Главная » 2012»Июнь»25 » Hilal Məmmədovun hüquqlarının müdafiə Komitəsi Müsavat Partiyasının başqanı ilə görüşüb
21:02
Hilal Məmmədovun hüquqlarının müdafiə Komitəsi Müsavat Partiyasının başqanı ilə görüşüb
Bu gün, 25 iyun 2012-ci ildə Müsavat Partiyasının qərargahında Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Rafiq Cəlilovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin görüşü olmuşdur. Görüşdə həmçinin Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri Əli Nasir və mərkəzin siyasi partiyalarla əlaqələndiricisi Məşədi Anar da iştirak etmişlər.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Hilal Məmmədovun günahsız olduğunu özündə ehtiva edən bəyanat verdiklərini, bundan sonra da onun hüquqlarının müdafiəsi istiqamətində lazımı addımlar atacaqlarını bildirib. Daha sonra Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsi ilə Müsavat partiyasının, eləcə də İctimai Palatanın əməkdaşlıq potensialları müzakirə edilmişdir. Səmimi keçən görüşdə başqan İsa Qəmbər Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinə hər cür dəstək verməyə hazır olduğunu bir daha bəyan etmişdir.
Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin görüşündə həmçinin İctimai Palata ilə Talış Mədəniyyəti Mərkəzinin əməkdaşlıq potensialları da müzakirə edilmişdir.