Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 23 » Hilal MƏMMƏDOV: DİN, narkotik və siyasət
23:18
Hilal MƏMMƏDOV: DİN, narkotik və siyasət
BİSMİLLAH!!!
 
Kommunist rejiminin süqutunadək, keçmiş SSRİ və digər sosialist məmləkətlərinin təlim- tərbiyə və təhsil ocaqlarında tədris edilən ictimai fənlərdə DİN-nin tərifi marksizm-leninizm nəzəriyyəsinə əsaslanaraq, çox sadə bir formula üzərində qurulmuşdu: DİN - tiryəkdir. Müasir hüquqi terminlərdə, bir qədər obrazlı şəkildə desək, DİN - narkotik vasitə və psixotrop maddə olub. Məsələn: Azərbaycan Cinayət Məcəlləsinin 26-cı fəsli tamamən bu "cinayətin” təsnifatına həsr edilmişdir: belə ki, narkotik (yəni "DİN” ətsəğfurullah) qanunsuz olaraq, məqsədli və məqsədsiz, külli miqdarda, mütəşəkkil dəstə tərəfindən və i.a. şəkildə istifadə edildikdə və ya yayımlandıqda "canilər” (yəni, dindarlar (əstəğfurullah)) əmlakları müsadirə edilməklə 15 ilədək azadlıqdan məhrum oluna bilərlər.

Əlbəttə, marksizm-leninizmin yuxarıdakı formulundan heç də belə nəticə çıxmırdı ki, DİN narkotik vasitədirsə, demək, dindarlar narkoman ya narkobaronlardır. Dindarlara qarşı mübarizənin ən dəhşətli Sovet (keçən əsrin 30cu) illərində belə, bir kimsə dindarın ciblərinə (ya evinə) narkotik atıb həbs etdirməsi-sovet hüquqi əxlaqi normalarına qətiyyən sığışa bilməzdi: burada tiryəklə müqayisə obrazlı (simvolik) xarakter daşıyıb, DİN-nin beyinləri dumanlandıran zərərli ideoloji vasitə olduğunu izah etmək idi. Bununula belə, kommunsitlər də çox gözəl bilirdilər ki, dindarlar "nəşəxor”("narokman”) ola bilməzlər, əks təqdirdə, dini inanclarına görə, onları əbədi cəhənnəm əzabları gözləyə bilər. Sadəcə olaraq, onlar Allahı qəbul etmədiklərindən, dini (o cümlədən DİNdarları) dövlət siyasətindən tamamən uzaqlaşdırmaq məqsədiylə, yeni, bu dəfə kommunizm xülyalarıyla nəşələnmiş sovet cəmiyyətindən təcrid etməyə cəhd edirdilər.Kommunsitlər bəşəriyyətin azad və xoşbəxt gələciyini sosial ədalət və bərabərlik prinsipi əsasında mümkünlüyünü qəbul etsələr də, buna diktat metodlarla, yalnız bir mənbədən (kremldən) formalaşan kollektiv düşüncə tərziylə nail olmaq istəyirdilər. Başqa sözlə desək, bu dəfə insan (!) , Allahın roluna iddia edərək digər milyonları öz şəxsiyyətinə pərəstiş ruhunda zombiləşdirməyə cəhd edirdi. Heç də uzağa getmək lazım deyildir- Sovet mirası olan Şimali Koreya yuxarıda deyilənlərə canlı bir misaldır..............
 
Məhz keçən əsrin 50-ci illərində (İ.Stalinin vəfatı və N.Xruşovun hakimiyyətə gəlməsindən) sonra, şəxsiyyətə pərəstişlik rəsmən ləğv edilib, DİN-ə, o cümlədən DİNdarlara qarşı münasibətlər qismən dəyişilsə də, 60-cı illərdən başlayaraq, şəxsiyyətin rolu (süni şəkildə) yenidən şişirdildi və tam riyakarcasına DİN-dən siyasi bir alət kimi istifadə edilməyə başlanıldı. Doğrudur sovet ideoloji zəncirindən qopmuş Avropa ölkələri, o cümlədən Baltikyanı ölkələr və qonşumuz Gürcüstan insan haqlarına önəm verərək bu kimi problemlərdən əsasən qurtula bildilər., amma əfsuslar olsun ki, biz əhli-Azərbaycan dəyişmək istəmədik...... O qısa (1992-1993) bir illik təşəbbüsümüz isə saysız-hesabsız səbəblərdən uğursuz nəticələndi......Əlbəttə ki, ölkəmizə öz şəxsi mənafeləri və maraqları çərçivəsində baxan beynəlxalq qüvvələr də (bəzi Avropa ölkələri istisna olmaqla) dəyişməyi istəmirlər. Məhz bu gün məmləkətimizdə baş alıb gedən rüşvətxorluq, korrupsiya, hüquq-mühafizə sistemlərinin açıq-aşkar şəkildə qanun pozuntuları (o cümlədən nümayişkarənə ciblərə və evlərə narkotik, silah-sursat atılaraq davam etməkdə olan həbslər) və i.a. dəhşətli hallar bilavasitə həmin maraqlı dairələrin tam susqunluqlarıyla müşahidə olunur. Bu yaxınlarda AŞPA-da siyasi məhbuslar barədə gedən müzakirələr vaxtı baş verən xoşagəlməz (kürüsevər) olaylar güvəndiyimiz demokratik Avropanın, o cümlədən qardaş müsəlman Türkiyənin özündə də "qara” sərvətlərimizdən necə nəşələnərək bu kimi ədalətsizliklərə göz yumduqlarını göstərməklə, bir daha yuxarıdakı fikirlərimizi təsdiq edir.
 
Belə çıxır ki, kommunistlərdən miras qalmış "DİN-tiryəkdir” formulundan-"demək, dindarlar da-narkomandırlar!” məntiqi nəticəsini çıxardan ölkəmizin hüquq- mühafizə orqanları tərəfindən dindarlara qarşı davam etməkdə olan mübarizədə "ciblərə naroktika atmaq” əməlyyatı da təsadüfi deyildir: Burada ən dəhşətli bir məqam da bu və ya digər formada, müstəqil şəkildə (yəni dövlət rəsmilərinin müdaxiləsi olmadan!) dini birliklərin, icmaların, təçkilatların ortaya çıxmasıdır ki, onlara qarşı daha ciddi tədbir görülür: məsələn, CM 26-cı fəsli ilə yanaşı, "tam assortiment” olaraq, 31-ci fəsli ( Dövlət hakimiyyəti əliyhinə olan cinayətlər ) də ünvanlarına yapmağı unutmurlar. Doğrudur, bu "tam assortiment” bu gün bu sətirlərin müəllifinə də təntənəli şəkildə yapılıb, amma bu heç də onun dini ya ictimai-siyasi fəalliyəti ilə bağlı olmayıb, məlum bir rolika verilən məlum bir şərhi ilə əlaqədar olduğu artıq cəmi dünyaya bəllidir və inşallah, kainatın baş HAKİMİ bu barədə öz ədalətli qərarını da çıxardar (Fürsətkən, Siz də dua edin bizimçün, o cümlədən, cəmi digər haqsız həbs cəzasını çəkən qardaş-bacılarımız üçün, əziz oxucular!)
 
Beləliklə, bu gün istər ölkədaxili, istərsə də ölkəxarici şəxsi mənafelərin Azərbaycanda kəsişməsi, heç də bəşəriyyətin, o cümlədən ölkəməzin ən dəhşətli bəlasına çevrilməkdə olan real narkotiklə yox, bilavasitə Dinə, o cümlədən dindarlara qarşı mübarizə meydanında birləşir. Başqa sözlə desək, bu maraqların tələb etdiyi iqtisadi-siyasi sabitliyi pozacaq əsas qüvvə dindarlardan hesab edilir... Amma Sovet dövründən fərqli olaraq bu gün onları orta Asiya çöllərinə ya Sibirə sürgün etdirməklə ölkədən təcrid etmək geyri mümkün olduğundan yerli həbsxanalara doldurulur. Daha xəbərləri yoxdur ki, bu minvalla onların sayı burada lap həndəsi silsilə ilə artır. Zindanda olduğumuz bu son 5 aya yaxın vaxtda aktiv dindarların o cümlədən son "hicab aksiyasının” məhkumları ilə təsədüfü ümsiyyətimiz zamanı topladığımız yeni bilgilər bir daha bizdə hakimiyyətin, ona bu işdə dəstək olan xarici dairələrin ölkəmizdəki səhv və zərərli dini siyasətinin sabah elə öz başlarındada çatlayacağının əsasını qoyur.
 
Əlbəttə, təcridxanalarda dindarların sayının artması bir tərəfdən müsbət amil olub, bir çox məhbusların bir daha əvvəlki günahlarına dönməyəcəklərinə ümid yaradırsa da, digər tərəfdən, sözün əsil mənasında, "zombiləşdirilmiş” yeni fanat dindarlar dəstəsi yetişir ki, sabah ölkədə İslam inqilabı baş tutarsa, onların da buradan dindaşlarına dəstək verəcəkləri istisna deyildir...
 
Beləliklə, bu gün ölkəmizin sabahki taleyi zindandan tam başqa şəkildə görünməkdədir... Odur ki, ölkəmizdə sabit ictimai-siyasi durumu arzulayan qüvvələr, ilk növbədə, İnsan Haqqlarına önəm verməklə yanaşı, ölkəmizin azad, demokratik və hüquqi dünyavi dövlət kimi formalaşmasında cəmi azadlıqsevər vətandaşlarımıza mənəvi dəstək olmağa borcludurlar. Yalnız belə bir dövlətdə heç bir DİNi inqilabın xofu yarana bilməz, çünki hər bir dindarın da hüquqi müvafiq qanunlarla qorunar...
Ciblərə və evlərə narkotik, silah-sürsat atdırmaqla isə nə DİNi, nə də ki, DİNdarları susdurmaq olmaz, əksinə, bu iyrənc, qeyri-hüquqi və qeyri-bəşəri metodlarla onları daha da radikallaşdırmaq və sayını daha da artırmaq mümkündür. O cümlədən, ölkəmizdə müəyyən maraqları olan müsəlman dövlətlərin də hakim dairələri DİNi, o cümlədən, DİNdarlarımızı öz siyasi maraqlarına alət etdirməyə heç vəchlə haqları yoxdur!
 
DİN-narkotik vasitə, DİNdarlar isə narkoman deyillər! DİNi heç bir vəchlə dünyavi siyasətə alət etmək olmaz!

DİN-biləvasitə Yaradanın toxunulmaz (!) siyasəti olub, yaratdıqlarını səbrlə, ağılla, dinc üsullarla HAQQ və ƏDALƏT yoluna DƏVƏT etmək məqsədini daşıyır!!!
 
Ey HAQQsevərlər! Əgər doğrudan da Sabah həm ölkəmizi, həm xalqlarınızı, həm cəmi bəşəriyyəti, həm də özünüzü XİLAS etmək niyyətiniz varsa, Cənabı HAQQın o mübarək DƏVƏTini də qəbul edin! Allah amanında!
 
P.S. Bu yaxınlarda,yuxarıdakı mövzu ilə bağlı olaraq, qəhrəman vəkilim, imanlı qardaşım Cavad Cavadovla diskussiya zamanı, hüquqlarını müdafiə etdiyi digər məhbusun - ölkəmizin tanınmış dindarı və ictimai fəalı Hacı Mehdi Şamilin də cibinə sifarişlə narkotik atılaraq həbs edildiyini bildirdi. Cavad bəy Hacının ölkəmizin müstəqilliyi yolunda, o cümlədən, Qarabağ müharibəsindəki şücaətindən kifayət qədər maraqlı faktlar sadalayaraq, təəccübünü də gizlətmədi: Vallah, lap məətəl qalırsan, bu dindar qardaş ömründə heç siqaret də çəkməyib, müharibə əlilidir, qüllə qəlpələri hələ də bədənində gəzir, indi ailəsi qalıb ruzisiz, 3 azyaşlı məsum qızları hər gün "ata-ata” çağırıb-ağlamaqdan doymurlar... Bu qədər də zülm olar insanın ailəsinə??? O sonra əlavə etdi: indi də "Hicaba azadlıq” aksiyasının guya təşkilatçısını – tanınmış teoloq, dini alim şeyx Cavidi, evlərinə lüləsi kəsilmiş ov tüfəngi atmaqla həbs ediblər. Yəqin, ”narkotika əməliyyatına” kiçik bir fasilə verilib... Halbuki, bu alim nəinki bu aksiyadan,hər hansı siyasi proseslərdən uzaqdır, qızı da məktəbə hicabsız getməyə məcburdur... Daha hansı məntiqlə onu tutublar, mənə çatmır...
 
Cavabında ona dedim:əziz Cavad qardaşım, Allah bəzən sevimli, imanlı bəndələrini HAQQ yolunu tamamən azmış zülümkarların əliylə (vasitəçiliylə) sınağa çəkər, sadəcə olaraq bir az səbr etmək lazımdır.
 
Saniyən, Sən də darıxma, kainatın ən böyük VƏKİLİ olan Cənabi HAQQ bizim pozulmuş hüquqlarımızın bərpası yolunda çəkdiyin bu qədər cəsarətli və təmənnnasız zəhməti də yerdə qoymaz, Sənə Yardımçı olub qalibiyyət zəfərini də qazandırar! İnşallah!

Bu gün biz – cəmi HAQQsevərlər zindanda ya dünyavi azadlıqda olub-olmamağımızdan asılı olmayaraq əlimizdən gələn bütün dinc vasitələrlə, ölkəmizi bürümüş bu dəhşətli qanunsuzluq xaosundan xilas etməyə borcluyuq!
 
İnşallah, İMAN gətirib, xeyirxah işlər görənləri Allah da hifz edər! Allah zülmü yerdə qoymaz! Allah amanında!

Kürdəxanı həbsxanası


Категория: İnsan hüquqları | Просмотров: 1769 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus