Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 10 » Hakim Azər Orucov şahid Elman Quliyevin vəkili rolunda (Hilal Məmmədovun məhkəməsindən reportaj)
22:31
Hakim Azər Orucov şahid Elman Quliyevin vəkili rolunda (Hilal Məmmədovun məhkəməsindən reportaj)
(3 aprel 2013-ci il, saat 11.00 – 13.00, şahid Elman Quliyevin dindirilmə prosesi)

Hakim (Azər Orucov) şahidi zala dəvət edərək, ona təkrar suallar verilməməsini tələb etdi. Mən etiraz edərək bildirdim: 
- E.Quliyev keçən dəfə bəzi suallara qeyri-konkret cavab verdiyindən, Novruzəli Məmmədovun cinayət işindəki müvafiq sənədlərin hazırkı işə əlavə olunmasıla bağlı vəsatət qaldırıldı. Bu vəsatət də qəbul olundu. Odur ki, təkrarən bəzi sualları yenidən verilməyimizə ehtiyac duyulacaq...

Hakim sualların verilməsindən ötrü mənə (H.M.) müraciət etdi. Elman Quliyev ilkin söz istədi və dedi: 
- Möhtərəm hakim, əvvəla, məhkəməyə bildirmək istəyirəm ki, Hilal Məmmədovun Təngərüd kəndindəki qohumları mənə hədə-qorxu gəliblər. Onlar məndən tələb ediblər ki, fikrimi dəyişim, əks təqdirdə mənim Təngərüddən sağ-salamat keçməyəcəyimlə hədələyiblər. Xaiş edirəm ki, bunu qeyd edəsiniz...
Hakim (katibə): Onun dediyi kimi də qeyd et (o yenidən həmin kəlmələri aramla deyib, katib protokola daxil etdi).
H.M.: 
- Cənab hakim, bu da onu ortaya atanların növbəti uydurmasıdır. Təngərüdlülər bunun kimi üzdəniraqlara əlini bulaşdırmazlar.
E.Q.:
- Möhtərəm hakim gördünüz, o məni təhqir etdi, məni "üzdəniraq” adlandırdı.
Hakim: 
- Bəs kişi deyilsən, sən də qaytar özünə də, niyə cavabını vermirsən?
H.M.: 
- Cənab hakim, mən onu təhqir etməmişəm, 6 il saxlandığı zondakı ləqəbiylə ona müraciət etmişəm...
E.Q.: 
- Möhtərəm hakim, mən onun səviyyəsində deyiləm...
Hakim:
- Niyə? Əgər səni təhqir edirsə, sən də eyni təhqirlə cavabını ver də...
H.M.: 
- Cənab hakim, özü dedi ki,mənim səviyyəmdə deyil, türmənin öz qanunları var, hər kəs layiqli adını qazanır və digərinə şər yaxa bilməz, o bu qanunları yaxşı bilir...
Hakim:
- Yaxşı, sualını ver.
H.M.:
- Cənab hakim, maşallah görürəm ki, bu şahidin yaman müdafiəçisinə çevrilmisiniz?!
Hakim: 
- Sən sualını ver, mən heç kimi müdafiə etmirəm.
H.M.: 
- Yaxşı, keçən dəfəki sual yarımçıq qaldı... Onun bir ifadəsində var ki, o ,1973-ci ildən KGB sistemində işləmiş və ...
Hakim (sözümü kəsir):
- Sən sualını ver, təkrarçılığa getmə.
H.M.:
- Mənə təzyiq etməyin! Mənim sualıma keçən dəfə cavab verdi ki, ”bunları deməyib”. Ona görə Sizə müraciət etdim ki, onun 2007, fevraldakı ifadəsinin surəti çıxarılıb, işimə əlavə edilsin. Orada o, açıq-aşkar deyir: ”...Məndən istifadə edin, nə istəyirsiniz düzün-qoşun. Məndən faydalanın, bəhərlənin”. Sualımı təkrar edirəm: bu sənin ifadəndir, ya yox?
Hakim:
- Elman Quliyev konkret de "hə”, ya "yox”?
E.Q.: 
- Mən o mənada bunu demişəm ki, istintaqa əlimdən gələn köməyi əsirgəmirəm.
Hakim: 
- Yaxşı, aydındır. Hilal Məmmədov başqa sualını ver.
H.M.:
- Yaxşı, bütün ifadələrində bildirmisən ki,v”Tolışo Sədo” qəzeti milli-ayrıseçkilik salmış və dövlətçiliyin əleyhinə olmuşdur.vBu doğrudurmu?
E.Q.:
- Bəli, doğrudur, bu qəzet dövlətçilik əleyhinə idi.
H.M.:
- Yaxşı, bəs oinda niyə fevral, 2007-dəki ifadəndə "qamətli nazir”, ”cənab nur üzlü general-leytenant” kimi müraciət etdiyin MTN nazirinə bildirmisən ki, ”Qəzetdə dövlətçiliyimizə, milli birliyimizə xələl gətirən yazı yoxdur”? Cənab hakim, səhifəni, tarixi də deyirəm...
Hakim:
- Lazım deyil, aydındır. Elman Quliyev, sən bəs niyə belə demisən, sonra fikrini dəyişmisən?
E.Q.: 
- Mən MTN-də dindirilmə zamanı ilk günlər doğrudan da belə demişəm. Amma sonra anladım ki, dövləti aldatmaq olmaz, gec də olsa peşimançılığımı boynuma aldım... Dedim ki, bu qəzet dövlətçiliyimiz əleyhinə idi, antitürk təbliğatı aparırdı.
H.M.:
- Bəs onda, niyə o cümlələrdən sonra da bildirmisən (oxuyuram): ”Cənab nurlu üzlü general-leytenant, Sizi and verirəm Qurani-Kərimin 6666 ayəsinə, mənə kömək edin ki, girdabdan çıxım, olan-qalan ömrümü həsr edim elmin geniş yollarına. Əfqanıstan müharibəsinin ehtiyatda olan zabit veteranı, SSRİ-nin Əfqanıstandakı səfirliyinin 2-ci katibi işləmiş, İranın burada yeddi talış agenti barədə müstəntiqə məlumat verən məndən üz döndərməyin...(hakim kəsir)
Hakim:
- Bəsdirin, burda uzun-uzadı danışmayın... Konkret sualınızı verin.
H.M.:
- Siz mənə imkan vermirsiniz... Amma mən bir abzası da oxumalıyam: "Mənə düşdüyüm vəziyyətdən çıxmağa yardım etsəniz, ulu Tanrıya ağlayaraq yalvararam ki, mənə ayırdığı ömür payından istədiyi sayda illəri Sizin ömrünüzə calasın. Əgər yalan deyirəmsə, Allah mənə qənim olsun...”. Səmimi sözlərdir? O 7 İran agentindən əgər biri mən idimsə, nə əcəb,o vaxt – 2007-də həbs edilmədim?
E.Q.:
- Mənim sözlərimdir... Burda nə var ki? Daha azad edilmədim,6 il iş aldım da...
H.M.: 
- Bəs bu qədər yalan ifadələrindən sonra, söylə, yenə həbs edilsən, ömründən baş prokurora ya DİN nazirinə yenə pay verərsənmi?
Hakim:
- Sualı çıxardıram... Bəsdir, Hilal Məmmədov,sənə xəbərdarlıq edirəm yenə də, ələ salma şahidi...
H.M.:
- Cənab hakim, bütün bu sözlər mənim vəkillərimin vəsatətində də yer alıb... İşimin ayrılmaz parçalarıdır...
Hakim:
- Sualınızı verin...
H.M.:
- Səid Dadaşbəylini və onun dəstəsindən olan Samiri tanıyırsanmı?
Hakim: 
- Bu sualı da çıxardıram.Səid Dadaşbəylinin Sənin işinə heç bir dəxli yoxdur.
H.M.: 
- Əhsən, elə bunu da eşitmək istəyirdim. Demək, o 8 cilddən biri də ixtisar olacaq. Çünki, ora mənə qətiyyən aidiyyəti olmayan S.Dadaşbəyli mövzusu daxil edilib. Amma bu sualı da elə-belə vermədim. Onu (E.Q.-i) xüsusu olaraq o dəstənin məhbuslarının kameralarında da yerləşdiriblər, məqsəd isə yeni donoslar toplamaq olub, bax, ona görə, deyirdim ki, o...
Hakim: 
- Təhqir eləmə, sualını ver...
E.Q.:
- Bəli, mən Samirin yanında olmuşam və bəzi məlumatları da istintaqa demişəm...
H.M.: 
- Yaxşı, müstəntiq sənə sonra tapşırıq veribmi ki, Astara polis rəisi və prokurorun narkotika alveri ilə məşğul olması barədə də donos yazasan?
Hakim:
- Bunların sənə dəxli yoxdur. Sualı çıxardıram.
H.M.:
- Niyə? Sərf eləmədi? Cənab hakim, bəlkəm narkotikaya aid sualları saxlayaq açıq məhkəməyə, o gəlsin və orda verək?
Hakim:
- Yox, elə nə sualın varsa ver burda, daha ayrıca sual-zad üçün onu çağırmağa ehtiyac yoxdur.
H.M.:
- Niyə? Axı, bilavasitə onun ərizəsiylə mənim cibimdə və evimdə axtarış aparılıb...Tutaq ki, sabah yazdı ki, məhkəmədə iştirak edən dövlət ittihamçısı narkotika satır və istifadəçisidir, demək ki, onu tutmalıdırlar ki?!
Hakim:
- Sənin cibindən narkotika çıxıb da...
H.M.:
- Demək, sabah əgər lap Sizin də cibinizdən narkotika çıxartmaq lazımdırsa, E.Quliyev kimi birisinin ərizəsi kifayət etməlidir?!
Hakim:
- Sənin bizimlə, ya prokurorla işin olmasın, özündən danış...
H.M.:
- Yaxşı, özümdəm danışım. Əcəba, nədən bu Elman Quliyev öz 2007, fevralfakı donosunda yüzlərlə adamların, hətta kəndindəki narkomanların, narkotacirlərin adını çəkir, amma nədənsə, mənim adımı çəkmir? Əgər mən, onun ifadəsində qeyd olunduğu kimi, İran Xüsusu Xudmət Orqanlarının (İXXO) tələbiylə külli miqdarda narkotika alış-verişiylə elə o vaxtlardam məşğul idimsə, bəs bunu niyə gizlədirdi? Nə oldu,19 iyunda barəmdə yazdı, 21 iyunda həbs edildim, amma yuxarıda qeyd olunan ”narkobaronlar”isə 7 ildir rahat buraxılıb? Bəs, bu nə isə demirmi?! Həbsimin bilavasitə sifarişlə olduğunu bir daha təsdiq etmirmi?!
Hakim:
- Elman Quliyev, yaxşı, qısa şəkildə birdə de. Nə üçün o vaxtlar bunu demədin? Düzdü, sən keçən dəfə buna aydınlıq gətirdin, amma, bir də de, qoy eşitsin...
E.Q.:
- Mən keçən dəfə dedim, o vaxt bunu deməyi lazım bilmədim, amma zindanda bu 6 ildə çox götür-qoy etdim. Axı, niyə mən zindanda çürüməliyəm, o isə bayırda gəzməlidir? Biz hamımız onun ideyalarının qurbanlarıyıq. Odur ki, ondan prokurorluğa və DİN-ə şikayət etdim...
H.M.:
- Bəs, səni həbs etdirən MTN-ə niyə şikayət ərizəsi yazmadın? Axı, bu "dövlətə xəyanət”i DİN yox, MTN araşdırır?
E.Q.:
- Fərqi nədir ki, prokurorluğa yazdım da...
Hakim:
- Yəni,prokurorluq tam kifayət edir ki, iş araşdırılsın...
E.Q.:
- Bəli.
H.M. 
-Yaxşı, bəs, mənim narkotika satışı ilə məşğul olduğumu hardan bilirdin?
E.Q.:
- Bunu keçən dəfə dedim də... Novruzəli demişdi...
H.M.:
- Bəs, hər iki ərizəndə bildirmisən ki, bunu 2 nəfər şahidin yanında elə özüm sənə demişəm...
E.Q.:
- Yadıma düşmür... 2006-cı il idi, üstundən 7 il keçib. Dəqiq yadımda deyil, amma bunu bilirəm ki, o vaxtlar Novruzəli demişdi...
H.M.:
- Yaxşı, bəs, Novruzəli müəllim bunu haradan bilirdi?
E.Q.:
- Nə bilim?! Yəqin Əli Əbdoli ona deyib də?!
H.M.:
- Bəs, Əli Əbdoli haradan bilirdi?
E.Q.:
- Dedim ki,”bəlkəm də”...Səhih bilmirəm...
H.M.:
- Bəs, hər 3 iifadəndə bildirmisən ki, mənim narkotika istifadəçi və taciri olduğumu hamı bilir. Məsələn, bu "hamı” ya kim daxildir?
Hakim: 
- Elman Quliyev sən "hamı” sözünü demisən?
E.Q.:
- Bəli, belə bir sözü demişəm yəqin... Burada "hamı” deyəndə mən Novruzəlini nəzərdə tutmuşdum. Onun sözüdür...
H.M.:
- Yaxşı, 19 iyun, 25 iyun, 30 iyun – hər 3 ifadəndə bildirmisən ki, İXXO mənə narkotika və pul verirdilər. Eləmi? Bunu kim deyib?
E.Q.:
- Neçə dəfə demək olar ki, Novruzəli deyirdi...
H.M.: 
- Bəs, niyə hər 3 ifadəndə demisən ki, guya özüm olmayan görüşdə sənə boynuma almışam?!
E.Q.:
- Bayaq dedim ki, yadımda deyil, 7 il üstündən keçib...
H.M.:
- Bəs, o ərizəni 8-9 ay əvvəl yazmısan, nəyə görə mənim dilimdən yalan uydurmusan, bunu ki, 7 il əvvəl yazmamısan?
E.Q.: 
- O ifadələr yadımda deyil, orda necə demişəm...Yadımdan çıxıb...
H.M.:
- Yaxşı, bu İXXO mənə pul verirdilərsə, daha narkotikanı niyə verirdilər? Yox, əgər narkotika verirdilərsə, pulu niyə verirdilər?
Hakim:
- Hilal Məmmədov, keçən dəfə bu sualları vermisən, təkrarçılığa yol vermə, cavabını da verib...
H.M.:
- Cənab hakim, yaxşı müdafiəçisiniz, amma o, keçən dəfə əməlli izah etmədi, niyə eyni zamanda pul və narkotika verib İXXO mənə?
Hakim: 
- Yaxşı, Elman Quliyev, de niyə bunu da, onu da ona veriblər?
E.Q.:
- Narkotika verirdilər ki, həm pul qazansın, həm də azərbaycanlıları zəhərləsin, onları məhv etsin...
Hakim:
- Demək, narkotikanı gəncləri məhv etmək üçün ona verirdilər. (Katibə müraciətlə) Belə də yaz...
H.M.:
- Bəs, axı yazırsan ki, narkotikanı əsasən Rusiyaya göndərirdik... Orda da azərbaycanlıları zəhərləmək istəyirdik?
Hakim:
- Daha dedi də... Başqa sualını ver...
H.M.:
- Yaxşı, onda pulu əlavə niyə verirdilər?
E.Q.:
- Cib xərcliyi üçün...
H.M.:
- Məsələn nə qədər?
E.Q.:
- Nə bilim, Novruzəli onu deməmişdi, amma deyirdi ki, Hilala və Fəxrəddinə Rusiyaya ayda 1000 dollar göndərirlər.
H.M.:
- Həm də narkotika?!
E.Q.:
- Daha onu bilmirəm...
H.M.:
- Axı, özün dedin ki, və hər 3 ifadəndə var ki, Rusiyada narkotika satmışam...Daha, o 1000 dollar nə idi ki?! O da cib xərcliyi idi?
Hakim:
- Hilal Məmmədov bu söhbətləri qurtarın, aydındır, başqa sualınıza keçin...
H.M.:
- Axı, narkotika bağlı sualım çoxdur... Yaxşı , qalsın açıq məhkəməyə...
Hakim:
- Yox, orda daha bu suallar-zad olmayacaq. Daha ona ehtiyac da yoxdur...
H.M.:
- Niyə? Axı, bilavasitə onun ərizəsiylə həbs olunmuşam? Bu 8 tomu onun sözləriylə "düz-qoş” ediblər???
Hakim:
- Suallarınızı verin, amma bu narkotika söhbətini yığışdırın...
H.M.:
Yaxşı, indi də keçək əsas mətləbə...Yəni, mənim "dövlətə xəyanət” ya "milli-dini ayrıseçkilik” salmağıma. Görək, mənim "xəyanətim” ya "separatçılığımın” əsas mahiyyəti nədir və hansı mənbələrə əsaslanır...Yeri gəlmişkən, bu sualları 2008-də məni şahid qismində Novruzəli müəllimin məhkəmə prosesində dindirilərkən ortaya çıxıb və dərc də olunub. Beləliklə, Elman Quliyevin hər 3 ifadəsinə görə, mən Əli Əbdoli adlı şəxs tərəfindən 1992-ci ilin mayından "verbovka” olunmuşam, ondan pul almışam, dəfələrlə görüşmüşəm və Azərbaycan əleyhinə işlər görmüşəm...İlk sual: ”Verbovka” deyəndə, o nəyi nəzərdə tutur?
E.Q.:
- Yəni, səni ələ alıb İranın xeyrinə-düşmən ölkəyə işlətmək istəyiblər...
Hakim (Elmana): 
- Keçən dəfə dedik, biz İranı düşmən dövlət hesab etmirik. Bu sənin şəxsi mövqeyin ola bilər...
E.Q.:
- Bəli, şəxsi fikrimdir. İran bizim düşmənimizdir.
H.M.:
- Hansı ki, sən o düşmənin pulunu alıb, yeyib-içib, evinə-mənzilinə sərf etmisən?!
E.Q.:
- Peşiman olmuşam da... 6 il də oturub cəzamı almışam...
H.M.:
- Əli Əbdolinin məni "verbovka” etdiyini, pul-para verdiyini, dövlətçilik əleyhinə işləməyimi təklif etməsini haradan bilirsən və hansı konkret faktlara əsaslanırsan?
E.Q.:
- Bunu mənə, Novruzəli deyib 2000-ci ildə. Sonra Əli Əbdoli özü də deyib...
H.M.:
- Nə deyib, deyib ki, mənə pul-para verib? İrana çalışmağımı təklif edib?
E.Q.:
- Pul söhbəti olmayıb,onu Novruzəli deyirdi ,amma deyirdi ki,Hilala müsahibə vermişəm, talış problemlərindən danışıb...
H.M.:
- Yaxşı, onun "ettelatçı” olmağını haradan bilirsən? O, özü bunu sənə etiraf edib?
E.Q.: 
- Yox Novruzəli deyirdi...
H.M.: 
- Bəs, Novruzəli haradan bilirdi?
E.Q.:
- O hər şeyi bilirdi, mən ona işləyirdim...
H.M.:
- Bəs işdə adı hallanan Pakraveş adlı şəxsin "ettelatçı” olduğunu hardan bilirsən? Özümü sənə dedi?
E.Q.:
- Yox, dedi ki, mən tacirəm, mədəniyyət işçisiyəm. Siz gərək o taydakı talışları da fəal edəsiniz, qəzet çıxarasınız, İranı müdafiə edəsiniz, talışları vəzifəyə qoyasınız və i.a. Ona görə qət etdim ki, o ettelatçıdır...
H.M.:
- Tutaq ki, qonşu ölkənin mədəniyyət xadimi ən adi bəşəri hüquqlara sahib olmağı təklif edib, demək o ettelatçıdır və ölkəmizə zərbə vurmaq istəyir?
E.Q.:
- Hə, bunu dövlətçiliyimizin əleyhinə edirdi...
H.M.:
- Məsələn, konkret olaraq, götürək, bizi "verbovka” edən Əli Əbdoliyə, səncə, o hansı tapşırıqları mənə verirdi?
E.Q.:
- Özün bilirsən də...
H.M.:
- Yox, bilmirəm, sən de, biz də bilək...
E.Q.:
- Məsələn, sənə deyib ki, ”Tolışi Sədo” qəzetində bu talış məsələsini qabart, Talış-Muğan Muxtar vilayəti barədə təbliğat apar...
H.M.:
- Talış məsələsini qabart deyəndə, konkret hansı məsələləri nəzərdə tuturdu?
E.Q.:
- Məsələn, türklərin Azərbaycana gəlmə xalq olmalarını, talışların aborigen xalq olmalarını, Babəkin talış olduğunu və s.irəli sürmək... Sonra Azərbaycanı Türkiyə və Amerikadan ayırmaq...
H.M.
- Məgər Azərbaycan Türkiyə və Amerika ilə bir federasiya təşkil edir?
E.Q.:
- Yox, o mənada ki, o iki ölkə bizə dostdur, İran isə aranı vurur...
H.M.:
- Yaxşı, türklərin nə vaxtsa Azərbaycana gəlmə olduğunu, ya talışların aborigen olmaları, ya Babəkin talış mənşəli olması barədə fikir yürütmək – dövlətçiliyə xələl hesab edilə bilərmi? Bəs Sovet dövrünün tarixşünas alimləri Ə.Sumbatzadə, Ə.Quliyev və digərləri də bu barədə yazıblar?!
E.Q.: 
- Novruzəli deyirdi ki, onlar o vaxt İranın mövqeyindən yazıblar. İqrar Əliyev də elə...
H.M.:
- Bəs, İqrar Əliyevin elmi mövqeyi heç sonralar da da dəyişməyib axı?!
E.Q.:
- İrana, düşmən ölkəyə xidmət edib də...
Hakim:
- Hilal Məmmədov konkret sualınızı verin.
H.M.:
- Yaxşı, lap tutaq ki, talışlar muxtariyyət tələb edir, bu, dövlətçiliyə xəyanət hesab edilə bilərmi? Ümumiyyətlə, muxtariyyət istəmək – Azərbaycan Konstitusiyasına ziddirmi? Yəni, Konstitusiyamızda xalqların muxtariyyət hüququ qorunurmu?
E.Q.:
- Bilmirəm. Konstitusiyanı oxumamışam...
H.M.:
- Bəs, orada milli azlıqların hüquqlarının qorunması barədə dövlət təminatı var. Onda, niyə xalqın öz minimal hüquqlarının tələbləri İXXO-nın sifarişi hesab edilməlidir?
E.Q.:
- Nə bilim... Onlar istəyirlər ki, ölkəmiz zəifləsin...
H.M.:
- Məsələn, sən 3 ifadəndə bildirmisən ki, İXXO Bakıda, Astarada, Lənkəranda, Masallıda Talış Mədəniyyət Mərkəzinin ofislərini açmaq tələbini qoyub. Sualım: Məgər bu, bizim hüquqlarımız deyil? Məgər dövlət özü bu tələbləri qoymalı və həll etməli deyilmi?
E.Q.:
- Bilmirəm... Amma onlar da bunu tələb edirdilər...
H.M.:
- Yaxşı, mənim barəmdəki hər 3 ifadəndə göstərmisən ki, sənin tərcümə etdiyin "Kadusilər tarixi” kitabına görə səni təbrik etmiş və bunu türklərə qarşı qələbə saymışam. Sualım: O kitabda türklərə ya Azərbaycana qarşı nəsə varmı?
Hakim:
- O nə kitabdır? Azərbaycan dövlətçiliyinin əleyhinəmi yazılıb?
E.Q.: 
- Yox, cənab hakim. O kitabı Əli Əbdoli yazıb, qədim talışların tarixidir. Azərbaycana aid orada nə ola bilər ki?Azərbaycanda dövlətçilik 1991-ci ildən qurulub, amma kitab antik dövrə aiddir... Orda türklərin əleyhinə heç nə yoxdur.
H.M.:
- Bəs, nə üçün mənim adımdan yalan ifadələr vermisən o kitab barədə?
E.Q.:
- Yadıma düşmür.
H.M.
- Keçək ermənilərə...
Hakim: 
- Hilal Məmmədov özünüzə aid sualları verin...
H.M.: 
- Bəs, bu "cinayət işində”, o cümlədən istintaq aktının bir hissəsi də bu mövzudur da... Sualım: Mənim səninlə olmayan görüşdə guya erməniləri tərifləməyim olubmu?
E.Q.:
- Yadıma düşmür..
H.M.:
- Bəs, sən hər 3 ifadəndə yazmısan ki, mən erməniləri o ki var tətifləmiş, talışlarla qan qohumu saymış, hind-avropa dillər qrupuna aid olduğunu bildirmişəm?!
E.Q.:
- Yadıma düşmür.
H.M.: 
- Amma sən ifadəndə bildirmisən...
Hakim:
- Hilal Məmmədov deyir ki, yadıma düşmür, bəs niyə hey təkrar edirsən...
H.M.:
- Cənab hakim, istintaq aktının bir neçə səhifəsi bu nağıllara həsr olunub, indi nə edək – onları ordan çıxarda bilərsinizmi? Yaxşı, tutaq ki, mən ermənilərin talışlarla qan qohumu ya hind-avropa dil qrupuna aidliyini demişəm, burda dövlətçiliyi nə xəyanət var? Məgər bu elmi diskussiyanın mövzusu deyilmi?
E.Q.:
- Bilmirəm...
Hakim:
- Hilal Məmmədov suallarınızı bitirin..
H.M.:
- Necə yəni bitirin, təkrar edirəm, 8 cildi "düz-qoş” ediblər bir xəstənin nağılları əsasında, 9 aydan çox məni zindana salıblar bu nağıllara istinadən, indi iki dəfə ifadə verməsini kifayət sanırsız? Cənab hakim, Siz cinayəti ört-basdır etməyə cəhd etməyin. Bu əbləhin əliylə böyük bir alimi, dünyada yeganə talışşünas dilçini; ailəsni, 2 oğlunu məhv ediblər, həyat yoldaşı köç edib ölkədən... İndi də onun əliylə məni məhv etmək istəyirlər, Siz də həmin şəxslərə əslində yardımçı olursunuz... Etməyin belə, olmaz! Ədalətli olun! Buyurun, bu da Novruzəli müəllimin həyat yoldaşının Niderlanddan göndərdiyi müraciət (hakimə və prokurora təqdim edirəm) Məryəm xanım bu əbləhin sərsəmliyinə son qoyulmasını Sizdən tələb edir.
Hakim(baxır): 
Burda imza yoxdur, qoy rəsmi poçtla göndərsin, imzasıyla.
H.M.:
- Cənab hakim, bu əbləh addımbaşı "Novruzəlidən eşitmişəm” deyir, məgər bu rəhmətliyin ruhuna təhqir deyilmi?! Niyə buna hüquqi qiymət vermirsiniz?!
Hakim: 
- Axırda verilir... Daha hansı sualların var?
H.M.: 
- Çoxdur, lap çox... Onun bu 3 ifadəsindən və istintaq aktındakı kəlmələrindən irəli gələn suallarım çoxdur... İndi görək, milli-dini ayrıseçkiliyi mən, ya Novruzəli müəllim qabardıb, yoxsa,bu Elman Quliyev kimi agentlərin diliylə hakimiyyət?!
Hakim: 
- Sualını de, uzatma...
H.M.:
- Cənab hakim, məni tələsdirməyin, indi sifarişlə işləyəndə, gərək "tez-bazar” edədəsiniz ki...
Hakim:
- Mən bazar adamı deyiləm, danışığıvı bil. Bazarı sən açırsan burada...
H.M.:
- Etmisiniz, çox etmisiniz, sifarişlə onlarla və bəlkə də yüzlərlə işlər görmüsünüz...Bəs bu bazar deyil, nədir?
Hakim:
- Hilal Mməmmədov mən sizə daha söz vermirəm...
H.M.:
- Mənim sualım coxdur, bilavasitə istintaq aktında onun dediyi ifadələrə əsasən...
Hakim:
- Yaxşı, de, uzatma...
H.M.:
- İstintaq aktında, o cümlədən Elman Quliyevin ifadəsində xüsusi bir yer tutan məqam da – guya Novruzəli müəllimin türk xalqını təhqir etməsi, yəni onu "qoyunbaş” və "dargöz” xalq olduğunu ifadə etməsidir. Sualım: Novruzəli müəllim bunu nə vaxt deyib və ya hansı qəzet məqalələrində belə fikir olub?
E.Q.:
- ”Tolışi Sədo” qəzetinin hansı nömrəsini bilmirəm, amma bu cür xarakterli yazılar və şeirlər olub...
H.M.:
- Konkret hansı yazıda, ya şeirdə? Nə vaxt çap olunub?
E.Q.:
- Dəqiq yadımda deyil, üstündən neçə il keçib...
Hakim (nəzarətçiyə): 
- Birdə yoxla, gör bu vəkillərin telefonları sönüb ya yox. (Sonra üzünü mənə tutur) Hilal Məmmədov əl çək bu təhqirdən...
H.M.:
- Kim təhqir edir, mən ya Siz? (əlimlə göstərirəm) Baxın bu istintaq aktı, bu da onun 3 ifadəsi, hamısında da robot kimi eyni sözləri yazıb.Yaxşı, lap tutaq ki, Novruzəli müəllim bunu deyib, hərçənd ki, o ömründə belə təhqirə yol verməzdi, bəs istintaq tərəfinin nə marağı var ki, bu təhqirləri istintaq aktında, sübutların qiymətləndirilməsində və digər qərarlarında təkrarlayır? Mən Elman Quliyevin ifadəsindən bu kəlmələri gətirdim... Xalqı kim təhqir edir, biz ya Siz – hakimiyyət orqanları? Kim aranı qızışdırır – biz yoxsa Siz??? Tutaq ki, Elman Quliyev kimi axmağın dilindən nəsə əxlaqsız söz deyilib,  onu mütləq rəsmi sənədlərə salmağa ehtiyac var idimi? Süni olaraq milli-dini ədavəti-ayrıseçkiliyi belə də "düz-qoş” edərlər?! Müstəntiq 100 dəfə bunu gözümə soxub...
Hakim: 
- Mən söz vermirəm sənə daha, qoy vəkillər versin suallarını...
H.M.:
- Əgər vəkillərin sualları varsa, qoy versinlər, sonra yenə mənim suallarım olacaq...
Hakim:
- Vəkillərdən sonra sənə icazə verilməyəcək...
H.M.: 
- Yaxşı, onda 1-2 sualla yekunlaşdırıram...
Hakim: 
- Çox yox...
H.M.:
- Hər 3 ifadəndə yazmısan ki, mən dəfələrlə Əli Əbdoli ilə görüşmüşəm...Sual: Konkret neçə dəfə və hansı illərdə?
E.Q.:
- Əli Əbdoli dəfələrlə Bakıya gəlib, sən də onu görmüsən...
H.M.:
- Konkret olaraq, 1992-1993 –ci ildə, 1 ilin ərzində onunla neçə dəfə görüşmüşəm? Sonra: İranlı qonaqlar 8 nəfər idi. Niyə konkret olaraq Əli Əbdoli o 8 nəfərdən ayrılıb? Necə ola bilər ki, mən 8 qonağı ora-bura gəzdirəndə Ə.Əbdoli ilə ayrılıqda görüşmüşəm?
E.Q.: 
- Sayını dəqiq bilmirəm. Lap 2 dəfə görüşmüsənsə də bu "dəfələrlə” sayılır...
H.M.:
- Demək,”dəfələrlə” – iki dəfə də ola bilər?
E.Q.:
- Bəli...
H.M.:
- Bəlkəm cəmi bir dəfə həmin qonaqların sırasında görmüşəm onu? Bəs o digər görüşlər barədə məlumatlar hardandır?
E.Q.: 
- Lap olsun bir dəfə...
H.M.:
- Bu bir dəfə "dəfələrlə” sayıla bilərmi?
E.Q.: 
- Bilər...
Hakim: 
- Mübahisəni kəsin,təzə sualları ver...
H.M.: 
- Cənab hakim, mənə çox təzyiq edirsiniz, başa düşürəm ki, həqiqətin ortaya çıxarılmasında maraqlı deyilsiniz və əksinə ört-basdır etmək istəyirsiniz... Axı, Respublika Prokurorluğu və DİN bilavasitə bu Elman Quliyevin ərizələrinə istinad edib, mənim barəmdə yalan məlumat yayıblar 3 iyul 2012-də... 8 aydır ki, bu iki dövlət orqanına qarşı iddia ərizəmə əməlli-başlı baxılmır. Bir məhkəmə digərinin üstünə atır. Axı, bilavasitə bu E.Quliyevin ifadələrinə istinadən yanlış bildirirlər ki, mən Əli Əbdoli ilə dəfələrlə görüşmüşəm, tapşırıqlar almışam, zəruri məlumatları İrana vermişəm və i.a. Amma çox asanlıqla öyrənə bilərdilər ki, mənim əvvəla onunla ayrıca heç bir görüşüm olmayıb, cəmi 1 və ya 2 dəfəlik ünsiyyətimiz olub. Saniyən, Əli Əbdoli talışın alimidir, folklorşünasdır, onunla bir alim- kolleqa kimi görüşüb-ünsiyyət saxlamaq cinayət əməli sayıla da bilməz! Əgər elədirsə, mən ömrümün yarısından çoxunu Rusiyada keçirtmişəm, oranın çox rəsmiləri məni şəxsən tanıyır və hörmətlə yanaşır. Bu gün də müdafiəçilərim arasında Rusiyanın görkəmli dini-siyasi-elmi xadimləri çoxdur. Bəlkəm onda mən FSB-nin agentiyəm, onlara işləyirəm? Necə olar ki, İranlı alimlə bir dəfə görüşümdə "verbovka” oldum, amma Rusiya tərəfdən yox?
Hakim:
- Heç onu da bilmirik... Əlbəttə, axırda müəyyən olunar...
H.M.:
- Doğru deyirsiniz, axırda çox şey məlum ola bilər, bəlkəm yerlərimiz də dəyişdi.
Hakim: 
- Sən mənə yenə qorxu gəlmə, yaşımı yaşamışam, məni heç nə ilə qorxuda bilməzsən, heç kimdən də çəkinən deyiləm...
H.M.:
- Amma, bir qulağınız mobilinizin zəngindədir...
Hakim:
- Heç kim məni qorxuda bilməz, nə də göstəriş verə bilməz...
H.M.:
- Amma, bayaq qeyd etdiyim kimi, bu illər ərzində o mobil zəngləriylə çox sifarişli işləri oxumusunuz neçə-neçə günahsız insanlara... Amma belə çox davam edə bilməz, cənab hakim... Çox da ümid bağlamayın bu mobillərə...
Hakim:
- Vəkillərə söz verirəm...
H.M.:
- Yox,bir sualım da var.
Hakim:
- De, qısa...
H.M.: 
- E.Quliyev sən ifadələrində dəfələrlə bildirmisən ki, İXXO mənə pul və narkotika verirdilər ki, talışları vəzifələrə yerləşdirim... Sualım: Tutaq ki, mən, bir talışı Ağır İşlər üzrə Məhkəmədə hakim ya baş hakim keçirtmək istəmişəm. Səncə mən bu bazarlıq üçün pulu kimə verməliydim? Yəni, rüşvəti kimə verməliydim?
Hakim: 
- Sualınızı çıxardıram.
H.M.:
- Niyə? Xoşunuza gəlmədi? Axı, özü addımbaşı yazıb ki, Novruzəli Məmmədov da talışları vəzifələrdə qoymaq istəyib. Təbii sual çıxır ki, biz bu rüşvəti kimə və nə qədər verməliyik? Bəlkəm bu gün Hakimiyyət orqanlarında işləyən bütün talış vəzifəlilərini biz – İXXO-nın narkotika və pulu hesabına qoymşuq? Bəlkəm, onları bircə-bircə yoxlamaq gərəkdir? Məsələn Respublika Baş Prokurorluğunun Baş İstintaq İdarəsinin rəisi Eldar Əhmədov ya Baş Narkotika idarəsinin rəisi Həzi Aslanovu ya digərini də biz vəzifəyə qoymuşuq?
Hakim: 
- Vəkillərin sualı varmı?
H.M.:
- Bir son sualım da var,vəssəlam
Hakim:
- Yaxşı, de.
H.M.:
- İfadələrində deyirsən ki, 1991-ci ildən "Tolışi Sədo” da dövlətçilik əleyhinə çıxışlarım olub. Yaxşı, mən o vaxtı qəzetin redaktoru deyildim, yalnız folklora aid yazılarım çıxırdı, redaktor isə Novruzəli müəllim idi.
E.Q.: 
- Elə o sənin ideyalarınla işləyirdi...
H.M.
- Bəs, axı O, keçən əsrin 60-70 illərindən talışın tədqiqatçısı idi, mən isə o vaxtı uşaq idim...
Hakim: 
- Bəsdir, daha, vəkillər danışsın...
H.M.: 
- Son sual və bitirirəm. Ey ... İndi Novruzəli müəllim rəhmətə gedib deyənə, utanmadan-qızarmadan butün mənə olan şərləri onun adıyla deyirsən?! O sağ olsaydı sənin üzünə bir daha tüpürməzdimi? (Hakim sözümü kəsdi və vəkillərə verdi).
Ramiz Məmmədov: 
- İXXO Novruzəli Məmmədova verdiyi tapşırıqları konkret hansı faktlara istinadən deyə bilərsiniz?
E.Q.:
- ”Tolışi Sədo”da çıxan yazılar, Əli Əbdoli və Pakraveşin sözlərinə istinadən. Sonra MTN-dən əlimə bir sənəd düşmüşdü, farsca,orada tapşırıqlar var idi...
Ramiz Məmmədov: 
- O farsca tapşırıqları Novruzəli müəllimə göndərmişdilər?
E.Q.:
- Yox, mənim evimdəm axtarışda tapmışdılar...
Ramiz Məmmədov:
- Bəs, niyə Novruzəli Məmmədovun ifadəsində, istintaq aktında o sənəd barədə heç nə yox idi?
E.Q.: 
- Nə bilim...
Ramiz Məmmədov:
- Bilirsən, yaxşı bilirsən, çünki onu sənə öz xəttinlə yazdırmışdılar...
Hakim:
- Ramiz sən sualıvı ver, izah etmə...
Ramiz Məmmədov:
- Hilal Məmmədova qarşı ifadəndə bildirmisən ki, Novruzəli Məmmədov Avropa və ABŞ alimlərini İran puluna Azərbaycana dəvət edərək onları Talış rayonlarında gəzdirmiş və onlar orada xalq arasında təxribat aparmışlar. Məsələn, talışlar arasında anti-türk təbliğatı aparmışlar. Bu fikirləri nəyə istinadən demisən? Sənin əlində elə bir fakt varmı? Yəni, onlar konkret kimlərin yanında, hansı rayon və kənddə belə söhbətləri ediblər?
E.Q.: 
- Bunları mənə Novruzəli demişdi... Konkret fakt isə bilmirəm... (Sonra üzünü hakimə tutub) Cənab hakim, elə Novruzəlini bədbəxt edən də bu Ramiz Məmmədov olub da... Elə o da Əli Əbdoli ilə Novruzəli gildə görüşüb...
Ramiz Məmmədov: 
- Yalançının lap... Namusuna and içə bilərsən?
E.Q.:
- Bəli, onu bədbəxt etdin, elə hey dedin ki, geri çəkilmə, yaz ora-bura, Avropaya şikayət et, nə bilim, müdafiə komitəsi yaradılıb, səni müdafiə edir, nə oldu, axırda da 10 il iş aldı, xəstəxanada öldü, amma mənim kimi etiraf etsəydi, bəlkəm lap 2-3 ilə də yatıb-çıxardı...
(Ramiz Məmmədov əsəbiləşir və zalı tərk edir)
Xalid Bağırov: 
- Mən 1 sual verəcəyəm cəmi. Sənin bir ifadəndə var ki, ”2000-də İranda olanda onlar bəzi talışlar barədə səndən məlumat toplamaq istəyiblər. Öz ifadənə görə, onlardan biri də Hilal Məmmədov idi. Sual: Əgər o, 1992-dən "verbovka” olunubsa, niyə həmin adamlar 2000-də onun barəsində məlumat toplayırdılar?
E.Q.:
- H.Məmmədovun 1992-də "vervovka” məsələsini bayaq dedim ki,Novruzəli mənə deyib...
Hakim: 
- Şahid gedə bilər. 10 aprel 10-30 da qapalı məhkəmənin son iclası olacaq, yekunlaşdırıb, növbəti məhkəməni açıq edəcəyik, narkotika məsələsi...
P.S. Hakim bu 2 saatlıq prosesdə dəfələrlə nəzarətçiləri xəbərdar etdi ki, vəkillərin telefonlarının söndürülməsini bir daha yoxlasınlar. Mən isə növbəti belə bir göstətişdə dilləndim: Cənab hakim, yaman qorxuya düşmüsünüz ha, birdən bütün dünya bu biabırçılıqdan məlumatlı olar və bir daha başa düşər ki, niyə prosesi qapalı keçirdirsiniz... Amma "narahatçılığa” dəyməz, onsuz da yuxarıdan (əlimlə kameranı göstərirəm) çəkirlər. Saniyən, elə özüm də dünyaya yayacağam bu məhkəmə prosesini...

Hilal Məmmədov,
vicdan məhbusu
 

Категория: İnsan hüquqları | Просмотров: 1967 | Добавил: admin | Рейтинг: 10.0/1
Всего комментариев: 1
1 MAHI  
0
Позор правосудию АР! Все обвинения построены на фантазии "следаков" с помошью этого контуженного дебила: "Здесь помню, здесь не помню. Это мне рассказал покойный Н Мамедов..." Этот "гул" помнит событии 15-летней давности у следователя, а через несколько месяцев в суде не помнит? Господа, не позорьте уж совсем эту страну в глазах всего мира, а именно весь мир наблюдает за этим неудачным спектаклем. Свободу Гилалу Мамедову! К ответу тиранов!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus