə əl tutur, bu ailənin yetim körpələri ona dayı deyib əzizləyirlər. O da dayı kimi hər gələndə onlara bazarlıq edir, pal-paltarlar alır.

Şahlar kişi Allah qarşısında öz insanlıq borcunu yerinə yetirirdi. Nə biləydi ki, Allah onu yeni sınaqlara çəkəcək. Beş il keçir, gəlin köçdüyü gözəl bacısı Xanzadəni övladı olmadığı üçün çox təhqiramiz formada boşayırlar. Bacısının nakam taleyi Şahlar kişinin "şahlığını”, kişi qamətini qismən qırsa da, zəkası onu bu sarsıntıdan çıxara bilir. Elə həmən gecə atını minib çaparaq gedir Mirzəkinin evinə. Gecə ailəsinə, özünə doğma sandığı bir insanın gəlişinə həm sevinən, həm də nurlu sifətindən kədər ifadələrini duyan Mİrzəki Şahlarla bir qismət çörək yeyib bir qədər dərdləşəndən sonra, birlikdə qayıdırlar Horoni kəndinə. Evə çatanda ailənin yatmasını nəzərə alıb yavaşca eyvana çıxsalar da, hamı oyanır. Şahlar kişi Xanzadəni çağırıb deyir:

- Bacı, səni verirəm Mİrzəkiyə, onsuz da, Allah sənə belə tale yazıb. Onun balalarını öz doğma balan kimi böyüdüb tərbiyə edərsən.

Xanzadə dünya qədər sevdiyi qardaşının sözünsən çıxmır, elə o gecə gedib kəbinlərini kəsdirib Xanzadəni qoşur Mİrzəkiyə. Onlar sübh vaxtı gedib çatırlar evə.

Xanzadənin əvvəlki əri olan Qafur beş qadınla nikaha gedib boşanmışdı. Övladı olmamışdı. Elə bu səbəbə Xanzadəni də evdən qovmuşdu. Halbuki bir il keçməmiş Xanzadə Mirzəkinin evində uşağa qalır. Şahlar kişi Allaha 7 qurban boyun alır. Qurbanlıq qoyunları kəsib fəqir- füqarəyə paylayır. Xanzadənin qızı dünyaya gəlir, Şahlar onun adını anasının adına qoşub Gülzadə qoyur. Gülzadə elə gül kimi gözəl, yaraşıqlı və təravətli olduğundan bu evə bir doğmalıq, istilik gətirir.

*
Bu hərarətin sevinci, əfsuslar olsun ki, çox çəkmir. Gülzadənin bir yaşı tamam olmamış anası Xanzadənin sol döşündə ankoloji xəstəlik tapılır. Üç ayın içində Xanzədə vəfat edir. Körpə Gülzadə anadan yetim qalır. Onu böyük ökey bacısı Sara böyüdür. Gülzadə anasının qoxusunu bacısından alır. Sara həddi-buluğa çatır. Qonşusu Məcid onu sevir və onlar nişanlanırlar. Bir azdan Məcid əsgəri xidmətə çağırılır. Dörd aylıq xidmətdən sonra hərbi hissəni özbaşına tərk edib Xabarovski şəhərindən qaçıb gəlir nişanlısı Sara xanımla görüşsün. Lakin NKVD onu qabaqlayır, kəndin girəcəyində Məcidi həbs edib aparır. Məcid mühakimə olunur və üç il həbs cəzası alır. İki ildən sonra məhbəsdən qaçmağa cəhd edəndə dəmiryolunda NKVD –nin gülləsinə tuş gəlir, cənazəsi doğma kəndinə gətirilir. Sonralar Sara xanıma çox elçilər gəlir. O isə bütün həyatını balaca Gülzadəyə bağlayır. Bacısı Saradan bir addım da ayrı qala bilməyən yetim qızcığaz dörd yaşında ikən atasını da itirir. Gülzadə Günəş kimi şölə saçırdı, anası kimi günü-gündən gözəlləşirdi, artıq ona elçi düşürdülər. Bu zaman Sara qonşu kəndə Ağla kujə kəndinə gəlin köçür. Gülzadəni də qızı kimi özü ilə ər evinə aparır. Əri Əziz kişi Gülzadəyə doğma bacı-qardaş münasibəti bəsləyir.

Əziz Masallı rayon icraiyyə komitəsində məsul vəzifədə işləyirdi. Şahlar kişi Əzizi də özünə doğma adam bilirdi. Çünki istəkli bacısının tək nişanəsinin məsuliyyəti onun üstündə idi. Odur ki, Əziz müəllim də Gülzadəyə heç nəyi əsirgəmirdi. Şahlar kişinin oğlu Pedaqoji İnstitutda təhsil alırdı. Bir gün Əziz müəllim Şahlar kişini çağırır, Gülzadə üçün dalbadal elçilərin gəldiyini söyləyir. Şahlar fikirləşmədən cavab verir ki, qızımız varsa, oğlumuz da var. Şükürlər olsun Allaha. Mən Gülzadəni oğlum Həşimə alacağam. Söhbət burdaca bitir.

Vaxt-vədə yetişir, Şahlar kişi elçi düşür, Əziz müəllim də bu izdivaca razılıq verir. Elin xeyir-duası və adət-ənənəsi ilə toy edib Gülzadəni doğma dayısı Şahların evinə gəlin köçürür.

*
Heç əzab görməyən, şən, şıltaq Gülzadənin qara günləri bundan sonra başlayır. Burda bir el deyimi yada düşür:

Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır.
Adam var ki, dindirəndə can deyir,
Adam var ki, dindirməsən yaxşıdır.

Elə bu zavallı Gülzadə də dindiriləsi lazım olmayan bir adama ərə gedir və elə bu cür bir qaynanaya gəlin olur. Həşim öz kəndində müəllim işləyir. Şahlar da qonşu kəndin yaxınlığındakı Yaylaqda işlədiyi üçün evə gec-gec gələrdi. Onun evdə olmadığı vaxtlar Gülzadənin qaynanası ona olmazın işgəncələr verir, təhqir edir, istədiyi vaxt döyür və söyür. Həşim məktəbdən evə gələndə bacısı Xanım qardaşının qabağına qaçıb xəbərçilik edir:

- Qardaş, ana Gülzadəyə nə iş tapşırır, deyir: bacarmıram, ona söz qaytarır.

Həşim də öz növbəsində Gülzadənin uzun, qara saçlarından yapışıb, sürüyür, salır tövləyə, o ki var yorulanadək döyür. Dayısı evə gələndə ərinin, baldızının və qaynanasının qorxusundan ona heç nə bildirmir, qançırlarını pal-paltarı ilə örtüb gizlədir.

Daha maraqlısı budur ki, qeyri-insani münasibətlərdə ola-ola bu ər-arvad bir-birinin dalınca uşaq da əmələ gətirir? Gülzadənin səbr-dəyanətinin səbəbi bu idi ki, gəlin köçəndə bacısı Sara ona ibrətli bir əhvalat danışmışdı.

Nağıl etdiyimiz kimi, Xanzadənin əvvəlki əri Qafurdan uşağı olmamışdı, elə buna görə Xanzadəni boşamışdı. Bir dəfə Gülzadə təzə doğulan vaxtlarda Şahlar kişi bacısı ilə yeznəsini evinə qonaq çağırır. Xanzadənin qucağında uşaq Horoni kəndi yaxınlığında Qafur kişi ilə rastlaşırlar. Xanzadə dərhal qundağa bükülü uşağı xəndəkdə gizlədir. Qafur ötüb keçəndən sonra uşağı götürür, yola davam edirlər.

Mirzəki bu hərəkətin səbəbini soruşur, Xanzadə deyir:

- O beş arvad aldı, Allah ona uşaq vermədi. Onu görən Allah məni də görür, axı? O da insandır. Qucağımdakı uşaqla ona gözdağı olmaq istəmədim.

Bu əhvalatı danışan Sara bacı axırda mənə belə nəsihət etdi:

- Bacı, neçə uşağın olsa, Allaha şükr edəsən, qabağını almayasan. Allah ruzilərini yetirər.

*
Bir gün Şahlar kişi axşamçağı evə gəlir, tövlədə ağlamaq səsi eşidib içəri girir. Burada heyvanların içində qucağında körpə uşaqla istəkli gəlinini, ciyərparasını görür. Hər şeyi anlayır. Huşunu itirib üzü üstə yıxılır, yerindəcə keçinir.

Gülzadə hər zülmə dözür, 8 oğul, 6 qız dünyaya gətirir, onların təhsil almasına nail olur. Bu gün Həşim müəllim də, Gülzadə xanım da övladlarının xeyrini görür, səfasını çəkirlər...

Son zamanlar Həccə getmək, hacı olmaq, başdaşında Hacı yazdırmaq xulyası yaman dəb düşüb. Övladları Həşimi Həccə yollamaq istəyirlər ki, bəlkə günahlarının bir qismi bağışlana.

Həşim Həccə yollananda hamı ilə halallaşır, arvadı Gülzadə isə halallıq vermir. O, indiyədək ailəsində cərəyan edən haqsızlıqlar barədə heç kimə heç vaxt danışmamışdı, amma indi övladları, qohumları təkid edəndə danışdı:

- Övladlarım, atanız nə bu dünyada , nə də axirətdə məndən halallıq ala bilməz. O əbədi olaraq mənim üçün qara kabusdur. Əziz balalarım, gəlinlərimi incitməyin, onlara acı sözlər deməyin: "Onlar sizə bar-bəhər verən tarlaya bənzərlər, bu tarlanı yaxşı quruyun ki, səfasını görəsiniz”.

Doğrudur, Həşim Həccə getdi, amma ona hacı deyən olmadı.

Şahların ölümündən sonra qayınanası Minaxanımın alnında bir qara yara peyda oldu, müalicəsi mümkün olmadı, illərlə xəstə yatdı. Gülzadə Allah xatirinə ona yaxşı baxdı. Ölüm ayağında Minaxanım günahlarını boynuna aldı, tövbə elədi. Gəlinindən onu bağışlamasını dilədi. Amma nə fayda? Daş cavab verdi, Gülzadə dinmədi.

Baldızı xəbərçi Xanıma elçi düşən olmur. Bu yaxın günlərdə ANS telekanalında "Toy olsun” verilişinə düşmək məqsədilə Bakıya gedərkən avtomobil qəzasında dünyasını dəyişir...

Necə deyərlər, hayla gələn vayla gedər.



 

Категория: Talış incəsənəti | Просмотров: 1961 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus