Главная » 2012»Август»8 » Hilal Məmmədovun müdafiə komitəsinin həmsədri Müsavat partiyasının başqanı ilə görüşmüşdür
12:41
Hilal Məmmədovun müdafiə komitəsinin həmsədri Müsavat partiyasının başqanı ilə görüşmüşdür
07 avqust 2012-ci il tarixdə Müsavat partiyasının qərargahında partiyanın Divan üzvü Sevinc xanım Hüseynovanın təşəbbüsü ilə Müsavat partiyasının başqanı İsa Qəmbərlə Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin həmsədri, "Tolışon Sədo” qəzetinin təsisçisi və baş redaktoru Rafiq Cəlilov arasında görüş olmuşdur.
Görüşdə Hilal Məmmədovun müdafiəsi istiqamətində görülmüş işlər müzakirə edilmiş, müdafiə istiqamətində görülə biləcək müştərək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Rafiq Cəlilov İsa bəyin timsalında Hilal Məmmədovu müdafiə edən bütün Müsavat partiyası üzvlərinə, xüsusən də müdafiə komitəsində Müsavat partiyasını təmsil edən Sevinc xanım Hüseynovaya öz dərin təşəkkürünü bildirmişdir.
Görüşdə bir sıra digər məsələlər də, o cümlədən Respublikadakı ictimai-siyasi vəziyyət də müzakirə edilmiş, çıxış yolları barədə fikir mübadiləsi aparılmışdır.