Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Март » 12 » Hilal Məmmədovun məhkəmə prosesində qondarma ittihamın şahidinin ifadəsi
19:23
Hilal Məmmədovun məhkəmə prosesində qondarma ittihamın şahidinin ifadəsi
Məlumdur ki, Hüquq müdafiəçisi, alim, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı irəli sürülən qondarma ittihamlar Elman Quliyevin uydurma və fantaziyaları əsasında qurulub.

Qısa arayış: E.Quliyev 16 fevral 2007-ci ildə mərhum professor Novruzəli Məmmədovla birgə AR CM-nin 274-cü (dövlətə xəyanət) maddəsiyylə həbs edilmiş və 6 il azadlıqdan mərhum edilmişdir. Novruzəli Məmmədova qarşı olan bütün ittihamlar tək onun ifadəsinə əsaslanmışdır. O, məhkəmədə özünün 2000-ci ildən başlayaraq İran Xüsusi Xidmət Orqanlarıla (İXXO) əməkdaşlıq etdiyini etiraf etmişdir. Hərçənd ki, adlarını çəkdiyi adamların İXXO işçiləri olmasını və Azərbaycandakı fəaliyyətinin Azərbaycan dövlətçiliyinə qarşı olduğunun sübutlarını və mahiyyətini heç bu günün özündə də anlaqlı şəkildə izah edə bilmir. İstintaq Hilal Məmmədova qarşı irəli sürdüyü ittihamları də onun ifadələri üstündə qurmuşdur.

Hilal Məmmədovun üzərində qurulan qapalı məhkəmə prosesində Elman Quliyevin ifadə vermə prosesini Hial Məmmədov qeydə almış və bu qeydləri ictimailəşdirməyi vacib hesab edirik.

Saat 11.00 da məhkəmə işinə başladı. O (E.Q.), zala daxil oldu və yalan danışmayacağı barədə şəhadət verdi, mənim əleyhinə ifadənin nəqlinə başladı.19 iyun 2012 və 25 iyun 2012-də müvafiq olaraq DİN və Respublika Prokurorluğuna mənə qarşı yazdığı ərizələrdə deyilənləri əsasən təkrar etdi…

Mənim təklifimlə vəkillər (Yalçın İmanov, Cavad Cavadov və Xalid Bağırov) prosesdə sual-cavablarda iştirak etdilər, özüm də üzümdən maskanı çıxartdım. Çünki, təxminən 8 cildlik işin mənə demək olar ki, aid olmayan 3 cildini istisna etsək, 2 cildinin də əsasən məqalə və narkotikaya aid ekspert rəyləri olduğunu nəzərə alsaq, yerdə qalan əsas 3 cildin materiallarının hamısı E.Quliyevin barəmdəki fantaziyalarına, guya rəhmətlik Novruzəli Məmmədovdan və guya 2006 sentyabrda onunla bir çayxanadakı söhbətlərimdən qaynaqlanan təxəyyülə əsasən qurulmuşdur.

Məhkəmə prosesində ilk sualları ona hakim Azər Orucov və dövlət ittihamçısı Tural Yusifov yönəltdilər. Bu suallara o rəsmən cavab verdi ki, 2000-ci ildən Novruzəli Məmmədovun yanında "Tolışi Sədo” qəzetinin məsul katibi işləmiş və bilavasitə onun təşəbbüsü ilə İrana gedib-gəlmiş və qəzet üçün oradan pul gətirmiş və bir hissəsini də özünə xərcləmişdir. O, "pul verilmir öpüşə, pul verilir işə” ifadəsini xüsusi vurğulayaraq, bildirdi ki, hər dəfə mənə İXXO pulu verəndə, onlarla öpüşəndə bu misalı deyərdilər... Hakim də bu sətirləri bir neçə dəfə təkrarladıb protokola saldırdı... Prokurorun: "Bəs, nə üçün sən 2007-də Hilal Məmmədova qarşı indi dediklərini demədin?” - sualına cavab verdi ki, "Mən bilirdim ki, bu sualı mənə verəcəklər, cavabını deyim: Mən 5 ildən artıq idi ki, türmədə çürüyürdüm heç nədən. Dəfələrlə əfv yazdım Prezidentə. Amma əfv olunmadım. Hilal Məmmədov kimi seperatçı isə bayırda rahat gəzirdi. Odur ki, qərara aldım ki, axı o niyə bayırdadır, mən isə içəridə olmalıyam. Axı Əlikramın ideoloqu da o olub. Əlikram heç kim olub. Talış Muxtar Vilayətinin başında da o durub, amma mən burada çürüyürəm. Odur ki, əvvəlcə DİN, sonra isə Prokurorluğa onun barəsində yazdım”.

Vəkil sual verdi: Sənin Hilalla şəxsi qərəzliyin olubmu? Yaxud onun sənə qarşı bir düşmənçiliyi olubmu?
E.Q.: Yox, olmayıb. O, dövlətçiliyin əleyhinə idi.
Vəkil: Məsələn, konkret, hansı bu cür əməllərini saya bilərsən?
E.Q.: O, talışlara ana dilində məktəb istəyirdi, talış mərkəzinə Bakıda və rayonlarda yerlər almaq istəyirdi, türklərin əleyhinə danışırdı, talışları MTN-ə, XİN-ə, Milli Məclisə və başqa yerlərdə İranın pulu ilə yerləşdirmək istəyirdi. Məqsədi də o idi ki, onların köməyi ilə sabah Talış vilayətini yaratsın.
Vəkil: Onun türklərin əleyhinə harada danışdığı və yazdığı barədə fakt varmı?
E.Q.: Novruzəli Məmmədov bunları mənə deyirdi.
Vəkil: Məsələn, konkret nə deyirdi?
E.Q.: Deyirdi ki, Hilal öz millətini çox sevir, onun uğrunda lap canını da verər, amma ekstremistdir, heç səbri yoxdur, məqsədə aramla çatmaq lazımdır, o isə tələsir. O, türkləri sevmir...
Vəkil: Deməli, Novruzəli Məmmədov deyib, bəs, ekstremistliyi nədən ibarət idi? Ümumiyyətlə "ekstremist” nə deməkdir?
E.Q.: Yəni, məqamı gözləyən, dərhal öz gizli fikirlərini məqamında aşkar etmək, özündən çıxmaq...
Vəkil: yaxşı, onun narkotika satmasını və qəbul etməsini hardan bilirsən?
E.Q.: Onu da mənə Novruzəli Məmmədov deyib. O deyirdi ki, Hilal narkotika gətirir İrandan və satır. Özü də narkotika istifadəçisidir...
Vəkil: Bəs, bu 6 ildə bunu hakimiyyətdən niyə gizlətdin?
E.Q.: Bayaq cavab verdim də. Mən türmədə çürüyürdüm. 2 dəfə əfv üçün müraciət etdim, xeyri olmadı. Ona görə də Hilal Məmmədovdan qisas almaq istədim.
Vəkil: Daha Hilal Məmmədovdan niyə? Əgər sənə əfvi hökumət verməyibsə, burada Hilalın nə günahı?
E.Q.: Necə yəni,nə günahı? Bəs, biz onun ideyalarının qurbanı deyilik? Bu talış məsələsini o qaldırmış, Əlikramı da o meydana atmışdı! Amma rahat gəzir, mən isə türmədə çürüyürəm...
Vəkil: Bayaqkı sualı təkrarlayıram. Əgər şəxsən səninlə bir qərəzliyi yox idisə və bayaq dediyin kimi, talışsevər olub, xalqının mədəni ya siyasi tərəqqisinə can atırdısa, bu ideyanın zərərli cəhəti nə idi ki, sən ondan qisas almaq istəyirdin?
E.Q.: Yenə də deyirəm, o bayırda, mən isə içəridə çürüyürdüm, odur ki, ondan intiqam almaq qərarına gəldim.
Vəkil: Yaxşı, tutaq ki, səni əfv edəydilər, onda necə, yenə də onun əleyhinə yazardınmı?
E.Q.: Bilmirəm,”hə” ya "yox”unu bilmirəm. Bəlkədə daha yazmazdım.
Vəkil: Sən, 2007-də məhkəmədə Hilal Məmmədovun şahidliyi zamanı bildirmisən ki, onunla heç vaxt görüşməmisən və həmişə ondan qaçmısan. Novruzəli müəllim də deyib ki, "ay Hilal, bəxtin gətirib ki, sən onunla rastlaşmamısan, yoxsa, Allah bilir, yuxuva girməyən cəfəngiyyatları da uydurub deyəcəkdi...” Bəs bu deyilənlərə münasibətin? Həmin çıxışın məhkəmə stenoqramında və protokollarında da bu var.
E.Q.: Mən "qaçmışam” yox "yayınmışam” demişəm, çünki o ekstremist idi. Mənə evə də 2-3 dəfə zəng vurmuşdu ki, gəl, görüşək, mən isə bəhanə gətirib,ondan uzaqlaşmışam...
foto: Elman Quliyev

Vəkil: Niyə?
E.Q.: Axı dedim ki, o ekstremist idi, talış millətçisi idi, dövlətin əleyhinə idi, odur ki, onunla görüşmək istəmirdim. Heç telefonumu da haradan tapmışdı, bilmirəm...
Vəkil: Yaxşı, bir halda ki, belədir, bəs niyə 2006 sentyabrda onunla görüşə razılaşdın?
E.Q.: Novruzəli mənə göstərişi verdi. Dedi, get, bax nə istəyir, nə deyir sənə...Mən də ona tabe idim.
Vəkil:: Bəs, özü onunla görüşə bilməzdi? Niyə səni göndərdi?
E.Q.: Dedi ki, bax fikri-zikri nədir, sonra mənə de.
Vəkil: O çayxanadakı görüşdə səndən başqa kimlər var idi?
E.Q.: Əli Nasir və Ataxan Əbilov
Vəkil: Hilal onların yanındamı sənə dedi ki, İXXO bizə pul və narkotika verəcək ki, biz də bunu talışları MTN-də, XİN-də, MM-də, DİN və başqa yerlərdə yerləşdirək?
E.Q.: Bəli,onların yanında dedi.
Vəkil: Bəs, axı, onlar ümumiyyətlə belə bir görüşün olmadığını ifadə veriblər.
E.Q.: Verərlər də... daha məni müdafiə etməzlər ki... O Əli Nasir ki,var, ən böyük dövlətə xəyanətçi odur, onun hər şeiri türklərin əleyhinədir, lap burda o şeirləri deyə də bilərəm. Ataxan da elə. Onlar Hilalın dostları idi də.
Vəkil: Bəs, səninlə ilk dəfə görüşürsə, nədən belə açıq şəkildə İXXO ilə istədiyini və onlardan narkotika və pul aldığını rahatca etiraf edirdi.
E.Q.: Nə bilim, məni ələ almaq istəyirdi də. Mən isə ona dedim ki, baxarıq...
Vəkil: Bəs, özün etiraf etmisən ki, sən 2000-ci ildən İXXO ilə birgə işləmisən, daha sənə yenidən niyə bu təklifi edirdi ki?
E.Q.: Nə bilim, yəqin, onlar orada ona tapşırıq vermişdilər, axı bir neçə ay əvvəl o, iranda sərgidə olmuşdu. Orada onlarla görüşüb və göstətiş alıb da.
Vəkil: Haradan bilirsən ki, göstəriş alıb?
E.Q,: Özü etiraf etdi də, həmin çayxanada.
(Bir Allah bilir ki, mən əsəblərimi necə çətinliklə cilovlaya bilirəm, amma, daha dözmədim.)
Hilal Məmmədov: Ay ..., əvvəla bu 6 ildə mənim narkotika satışı ilə "məşğul olduğumu” niyə dövlətdən gizlətmisən? Niyə indi bu "cinayəti” açırsan, 6 ildi gizlətmisən. Demək, özün cinayətkarsan da! Ay ..., lap tutaq ki, məni verbovka ediblər 1992-dən, heç belə "profesional” da tanımadığı birinə çayxanada deyər ki, "mən İXXO ilə işləyirəm, onlar bizə pul və narkotika verəcəklər?!” Ay ..., mən bəyəm sənin kimi ruhi xəstə - dəliyəm ki, ağzıma gələni hər küçədən keçənlə danışım?! Ay ..., sən deyildin 2007-də Novruzəli müəllimin məhkəməsində deyən ki, mən onu heç tanımıram da... İndi nə oldu, məni tanıdın və cəmi bir dəfə bir çayxana söhbətində 2 nəfər digərinin yanında da bütün "sirrləri” açdım? Ay..., heç belə də "casus” olar? Yoxsa, sən dəlisən, elə bilirsən ki, hamısı sənin kimidir? O rəhmətliyi (Novruzəli müəllimi) də sənin kimi ... əliylə məhv etmədilərmi? Haradan belə murdarlar çıxırsınız axı?!

(Nəzarətçilər mənimlə onun arasına girdi. Mən qəfəsdə, o isə tribunanın arxasında idi, məni zorla sakitləşdirə bildilər. Hakim məhkəməni 15-00-a təxirə salmaq istədi. Dedi ki, H.M.-ə xəbərdarlıq edirəm, əgər, bir də belə emosiyaya qapılsa, danışmağı ona qadağan edirəm. Söyüş söyməsin. Saat təqribən 12-30 olardı. Vəkillər etiraz etdi. Bildirdilər ki, onların 15-00 da başqa prosesləri var. 13-00da qurtarıb gələn həftəyə davam etdirə bilərlər. Hakim bir şərtlə razılaşdı ki, mən susmalı və danışmamalıyam. Amma yenə də dilləndim:

Cənab hakim, mən onu söymədim, layiq adını dedim, bir də özü deyir ki, mən "ekstremistəm”. Bəs bu yaranmış alçaq mənzərədə - məqamda hansı normal adam özünü saxlaya bilər?! Siz deyin, ya o dövlət ittihamçısı desin, heç "casus” da tanımadığı, ilk dəfə görüşdüyü adama bu qədər etiraf edər?!
Hakim: Mən Sizə söz vermirəm.
H.M.: Amma mənim haqqımı rahatca tapdalayırsınız. İxtiyarınız yoxdur! İndi tapşırıqla iş görəndə dustağın ağzını zorla bağlatmalısınız ki?! Odur ki, mən sualımı verməliyəm!
Hakim: Yaxşı, de, amma uzun-uzadı yox və emosiya ilə yox.
H.M.: Yaxşı. Ay filankəs, mən sənə çayxanada dedim ki, bunu talışları vəzifəyə qoymaq üçün edirdim?
E.Q.: narkotika yadıma düşmür... Dəqiq yadımda deyil... Bunu mənə Novruzəli deyirdi. O deyirdi ki, Hilal narkotika satır və çəkir.
H.M.: Ay filankəs, bəs, rəhmətliyin heç olmazsa ruhundan xəcalət çəkmirsən? Bir tərəfdən deyirsən ki, o, Hilalı hər yerdə tərifləyir, ”mərd adam, talışsevər, patriot, xalqı üçün çalışan idi” etirafını edib, digər tərəfdən deyirsən ki, mənim narkotika aludəçisi olduğumu deyib, heç burda məntiq var? Utanmırsan?
Hakim: Hilal Məmmədov, bəsdirin, mən Sizə daha söz vermirəm. Qoy vəkillərin danışsın.
(Mən əsəblərimi zorla cilovlayaraq otururam..)
Vəkil: Hilalın narkotika alveri ilə məşğul olması və guya İran XXO-na xidməti barədə ərizəni nə vaxt və hansı orqanlara yazmısınız.
E.Q.: Ayını bilmirəm, amma 19 və 25 iyun ya iyul idi.
Vəkil: Qəzet oxuyursan? Hansı qəzetləri?
E.Q.: Ancaq rəsmi qəzetləri: Kaspi, Azərbaycan, İki Sahil...
Vəkil: Bəs,Hilalın həbsi barədə haradan eşitdiniz?
E.Q.: Radiodan
Vəkil: Hansı kanaldan? Nə vaxt?
E.Q.: Yadımda deyil...
Vəkil: 19-a qədər yanınıza hakimiyyət, hüquq-mühafizə orqanlarından kimsə gəlibmi?
E.Q.: Başa düşdüm, o ərizəni özüm yazmışam, mənə heç kim heç bir göstəriş verməyib. Və bir də təkrar edirəm ki, Hilal Məmmədovdan intiqam almaq üçün etmişəm. Axı, niyə mən türmədə çürüməliydim?
Vəkil: Saxlanma şəraitiniz, sağlamlığınız necə idi?
E.Q.: Lap əla idi.
Vəkil: Bəs niyə çürüyürdünüz?
E.Q.: Adam çürüyər də, oğlunu, arvadını, qohum-əqrabanı neçə ildir əməlli görməyəndə çürüyər də... Odur ki, mən Hilal Məmmədova da məsləhət bilirəm ki, özünü türmədə çürütməsin, boynuna alsın mənim kimi, bəlkəm ona lap az srok verdilər, ya bəlkəm lap buraxdılar da... Daha Novruzəli kimi tərs olub, beyninə qan sızmasın...
Vəkil: Deyirsən ki, əgər Novruzəli boynuna alsaydı, beyninə qan sızmazdı?
E.Q.: Əlbəttə, ona da az srok verərdilər və bəlkəm lap tez də çıxardı...
Vəkil: İndi, fikirləşirsən ki, Hilalı da eyni faciə gözləyə bilər?
E.Q.: Hə, bilər, odur ki, İXXO-na casusluq etdiyini etiraf etsin, lap bəlkəm, onu buraxdılar da... Mənim onunla heç bir düşmənçiliyim də yoxdur... Məndən nümunə götürsün.
Mən yenə dözmürəm, talış dilində üzümü Elman Quliyevə tutaraq: "Çaqqaldan çaqqal törənir”- dedim.
Hakim: Hilal Məmmədov, Sizə yenə xəbərdarlıq edirəm, mübahisəni dayandırasınız...
H.M.: Cənab Hakim, mənim suallarımım sayı-hesabı yoxdur, vəkillərin də...
Vəkil: Bəli, Biz doğrudan da gözləmirdik ki, əsas şahid bu prosesdə dinləniləcək. Odur ki, gələn prosesə saxlayırıq vəsatət və suallarımızı...
E.Q.: O, (Hilal) mənim məhkəməmdə bir dəfə şahid olub, mən niyə yenə gəlməliyəm?
H.M.: Hakim, mənim 1-2 sualım var, sonra gələn dəfəyə saxlaya bilərəm. Elman Quliyev deyir ki, mən "Talışskiy Vestnik” və "Talış” qəzetlərini İXXO-nın pulu ilə nəşr etmişəm. Sual: bu qəzetlər harda çıxırdı və təsisçiləri və redaktorları kim idilər?
E.Q.: Leninqradda...
H.M.: O qəzetləri görmüsən?
E.Q.: Bəli,Novruzəli hamısını alırdı və mən də dəfələrlə görmüşəm və baxmışam.
H.M.: Yaxşı, əgər dəfələrlə baxmısansa, bir dəfə də o qəzetlərin son səhifəsinin altına baxmamısan ki, təsisçi və redaktorları kimdir və harada nəşr olunub?
E.Q.: Yox, baxmamışam...
H.M.: Yaxşı, bəs haradan bilirsən ki, o qəzetləri İXXO maliyələşdirirdi?
E.Q.: Novruzəli mənə demişdi, deyirdi ki, İXXO ayda 1000 dollar onlara pul verir.
H.M.: Bəs nə üçün öz məhkəməsində Novruzəli müəllim bu kimi fikirlərini sənin iyrənc təxəyyülün və böhtanın adlandırırdı?
E.Q.: Mənə demişdi, daha məhkəmədə bunu təsdiq edən deyildi ki.
H.M.: Yaxşı, bəs, mənim 1992-dən guya İXXO əməkdaşı Əli Əbdoli ilə verbovka olunmağımı haradan bilirsən?
E.Q.: Onu da Novruzəli deyib mənə?
H.M.: Bəs məhkəməsində niyə bunu təsdiq etmədi?
E.Q.: Dedim axı, orda deməzdi də, onu mənə təkbətək demişdi, ayrılıqda, dedi ki, heç kim bilməsin.
H.M.: Bəs sən niyə bu "sirri” açdın, nə məcbur etdi səni?
E.Q.: 100 dəfə təkrar etdim, yenə də deyirəm, mən səndən intiqam almaq istədim... Biz sənin ideyalarının qurbanıyıq. Novruzəli də.
H.M.: Bəs mən anadan olmamış, axı, o, talışın tədqiqiylə məşğul olub, onda ki, İran yox idi...
E.Q.: İran bizim düşməndir. Ermənilərlə qardaşdır. Novruzəli də İranın – düşmənin tərəfinə keçdi...
Vəkil: İranın bizimlə düşmən olması sənin fikrindir, yoxsa sən bunu dövlətin adından deyirsən?
E.Q.: Hamısının fikridir...
Vəkil: bəs, niyə onların pulunu alıb, şəxsi həyatına sərf edirdin?
E.Q.: Səhv edirdim, peşman olmuşam, odur ki, 6 il oturdum da...
Vəkil: Sən 2007-də MTN-də istintaq zamanı təhlukəsizlik orqanları ilə 1973-cü illərdən başlayaraq əməkdaşlıq etdiyini, 1982-1984-ci illərdə isə Əfqanıstanda SSRİ səfirliyinin 2-ci katibi olduğunu bildirmisən. Bu doğrudurmu?
E.Q.: Təhlükəsizlik orqanları o demək deyil ki, mütləq KGB vya MTN olsun. Məsələn, müəssələrin, nazirliyin, yanğınsöndürənlərin və i.a. da təhlükəsizlik orqanları ola bilər. Əfqanıstanda da bir zabit kimi 2-ci katib seçilmişəm öz xaişim ilə...
H.M.: Mənim sualım var.
Hakim: Yox, qoy, vəkillər danışsın,vaxt azdır...
H.M.: Mən bilavasitə bu sualla bağlı sual vermək istəyirəm. Daha doğrusu, vəkilin sualını tamamlamaqdan ötrü...
Hakim: Buyur
H.M.: E.Quliyev, mən nöqtə-vergülünə toxunmadan bir abzas oxuyuram, sən de, bu sənin ifadəndir ya yox?
"...Mən 1973-cü ildən başlayaraq Azərbaycan Döblət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq etmişəm, tələbələr haqqında konkret materialları sizlərə vermişəm. Əfqanıstanda xidmət edərkən isə Rusiya Təhlükəsizlik orqanı gəlib məni tapdı və mən onlara işləməyə başladım. Bu sahədə böyük təcrübəm var”...daha sonra:”...mən gələcəkdə də Sizə işləməyə hazıram, mən indi də Sizinlə işləmək istəyirəm, indi də Sizinlə əməkdaşlıq etməyə hazıram. Məndən istifadə edin, nə istəyirsiniz düzün-qoşun. Məndən faydalanın, bəhərlənin”. Daha sonra: "Mən Sizdən xahiş edirəm, Novruzəli müəllimi də öz tərəfinizə çəkin, ondan istifadə edin, ondan faydalanmaq olar. Ancaq mənim daha böyük təcrübəm olduğu üçün daha çox məndən faydalana bilərsiniz” və i.a. tipli sözlər sənin dilindən deyilib, ya yox?
E.Q.: Yox,mən elə ifadə verməmişəm...
H.M.: Möhtərəm hakim, gələn məhkəmə prosesində mən onun MTN nazirinə imzaladığı digər ifadələrini və 505 saylı cinayət işinin, hansı cilddə və səhifəsində səsləndiyini bildirəcək və həmin materialların surətinin işimə əlavə edilməsi barədə vəsatəti Sizə təqdim edəcəyəm... Suallarım çoxdur. Vəkillərin də o cümlədən...  Çünki bu "iş”imdə əsas şahid də E.Quliyevdir və bu "cinayət işi” tamamən onun xəstə xülyaları üzərində qurulduğndan o hələm Bizə çox lazım olacaq...

Hakim: məhkəmə propsesi 13 mart, 10-30 da davam etdiriləcək


 

Категория: İnsan hüquqları | Просмотров: 1546 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 MAHI  
1
Этот двухногий явно не адекватный. Как только Н.Мамедов мог общаться с этим...?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus