Главная » 2011 » Ноябрь » 22 » İran Rafiq Tağıya basqında adının hallanmasını Amerikanın təxribatı sayır
20:42
İran Rafiq Tağıya basqında adının hallanmasını Amerikanın təxribatı sayır
İranın Bakıdakı səfirliyi Rafiq Tağıya qarşı törədilmiş sui-qəsddə İranın adının hallanmasına münasibət bildirib.
İranın Bakıdakı səfirlyinin mətbuat xidmətinin məlumatına görə rəsmi İran hesab edir ki, bu məsələdə İslam Respublikasına aid edilməsinin İran-Azərbaycan arasındakı stratejie münasibətlərə xələl vurmaq məqsədilə atılmış addımdır.
"Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib edirik.Həmçinin mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik", - deyə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatında vurğulanır.
Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.