Главная » 2014»Март»29 » Hilal Məmmədovdan (zindandan) Mirzə Xəzərə göndərdiyi məktub
00:08
Hilal Məmmədovdan (zindandan) Mirzə Xəzərə göndərdiyi məktub
Yeganə günahı ifadə azadlığından istifadə edərək fikirlərini açıq söyləməkdən ibarət olan Hilal Məmmədov neçə ildir həbsxanada yatır. Tanınmış ziyalı ruhdan düşmür. Hilal müəllim zindandan mənə məktub göndərib:
-"Hər dəfə stolüstü kitablarım olan Quranla yanaşı, Möhtərəm qardaşım Mirzə Xəzərin hələm 1982-ci ildə tərcümə etdiyi və sonralar da nəşr edilən Əhdi – Cədidi (İncili) vərəqlədikcə, o tərcümədə elə onun özünün də İman nurunda hiss etməmək olmur. Mən əvvəllər onun bir ədalətli hüquqşünas, jurnalist, ictimai xadim kimi tanıyırdımsa da, indi gözümdə həm də ədalətli, vicdanlı, imanlı, əməlisaleh, müdrik bir insan kimi canlanır. İncilin digər tərcümələrindən fərqli olaraq, o demək olar ki, hər hansı təhrifdən qaçmış və orijinala yaxın və sadə Azərbaycan türkcəsində Rəbbin kəlamlarını ifadə etmişdir. Elə girişində “Müqəddəs Həvari Pavelin Titusa məktubu”ndan(2-ci fəsil,7-8) gətirilən sitata bir də nəzər salaq: “hər şeydə özünü yaxşı işlərin nümunəsi göstər – təlimdə təmizlik, vüqar, riyasızlıq(göstər); təkzibedilməz səhih sözlər danışın ki, sənə müxalif çıxan utansın və haqqınızda pis bir söz deyə bilməsin”. Nə bəxtəvərdir o şəxslər ki,bu kəlmələri cisim və ruhlarında daşıyırlar, hansı ki, onlardan biri də Mirzə Xəzərin özüdür...Allah onu hər iki cahanda bəxtəvər etsin, inşallah!" (Hilal Məmmədov)
Allah qapısını açsın! İnşallah, bir gün bu ədalətsizliyə son qoyulacaq və Hilal müəllim haqq etdiyi azadlığına qovuşacaq!