Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 9 » Hilal Məmmədovun məhkəməsindən reportaj: Ekspert İlhamə Quliyevanın dindirilmə stenoqramı
20:27
Hilal Məmmədovun məhkəməsindən reportaj: Ekspert İlhamə Quliyevanın dindirilmə stenoqramı
(Bakı ağır cinayət işləri üzrə məhkəmə, 24 aprel 2013-cü il, saat 10.30)

Hakimlər: Orucov Azər (sədr); Bayramov Mayil; Murquzov İlqar
Katib: Süleyman Tural; 
Dövlət ittihamçısı: Yusifov Tural

Ekspert İlhamə Quliyeva Hilal Məmmədovun həbsi zamanı üstündən götürülən fleş-kartındakı "Bakı Biznes Universitetini tərk etməyimlə bağlı olaraq tələbə və gənclərə bəzi açıqlamalar və tövsiyyələr” və həbsindən sonra istintaq-ekspertiza işçiləri tərəfindən yaddaş kartına müdaxilə edilərək ora daxil edilmiş "Talış xalqına müraciət” adlı iki yazısına verdiyi ekspert rəyi ilə bağlı olaraq məhkəmədə dindirildi.

Məhkəmə iclasında vəkillər: Xalid Bağırov, Ramiz Məmmədov və Yalçın İmanov iştirak edirdilər.

Ekspert dəvət edilməmişdən öncə, Hilal Məmmədov məhkəmə tərkibinə etirazla bağlı Bakı Ağır İşlər məhkəməsinə ünvanlandığı ərizəsini oxudu: O, ərizəsində bildirmişdi: Məhkəmə-istintaqında hakimlər Azər Orucov və Mayil Bayramov tərəfindən onun müdafiə hüquqları ən kobud şəkildə pozulur, ona və vəkillərinə qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirilir, iclas protokollarına əsassız, yalan və uydurma ifadələr daxil edilməsinə xüsusi maraq göstərilir. Ona görə də hər iki hakimin prosesdən uzaqlaşdırılaması və işin yeni hakimlərə həvalə edilməsini xahiş etmişdi.

Məşvərətə gedən hakimlər 10-15 dəqiqədən sonra qayıdaraq vəsadətin qəbul edilmədiyini bildirdilər. H.Məmmədov növbəti vəsadətlə məhkəməyə müraciət etdi. Bu vəsadətdə onun təqsirsizlik prezumpsiyası hüququnu pozaraq istintaq və məhkəməyə əslində istiqamət vermiş DİN naziri Ramil Usubovun və Respublika prokroru Zakir Qaralovun şahid qismində məhkəmədə dindirilməsinə aid idi. Bu vəsatətin müzakirəsi növbəti məhkəmə iclaslarına saxlandı.

Ekspert İlhamə Quliyeva məhkəmə zalına daxil oldu. Ilkin olaraq Vəkil Xalid Bağırov suallarına başladı.

Vəkil: Nə vaxt və hansı ali məktəbi bitirmisiniz?
İ.Q.: 1994-cü ildə Axundov adına rus dili ədəbiyyat İnstitutunu, rus dili müəllimi üzrə ixtisasını bitirmişəm.
Vəkil: Diplom işininzin adı nə idi?
İ.Q.: Yadıma düşmür.
Vəkil: Bəs Ekspertiza Mərkəzində nə vaxtdan işləyirsiniz?
İ.Q.: 2011-ci ildən.
Vəkil: Hansı ixtisas üzrə?
İ.Q.: "Danışıq səslərinin eyniləşdirilməsi” ixtisası üzrə
Vəkil: Qarşınızda hansı suallar qoymuşdu istintaq tərəfi?
İ.Q.: Ilkin səhifəni götürməmişəm. Amma, H.Məmmədovun yazılarında hakimiyyət əleyhinə və milli irqi ayrı-seçkiliyin olub-olmamasını müəyyən etmək idi...
Vəkil: Konkret Sizə tapşırılan vəzifə nə idi? Filoloji ekspertizanın keçirilməsi, yoxsa kompleks ekspertiza?
İ.Q.: (Cavab verə bilmir.)
Hakim: Kompleks ekspertizadır yəqin...
İ.Q.: Bəli, kompleks ekspertizadır.
Vəkil: Əlbəttə, hakimdən soruşmurduq... neylək, növbəti sual: Kompleks ekspertiza hansı bilikləri və elm sahərinə yiyələnməyi Sizdən tələb edirdi?
İ.Q.: (Cavab vermir.)
Hakim: Ay qız, yəni soruşur ki, sən konkret hansı sahə üzrə ekspertizanı apardın?
İ.Q.: Filoloji ekspertizanı, digər ekspert isə psixoloji ekspertizanı...
Hakim: Aydındır, vəkil növbəti sualını verə bilərsən...
Vəkil: Filoloji ekspert kimi bir təhsiliniz ya stajirovkanız olubmu?
İ.Q.: Xeyr olmayıb.
Vəkil: 2011-dən bəri stajirovkada olmusunuzmu?
İ.Q.: Olmuşam.
Vəkil: Filoloji ekspertiza üzrə?
İ.Q.: Xeyr, ədliyyə rütbəsiylə bağlı olub...
Vəkil: Konkret, hansı filoloji ekspertizanı apardınız, morfoloji, fonetik, sintaksis,....?
İ.Q.: (Cavab verə bilmir.)
Hakim: Kompleks espertiza aparıb da... Daha konkret, nə bilim morfologiya-sintaksis nəyinə lazım idi?
Vəkil: Lazım idi. Yəni, sualım budur ki, o dövlət-hakimiyyətinə, habelə, milli dini ayrıseçkilik deyəndə konkret nəyin ekspertizasının keçirilməsini bilməlidi. Məsələn, sual: Bu "habelə” bağlayıcısının mahiyyətini anlayırsınızmı?
İ.Q.: (Cavab verə bilmir.)
Vəkil: Tutaq ki, cümlədə iki fikir "habelə” ilə ayrılır, onların eyni - sinfə- qrupa aid olduğunu demək olarmı? Yəni, "habelə” nə deməkdir?
İ.Q.: (Cavab vermir.)
Hakim: Sən sualı elə qoy ki, ekspert anlasın da....
Vəkil: Soruşuram: "Milli-dini” ayrıseçkiliyi "dövlət əleyhinə” olan iddia-fikirlərin qrupuna aid etmək olarmı?
İ.Q.: (Cavab vermir.)
Vəkil: Axı, onların arasındakı "habelə” bu sualın ortaya çıxmasına səbəb olmurmu?
Hakim: Bildik də. Sən başqa sualını ver.
Vəkil: "Dövlət hakimiyyəti” deyəndə nə başa düşürsünüz?
İ.Q.: (Cavab verə bilmir.)
Qeyd. 17 aprel 2013-də dindirilən Ekspert Almaz Bayramova bu suala "cavab verməkdən imtina edirəm!” demişdi.
Hakim: Yəni, hakimiyyət orqanları da.
Vəkil: Görürsünüz, heç hakimin özü də korrect cavabını verə bilmir. Başqa sual: "hakimiyyət”, "dövlət” və "dövlət hakimiyyəti” terminlərinin fərqləri nədir?
Prokuror: Mən protest edirən. Vəkil bu suallarla eksperti çaşdırır. Sual çıxarılmalıdır.
Vəkil: Niyə? Mən sual edirəm ki, xanım ekspert "dövlət hakimiyyətinin” əleyhinə fikri ilə, məsələn, "dövlət əleyhinə” eyniliyi qəbul edirmi?
İ.Q.: Bəli, eynidir
Vəkil: (katibə) Xahiş edirəm ki, bunu, xanımın fikrini qeyd edin.
Hakim: Ay qız, səndən soruşur ki, "dövlət” ilə "dövlət hakimiyyəti” eyni şeydir? Cavab ver ki, yox eyni deyil də.
Vəkil: Möhtərəm hakim, gərək Sizə də III ekspert kimi qol çəkdirəydilər o rəylərə. Maşallah, elə özünüz yaxşı ekspertlik edirsiniz.
Hakim: Mən yönəldirəm, sadəcə olaraq.
Vəkil: (katibə) Elə də qeyd edin, hakim eksperti yönəldir.
Hakim: (vəkilə) İndi, sən mənim hər sözümdən söz çıxartma.
Vəkil: Bəs, siz və bu ekspertlər sözdən söz çıxardıb bir insanı haqsız yerə uzun illərə azadlıqdan məhrum etmək istəyirsiniz?! Bəs nə əcəb, bunu görmək istəmirsiniz?! Odur ki, xahiş edirəm ki, müdaxilə etməyəsiniz.
Hakim: Sualıvı ver...
Vəkil: "Milli-dini ədavət” deyəndə nə başa düşürsünüz?
İ.Q.: (Cavab verə bilmir.)
Vəkil: H.Məmmədovun hansı yazısında "milli-dini” ədavət var?
İ.Q.: "Talış xalqına müraciət” adlı yazıda.
Vəkil: Demək, onun "Biznes Universitetini tərk etməyimlə bağlı tələbə və gənclər qarşısında bəzi açıqlamalar və tövsiyyələr” adlı yazısında "milli-dini” ədavət salma yoxdur?
İ.Q.: Xeyr, yoxdur!
Vəkil: Əla! Demək, Sizin kompleks ekspertizinin nəticəsi səhvdir. Belə ki, hər iki yazıya verilən nəticə rəydə belə yazılır: "...yazıları dövlət hakimiyyət əleyhinə, habelə milli-dini ədavət yaratmağı əks etdirən məlumatlar var.” Demək, "Biznes Universitet” ilə bağlı yazı cinayət işindən ümumiyyətlə çıxardılmalıdır. Çünki, rəy yanlışdır. (katibə) Dediyim kimi də qeyd et.
Hakim: Aydındır, növbəti sualıvı ver. Ona sonra baxarıq.
Vəkil: "Biznes Universitet...” ilə bağlı yazıdakı "dövlət əleyhinə” fikir konkret olaraq nədir?
İ.Q.: Məsələn, H.Məmmədov yazır: "Dövlətimizdə məktəblərdən tutmuş ta yüksək dövlət instansiyalarına qədər rüşvətvorluq və korrupsiya cəmiyyətimizi iflic vəziyyətinə salmışdır”. Bu fikir dövlət hakimiyyətinin əleyhinədir. H.Məmmədov ölkədəki inkişafı görmək istəmir.
Vəkil: Bir də təkrar edin, zəhmətdi. (katibə) Onun dediyi kimi də qeyd edin: H.Məmmədov ölkədəki inkişafı görmək istəmir!
Hakim: Burda nə var axı?! Ekspert demək istəyir ki, elə rüşvətxorluğu-korrupsiyanı görüb, bəs tərəqqimizi niyə görmək istəmir?
Vəkil (katibə): Elə bu cür də hakimin və ekspertin fikrini qeyd et. Sonra mənim sözlərimi əlavə et. Hakim və ekspert məhkəmədə ideoloji təbliğat aparırlar və dövlətin korrupsiya ilə mübarizəsini kölgə altına salmaq istəyirlər.
Hakim: Kölgə niyə salırıq ki?
Vəkil: Siz H.Məmmədovun söz və fikri azadlığına qarşı çıxır və müəllifin qanunla təsbit olunmuş azad fikrinə qarşı çıxırsınız.
İ.Q.: H.Məmmədov müxalifətin fikrini deyir...
Vəkil (katibə): İ.Quliyevanın dediklərini qeyd edin. Sual: Məgər müxalif mövqe nümayiş etdirmək dövlət hakimiyyətinin əleyhinə çıxmaq deməkdir?
Hakim: Yəni, demək istəyir ki, hər şeydə qara görmək lazım deyil də.
Vəkil: Bu müəllifin tənqidi mövqeyidir. O, tənqidçi kimi yanaşırsa, demək hakimiyyətin əleyhinədir ki? Lap tutaq ki, hakimiyyətin əleyhinədir, burada cinayət əməli varmı?
İ.Q.: Yox, mən demirəm ki, cinayətdir bu. Amma, onun bir çox belə fikirləri var. Məsələn, məqaləsində yazır: "... Bununla belə, hər dəfə dünyada, o cümlədən, qonşumuz Gürcüstanda, sürətlə davam etməkdə demokratik islahatları və elmi-texniki tərəqqini gördükcə, təbii sərvətlərinin hesabına kifayət qədər maddi gəlirinə baxmayaraq ölkəmizdə baş alıb gedən yoxsulluq, müəllim, həkim, gənclərimizin və digərlərinin dilənçi əmək haqqları, Universitetləri bitirən məzunların min bir zülm və rüşvətlə işə düzəlmələri və özlərinin də bu çirkin yollara təhrik olunmaları və i.a. qüsurlar bir vətəndaş kimi məni də həmişə narahat etmişdir...”
Vəkil: Burada "dövlət hakimiyyəti” ya "dövlət” əleyhinə nə var ki? Müəllif ölkədəki qüsurlardan narahatdır da!
Hakim: Aydındır da... Başqa vəkillərin sualları varsa versinlər. Sən hər dəfə eyni şeyi soruşursan... Ekspert cavab verdi ki, O, ümumi mətnə rəy verib...
Vəkil: Bəs, bu ümumi rəy necə formalaşıb? O rəydə altından konkret olaraq xətt çəkdiyi bu kimi cümlələrin əsasında deyilmi? Elə mən də soruşuram ki, konkret hansı ifadəsində ya cümləsində dövlətçiliyə, ya hakimiyyətə qarşı fikir var da? O, isə hər dəfə 1 cümlə oxuyur, hansı ki, hər gün mətbuatda ondan da daha kəskin, daha qabarıq formada həmin fikirlər səslənir... Axı belə olmaz!!! Bu nə biabırçılıqdır? Bir alimin-müəllimin ölkəsinin xoşbəxt gələcəyi naminə deyilmiş bu səmimi və ürəkağrılı fikirlərini dövlət əleyhinə hesab etmək olarmı?
Hakim: Aydındır, başqa sualıvi ver.
Vəkil: İ.Quliyeva xanım, maaşınız nə qədərdir?
İ.Q.: İmtina edirəm sualı cavablandırmaqdan.
Vəkil: İxtiyarınız yoxdur, hakim sualı çıxartmayıb.
Prokuror: Protest edirəm, vəkil mətləbə dəxli olmayan sualları verir.
Hakim: Sualı çıxardıram.
Vəkil: Amma bu sualda da məqsədim var idi. H.Məmmədovun səsləndirdiyi fikirlə müqayisələndirmək istəyirdim...
Hakim: Sualı çıxartdım. Başqa sualıvı ver. Yoxsa, o biri vəkil desin.
Vəkil: Var. var... Keçək "Talış xalqına müraciət” yazısına. Orada dövlət hakimiyyəti ya milli-dini ədavət yaradan fikir nədir?
Hakim mətnin 1-2 abzasını pafosla oxuyur. Bəs, bu fikirlər milli-dini-ayrıseçkilik deyil, nədir? "Şeytan cəsusları”deyəndə H.Məmmədov kimləri nəzərdə tutur? Bəs, bunlar kifayət etmir?
Vəkil: Möhtərəm hakim, Sizi kaş doğrudan da III ekspert kimi qəbul edəydilər, Siz də hər səhifəyə qol qoyardınız... Bir halda ki, Siz də ekspertin vəkili rolunda prosesə müdaxilə edirsiniz, sual verirəm: yaxşı, H.Məmmədov hansı xalqlar arasında ədavət saldı? "Şeytan cəsusları” deyəndə kimləri nəzərdə tutur?
İ.Q.: Bilmirəm...
Vəkil: Axı, necə bilmirsiniz, özünüz rəy vermisiniz ki, ədavət salıb. Mən də soruşuram, konkret hansı xalq-talışlar, azərbaycanlılar ya başqa hansı xalq H.Məmmədovun bu ifadəsindən ziyan görüb?
İ.Q.: (Cavab vermir.)
Hakim. Aydındır, başqa sualını ver, eyni-şeyi 100 dəfə təkrar etmə... Qız deyir ki, xalqları biri-birinə vurma var bu yazıda, daha nə var başa düşməyəsən axı?!
Vəkil: Mən də soruşuram ki, hansı xalqları? Konkret, desin, burada Azərbaycanlıların əleyhinə nə var?
Hakim: Başqa sualıvı ver..
Vəkil: Siz təzyiq etməyin. Mənim etirazım ekspertin fikrinədir. Desin, o müraciətdə bəs dini ədavət varmı?
İ.Q. Yoxdur!
Vəkil: Bəs niyə nəticə olaraq milli-dini ədavət salır və dövlət hakimiyyəti əleyhinədir qərara gəlmisiniz? Demək, bu da əsassızdır. Odur ki, möhtərəm hakim, II yazı, "müraciət” də cinayət işində sübutların siyahısından çıxarılmalıdır.
Hakim: Axırda baxarıq.
Vəkil: Mən, sübut etdim ki, hər iki yazıya verilən rəy yanlışdır.
Hakim: Baxarıq sonra... Ramiz, buyur, sualıvı ver.
Vəkil (Ramiz Məmmədov): Xanım, Siz nə vaxtdan və hansı materiallara baxış keçirmisiniz?
İ.Q.: Vaxt yadımda deyil.
Vəkil: Axı Siz məhkəməyə gələn, müvafiq sənədlərlə gəlməli idiniz.
İ.Q.: Bayaq qeyd etdim, ilk səhifələri götürməmüşəm...
Vəkil: Yaxşı, Sizə neçə material verilmişdi?
İ.Q.: Yadımda deyil.
Vəkil: Sizə qeyd olunan 2 yazı çap formasında təqdim edilmişdi yoxsa fleş-kart formasında?
İ.Q.: Fleş-kart formasında.
Vəkil: Həmin fleş kartda olan bütün yazıları və materialları araşdırdınızmı?
İ.Q.: Bəli.
Vəkil: Bəs nə üçün bu barədə konkret qeydlər yoxdur? Məsələn, H.Məmmədov götürülən filan disk ya informasiya daşıyıcısında filan qədər materiallar vardır, onlardan yalnız ikisi nəzəri cəlb etdi?
İ.Q.: Yadımda deyil. Amma bu 2 yazını bildirdilər ki, açıb rəy yazım...
Vəkil: Həmin fleş-kartda başqa yazıların məzminu yadınızdadırmı?
İ.Q.: Yox, üstündən 9-10 ay keçib...
Vəkil: Bəs, niyə məxsusi olaraq bu 2 yazının üstündə və əsasən "Talış xalqına müraciət”ə diqqəti daha çox yetirdiniz?
İ.Q.: Biz iki ekspert idik. Digəri Abdullayev Natiq psixoloji ekspert rəyini verirdi. O, bu iki yazıya rəy verməyi dedi.
Vəkil: Bəs, digər 100-dən artıq yazıya niyə diqqət yetirilmədi?
İ.Q.: Yadımda qalmayıb o yazılar...
Vəkil: heç olmazsa,hansı mövzularda olduğu da yadınızda deyil?
İ.Q.: Yox yadımda deyil.
Vəkil: Belə çıxmırmı ki, xüsusilə bu iki yazıya, əsasən də "Talış xalqına müraciət”ə rəy yazılmasına Sizə bir istiqamət verilib?
İ.Q.: Bəli. Mənə bu iki yazıya rəy yazmaq tapşırıldı, digərlərinə baxmamışam, doğrusu. Onlara o biri ekspert baxıb.
Vəkil: Yaddaş kartını 18 iyundan 27 iyul (2012) müddətəcən, təxminən neçə dəfə açmısınız?
İ.Q.: Yadımda deyil. Çox açılıb.
Vəkil: Amma bu 1 ayda digər yazılara baxılmayıb, demək?!
İ.Q.: Mən baxmamışam, amma rəydə var axı, onlarda dövlət əleyhinə məlumatlar aşkar çıxmayıb.
Vəkil: Bəs, dövlət hakimiyyəti əleyhinə və ya milli-dini ayrıseçkilik necə, araşdırılıbmı?
İ.Q.: Mən baxmamışam, dedim.
Vəkil: Demək, onlara ikinci ekspert, psixoloq rəy verib?
İ.Q.: Bilmirəm.
Vəkil: Bəs, axı, hər ikimiz hər səhifəyə imza atmısınız, yəni materiallarla tam tanış olduğunuzu bildirmisiniz?
Hakim: Ramiz, aydındır da, onlar ümumi rəy veriblər də,elə kompleks rəy budur da.
Vəkil: Möhtərəm hakim, Siz nə danışırsınız, ekspert məsuliyyət daşıyır rəydəki hər kəlməsinə görə... Hər ifadəsinə görə... Axı, bu xanım filoloqdur, hərçənd ki, ixtisasca səslərin eyniləşdirilməsini öyrənmək və analizdir... Bayaq həmkarım dedi, bizim bir alimin, ustadınn taleyi burada həll olunur. Heç belə də qərəzkarlıq olarmı? Ekspertin bu yanlış və məntiqsiz kəlmə-ifadələrinə görə onu uzun müddət azadlıqdan məhrumiyyət gözləyir... Belə də ədalətsizlikmi olar? Axı, xanım ekspert hələ də aydınlaşdıra bilmir "dövlət hakimiyyəti” nədir, "milli-dini ədavət salma” nə deməkdir, amma rəy verir ki, yazıda bu kimi cinayətlər var? Bu nə deməkdir? Axı, niyə Siz ekspertin bu yanlışlıqlarını zorla da olsa, ört-basdır etməyə cəhd edirsiniz?
Hakim: Ramiz, aydındır, axırda bizim mövqeyimiz olar, başqa sualların varsa ver, saat 2-yə işləyib, ya da fasilədən sonraya davam edək prosesi...
Vəkil Yalçın İmanov söz istəyir.
Vəkil: Mənim bir-iki xırda sualım var. Xanım, ekspert, siz Əvəz Zeynallının da məhkəməsində iştirak etmisinizmi? Yəni, onun da yazılarına rəy vermisinizmi?
İ.Q.: (Cavab vermir.)
Hakim: Bunun H.Məmmədova nə dəxli var axı?
Vəkil: Var, var, dəxli...
Hakim: Yoxdur, Əvəz işini alıb, gedib.
Vəkil: Hələ qüvvəyə minməyib onun barəsində hökm, tələsməyin, onu göndərməyə.
Hakim: Hə düzdü baxılmaqdadır. Daha burda onun adını hallandırmağın yeri yoxdur..
Vəkil: Var, axı, niyə, sifarişlə həbs edilənlərin bu və ya digər yazısına rəy yazmaq eyni bir adama tapşırılır? Olmazmı ki, ona başqaları baxaydı? Yoxsa, ekspertiza mərkəzində yalnız bir ekspert-filoloq var, o da öz ixtisası üzrə deyil?
Hakim: Sualı çıxardıram.
Vəkil: Qərəzkar mövqe tutursunuz. Olmaz belə. Yaxşı belə sualım: Xanım ekspert hansı ədəbiyyata əsasən belə qərara gəldi ki, orada dövlət hakimiyyəti əleyhinə nəsə var?
Hakim: Bax da, orada konkret 5 kitabın adını yazıb da.
Vəkil: Mən Sizdən soruşmadım, ekspertdən soruşdum.
İ.Q.: 5-ci ədəbiyyatdan, orada psixoloji-linqvist ekspertiza barədə var.
Vəkil: Konkret olaraq, H.Məmmədovun məqalələrindəki hansı söz, ifadə ya cümlə bu mənbənin məlumatlarına əsasən, məsələn, "dövlət hakimiyyəti” əleyhinədir?
İ.Q.: Konkret bir fikir yoxdur. Mən kompleks ekspertiza nəticəsini çıxartmışam.
Vəkil: Axı, bayaq özünüz də dediniz ki, konkret cinayət xarakterli cümlələr var. Məsələn, H.Məmmədov tələbələrə müraciət edir ki, müəllimlərə rüşvət verməyin, rəhbərliyin siyasi oyunlarına alət olmayın və i.a. Burada, axı, nə var hakimiyyət ya dövlət əleyhinə?
İ.Q.: Mən qeyd etmişəm də... Məsələn (oxuyur): H.Məmmədov dərs dediyi Bakı Biznes Universitetində tələbələrinə "öz haqq və ədalətlərini qoruması”, "hakimiyyətə bir başa təsir etməsi”, "ölkəmizi bu bəlalardan qurtarması üçün yükün yalnız gənclərimizin çiyinləri üzərinə düşməsi şüarı ilə çağırışa səsləyərək” qeyd edir ki, "ölkəmizin gələcək səadəti – azad, demokratik, hüquqi, iqdisadi cəhətdən yüksək bir dövlət kimi formalaşdırılması məsuliyyəti bilavasitə Sizin çiyinlərinizin üzərinə düşür, odur ki, mütilikdən qaçın, azadlığınızı və haqlarınızı qorumağa çalışın, hər işinizdə haqq-ədalət prinsipini əsas tutun və bununla da özünüzü, həm də ölkəmizi bu çirkab rüşvət və korrupsiya bataqlığından çıxartmağı cəhd edin. Daha əzmlə haqqlarınızın bərpası naminə Sizi mübarizəyə çağırıram, kiminsə ideoloji oyunlarını alət olmayın, bu və ya digər azad və demokratik məmləkətlər kimi, bizim ölkəmiz də bütün mövcud bəlalardan yalnız və yalnız o zaman xilas olub səadət tapa biləcəkdir ki, orada xalqının və vətəninin ümumi rifahı naminə öz şəxsi mənafeyini qurban verməyə hər an hazır olan fəaliyyətlərində yalnız və yalnız haqq və ədalət prinsipini əsas tutan, hakimiyyətə birbaşa təsir etmək qüdrətinə malik siyasi elitası, azadfikirli alim və ziyalıları, tələbə və gəncləri mövcud olsun, o gələcək səadətli günlər bilavasitə Sizin bu günki tələbə və gənclərimizin çiyinlərində meydana gələcəkdir”.
(Hamı (bütün vəkillər) gülüşür.) Hamı da dərindən ah çəkib az qala xorla soruşurlar: burada cinayət tərkibi varmı? Əla fikirlərdir! Elə rəsmi dövlət də bunları istəmirmi?
İ.Q.: Məsələn, "çirkab rüşvət və korrupsiya bataqlığa” və ya "hakimiyyətə bir başa təsir etmək” çağırışları var da.
(Vəkillər yenə gülüşür.)
Hakim: Yaxşı aydındır, ekspert demək istəyir ki, hər şeydə rüşvət və korrupsiya görmək olmaz.
Vəkil: Xoşunuza gəlmədi? Bəs, ölkənin prezidenti də elə hey buna qarşı mübarizədən danışmır?
Hakim: Sən (vəkil Yalçın İmanova) mənə atmaca atma burada, yerivi bil.
Vəkil: Mən bilirəm. Amma Siz bilmirsiniz, bizim ədaləti aşkara çıxarmaq məqsədimizə bütün vasitələrlə mane olursunuz. Axı Siz Ekspert deyilsiniz, hakimsiniz, bizim suallara müdaxilə etməməlisiniz.
Hakim: Sənə daha söz vermirəm!
H.M.: müdaxilə edir: Yalçın xahiş edirəm cavab vermə... Xahiş edirəm! Möhtərəm hakim, səbirli olun, mənim cəmi 1-2 sualım var, vəssalam.
Hakim: Yaxşı sualıvı de, uzatma. Mənə də məsləhət vermə.
Vəkillər: Bu, növbəti dəfə onun özünü müdafiəyə maneçilikdir.
Hakim: De sualıvı, uzatmayın.
H.M.: İlhamə xanım, I sualım: Vicdan və insafla deyin, mənim o "Biznes Universitetinin tələbələrinə müraciətim”də istəyim gənclərimizin və ölkəmizin xoşbəxt gələcəyinin görməkdir yoxsa tənəzzülünü?
İ.Q.: Siz xoşbəxt həyat arzulayırsınız onlara!
H.M.: Təşəkkür edirəm, İlhamə xanım. Demək vicdanınız Sizin daha real və ədalətli qərarı çıxardır. Bu, mənə bəsdir. Rəsmi, sifarişli qərarlar isə gəldi-gedərdi..
Hakim: Sən uzun-uzadı danışma, izah etmə, sualın varsa ver, yoxsa bitirək.
H.M. (hakimə): Siz yenə mənə təzyiq edisiniz.
Hakim: Mən təzyiq etmirəm, yarım saatdır Ekspertə nağıl danışırsan.
H.M.: Nağılları mən yox, Sizlər düz qoş edirsiniz.
Hakim: Sualıvı ver. Artıq danışma.
H.M.: İlhamə xanım, Sizi fleş-kartımı, o mətnləri neçə dəfə açmısınız?
İ.Q.: Çox.
H.M.: Məsələn, heç olmazsa, 2-3 dəfə açmısınız?
İ.Q.: Çox. Çox olub.
H.M.: Bu 1 ayın ərzində "çox” deyəndə, məsələn 3 dəfədən çox ola bilərdimi?
Hakim: Dedi ki, çox açıb da. Hər dəfə eyni şeyləri niyə soruşursan?
H.M.: Məqsədim var, möhtərəm hakim. Siz çalışırsınız ki, o fleş-kart burada açılmasın, amma mən bilmək istəyirəm ki, neçə dəfə və hansı günlərdə açılıb?
İ.Q.: Günlər yadımda deyil, amma lap çox açılıb.
H.M.: Ok! Növbəti sual. (Əlində "Tollışı Sədo” qəzetinin 3-cü (2010-cu il tarixli, fevral) sayından "Nə üçün İran Novruzəli Məmmədovu müdafiə etmir” yazısından bir neçə cümləni oxuyur. Və soruşur.) Bu cümlələr tanış gəlmirmi?
İ.Q.: "Talış xalqına” müraciətindəndir.
H.M.: Əhsən... İlhamə xanım, əhsən... Bax o müraciətin cəmi 13 cümləsi var ki, 8-i bu müsahibəmdən olduğu kimi götürülüb, 3-i E.Quliyev adlı şahidin həbsimdən sonrakı ifadələri, ikisini isə özlərindən uydurub o müraciəti fleş kartıma daxil ediblər. İlhamə xanım, mənim elə ilk yazım, ya müraciətim tapılmaz ki, özüm-özümdən bu qədər plagiatlığa yol verim. 1-2 ifadə, fikir ola bilər, daha mətnin 70-80%-ni digər yazıdan götürmək olmayıb və olada bilməz.
Hakim: Sən çox danışırsan, ekspertə sualıvı ver, yoxdursa, iclası bağlayaq.
H.M.: Hakim məqsədim var. Mənə maneçilik etməyin. İlhamə xanım, həmin yazıda bayaq hakimin də pafosla oxuduğu "şeytan cəsusları” ifadələri var idimi?
İ.Q.: Bəli, var idi.
H.M.: O da mənim terminimdir. (İndi isə, həmin müsahibəmdəki bu ifadənin çəkildiyi son abzası oxuyur və ekspertdən soruşur): Heç o müsahibəni verən də xalqa elə bir müraciət edib, milli-dini ayrıseçkilik sala bilərdimi? Oxuyur: "Novruzəli müəllimin faciəsi təkcə bir ailənin, bir xalqın yox, cəmi xalqların, cəmi bəşəriyyətin, cəmi dövlətlərin faciəsidir. Allah xalqların hüquqlarını tapdalayan, onları məhv etmək, özlərini və ölkələrini biri-birinə qarşı qoymaq istəyən şər qüvvələrə - Əsil "şeytan cəsuslarına” lənət etsin! Allah cəmi millətlərə səadət, sülh, bir-birinə məhəbbət bəxş etsin ki, biz də öz layiqli payımızı alaq.” İlhamə, xanım, lütfən deyin, nədən 8 cümləni bu müsahibəmdən götürüb mənim adımdan "talış xalqına müraciət”i "düz-qoş” edən saxtakarlar bu son cümləmdəki fikrimə bu qədər laqeyd qaıblar. Bax, bəlkəm mən "şeytan cəsusları” deyəndə məhz bu saxtakarları, bu real milli-dini ara-qarışdıranları nəzərdə tutmuşam???
İ.Q.: Əlbəttə ki, bu sözlərin müəllifi belə müraciəti edə bilməzdi. Amma, mən tapşırılan tekst ilə işləyirdim.
H.M.: İstənilən halda, yenə də vicdanınızın səsinə təşəkkür edirəm.
İ.Q.: (Pörtmüş halda zaldan çıxır.)
Hakimlər zalı tərk edir. Növbəti proses 1 may may 10.30-a saxlanılır.

Hilal Məmmədov,
Bakı Ağır Cinayətlər Məhkəməsindən


 

Категория: İnsan hüquqları | Просмотров: 1856 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus